Örtüyüdür. Onun kütləsi


Dəyişən iqlimin dolayı göstəriciləri



Yüklə 264,32 Kb.
səhifə21/31
tarix11.12.2023
ölçüsü264,32 Kb.
#146001
1   ...   17   18   19   20   21   22   23   24   ...   31
İqlim dəişmələri 1-6

Dəyişən iqlimin dolayı göstəriciləri.


Qlobal iqlim dəyişikliyini anlamağa doğru gedən yolda ilk mənzilimiz iqlim anlayışı olacaq: iqlim nədir? Bu sözü əsasən iqlim dəyişikliyi kontekstində eşitdiyimizə görə (və iqlim dəyişikliyini
indiyədək gözardı etdiyimizə görə) bu anlayışın tam mənası çoxları üçün aydın deyil. İqlimi anlamaq üçün ilk öncə havanın nə olduğunu bilməliyik. Hava atmosferin ani vəziyyətidir. Bütün elmi anlayışlar kimi, hava anlayışının da təməlində duyğu orqanlarımızla və cihazlarımızla haqqında məlumat ala biləcəyimiz və daha da önəmlisi, ölçə biləcəyimiz məfhumlar durur. Hava temperatur, yağıntı, rütubət, təzyiq, buludluluq, radiasiya, külək və görünürlük kimi fərqli və ölçüləbilən faktorların bütünüdür. Bütün bu faktorları müəyyən standartlara əsasən müəyyən alətlərlə ölçüb rəqəmlərlə ifadə edə bilərik. Hava anlayışı ilə yaxından əlaqəli olan iqlim anlayışı isə, qısaca desək, havanın uzunmüddətli statistikasıdır. Yəni, bütün alətlərinizi çıxarıb temperaturu, rütubəti, küləyin sürətini və s. ölçüb havanın necə olduğunu deyə bilərsiniz, amma iqlimin necə olduğunu demək üçün bu ölçüləri uzun illər boyu (bəzi mənbələrə görə, məsələn, 30 il boyu) aparıb, onları müəyyən statistik göstəricilərlə ifadə etməlisiniz (məsələn, ortalama).
Havanı ani olaraq ölçə biliriksə, iqlim nəyimizə lazımdır deyə soruşa bilərsiniz. Bunu anlamaq üçün havanın və iqlimi təyin edən faktorların nə olduğu ilə bağlı müəyyən şeyləri bilməliyik. Havanın necəliyini təyin edən şeylərə misal olaraq günün saatı (Yerin öz oxu ətrafında vurduğu dövrə), yağışın yağması və atmosfer təzyiqində yaranan dəyişiklikləri göstərmək olar. Bu şeylərin dinamikasını gün, saat, dəqiqə miqyasında ölçmək olar. Yəni, hava şəraitinə təsir edən amillər nisbətən zaman miqyasında dəyişir. Lakin yuxarıda da qeyd etdiyim kimi, dünyada heç də hər şey belə qısa zaman miqyasında dəyişmir: məsələn, materiklərin bir-birindən ayrılması üçün milyon illərlə vaxt lazımdır, meşələrin böyüməsi, göllərin quruması, canlı növlərinin əmələ gəlməsi kimi şeylər uzun illər, əsrlər alan şeylərdir. Onların dinamikasını ölçmək üçün uzun illər alətlərinizi çöldə saxlayıb periodik olaraq ölçmələr aparmalı və əldə etdiyiniz ölçmələri yığcam şəkildə (məsələn, ortalama şəklində) ifadə etməlisiniz. İqlim də məhz bu uzun zaman miqyasında dəyişən proseslərin yaratdığı və dəyişdirdiyi bir məfhumdur. Belə uzunmüddətli prosesləri öyrənmək və izləmək elmi baxımdan maraqlı olsa da, insanlar üçün konkret praktiki əhəmiyyət kəsb edir. Belə ki, bir şeyin daha çox uzun müddətdə dəyişməsi o deməkdir ki, həmin şey qısa müddətdə böyük ölçüdə dəyişməz qalır. Ona görə də, əgər son 30 ildəki hava temperaturunu bilirsinizsə, bu sizə gələn il havanın necə olacağı, neçə ton pomidor alacağınızla bağlı müəyyən bir fikir verə bilər və yəqin ki, razılaşarınız, pomidorun gələn il necə olacağını təxmin edə bilmək hamı üçün əhəmiyyətlidir.

Yüklə 264,32 Kb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə