119
«Üçüncüsü korluqdu!» – böyük ustad baĢ
nəqqaĢ Osman dillənib susdu, elə bil bu dediyi
Ģərhə izaha ehtiyacı olmayan məlum bir Ģey idi.
«Korluğun nəyidi?» – əzilə-büzülə dedim.
«Korluq səssizdi. Bayaq dediyim birinciylə
ikincini birləĢdirsən, korluq üzə çıxır. Nəqşin ən
dərin yeri Allahın qaranlığında peyda olanı
görməkdi».
Susdum, eĢiyə çıxdım. Buzlu pilləkənləri
tələsmədən endim. Böyük ustadın üç böyük sualını
Kəpənəkdən, Zeytundan, Leyləkdən yalnız yalanı
açmaq üçün yox, sağ vaxtı əfsanə olan bu
yaĢıdlarımı baĢa düĢmək üçün də soruĢacağımı
bilirdim.
Amma dərhal usta nəqqaĢların evlərinə
getmədim. Yəhudi məhəlləsinə yaxın, Xalicin
Boğaziçinə açıldığı təpədən görünən yeni bir bazar
yerində Esterlə görüĢdüm. Ester alıĢ-veriĢ eləyən
kölə qadınlar, yoxsul məhəllələrin solğun və gen
kaftanlar geyən qadınları, yerkökülərə, heyvalara,
soğan və turp dəstələrinə qərq olmuĢ tünlüyün
içində geyməyə məcbur olduğu qara yəhudi
əlbəsəsi, çevik iri bədəni, heç dayanmayan çənəsi,
becid-becid oynayıb mənə iĢarələr yollayan qaĢ-
gözüylə bərq vururdu.
Ona verdiyim məktubu sanki bütün ÇarĢı
bizə göz qoyan kimi, çox sirli və çox iĢgüzar
120
hərəkətlərlə Ģalvarının altına soxdu. ġəkurənin
mənim barəmdə düĢündüyünü dedi. BəxĢiĢini aldı,
«amandı, tez, tez, mütləq tez apar» deməyimin
cavabında boğçasına iĢarə eləyib baĢqa bir çox iĢi
olduğunu göstərdi, məktubu ġəkurəyə yalnız
günortaya yaxın çatdıracağını söylədi. Ondan xahiĢ
elədim, ġəkurəyə desin ki, üç böyük gənc ustadı
görməyə gedirəm.
12. MƏNƏ KƏPƏNƏK DEYİRLƏR
Günorta namazından
qabaq idi. Qapı
döyüldü, açıb baxdım ki, Qara Çələbidi. ġəyirdlik
illərimizdə
müəyyən
müddət
aramızdaydı.
QucaqlaĢıb öpüĢdük. Ġndi əniĢtəsindən bir xəbər
121
gətirib-gətirmədiyi ilə maraqlanırdım ki, nəqĢ
elədiyim
səhifələrə,
nəqĢlərimə
baxacağını,
dostcasına gəldiyini, məni PadĢahımız adından bir
sualla sınayacağını söylədi.
YaxĢı, dedim. Mənə verilən sual nədi?
Söylədi! YaxĢı!
ÜSLUB VƏ ĠMZA
Bu o deməkdi ki, nəqĢi göz zövqü, imanı
üçün yox, pulu, adı üçün çəkən əsilsizlər çoxaldıqca
dedim, üslub və imza marağı sayaq baĢqa bir çox
çirkinlik və tamahkarlıq görəcəyik. Bu giriĢi
inandığıma görə yox, üsul təki eləyirdim: çünki
həqiqi qabiliyyət və bacarıq qızıl və Ģöhrət
sevgisiylə xırdalanmaz. Hətta düzünü demək
lazımdısa, mənim baĢıma gəldiyi kimi, qızıl və
Ģöhrət bacarıq sahibinin haqqıdı, onu eĢqə gətirir.
Amma bunu desəm, nəqqaĢlar bölüyünün
qısqanclıqdan quduran nəqqaĢları açıq danıĢdığıma
görə üstümə gələrlər, bu iĢi onlardan daha çox
sevdiyimi sübut eləmək üçün də düyü üzərində
ağac rəsm elərəm. Bu üslub, imza və Ģəxsiyyət
həvəslərinin firəng təsiriylə Batıdan və iezuit
keĢiĢlərinin apardığı rəsmlərə uyub yoldan çıxmıĢ
bəzi zavallı çinli ustadların təsiriylə Doğudan lap
122
yaxınımıza qədər gəldiyimi bildiyimə görə sizə bu
barədə üç qısa hekayə danıĢım.
ÜÇ ÜSLUB VƏ ĠMZA NAĞILI
ƏLĠF
Bir zamanlar Heratın quzeyindəki dağlarda
yerləĢən qalasında nəqĢə və rəsmə marağı olan bir
gənc xan yaĢayırmıĢ. Həmin xan hərəmxanasındakı
qadınlardan yalnız birini sevirmiĢ. Dəli kimi
sevdiyi o gözəllər gözəli tatar qızı da xana aĢiq
imiĢ.
Səhərəcən
tərləyə-tərləyə
elə
çox
seviĢirlərmiĢ, elə xoĢbəxtlərmiĢ ki, həyatlarının
axıracan belə sürməsini istəyirlərmiĢ. Bu diləklərini
həyata keçirməyin ən yaxĢı yolunun da kitabları
açıb, qədim ustadların çəkdiyi qüsursuz rəsmlərə
saatlarla, günlərlə baxmaq, ara vermədən baxmaq
olduğunu aĢkara çıxarmıĢdılar. Eyni hekayələrin
hamısı tamamilə bir-birini təkrar eləyən qüsursuz
rəsmlərinə baxdıqca zamanın dayandığını, öz
xoĢbəxtliklərinin hekayədə təsvir olunan qızıl
dövrün xoĢbəxt zamanına qarıĢdığını hiss
eləyirlərmiĢ. Xanın nəqqaĢxanasında eyni rəsmləri
eyni kitabların səhifələri üçün yenidən eyni
qüsursuzluqla çəkən ustalar ustası bir nəqqaĢ da
varmıĢ. Adətə görə, usta nəqqaĢ Fərhadın ġirinə
123
olan eĢqindən əzab çəkdiyini, Məcnunla Leylinin
bir-birilərini
görüb
heyranlıq
və
həsrətlə
baxıĢmalarını, ya da Xosrovla ġirinin cənnətmisal
əfsanəvi bağçasında bir-birilərini qarĢılıqlı anlayıb
vurğun
baxıĢlarla
süzmələrini
bir
kitabın
səhifəsində rəsm eləyəndə aĢiqlərin əvəzinə xanla
tatar gözəlinin rəsmini cızırmıĢ. Xanla sevgilisi bu
səhifələrə baxanda öz xoĢbəxtliklərinin heç baĢa
çatmayacağına əməlli-baĢlı inanır, ustad nəqqaĢı
tərif və qızılla boğurlarmıĢ. Ġltifat və qızılın
çoxluğu usta nəqqaĢı axırda yolundan çıxarmıĢ,
Ģeytanın da təhrikiylə rəsmlərinin qüsursuzluğuna
görə qədim ustadlara borclu olduğunu unutmuĢ,
qürurla öz Ģəxsiyyətindən də bir parça qatsa,
rəsmlərinin daha da bəyəniləcəyini güman eləmiĢdi.
Amma usta nəqqaĢın elədiyi bu yenilikləri,
insansayaq üslub izlərini xanla sevgilisi tamamilə
qüsur sayıb kədərlənirlər. Uzun-uzadı baxdığı
rəsmlərdə keçmiĢ xoĢbəxtliklərinin orasından-
burasından pozulduğunu hiss eləyən kimi xan
əvvəlcə səhifələrdə onun rəsm edildiyinə görə tatar
gözəlini qısqanır. Sonra o, gözəl tatar qızını
qısqandırmaq üçün baĢqa bir cariyəylə seviĢir.
Hərəm dedi-qoduçularından bunu öyrənmək tatar
qızını o qədər kədərləndirir ki, dinməz-söyləməz
özünü hərəmxana həyətindəki sədr ağacından asır.
Elədiyi səhvi baĢa düĢən, bunun arxasında da
Dostları ilə paylaş: |