Örtüyüdür. Onun kütləsi


Atmosfer havasının radioaktiv



Yüklə 264,32 Kb.
səhifə18/31
tarix11.12.2023
ölçüsü264,32 Kb.
#146001
1   ...   14   15   16   17   18   19   20   21   ...   31
İqlim dəişmələri 1-6

Atmosfer havasının radioaktiv maddələrlə çirklənməsi Atmosferə RM (radioaktiv maddələr) təbii radioaktiv proseslər vasitəsilə, uran filizləri çıxardıqda, reaktorların istismarı zamanı və atom partlayışı nəticəsində daxil olur.

Təbii radioaktivlik atmosferə xasdır o, təbiətdə həmişə mövcuddur və insan fəaliyyətindən asılı deyil. Canlı orqanizmlər belə radioaktivliyə uyğunlaşıb və heç bir zərərli nəticəyə səbəb olmur. RM - lə atmosferin çirklənməsi atom və hidrogen bombalarının partladılması nəticəsində baş verir. Hər bir belə partlayış zamanı radioaktiv tozlardan dəhşətli böyük buludların yaranması müşahidə olunur. Çox güclü partlayış dalğası zamanı bu tozların hissəcikləri bütün istiqamətlərə yayılaraq 30 km yüksəkliyə qədər qalxır. Partlayışın ilk saatları ən iri hissəciklər, bir qədər kiçik hissəciklər isə 5 sutka ərzində yerə düşür, nəhayət daha xırda dispers tozlar hava axınları vasitəsilə min km məsafələrə yayılaraq bir çox illər ərzində yer kürəsinin səthinə düşür




Nəqliyyat tullantıları ilə atmosferin çirklənməsi. Havanı daha çox çirkləndirən digər mənbə hazırda nəqliyyat vasitələri, xüsusən avtomobillərdir. Nəqliyyat ətraf mühitə, yəni insanların həyatına güclü təsir göstərir. Şəhərlər böyüdükcə nəqliyyat problemi kəskin hal alır. Bəzi şəhərlərdə onların buraxdıgı qazlar hava çirkləndirən qazların 68-80%- ni təşkil edir. Əvvəllər buna əhəmiyyət verilmirdi, çünki avtomobillərin sayı az olduguna ğörə bu, ətraf mühit üçün o qədər də qorxulu sayılmırdı. Lakin hazırda bu ciddi problemə çevrilmişdir. Dünyada avtomobil mühərriklərində hər il 2 milyard tondan çox neft yanacağı işlədilir. Bu zaman faydalı iş əmsalı orta hesabla 23% təşkil edir. Qalan 77% isə ətraf mühiti qızdırmağa gedir. Orta hesabla ildə 15.000 km yol gedən minik maşını 4350 kq oksigen işlədir. Eyni zamanda o, atmosferə 3250 kq CO2, 350 kq CO və 93 kq başqa zərərli qazlar buraxaraq havanı zəhərləyir. Avtomobil 100 km yol getdikdə insanın bir ildə udduğu qədər oksigen işlədir. Fransız alimi J.Detrinin məlumatına ğörə benzin və dizellə işləyən mühərriklərin havaya buraxdığı qazların tərkibi uygyn olaraq aşağıdakı kimi səciyyələnir: CO2-9,0 və 9,0%; CO- 4,0 və 0,1%, oksigen – 4,0 və 9,0%; hidrogen- 2,0 və 0,03%; aldehidlər 0,004 və 0,002; azot oksidi- 0,06 və 0,04%; kükürd qazı- 0,006 və 0, 02%. Avtomobillərin atmosferə buraxdıgı zərərli qazların konsentrasiyası yalnız mühərriyin tipindən deyil, həm də avtomobillərin texniki vəziyyətindən, onlara edilən xidmətdən,
qidalanma və yanma sisteminin vaxtlı – vaxtında təmirindən və yolun xarakterindən asılıdır. Benzinlə işləyən mühərriyin yalnız karbyuratorunun lazımı səviyyədə tənzimlənməməsi nəticəsində havaya buraxılan CO-nun miqdarı 4-5 dəfə artır. Avtomobillər atmosfer havasını yalnız işlənmə qazların toksik komponentləri ilə deyil, həm də yanacağın buxarı, təkərlərin tozu ilə cirkləndirir. Hər bir avtomobil atmosferə ildə 10 kq rezin tozu buraxır.



Yüklə 264,32 Kb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə