Orxan pamuk



Yüklə 4,51 Mb.
Pdf görüntüsü
səhifə26/190
tarix16.11.2017
ölçüsü4,51 Mb.
#10430
1   ...   22   23   24   25   26   27   28   29   ...   190

 

 

111 



 

Kəpənək, Zeytun, Leylək və Zərif adlı dörd ustadın 

öz  evlərində  iĢlədiklərinə,  PadĢahımız  da  artıq 

nəqqaĢxanada  uĢaq  kimi  həyəcanlanmadığına  görə 

daha heç təĢkil olunmayan həmin mərasim əvəzinə 

onun təqlidinin keçirilməsi məni kədərləndirdi. Bir 

çox  nəqqaĢlar  kimi,  Nuri  əfəndi  də  həyatı  heç 

yaĢaya  bilmədən və zamanında  ustalaĢıb-eləmədən 

əbəs yerə qocalmıĢdı, amma illər boyu iĢ taxtasının 

üstünə  əyilib,  boĢ-boĢuna  donqarlanmamıĢdı: 

həmiĢə  nəqqaĢxanada  baĢ  verənlərə,  kimin  hansı 

gözəl səhifəni hazırladığına diqqət yetirmiĢdi.  

Beləcə,  PadĢahımızın  Ģahzadələrinin  sünnət 

toyu  mərasimlərindən  bəhs  eləyən  «Surnamə»nin 

əfsanəvi  səhifələrinə  ilk  dəfə  həyəcanla  tamaĢa 

elədim. Hər peĢədən, hər icmadan bütün Ġstanbulun 

iĢtirak elədiyi bu əlli iki gün çəkən sünnət toyunun 

hekayələrini  lap  Əcəmistanda  xəbər  tutmuĢ, 

mərasimdən  söz  açan  kitab  barədə  də  hələ 

hazırlananda eĢitmiĢdim.  

Qabağıma  qoyulan  ilk  rəsmdə  Cahanpənah 

padĢahımız  mərhum  Ġbrahim  paĢanın  sarayının 

ĢahniĢinində  oturub  aĢağıda,  At  meydanında  baĢ 

verən  Ģənlikləri  məmnun  baxıĢla  seyr  eləyirdilər. 

Üzü  onu  baĢqalarından  ayıracaq  qədər  dəqiq 

olmasa  da,  yaxĢı  və  hörmətlə  çəkilmiĢdi. 

PadĢahımızın solunda yerləĢdiyi ikisəhifəlik rəsmin 

sağ  yanında  isə  pəncərələrin  qabağında  kəmər 




 

 

112 



 

bağlamıĢ  vəzirlər,  paĢalar,  həm  də  Əcəm,  tatar, 

firəng  və  Venesiya  elçiləri  vardı.  PadĢah 

olmadıqlarına  görə  hamısı  baĢdansovdu,  səliqəsiz 

çəkilmiĢ  və  hədəfə  yönəldilməyən  gözlərini 

meydandakı  hərəkətə  dikmiĢdi.  Daha  sonra  digər 

rəsmlərdə  də  eyni  yerləĢdirmə  və  tərtibin  –  divar 

iĢləmələri,  ağaclar,  kirəmitlər  baĢqa  cür  və  baĢqa 

rənglərlə  çəkilsə  də,  təkrarlandığını  gördüm. 

Yazılar  xəttatlar  tərəfindən  yazılıb,  rəsmləri  baĢa 

çatdırılıb, «Surnamə» cildlənəndə səhifələri çevirən 

oxuyacaq.  Beləcə,  elə  eyni  duruĢla,  elə  eyni 

meydana  baxan  PadĢahımızın  və  dəvət  olunmuĢ 

tünlüyün  baxıĢları  altındakı  At  meydanında  hər 

dəfə bambaĢqa rənglər içindəki hərəkəti görəcəkdi. 

Mən  də  gördüm:  ora,  At  meydanına 

qoyulmuĢ  yüzlərlə  kasa  plovu  bir-birinin  əlindən 

qapanları,  qızarmıĢ  sığırı  parçalayanda  içindən 

çıxan  dovĢanlardan,  quĢlardan  qorxanları  gördüm. 

Təkərli  arabaya  minib  dəstə  halında  PadĢahımızın 

qabağından keçəndə, aralarından bir nəfəri arabaya 

uzadıb,  çılpaq  sinəsi  üstündə  dördkünc  zindanda 

mis  döyəndə  çəkicləri  çılpaq  adama  xətər 

toxundurmadan  vuran  usta  misgərləri  gördüm. 

PadĢahımızın  qarĢısından  araba  içindən  keçəndə 

ĢüĢələrin  üzərinə  qərənfillər,  sərvlər  iĢləyən 

ĢüĢəçiləri,  dəvələrə  yüklənmiĢ  çuvallar  dolusu 

Ģirniyyatla,  qəfəslərdəki  Ģirniyyatdan  hazırlanmıĢ 




 

 

113 



 

tutuquĢularla  keçəndə  Ģirin  Ģeirlər  oxuyan 

Ģirniyyatçıları,  araba  içində  çeĢid-çeĢid  asqılı, 

qayçılı,  sürməli,  diĢli  kilidlərini  nümayiĢ  etdirib, 

yeni  vaxtların,  yeni  qapıların  yaramazlıqlarından 

Ģikayət  eləyə-eləyə  keçən  qoca  kilidçiləri  gördüm. 

Hoqqabazları  göstərən  rəsmə  həm  Kəpənək,  həm 

Leylək,  həm  Zeytun  toxunmuĢdu:  bir  hoqqabaz 

tirin  üzərində  yumurtaları  sanki  enli  mərmərin 

üzərində  dığırladan  kimi  yerə  salmadan  dığırladır, 

bir baĢqası da ona dəf çalırdı. Kaptanıdərya* Kılıc 

Ali paĢa dənizlərdə yaxalayıb, əsir elədiyi kafirlərə 

palçıqdan  günah  dağı  düzəltdirmiĢ,  hamısını 

arabaya  mindirmiĢdi,  padĢahın  düz  qarĢısında 

olanda  dağın  içindəki  barıtı  partladıb  kafirin 

məmləkətini toplarıyla necə inim-inim inildətdiyini 

göstərmiĢdi  –  bunları  rəsmdə  eynilə  gördüm. 

Əllərində bıçaqları gül və badımcan rəngli paltarlar 

geymiĢ  saqqalsız,  bığsız  qadınüzlü  qəssabların 

çəngəldən  sallanan  dərisi  soyulmuĢ  yumĢaq 

qoyunlara  gülümsədiklərini  gördüm.  Zəncirlərlə 

PadĢahımızın  hüzuruna  gətirilmiĢ  Ģir  qızıĢdırılıb, 

hoydu-hoyduya  götürülən  kimi  gözləri  qan  çəkib 

qəzəblənmiĢ  tamaĢaçılar  baxıcıları  alqıĢlamıĢlar, 

Ġslamı  təmsil  eləyən  Ģir  o  biri  səhifədə  donuz 

gavuru  təmsil  eləyən  boz-ağ  rəngə  boyanmıĢ 

donuzu  qovmuĢdu.  PadĢahın  hüzurundan  keçəndə 

arabanın 

üstündə 

yerləĢdirilmiĢ 

dükanının 



 

 

114 



 

tavanından  baĢıaĢağı  sallanıb  müĢtərisinin  üzünü 

taraĢ  eləyən  bərbərin,  həmin  müĢtəriyə  gümüĢ 

qabdakı ətirli sabunla güzgü tutub bəxĢiĢ gözləyən 

qırmızı  paltar  geyinmiĢ  bərbər  Ģəyirdinin  rəsminə 

də  doya-doya  baxandan  sonra  möcüzəli  nəqqaĢın 

kim olduğunu soruĢdum. 

«NəqqaĢın  kimliyi  yox,  rəsmin  öz  gözəlliyi 

ilə  insanı  həyatın  zənginliyinə,  sevgiyə,  Allahın 

yaratdığı  aləmin  rənglərinə  hörmətə,  daxili 

düĢüncəyə və imana çağırması vacibdi». 

Hesab elədiyimdən daha çox arif olan nəqqaĢ 

Nuri  əniĢtəmin  məni  bura  sorğu-sual  aparmağa 

yolladığını baĢa düĢüb ehtiyatlımı davranırdı, yoxsa 

baĢ 

nəqqaĢ 


Ustad 

Osmanın 


sözlərinimi 

təkrarlayırdı?  

«Bütün  bu  təzhibləri  Zərif  əfəndimi 

eləmiĢdi?»  –  soruĢdum.  «Onun  yerinə  təzhibləri 

indi kim eləyir?»  

Açıq  qapının  iç  həyətə  baxan  aralığından 

uĢaq  səs-küyü,  hayqırtıları  gəlməyə  baĢladı. 

AĢağıda  bölükbaĢılardan  biri,  çox  ehtimal  ki, 

ciblərində  ləl  tozu,  ya  da  kağızın  arasında  qızıl 

təbəqə  gizlədən  Ģagirdləri,  hər  halda,  bir  az  əvvəl 

soyuqda  titrəyə-titrəyə  gözləyən  ikisini  falaqqaya 

salmıĢdı.  Məzələnmək  üçün  fürsət  tapan  gənc 

nəqqaĢlar tamaĢa üçün qapıya yüyürdülər. 



Yüklə 4,51 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   190




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə