Orxan pamuk məNİm adim qirmizi



Yüklə 3,5 Mb.
Pdf görüntüsü
səhifə22/191
tarix26.08.2018
ölçüsü3,5 Mb.
#64707
1   ...   18   19   20   21   22   23   24   25   ...   191

 

 

94 



 

bununla  gizlincə  öyünürəm,  sonra  da  abırla  çox 

qorxuram. 

3.  Tənhalığımın  əsl  səbəbisə  hansı  hekayənin 

parçası olduğumu mənim də bilməməyimdi.  

Bir  hekayənin  parçası  olacaqdım,  amma 

orаdan yarpaq kimi düĢdüm. Onu danıĢım: 

 

AĞACDAN DÜŞMÜŞ YARPAQ KİMİ 

HEKAYƏMDƏN DÜŞMƏYİM BARƏDƏ 

ƏHVALAT 

 

Həm Osmanlının baĢ düĢməni, həm də cahanın 



ən  naxıĢsevər  padĢahı  olan  Əcəm  Ģahı  Təhmasib 

bundan qırx il əvvəl ağlını itirməyə baĢlayanda, hər 

Ģeydən qabaq, əyləncədən, eyĢ-iĢrətdən, musiqidən, 

Ģeirdən,  naxıĢdan  –  bunların  hamısından  soyudu. 

Qəhvəni  də  atan  kimi  beyni  dayandı,  sallaqsifət, 

kədərli 


qocaların 

təkidləriylə 

Osmanlının 

əsgərindən  uzaq  olsun  deyə  paytaxtını  o  zaman 

Əcəm  mülkü  olan  Təbrizdən  Qəzvinə  köçürdü. 

Daha da yaĢlaĢanda bir gün cin vurmasıyla böhrana 

düĢüb,  Ģəraba,  uĢaqbazlığa  və  nəqĢ  eləməyə 

tövbələr  tövbəsi  dedi  ki,  bu,  uca  Ģahın  qəhvə 

zövqündən  sonra  ağıl-kamalını da  itirdiyinin  gözəl 

isbatıdır.  

Beləcə,  iyirmi  ildən  bəri  Təbrizdə  cahanın  ən 

böyük  möcüzələrini  yaradan  möcüzə  əlli  cildçilər, 

downloaded from KitabYurdu.org



 

 

95 



 

xəttatlar,  müzəhhiblər,  nəqqaĢlar  quĢ  balası  kimi 

Ģəhər-Ģəhər dağıldılar. Bunların ən parlaqlarını ġah 

Təhmasibin  qardaĢı  oğlu  və  kürəkəni  Sultan 

Ġbrahim Mirzə vali olduğu MəĢhədə çağırdı. Onları 

nəqqaĢxanasında  yerləĢdirib,  Teymur  zamanında 

Heratda  ən  böyük  Ģair  olan  Caminin  «Həft 

Əvrəng»inin  yeddi  məsnəvisini  yazdırıb,  naxıĢlı, 

rəsmli misilsiz bir kitab hazırlatmağa baĢladı. Ağıllı 

və  yaraĢıqlı  qardaĢı  oğlunu  həm  sevən,  həm 

qısqanan, qızını ona verdiyi üçün peĢmanlıq duyan 

ġah  Təhmasib  həmin  möcüzəli  kitab  barədə 

eĢidəndə  həsəd  apardı.  Qəzəblə  qardaĢı  oğlunu 

MəĢhəd  valiliyindən  Kain  Ģəhərinə,  sonra  yenə 

qəzəblə daha kiçik Səbzavər Ģəhərinə sürgün elədi. 

MəĢhəddəki xəttatlar və nəqqaĢlar da beləcə baĢqa 

Ģəhərlərə,  baĢqa  məmləkətlərə,  baĢqa  sultanların, 

Ģahzadələrin nəqqaĢxanalarına dağıldılar. 

Amma  möcüzə  nəticəsində  Sultan  Ġbrahim 

Mirzənin  misilsiz  kitabı  yarıda  qalmadı;  çünki  əsl 

bir  kitabdarı  vardı.  Həmin  adam  atına  minir,  ən 

yaxĢı təzhibi çəkən usta orаda olduğuna görə ġiraza 

gedir,  orаdan  ən  zərif  nəstəliq  xətti  salan  xəttat 

üçün  iki  səhifəni  götürüb  Ġsfahana  aparır;  sonra 

dağları  aĢıb,  düz  Buxaraya  çatıb  özbək  xanının 

yanında  nəqĢ  vuran  ustad  nəqqaĢa  rəsmin  tərtibini 

elətdirir,  adamlarını  cızdırır;  Herata  enib  bu  dəfə 

yarıkor 


qədim 

ustadlardan 

birinə 

otların, 



downloaded from KitabYurdu.org


 

 

96 



 

yarpaqların  qıvrım-qıvrım  qıvrılmasını  əzbərdən 

nəqĢ  etdirir;  Heratda  baĢqa  bir  xəttatın  yanına 

gedib,  rəsmdəki  qapının  üstündə  çəkilmiĢ  lövhədə 

yazını  qızıl  suyu  ilə  yazdırıb,  ya  Allah,  yenə 

Güneyə,  Kainə  gedir;  altı  ay  səfər  eləyib,  yarıya 

çatdıra  bildiyi  səhifəni  Sultan  Ġbrahim  Mirzəyə 

göstərib, «afərin»i alırdı.  

Bu  gediĢlə  kitabın  heç  bitməyəcəyini  baĢa 

düĢüb  tatar  qasidlər  tutdular.  Hər  birinin  əlinə 

üzərinə  iĢlənib,  yazılacaq səhifəylə  birgə sənətçiyə 

tələb  olunanı  izah  eləyən  məktub  verdilər.  Beləcə, 

bütün  Əcəm  ölkəsinin,  Xorasanın,  Özbək 

məmləkətinin,  Mavərənnəhrin  yollarından  kitab 

səhifələrini aparan qasidlər keçdilər. Qasidlər kimi, 

kitabın  hazırlanması  da  sürətləndi.  Bəzən  əlli 

doqquzuncu  səhifəylə  altmıĢ  ikinci  səhifə  qarlı  bir 

gecə  qurd  ulartılarının  eĢidildiyi  bir  karvansarayda 

qarĢılaĢardı.  Yaxınlıq  eləyənlər  eyni  kitab  üçün 

çalıĢdıqlarını  baĢa  düĢüb,  otaqlarından  çıxarıb 

gətirdikləri  səhifələrin  hansı  məsnəvinin  harasına 

düĢdüyünü,  bir-birilərinə  görə  yerlərini  dərk 

eləməyə çalıĢırdılar. 

Bu  gün  baĢa  çatdırıldığı  barədə  kədərlə  xəbər 

tutduğum  həminkitabın  bir  səhifəsində  də  mən 

olacaqdım. Bədbəxtlikdən, soyuq bir qıĢ günü məni 

aparıb  qayalıq  keçidlərdən  adlayan  tatar  qasidin 

yolunu  həramilər  kəsdilər.  Əvvəlcə  yazıq  tatarı 

downloaded from KitabYurdu.org



 

 

97 



 

döydülər,  sonra  hərami  üsuluyla  soydular, 

namusuna  toxunub,  imansızlıqla  öldürdülər.  Bu 

səbəbdən  hansı  səhifədən  düĢdüyümü  mən  də 

bilmirəm.  Sizdən  xahiĢim  mənə  baxıb  bunu 

deməkdi:  görəsən,  çoban  libası  geyinib  Leyliyə 

çadırında  baĢ  çəkən  Məcnunun  kölgəsimi 

olacaqdım?  Ümidsiz  imansızın  ruhundakı  zülməti 

baĢa salmaqdan ötrü gecənin içinəmi qarıĢacaqdım? 

Mən  isə  bütün  cahandan  keçib,  dənizlər  aĢıb 

quĢlarla,  meyvələrlə  dolu  bir  adada  zövq  alan  iki 

sevgilinin  xoĢbəxtliyinə  Ģahidlik  eləmək  istərdim! 

Diyari-hindi  fəth  eləyəndə  gün  vurub,  günlərlə 

burnu  qanaya-qanaya  ölən  Ġsgəndərin  son  anlarına 

kölgə  olmaq  istərdim.  Yoxsa  oğluna  eĢq  və  həyat 

nəsihətləri  verən  atanın  gücünü-yaĢını  niĢan 

verməyəmi  yarayacaqdım?  Hansı  hekayəyə  məna 

və zəriflik qatacaqdım? 

Qasidi  öldürüb,  məni  götürüb  dağ-Ģəhər 

demədən  gəzdirən  həramilərdən  biri  aradabir 

qiymətimi  bilir,  ağac  rəsminə  baxmağın  ağaca 

baxmaqdan daha xoĢ olduğunu baĢa düĢəcək qədər 

incəlik  göstərirdi.  Amma  həmin  ağacın  hansı 

hekayənin  parçası  olduğunu  bilmədiyindən  tez-tez 

məndən  xəcalət  çəkirdi.  ġəhər-Ģəhər  gəzdirəndən 

sonra qorxduğum kimi o quldur məni cırıb atmadı, 

bir  karvansarada  nəcib  bir  adama  bir  kuzə  Ģəraba 

satdı.  Həmin  yazıq  nəcib  adam  gecələr  bəzən 

downloaded from KitabYurdu.org



Yüklə 3,5 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   191




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə