Orxan pamuk



Yüklə 4,51 Mb.
Pdf görüntüsü
səhifə27/190
tarix16.11.2017
ölçüsü4,51 Mb.
#10430
1   ...   23   24   25   26   27   28   29   30   ...   190

 

 

115 



 

«ġəyirdlər  meydanın  örtüyünü  bu  rəsmdə 

Osman  ustamızın  buyurduğu  kimi,  güləbənzər 

qaraya  boyayıb  bitirənə  qədər,  –  Nuri  Əfəndi 

ehtiyatla dedi, – Zərif əfəndi qardaĢımız da getdiyi 

yerdən  qayıdıb,  bu  iki  səhifənin  təzhibini  eləyib 

baĢa  çatdırar,  inĢallah.  Ustadımız  nəqqaĢ  Osman 

Zərif  əfəndidən  At  meydanının  torpaq  örtüyünün 

hər dəfə baĢqa bir rəngdə boyanmasını tələb edərdi. 

Gülgüni  qara,  hind  yaĢılı,  Ģafran  sarısı,  ya  da  qaz 

poxu  rəngində.  Çünki  rəsmə  baxan  göz  oranın 

meydan  olduğunu,  torpaq  rəngli  olacağını  ilk 

rəsmdə  baĢa  düĢəcək,  ikinci,  üçüncü  rəsmdə 

təsirlənmək  üçün  baĢqa  rənglər  istəyəcək.  Naxış 



səhifəni şənləndirmək üçün çəkilir. 

Bir  küncdə  kalfanın

1

  qoyduğu,  üzəri  rəsm 



edilmiĢ  kağız  gördük.  Bir  zəfərnamə  üçün 

donanmanın  savaĢa  getməsini  göstərən  bircə  rəsm 

üzərində  iĢləyirmiĢ,  amma  aydındı  ki,  ayağının 

dabanları  çubuqlarla  parçalanan  yoldaĢlarının  səs-

küyünü  eĢidəndə  tamaĢa  eləməyə  qaçmıĢdı.  Bir 

qəlibin  üzərindən  keçə-keçə  cızdığı  nümunə 

gəmilərlə  düzəltdiyi  donanma  sanki  heç  dənizin 

üzərində  belə  dayanmırdı,  amma  bu  sünilik  – 

yelkənlərin küləkdən qabarmaması – qəlibdən yox, 

                                    

1

Kalfa – Ģəyirdliklə ustalıq arasındakı məqam



 


 

 

116 



 

gənc  nəqqaĢın  bacarıqsızlığından  idi.  Qəlibin  nə 

olduğunu  ayırd  eləyə  bilmədiyim  qədim  kitabdan, 

bəlkə  cilddən  vəhĢicəsinə  cırılıb  götürüldüyünü 

gördüm.  Ustad  Osman,  aydındı  ki,  artıq  bir  çox 

Ģeyləri görə bilmirdi. 

Növbə öz iĢ taxtasına gələndə Nuri əfəndi üç 

həftədir  üzərində  çalıĢdığı  tuğra  təzhibinin  baĢa 

çatdığını  qürurla  söylədi.  Kimə,  hansı  məqsədlə 

yollanacağı  baĢa  düĢülməsin  deyə  boĢ  kağızda 

cızılan  tuğraya  və  təzhibinə  hörmətlə  baxdım. 

Doğuda  bir  çox  dəliqanlı  paĢanın  padĢahın 

tuğrasının  bu  əsil-nəcabət  və  güc  dolu  gözəlliyini 

görüb üsyan eləmək fikrindən daĢındığını bilirəm. 

Sonra  xəttat  Camalın  yazıb,  baĢa  çatdırıb 

qoyduğu ən son möcüzələri gördük, əsl sənətin xətt, 

nəqĢin  xətti  önə  çıxarmaq  üçün  bir  bəhanə 

olduğunu  söyləyən  rəng  və  naxıĢ  düĢmənlərinə 

haqq verməmək üçün tez keçdik. 

CədvəlkeĢ 

Nasir 

Teymurun 



oğulları 

zamanından  qalma  Nizami  «Xəmsə»sindən  bir 

səhifəni,  Xosrovun  ġirini  çimən  vaxt  çılpaq 

görməsinin  təsvir  olunduğu  rəsmi  bərpa  eləmək 

üçün pozurdu. 

AltmıĢ  il  əvvəl  Təbrizdə  Ustad  Behzadın 

əlini  öpdüyünü,  həmin  məqamda  əfsanəvi  böyük 

ustadın  kor  və  sərxoĢ  olduğunu  iddia  eləməkdən 

baĢqa bir hekayəsi olmayan doxsan iki yaĢlı yarıkor 



 

 

117 



 

usta  mənə  bir  anlığa  daha  dərin  bir  Ģeyi,  burada 



bütün  savaşlardan  və  tar-marlardan  uzaqda  hər 

şeyin  sona  çatmaqda  olduğunu  hiss  etdirdi. 

Qiyamət  qopandan  bir  az  əvvəl  də  həmin  sükut 

olacaq. Naxış ağlın sükutu, gözün musiqisidir. 

VidalaĢmaq  üçün  Ustad  Osmanın  əlini 

öpəndə  yalnız  böyük  hörmət  yox,  ruhumu  alt-üst 

eləyən  bambaĢqa  bir  Ģey  də  duydum.  Övliyaya 

duyacağınıza 

oxĢayan 


heyranlıqla 

qarıĢıq 


mərhəmət:  qəribə  bir  günahkarlıq  duyğusu.  Bəlkə 

də  firəng  ustadlarının  gizli-açıq  təqlid  edilməsini 

istəyən əniĢtəm ona rəqib olduğuna görə. 

Eyni  zamanda  belə  qərara  gəldim  ki,  böyük 

ustadı  həyatda  son  kərə  görürəm,  ona  görə  də 

xoĢuna  gəlmək,  onu  sevindirmək  təlaĢıyla  bir  sual 

verdim.  

«Böyük  ustadım,  əfəndim,  yaxĢı  nəqqaĢı 

sıravi nəqqaĢdan nə ayırır?» 

Bir  az  yaltaqcasına  olan  bu  cür  suallara 

öyrəncəli  baĢ  nəqqaĢın  baĢdansovdu  cavab 

verəcəyini, həm də həmin məqamda məni tamamilə 

unutmaqda olduğunu güman eləyirdim.  

«YaxĢı 


nəqqaĢı 

bacarıqsız, 

imansız 

nəqqaĢdan  ayıracaq  yeganə  əlamət  yoxdu»,  – 

ciddiyyətlə  dedi.  «Bu,  zamana  görə  dəyiĢir. 

Sənətimizi  təhdid  eləyən  yaramazlıqlara  qarĢı 

nəqqaĢın  əxlaqının  və  bacarığının  nə  olduğu 



 

 

118 



 

vacibdi.  Bu  gün  yaxĢı  nəqqaĢın  nə  qədər  yaxĢı 

olduğunu  baĢa  düĢmək  üçün  ondan  üç  Ģey 

soruĢardım». 

«Nədir bunlar?» 

«Yeni  adətə  uyub,  çinlilərin  və  firənglərin 

təsiriylə,  inadla  özünün  xüsusi  nəqĢ  üsulunun, 

üslubunun  olmasını  təkid  eləyirmi?  NəqqaĢ  kimi 

hamıdan  fərqlənən  ədasının,  havasının  olmasını 

istəyir, bunu da nəqĢinin bir yerinə firəng ustadları 

kimi  imza  qoyub  sübut  eləməyə  çalıĢırmı?  Bax 

bunu  baĢa  düĢmək  üçün  əvvəlcə  mən  ondan  üslub 



və imza barədə soruĢardım». 

«Sonra?» – hörmətlə soruĢdum. 

«Sonra  kitablarımızı  sifariĢ  eləyən  Ģahlar  və 

padĢahlar  ölüb,  cildlər  əldən-ələ  keçib,  parçalanıb, 

çəkdiyimiz  rəsmlər  baĢqa  kitablarda,  baĢqa 

zamanlarda  istifadə  olunanda  həmin  nəqqaĢın  nə 

hiss  elədiyini  öyrənmək  istəyərdim.  Bu  elə  həssas 

bir  Ģeydi  ki,  kədərlənməklə  də,  sevinməklə  də 

öhdəsindən  gəlmək  mümkün  deyil.  Buna  görə  də 

nəqqaĢdan  zaman  barədə  soruĢardım.  Nəqşin 



zamanı  və  Allahın  zamanı  haqqında.  BaĢa 

düĢürsənmi, oğlum?» 

«Xeyr». 

Amma 


elə 

də 


demədim, 

«Üçüncüsü?» – soruĢdum.  




Yüklə 4,51 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   190




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə