Orxan pamuk



Yüklə 4,51 Mb.
Pdf görüntüsü
səhifə23/190
tarix16.11.2017
ölçüsü4,51 Mb.
#10430
1   ...   19   20   21   22   23   24   25   26   ...   190

 

 

99 



 

cəhənnəmə  gedəcəyini  deyirmiĢ.  Ay  sivaslı,  sən 

mənim  bu  yoğun  budağımın  necə  əyildiyini 

unutdunmu?  Sizə  danıĢım,  amma  kimsəyə 

deməyəcəyinizə and için, çünki Allah quru iftiradan 

saxlasın.  Bir  də  gördüm,  bir  səhər  yuxarıda  adı 

çəkilən, maĢallah, minarə boylu, aslan pəncəli, div 

kimi  bir  adamla  mənim  bu  budağıma  çıxıb,  sıx 

yarpaqlarımın  arasında  gizləniblər,  bağıĢlayın, 

taqqataqla iĢ görürlər. Sonra Ģeytan olduğunu baĢa 

düĢdüyüm  div  bizimkini  becərəndə  gözəl 

qulağından  həm  Ģəfqətlə  öpür,  həm  də  içinə: 

«Qəhvə  haramdır;  qəhvə  günahdır...»  –  pıçıldayır. 

Ona görə qəhvənin zərərinə inanan gözəl dinimizin 

buyruqlarına yox, Ģeytana inanır. 

Bir  də  axırda  firəng  nəqqaĢlarından  söz 

açacağam ki, onlara can atan əsil-nəcabətsiz varsa, 

ibrət  alsın.  Ġndi  həmin  firəng  nəqqaĢları  kralların, 

keĢiĢlərin,  bəylərin,  hətta  xanımların  üzlərini  elə 

nəqĢ  eləyirlər  ki,  o  adamın  rəsminə  baxıb  küçədə 

tanıya bilirsən. Bunların arvadları onsuz da küçədə 

sərbəst gəzir, artıq gerisini siz fikirləĢin. Amma bu 

da  bəs  eləməyib,  iĢləri  daha  da  irəli  aparıblar. 

Dəllallıqda yox, naxıĢda deyirəm. 

Bir böyük ustad firəng nəqqaĢı və baĢqa böyük 

nəqĢ  ustası  firəng  çəmənliyində  gedir,  ustalıq  və 

sənət  barədə  danıĢırlarmıĢ.  QarĢılarına  bir  meĢə 

çıxıb.  Daha  usta  olanı  o  birinə:  «Yeni  üsullarla 




 

 

100 



 

çəkmək elə bir bacarıq tələb eləyir ki, – deyib, – bu 

meĢədəki  ağacların  birini  çəkdinmi,  rəsmə  baxan 

həvəskar bura gəlib, istəyərsə, o ağacı digərlərindən 

ayırd eləyib tapır». 

Mən  fağır,  gördüyünüz  ağac  rəsmi  belə  bir 

ağılla  çəkilmədiyimdən  Allahıma  Ģükür  eləyirəm. 

Firəng  üsullarıyla  rəsm  edilsəydim,  məni  həqiqi 

ağac  sayan  Ġstanbulun  bütün  itlərinin  üstümə 

iĢəyəcəyindən  qorxduğuma  görə  naĢükür  də 

deyiləm.  Mən  ağacın  özü  deyil,  mənası  olmaq 

istəyirəm. 



 

 

 

 

 

11. MƏNİM ADIM QARADI 

 

Gecədən  xeyli  keçəndən  sonra  baĢlayan  qar 



səhərə  qədər  yağdı.  ġəkurənin  məktubunu  bütün 

gecəni  dönə-dönə  oxudum.  BoĢ  evin  boĢ  otağında 

aĢağı-yuxarı  hirsli-hirsli  gedib-gələndə  Ģamdana 

yaxınlaĢır,  solğun  Ģamın  titrəyən  iĢığında 

sevgilimin  acıqlı  hərflərinin  əsəbi  titrəyiĢlərinə, 

mənə yalan demək üçün elədiyi tənələrinə, sağdan-

sola  qıvrıla-qıvrıla  baĢ  alıb  getmələrinə  tamaĢa 

eləyirdim.  Bəzən  gözümün  qabağına  pərdənin 




 

 

101 



 

qəfildən  açılması,  sevgilimin  qarĢımda  peyda  olan 

üzü  və  kədərli  təbəssümü  gəlirdi.  Son  altı-yeddi 

ildə  beynimdə  «ġəkurədir»  deyib,  dəyiĢdirə-

dəyiĢdirə  gəzdirdiyim,  viĢnə  rəngindəki  ağızları 

getdikcə  geniĢlənən  üzlərin  hamısını  onun  gerçək 

üzünü görən kimi unutmuĢdum. 

Gecənin  bir  məqamında  özümü  evlilik 

düĢüncələrimin  ixtiyarına  verdim.  Xəyalımda 

eĢqimə  də,  eĢqimin  qarĢılıqlı  olduğuna  da  heç 

Ģübhəm  yox  idi.  Beləcə,  biz  böyük  xoĢbəxtlik 

içində 


evlənirdik, 

amma 


pilləkənli 

evdə 


xəyallarımdakı  xoĢbəxtlik  alt-üst  olurdu:  doğru-

dürüst  bir  iĢ  tapammır,  arvadımla  dalaĢır,  sözümü 

yeridə bilmirdim. 

Bu  tutqun  xəyalları  Ərəbistandakı  subay 

gecələrim  vaxtı  oxuduğum  Qəzzalinin  «Ġhya-i 

Ġlum»unun 

evliliyin 

zərərləri 

hissəsindən 

götürdüyümü baĢa düĢəndə ağlıma eyni səhifələrdə 

evliliyin  faydaları  barədə  daha  artıq  söz  açıldığı 

gəldi.  Amma  özümü  bu  qədər  məcbur  eləməyimə 

baxmayaraq, neçə kərə oxuduğum həmin faydaların 

yalnız  ikisini  xatırlayırdım.  KiĢi  evlənən  kimi  ev 

iĢlərini nizama salırdı, amma xəyalımdakı pilləkənli 

evdə  heç  bir  nizam  yox  idi.  Ġkincisi,  suçlu-suçlu 

özümü  rahatlamaqdan,  daha  böyük  günah  içində 

qaranlıq dalda küçələrdə dəllalların arxasınca fahiĢə 

dalınca sürünməkdən qurtulurdum. 



 

 

102 



 

Bu  qurtuluĢ  düĢüncəsi  gecədən  xeyli 

keçəndən  sonra  yadıma  yenə  özümü  rahatlatmağı 

saldı.  Təmizlənmək  istəyi  ilə  ağlıma  gələni  tez 

beynimdən  çıxarmaq  üçün  həmiĢəki  vərdiĢlə 

otağımın  bir  guĢəsinə  çəkildim,  amma  bir  müddət 

sonra  özümü  rahatlada  bilmədiyimi  baĢa  düĢdüm. 

On iki ildən sonra mən yenə aşiq olmuşdum! 

Bu qəti  sübut qəlbimə  elə həyəcan və  qorxu 

saldı  ki,  otaqda  Ģamın  iĢığı  kimi  az  qala  titrəyə-

titrəyə gəzdim. ġəkurə pəncərənin qabağında özünü 

göstərəcəkdisə,  bir  də  düz  tərsinə  məntiqi  hərəkət 

olan  o  məktuba  nə  ehtiyac  vardı  ki?  Qızı  məni  o 

qədər  istəmirsə,  atası  niyə  çağırır, bunlar  –  ata-qız 

mənimlə oyunmu oynayırlar? Otaqda var-gəl eləyir, 

qapının, divarın, cırıldayan döĢəmənin hər sorğuma 

qarmaqarıĢıq 

cavab 

verməyə 


çalıĢa-çalıĢa 

kəkələdiyini duyurdum.  

Neçə illər qabaq çəkdiyim o rəsmə  – ġirinin 

bir  ağac  budağından  Xosrovun  asılmıĢ  Ģəklini 

görüb ona vurulduğunu təsvir eləyən rəsmə baxdım. 

Onu  Təbrizdən  gəlib  əniĢtəmin  əlinə  yeni  keçmiĢ 

ortabab bir kitabdakı eyni rəsmdən aldığım ilhamla 

çəkmiĢdim.  Rəsmə  baxmaq  nə  sonrakı  illərdə  hər 

xatırlayanda olduğu kimi məni utandırdı (rəsmin və 

eĢq  elanının  bəsitliyi  üzündən),  nə  də  xoĢbəxt 

gənclik xatirələrinə geri apardı. Səhərə yaxın ağlım 

vəziyyətə  hakim  oldu,  rəsmi      yollamasını  da 




Yüklə 4,51 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   190




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə