Orxan pamuk məNİm adim qirmizi



Yüklə 3,5 Mb.
Pdf görüntüsü
səhifə31/191
tarix26.08.2018
ölçüsü3,5 Mb.
#64707
1   ...   27   28   29   30   31   32   33   34   ...   191

 

 

131 



 

xalının  qırağında  oturtmuĢ,  bir  az  arxada 

dəftərdarbaĢını  təsvir  edib,  onun  əlinə  borc 

siyahılarını  oxuduğu  dəftəri  vermiĢ,  bir-birilərinə 

boyunlarındakı  buxovu  və  zəncirləriylə  bağlanmıĢ 

borc  məhkumlarını  padĢahın  hüzurunda  dərd  və 

əzab  içində,  qaĢları  çatılmıĢ,  üzləri  sallaq,  kimini 

gözüyaĢlı  göstərmiĢ  padĢah  onları  həbsdən 

qurtaracaq əfvi qısaca elan elədiyinə görə hamısının 

xoĢbəxtliklə  söylədiyi  duaları,  Ģeirləri  müĢayiət 

eləyən  ud  və  tambur  çalanları  qırmızı  geyimdə 

vermiĢdim. Borca batmağın əzab və utancını yaxĢı 

baĢa  salsın  deyə  heç  nəzərdə  tutulmadığı  halda  – 

bədbəxt  məhkumların  sonuncusunun  yanında 

pəriĢanlıqdan  çirkinləĢmiĢ  bənövĢəyi  geyimli 

arvadıyla qızılı fəracəli, uzun saçlı və kədərli gözəl 

qızını  çəkmiĢdim.  ZəncirlənmiĢ,  sıraya  düzülmüĢ 

borcluların  iki  səhifəyə  necə  yayıldıqlarını,  rəsmin 

içindəki  qırmızının  gizli  məntiqini  –  qədim 

ustadların  heç  görmədikləri  bir  iĢi  –  eĢqlə  nəqĢ 

elədiyim  qıraqdakı  iti  və  padĢahın  atlazdan 

kaftanını eyni rəngə boyamağım kimi baxıb-baxıb, 

arvadımla  gülüĢə-gülüĢə  danıĢdıqlarımızı  bu  çatıq 

qaĢlı  Qaraya  da  danıĢacaqdım  ki,  nəqş  eləməyin 



həyatı sevmək demək olduğunu baĢa düĢsün, amma 

o, məndən çox ayıb bir Ģey soruĢdu. Görəsən, yazıq 

Zərif əfəndinin harada ola biləcəyini bilirəmmi?  

downloaded from KitabYurdu.org




 

 

132 



 

Yazığa  bir  bax!  Demədim  ki,  beĢ  qəpiyə 

dəyməz  bir  təqlidçi  təzhibi  yalnız  pul  üçün 

eləyəndi, ilhamı qıt bir səfehdi. «Xeyr,  – dedim, – 

bilmirəm». 

Heç 


ərzurumlu 

vaizin 


ətrafındakı 

təcavüzkarların 

Zərif 

əfəndiyə 



bir 

pislik 


eləyəcəkləri barədə düĢünmüĢdümmü? 

Özümü  saxladım,  demədim  ki,  o  da 

onlardandır. «Xeyr, – dedim, – niyə?» 

Bu,  Ġstanbul  Ģəhərində  əsiri  olduğumuz 

yoxsulluq, 

vəba, 


əxlaqsızlıq, 

rəzillik 

Peyğəmbərimiz 

Rəsulullah 

zamanındakı 

islamiyyətdən  uzaqlaĢıb,  yeni,  çirkin  adətlər 

qazandığımızdan  və  firəng  üsullarının  aramıza 

sızmasından baĢqa heç bir Ģeylə izah oluna bilməz. 

Vaiz  Ərzurumi  elə  belə  deyir,  amma  düĢmənləri 

ərzurumilərin  musiqi  çalınan  təkkələrə  hücum 

elədiklərini,  övliya  məzarını  dağıtdıqlarını  iddia 

eləyib,  padĢahı  tovlamaq  istəyirlər.  Ġndi  mənim 

Ərzurumi  həzrətlərinə  onlar  kimi  düĢmənçilik 

bəsləmədiyimi bildiklərinə görə, deməli, nəzakətlə: 

«Zərif  əfəndini  sənmi  öldürdün?»  –  demək 

istəyirlər. 

Bu  Ģayiələrin  nəqqaĢlar  arasında  çoxdan 

yayıldığı  qəfildən  yadıma  düĢdü.  Ġlhamsız, 

bacarıqsız, qabiliyyətsizlər dəstəsi indi böyük keflə 

mənim  alçaq  qatilin  biri  olduğumu  yayır.  Bu 

downloaded from KitabYurdu.org



 

 

133 



 

qısqanc nəqqaĢlar kütləsinin iftiralarını məhz ciddi 

qəbul  elədiyinə  görə  hoqqanı  bu  sərsəri  Qaranın  o 

çərkəz baĢına endirmək istədim. 

Qara  gördüyü  hər  Ģeyi  yadında  saxlaya-

saxlaya  naxıĢ  otağıma  tamaĢa  eləyir:  uzun  kağız 

topalarına,  mürəkkəb  dolu  çanaqlara,  boya 

kasalarına,  iĢləyəndə  aradabir  diĢlədiyim  almaya, 

arxadakı  ocağın  qırağında  duran  qəhvədanıma, 

qəhvə  fincanlarıma,  döĢəkcələrə,  pəncərənin  yan 

aralığından  sızan  iĢığa,  səhifənin  enini-uzununu 

yoxlamaq  üçün  istifadə  elədiyim  güzgüyə, 

çəkələklərimə  və  orada  qapı  döyüləndən  sonra 

tələsik  otaqdan  çıxanda  arvadımın  saldığı  üçün 

qıraqda  günah  kimi  duran  qırmızı  qurĢağına 

diqqətlə baxır. 

Ondan 

düĢüncələrimi 



gizlətməyimə 

baxmayaraq,  çəkdiyim  rəsmləri  və  içində 

yaĢadığım  bu  otağı  həyasız  və  təcavüzkar 

baxıĢlarının ixtiyarına verirəm: bilirəm, məndəki bu 

qürur hamınızı heyrətləndirəcək, amma ən çox pul 

qazanan və deməli, ən yaxĢı nəqqaĢ mənəm! Çünki 



Allah nəqşin sevinc olmasını istəmişdi ki, aləmin də 

sevinc olduğunu baxmağı bacarana göstərsin. 

 

 



 

 

downloaded from KitabYurdu.org




 

 

134 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

downloaded from KitabYurdu.org




 

 

135 



 

 

 



 

 

 



13. MƏNƏ LEYLƏK DEYİRLƏR 

 

 

Günorta  namazı  vaxtıydı.  Qapı  döyüldü. 



Baxdım ki, lap uĢaqlığımızdakı Qaradı. Bir-birimizi 

qucaqladıq. ÜĢümüĢdü, içəri çağırdım, evin yolunu 

necə  tapdığını  belə  soruĢmadım.  ƏniĢtəsi  onu 

mənim  yanıma  göndərmiĢdi  ki,  ağzımı  arayıb 

görsün  Zərif  əfəndinin  niyə  yoxa  çıxdığını,  harada 

olduğunu  bilirəmmi.  Amma  yalnız  ondan  yox, 

Ustad  Osmandan  da  xəbər  gətirmiĢdi,  «Bir  sualım 

var»,  –  dedi;  Ustad  Osman  deyib:  «Əsl  nəqqaşı  o 



birilərindən  fərqləndirən  şey  zamandı».  Nəqşin 

zamanıdı. Nə düĢünürəm? Qulaq asın. 

 

 



NAXIġ VƏ ZAMAN 

 

Hamının  bildiyi  kimi,  qədimdən  bizim 



ailənin nəqqaĢları, məsələn, qədim ərəb ustaları da 

dünyaya firəng kafirinin bu gün baxdığı kimi baxır, 

hər  Ģeyə  küçədəki  sərsəriylə  itin,  dükandakı 

downloaded from KitabYurdu.org




Yüklə 3,5 Mb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   191




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə