Orxan pamuk məNİm adim qirmizi



Yüklə 3,5 Mb.
Pdf görüntüsü
səhifə21/191
tarix26.08.2018
ölçüsü3,5 Mb.
#64707
1   ...   17   18   19   20   21   22   23   24   ...   191

 

 

89 



 

          Cəhd  eləsəm,  Hasana  aĢiq  ola  bilərdim. 

Hasan  yoxa  çıxan  ərimdən  səkkiz  yaĢ  kiçik  idi, 

ərim evdə olanda qardaĢım yerindəydi, bu duyğu da 

məni ona yaxınlaĢdırmıĢdı. Ġddiasız, amma utancaq 

olmasından,  uĢaqlarımla  oynamasından,  mənə 

bəzən  sanki  o  susuzluqdan  ölən  adam,  mən  də  bir 

parç  soyuq viĢnə Ģərbəti kimi  baxmasından xoĢum 

gəlirdi. Amma onu da duyurdum ki, mənə camaĢır 

yudurdan,  cariyələr  –  kölələrsayaq  çarĢı-bazar 

gəzib,  alıĢ-veriĢ  eləməyimdən  xəcalət  çəkməyən 

adama aĢiq olmaq üçün çox çalıĢmalıyam. Atamın 

evinə gedib qazanlara, qab-qacağa, fincanlara baxıb 

uzun-uzadı  ağladığım,  gecələri  bir-birimizə  ürək-

dirək vermək üçün uĢaqlarla qucaqlaĢıb yatdığımız 

həmin  günlərdə  Hasan  mənə  o  fürsəti  vermədi. 

Mənim də ona aĢiq olacağıma, evlənməyimiz üçün 

zəruri  olan  bu  yeganə  yolun  gerçəkləĢəcəyinə 

inanmadığına,  özünə  inamı  olmadığına  görə 

ədəbsizliklər  elədi.  Ərimin  daha  qayıtmayacağını, 

məni  öldürəcəyini  dedi,  təhdidlər  yağdırdı,  uĢaq 

kimi ağladı. Tələskənliyi təlaĢıyla əfsanələrdə təsvir 

edilən  həqiqi,  nəcib  eĢqə  yaraĢmadığından  baĢa 

düĢdüm ki, onunla evlənməyəcəyəm. 

         Bir  gecə  uĢaqlarla  birgə  yatdığım  otağın 

qapısını  itələyəndə  dərhal  qalxdım,  uĢaqların 

qorxmasına  fikir  vermədən  səsim  gəldiyi  qədər 

qıĢqırıb  evə  pis  cinlərin  girdiyini  dedim. 

downloaded from KitabYurdu.org



 

 

90 



 

Qayınatamı  oyatdım,  hələ  ehtirasının  Ģiddəti 

keçməmiĢ  Hasanın  niyyətini  cin  qorxuları  və 

fəryadlarım  arasında  atasına  agah  elədim.  Mənim 

ayıq-sayıq  yatmağım  və  ipə-sapa  yatmayan  cin 

söhbətlərimin  içində  ağlı  baĢında  olan  qoca  iyrənc 

həqiqəti,  oğlunun  sərxoĢ  olduğunu,  digər  oğlunun 

ikiuĢaqlı  arvadına  ədəbsizcəsinə  yaxınlaĢdığını 

bildi.  Səhərə  qədər  yatmayacağımı,  cinə  qarĢı 

oğullarımla  qapının  ağzında  oturub  gözləyəcəyimi 

deyəndə  səsini  çıxarmadı.  Səhər  xəstə  atama 

baxmaq  üçün  uzun  müddətə  oğullarımla  birgə  ata 

evinə  qayıdacağımı  deyəndə  yenildiyini  qəbul 

elədi. Ərimin satmayıb savaĢlardan mənə  qənimət 

gətirdiyi zəngli macar saatını, ən çılğın ərəb atının 

damarından  düzəldilmiĢ  qamçını,  uĢaqların  savaĢ 

oyunları  oynayanda  daĢlarından  istifadə  elədikləri  

Təbrizdə  düzəldilmiĢ  Ģətrənc  dəstini,  satılmaması 

üçün  çox  dava  elədiyim,  Naxçıvan  savaĢından 

qənimət gətirilmiĢ gümüĢ Ģamdanları ailə həyatımın 

niĢanələri kimi götürüb ata evinə qayıtdım. 

        Ġtkin  düĢən  ərimin  evindən  çıxıb  getməyim, 

gözlədiyim  kimi,  Hasanın  mənə  olan  inadkar, 

hörmətsiz  eĢqini  çarəsiz,  amma  hörmətəlayiq 

yanğıya  çevirdi.  Atasının  ona  tərəf  çıxmayacağını 

bildiyindən  məni  təhdid  eləmək  əvəzinə,  o, 

künclərində  quĢların,  gözüyaĢlı  Ģirlərin  və  məhzun 

ceyranların  çəkildiyi  eĢq  məktubları  yollamağa 

downloaded from KitabYurdu.org



 

 

91 



 

baĢladı.  Əgər  bir  nəqqaĢ  və  Ģair  ruhlu  dostu  yazıb 

rəsm  eləməyibsə,  Hasanla  eyni  dam  altında 

yaĢayanda  bələd  ola  bilmədiyim  zəngin  xəyal 

aləmini  göstərən  həmin  məktubları  son  vaxtlarda 

dönə-dönə  oxuduğumu  sizdən  gizlətməyəcəyəm. 

Son  məktublarında  Hasan  məni  ev  iĢlərinə  kölə 

eləməyəcəyini,  çünki  çox  pul  qazandığını  yazırdı. 

Onun  təmkinli,  Ģirin  və  zarafatcıl  dili,  uĢaqların 

bitib-tükənməz 

davalarıyla 

istəkləri, 

atamın 

Ģikayətləri  baĢımı  qazana  döndərdiyinə  görə 



pəncərəmin  pərdəsini  sanki  dərindən  nəfəs  almaq 

üçün dünyaya geniĢ açmıĢdım. 

        Xeyriyyə  axĢam  süfrəsini  açmazdan  qabaq 

atama  Ərəbistandan  gətirilən  ən  yaxĢı  xurma 

çiçəyindən ilıq Ģərbət düzəltdim, içinə bir qaĢıq bal 

qoyub  azacıq  limon  suyuyla  qarıĢdırdım.  Səssizcə 

yanına girib, həmiĢə «Kitab-ur Ruh»u oxuyan vaxt 

istədiyi  kimi,  özümü  bildirib-eləmədən  ruh  təki 

qabağına qoydum. 

        «Qar  yağırmı?»  –  deyə  elə  kədərli  və  cılız 

səslə  soruĢdu  ki,  bu  qarın  yazıq  atamın  həyatında 

görəcəyi  sonuncu  qar  olduğunu  dərhal  baĢa 

düĢdüm. 

 

 

 

 

downloaded from KitabYurdu.org




 

 

92 



 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

downloaded from KitabYurdu.org




 

 

93 



 

 

 

 

 

 

10. MƏN AĞACAM 

 

Mən  ağacam,  çox  tənhayam.  YağıĢ  yağdıqca 



ağlayıram.  Allah  rizası  üçün,  bu  danıĢacaqlarıma 

qulaq  verin.  Qəhvələrinizi  için,  yuxunuz  qaçsın, 

gözləriniz açılsın, mənə cin kimi baxın və sizə niyə 

tənha olduğumu söyləyim. 

1.  Ustad  məddahın  arxasında  ağac  rəsmi 

olmasını,  cilasız  qalın  kağızda  necə  gəldi  rəsm 

edildiyimi  deyirdilər.  Doğrudur.  Ġndi  yanımda  nə 

baĢqa  zərif  ağaclar,  nə  yeddiyarpaqlı  çöl  otları,  nə 

bəzən  Ģeytana  və  insana  oxĢayan  qat-qat  tutqun 

qayalar,  nə  də  göydə  qıvrım-qıvrım  Çin  buludları 

var. Bir yer, bir göy, bir mən, bir də üfüq xətti var. 

Amma hekayəm daha qarıĢıqdı. 

2.  Bir  ağac  kimi,  illah  da  kitabın  parçası 

olmağım  Ģərt  deyil.  Amma  ağac  rəsmi  təki  hər 

hansı  kitabın  səhifəsi  olmamağıma  görə  kefim 

pozulur.  Bir  kitabda  bir  Ģey  göstərmirəmsə,  mənə 

elə  gəlir  ki,  bütpərəstlər  və  kafirlərsayaq  rəsmim 

divardan asılıb, mənə səcdə edilib, sitayiĢ olunacaq. 

Ərzurumlu  xocanın  tərəfdarları  eĢitməsinlər, 

downloaded from KitabYurdu.org




Yüklə 3,5 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   191




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə