Orxan pamuk



Yüklə 4,51 Mb.
Pdf görüntüsü
səhifə29/190
tarix16.11.2017
ölçüsü4,51 Mb.
#10430
1   ...   25   26   27   28   29   30   31   32   ...   190

 

 

124 



 

nəqqaşın  öz  üslub  marağının  olduğunu  görən  xan 

da  Ģeytanın  yoldan çıxardığı ustanı həmin  gün kor 

etdirir.  

 

BE 



 

Doğu  məmləkətlərinin  birində  naxıĢsevər 

xoĢbəxt  və  yaĢlı  bir  padĢah  varmıĢ,  yeni  evləndiyi 

gözəllər gözəli çinli qızıyla çox xoĢbəxt yaĢayırmıĢ. 

Sən  demə,  padĢahın  əvvəlki  arvadından  yaraĢıqlı 

oğluyla  gənc  arvadının  könülləri  bir-birini 

tutubmuĢ.  Atasına  xəyanətdən  bağrı  yarılan  oğul 

yasaq eĢqindən utanıb nəqqaĢxanaya çəkilir, özünü 

rəsmə  həsr  eləyir.  EĢqinin  kədəri  və  gücüylə 

çəkdiyinə  görə  rəsmlərinin  hər  biri  o  qədər  gözəl 

olurmuĢ ki, baxanlar qədim ustadların rəsmlərindən 

ayıra  bilməzlərmiĢ,  padĢah  –  ata  da  oğluyla  çox 

fəxr eləyirmiĢ. Çinli gənc arvadısa rəsmlərə baxıb: 

«Bəli,  çox  gözəldi»,  –  deyirmiĢ.  «Amma  imza 

atmasa, illər keçəcək, bu gözəlliyi onun yaratdığını 

kimsə  bilməyəcək».  «Oğlum  rəsmlərə  imza  atsa, 

qədim ustadları təqlid eləyə-eləyə çəkdiyi bu rəsmi 

haqsız  olaraq  öz  adına  çıxmazmı?»  –  padĢah 

deyirmiĢ.  «Üstəlik  imza  atsa,  demiĢ  olmazmı  ki, 

rəsmim  mənim  nöqsanımı  saxlayır?»  YaĢlı  ərini 

inandıra  bilməyəcəyini  baĢa  düĢən  çinli  arvadı 

axırda  həmin  imza  laqqırtılarını  nəqqaĢxanada 




 

 

125 



 

qapanıb  qalan  gənc  oğula  çatdırmağı  bacarır. 

Ardınca  eĢqini  içində  dəfn  eləməyə  məcbur 

olduğuna  görə  qüruru  sınmıĢ  oğul  gözəl  və  gənc 

ögey  anasının  verdiyi  bu  məsləhətə  Ģeytanın  da 

təĢviqiylə inanıb bir rəsmin küncünə – divarla otlar 

arasında  heç  görünməyəcəyini  güman  elədiyi  bir 

guĢəyə  imzasını  atır.  Ġmzaladığı  ilk  rəsm  «Xosrov 

və  ġirin»dən  bir  məclismiĢ.  Yəqin,  bilirsiniz: 

Xosrov  ġirinlə  evlənəndən  sonra  ilk  evliliyindən 

olan  oğlu  ġiruyə  ġirinə  aĢiq  olur,  bir  gecə 

pəncərədən  girib  xəncərini  ġirinin  yanında  yatan 

atasının ciyərinə soxur.  Bəli,  qoca  padĢah  oğlunun 

çəkdiyi  həmin  məclisin  rəsminə  baxanda  qəfildən 

rəsmdə bir nöqsan sezir: imzanı gördüyünə, amma 

bir  çoxumuzun  elədiyimiz  kimi,  gördüyünə  fikir 

vermədiyinə görə rəsmdən ona yalnız belə bir hiss 

qalır ki, «bu qüsurlu rəsmdi». Qədim ustadlar belə 

bir iĢ tutmadıqlarına görə qoca padĢah təlaĢa düĢür. 

Çünki  bu  o  deməkmiĢ  ki,  oxuduğu  cild  hekayə, 

əfsanə  barədə  yox,  kitaba  ən  yaraĢmaz  Ģey  – 

həqiqət  barədə  söhbət  açır.  Qoca  bunu  sezəndə 

qorxur. Elə həmin məqamda da nəqqaĢ oğlu eynilə 

çəkdiyi  rəsmdəki  kimi  pəncərədən  içəri  girir,  

atasının  qorxudan  böyüyən  gözlərinə  baxmadan 

rəsmdəki qədər iri xəncərini onun sinəsinə sancır.  

 

CĠM 



 

 

126 



 

 

Bundan  iki  yüz  əlli  il  qabaq  Qəzvində  kitab 



bəzəməyin,  xəttin  və  nəqĢin  ən  etibarlı,  ən  sevilən 

sənətlər  olduğu  barədə  RəĢidəddin  Qəzvini  öz 

tarixində  müfəssəl  yazıb.  O  zamanlar  Qəzvin 

taxtında oturan, Bizansdan Çinəcən qırx məmləkətə 

hökm eləyən (nəqş sevgisi bu böyük gücün sirri ola 

bilər)  zaman  Ģahının,  nə  yaxĢı  ki,  oğlu  yox  imiĢ. 

Ölümündən  sonra  fəth  elədiyi  məmləkətlər 

bölünməsin  deyə  Ģah  gözəl  qızına  ağıllı  nəqqaĢ  ər 

tapmaq qərarına gələn kimi nəqqaĢxanasındakı üçü 

də  subay  olan  üç  böyük  gənc  ustad  arasında  yarıĢ 

təĢkil  eləyib.  RəĢidəddinin  tarixinə  görə,  yarıĢın 

çox  sadə  mövzusu  varmıĢ:  kim  ən  gözəl  rəsmi 

çəkəcək! Eynilə RəĢidəddin kimi, gənc nəqqaĢlar da 

bunun  qədim  ustadlar  təki  rəsm  eləmək  olduğunu 

bildiklərinə görə üçü də ən sevilən məclisi çəkiblər. 

Cənnətmisal  bir  bağçada  sərv  və  sədr  ağacları, 

ürkək  dovĢanlar  və  təlaĢlı  qaranquĢlar  arasında 

eĢqin kədərindən boğulan, gözlərini yerə dikmiĢ bir 

qız.  Bir-birindən xəbərsiz  eyni  rəsmi  eynilə  qədim 

ustalar kimi çəkən üç nəqqaĢdan ən çox fərqlənmək 

istəyənisə  rəsmin  gözəlliyinə  sahib  çıxmaq 

məqsədilə  bağın  ən  dərin  yerində,  nərgiz 

çiçəklərinin  arasında  imzasını  gizlədir.  Amma 

özünü 


qədim 

ustadların 

təvazökarlığından 

uzaqlaĢdıran  bu  ədəbsizliyi  üzündən  dərhal 




 

 

127 



 

Qəzvindən  Çinə  sürgün  edilir.  Beləcə,  o  biri  iki 

nəqqaĢ  arasında  yenidən  yarıĢ  təĢkil  olunur.  Bu 

dəfə  ikisi  də  gözəl  bir  qızı  möcüzəli  bağda  at 

belində  göstərən  Ģeir  qədər  gözəl  rəsm  çəkiblər. 

NəqqaĢlardan  biri  fırçasının  sürüĢməsi  üzündənmi, 

yoxsa  qəsdənmi,  bilinmir,  çinli  kimi  qıyıq  gözlü, 

qabarıq  almacıq  sümüklü  qızın  ağ  atının  burnunu 

bir az qəribə cızır: bu, dərhal ata və qız tərəfindən 

nöqsan  kimi  qəbul  olunur.  Əslində,  həmin  nəqqaĢ 

imza  atmayıbmıĢ,  amma  çox  gözəl  rəsmində  atın 

burnuna ustalıqla bir nöqsan yerləĢdirir ki, seçilsin. 

ġah: «Nöqsan  –  üslubun anasıdır», –  deyib  həmin 

nəqqaĢı da Bizansa sürgün eləyir. Heç bir imzasız, 

heç bir nöqsansız, eynilə qədim ustalar kimi çəkən 

bacarıqlı nəqqaĢın Ģahın qızı ilə toyunun hazırlıqları 

görüləndə,  RəĢidəddin  Qəzvininin  o  qalın  tarixinə 

görə, daha bir son əhvalat baĢ verir: toydan bir gün 

qabaq  Ģahın  qızı  ertəsi  gün  əri  olacaq  gənc  və 

yaraĢıqlı  böyük  ustadın  çəkdiyi  rəsmə  bütün  günü 

kədərlə  baxır.  AxĢam  qaranlığı  çökəndə  atasının 

yanına 


gedib: 

«Qədim 


ustadlar 

möcüzəli 

rəsmlərində gözəl qızları çinlilər kimi çəkərdilər, bu 

da,  əlbəttə,  Doğudan  gələn  doğru-düzgün 

qaydadır»,  –  deyir.  «Amma  birini  sevəndə  bu 

gözəlin qaĢına, gözünə, dodağına, saçına, gülüĢünə, 

hətta  kirpiyinə  sevdikləri  gözəldən  azacıq  bir  Ģey 

əlavə eləyirdilər. Rəsmlərinə yerləĢdirdikləri həmin 




Yüklə 4,51 Mb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   190




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə