Orxan pamuk



Yüklə 4,51 Mb.
Pdf görüntüsü
səhifə28/190
tarix16.11.2017
ölçüsü4,51 Mb.
#10430
1   ...   24   25   26   27   28   29   30   31   ...   190

 

 

119 



 

«Üçüncüsü  korluqdu!»  –  böyük  ustad  baĢ 

nəqqaĢ  Osman  dillənib  susdu,  elə  bil  bu  dediyi 

Ģərhə izaha ehtiyacı olmayan məlum bir Ģey idi. 

«Korluğun nəyidi?» – əzilə-büzülə dedim. 

«Korluq  səssizdi.  Bayaq  dediyim  birinciylə 

ikincini  birləĢdirsən,  korluq  üzə  çıxır.  Nəqşin  ən 

dərin  yeri  Allahın  qaranlığında  peyda  olanı 

görməkdi». 

Susdum,  eĢiyə  çıxdım.  Buzlu  pilləkənləri 

tələsmədən endim. Böyük ustadın üç böyük sualını 

Kəpənəkdən,  Zeytundan,  Leyləkdən  yalnız  yalanı 

açmaq  üçün  yox,  sağ  vaxtı  əfsanə  olan  bu 

yaĢıdlarımı  baĢa  düĢmək  üçün  də  soruĢacağımı 

bilirdim.  

          Amma  dərhal  usta  nəqqaĢların  evlərinə 

getmədim.  Yəhudi  məhəlləsinə  yaxın,  Xalicin 

Boğaziçinə açıldığı təpədən görünən yeni bir bazar 

yerində  Esterlə  görüĢdüm.  Ester  alıĢ-veriĢ  eləyən 

kölə  qadınlar,  yoxsul  məhəllələrin  solğun  və  gen 

kaftanlar  geyən  qadınları,  yerkökülərə,  heyvalara, 

soğan  və  turp  dəstələrinə  qərq  olmuĢ  tünlüyün 

içində  geyməyə  məcbur  olduğu  qara  yəhudi 

əlbəsəsi,  çevik  iri  bədəni,  heç  dayanmayan  çənəsi, 

becid-becid  oynayıb  mənə  iĢarələr  yollayan  qaĢ- 

gözüylə bərq vururdu. 

Ona  verdiyim  məktubu  sanki  bütün  ÇarĢı 

bizə  göz  qoyan  kimi,  çox  sirli  və  çox  iĢgüzar 




 

 

120 



 

hərəkətlərlə  Ģalvarının  altına  soxdu.  ġəkurənin 

mənim barəmdə düĢündüyünü dedi. BəxĢiĢini aldı, 

«amandı,  tez,  tez,  mütləq  tez  apar»  deməyimin 

cavabında  boğçasına  iĢarə  eləyib  baĢqa  bir  çox  iĢi 

olduğunu  göstərdi,  məktubu  ġəkurəyə  yalnız 

günortaya yaxın çatdıracağını söylədi. Ondan xahiĢ 

elədim,  ġəkurəyə  desin  ki,  üç  böyük  gənc  ustadı 

görməyə gedirəm.  

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

12. MƏNƏ KƏPƏNƏK DEYİRLƏR 

 

          Günorta  namazından 



qabaq  idi.  Qapı 

döyüldü,  açıb  baxdım  ki,  Qara  Çələbidi.  ġəyirdlik 

illərimizdə 

müəyyən 


müddət 

aramızdaydı. 

QucaqlaĢıb  öpüĢdük.  Ġndi  əniĢtəsindən  bir  xəbər 



 

 

121 



 

gətirib-gətirmədiyi  ilə  maraqlanırdım  ki,  nəqĢ 

elədiyim 

səhifələrə, 

nəqĢlərimə 

baxacağını, 

dostcasına  gəldiyini,  məni  PadĢahımız  adından  bir 

sualla sınayacağını söylədi. 

YaxĢı,  dedim.  Mənə  verilən  sual  nədi? 

Söylədi! YaxĢı!  

 

ÜSLUB VƏ ĠMZA 



 

Bu  o  deməkdi  ki,  nəqĢi  göz  zövqü,  imanı 

üçün yox, pulu, adı üçün çəkən əsilsizlər çoxaldıqca 

dedim,  üslub  və  imza  marağı  sayaq  baĢqa  bir  çox 

çirkinlik  və  tamahkarlıq  görəcəyik.  Bu  giriĢi 

inandığıma  görə  yox,  üsul  təki  eləyirdim:  çünki 

həqiqi  qabiliyyət  və  bacarıq  qızıl  və  Ģöhrət 

sevgisiylə  xırdalanmaz.  Hətta  düzünü  demək 

lazımdısa,  mənim  baĢıma  gəldiyi  kimi,  qızıl  və 

Ģöhrət  bacarıq  sahibinin  haqqıdı,  onu  eĢqə  gətirir. 

Amma  bunu  desəm,  nəqqaĢlar  bölüyünün 

qısqanclıqdan quduran nəqqaĢları açıq danıĢdığıma 

görə  üstümə  gələrlər,  bu  iĢi  onlardan  daha  çox 

sevdiyimi  sübut  eləmək  üçün  də  düyü  üzərində 

ağac  rəsm  elərəm.  Bu  üslub,  imza  və  Ģəxsiyyət 

həvəslərinin  firəng  təsiriylə  Batıdan  və  iezuit 

keĢiĢlərinin  apardığı  rəsmlərə  uyub  yoldan  çıxmıĢ 

bəzi  zavallı  çinli  ustadların  təsiriylə  Doğudan  lap 




 

 

122 



 

yaxınımıza qədər gəldiyimi  bildiyimə  görə  sizə bu 

barədə üç qısa hekayə danıĢım. 

 

ÜÇ ÜSLUB VƏ ĠMZA NAĞILI 



 

ƏLĠF 


 

Bir  zamanlar  Heratın  quzeyindəki  dağlarda 

yerləĢən  qalasında  nəqĢə  və  rəsmə  marağı  olan  bir 

gənc xan yaĢayırmıĢ. Həmin xan hərəmxanasındakı 

qadınlardan  yalnız  birini  sevirmiĢ.  Dəli  kimi 

sevdiyi  o  gözəllər  gözəli  tatar  qızı  da  xana  aĢiq 

imiĢ. 

Səhərəcən 



tərləyə-tərləyə 

elə 


çox 

seviĢirlərmiĢ,  elə  xoĢbəxtlərmiĢ  ki,  həyatlarının 

axıracan belə sürməsini istəyirlərmiĢ. Bu diləklərini 

həyata  keçirməyin  ən  yaxĢı  yolunun  da  kitabları 

açıb,  qədim  ustadların  çəkdiyi  qüsursuz  rəsmlərə 

saatlarla,  günlərlə  baxmaq,  ara  vermədən  baxmaq 

olduğunu  aĢkara  çıxarmıĢdılar.  Eyni  hekayələrin 

hamısı  tamamilə  bir-birini  təkrar  eləyən  qüsursuz 

rəsmlərinə  baxdıqca  zamanın  dayandığını,  öz 

xoĢbəxtliklərinin  hekayədə  təsvir  olunan  qızıl 

dövrün  xoĢbəxt  zamanına  qarıĢdığını  hiss 

eləyirlərmiĢ.  Xanın  nəqqaĢxanasında  eyni  rəsmləri 

eyni  kitabların  səhifələri  üçün  yenidən  eyni 

qüsursuzluqla  çəkən  ustalar  ustası  bir  nəqqaĢ  da 

varmıĢ.  Adətə  görə,  usta  nəqqaĢ  Fərhadın  ġirinə 



 

 

123 



 

olan  eĢqindən  əzab  çəkdiyini,  Məcnunla  Leylinin 

bir-birilərini 

görüb 


heyranlıq 

və 


həsrətlə 

baxıĢmalarını,  ya  da  Xosrovla  ġirinin  cənnətmisal 

əfsanəvi  bağçasında  bir-birilərini  qarĢılıqlı  anlayıb 

vurğun 


baxıĢlarla 

süzmələrini 

bir 

kitabın 


səhifəsində  rəsm  eləyəndə  aĢiqlərin  əvəzinə  xanla 

tatar gözəlinin rəsmini cızırmıĢ. Xanla sevgilisi bu 

səhifələrə  baxanda  öz  xoĢbəxtliklərinin  heç  baĢa 

çatmayacağına  əməlli-baĢlı  inanır,  ustad  nəqqaĢı 

tərif  və  qızılla  boğurlarmıĢ.  Ġltifat  və  qızılın 

çoxluğu  usta  nəqqaĢı  axırda  yolundan  çıxarmıĢ, 

Ģeytanın  da  təhrikiylə  rəsmlərinin  qüsursuzluğuna 

görə  qədim  ustadlara  borclu  olduğunu  unutmuĢ, 

qürurla  öz  Ģəxsiyyətindən  də  bir  parça  qatsa, 

rəsmlərinin daha da bəyəniləcəyini güman eləmiĢdi. 

Amma  usta  nəqqaĢın  elədiyi  bu  yenilikləri, 

insansayaq  üslub  izlərini  xanla  sevgilisi  tamamilə 

qüsur  sayıb  kədərlənirlər.  Uzun-uzadı  baxdığı 

rəsmlərdə  keçmiĢ  xoĢbəxtliklərinin  orasından-

burasından  pozulduğunu  hiss  eləyən  kimi  xan 

əvvəlcə səhifələrdə onun rəsm edildiyinə görə tatar 

gözəlini  qısqanır.  Sonra  o,  gözəl  tatar  qızını 

qısqandırmaq  üçün  baĢqa  bir  cariyəylə  seviĢir. 

Hərəm  dedi-qoduçularından  bunu  öyrənmək  tatar 

qızını  o  qədər  kədərləndirir  ki,  dinməz-söyləməz 

özünü  hərəmxana  həyətindəki  sədr  ağacından  asır. 

Elədiyi  səhvi  baĢa  düĢən,  bunun  arxasında  da 



Yüklə 4,51 Mb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   190




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə