Orxan pamuk



Yüklə 4,51 Mb.
Pdf görüntüsü
səhifə31/190
tarix16.11.2017
ölçüsü4,51 Mb.
#10430
1   ...   27   28   29   30   31   32   33   34   ...   190

 

 

132 



 

Yazığa  bir  bax!  Demədim  ki,  beĢ  qəpiyə 

dəyməz  bir  təqlidçi  təzhibi  yalnız  pul  üçün 

eləyəndi, ilhamı qıt bir səfehdi. «Xeyr,  – dedim, – 

bilmirəm». 

Heç 


ərzurumlu 

vaizin 


ətrafındakı 

təcavüzkarların 

Zərif 

əfəndiyə 



bir 

pislik 


eləyəcəkləri barədə düĢünmüĢdümmü? 

Özümü  saxladım,  demədim  ki,  o  da 

onlardandır. «Xeyr, – dedim, – niyə?» 

Bu,  Ġstanbul  Ģəhərində  əsiri  olduğumuz 

yoxsulluq, 

vəba, 


əxlaqsızlıq, 

rəzillik 

Peyğəmbərimiz 

Rəsulullah 

zamanındakı 

islamiyyətdən  uzaqlaĢıb,  yeni,  çirkin  adətlər 

qazandığımızdan  və  firəng  üsullarının  aramıza 

sızmasından baĢqa heç bir Ģeylə izah oluna bilməz. 

Vaiz  Ərzurumi  elə  belə  deyir,  amma  düĢmənləri 

ərzurumilərin  musiqi  çalınan  təkkələrə  hücum 

elədiklərini,  övliya  məzarını  dağıtdıqlarını  iddia 

eləyib,  padĢahı  tovlamaq  istəyirlər.  Ġndi  mənim 

Ərzurumi  həzrətlərinə  onlar  kimi  düĢmənçilik 

bəsləmədiyimi bildiklərinə görə, deməli, nəzakətlə: 

«Zərif  əfəndini  sənmi  öldürdün?»  –  demək 

istəyirlər. 

Bu  Ģayiələrin  nəqqaĢlar  arasında  çoxdan 

yayıldığı  qəfildən  yadıma  düĢdü.  Ġlhamsız, 

bacarıqsız, qabiliyyətsizlər dəstəsi indi böyük keflə 

mənim  alçaq  qatilin  biri  olduğumu  yayır.  Bu 




 

 

133 



 

qısqanc nəqqaĢlar kütləsinin iftiralarını məhz ciddi 

qəbul  elədiyinə  görə  hoqqanı  bu  sərsəri  Qaranın  o 

çərkəz baĢına endirmək istədim. 

Qara  gördüyü  hər  Ģeyi  yadında  saxlaya-

saxlaya  naxıĢ  otağıma  tamaĢa  eləyir:  uzun  kağız 

topalarına,  mürəkkəb  dolu  çanaqlara,  boya 

kasalarına,  iĢləyəndə  aradabir  diĢlədiyim  almaya, 

arxadakı  ocağın  qırağında  duran  qəhvədanıma, 

qəhvə  fincanlarıma,  döĢəkcələrə,  pəncərənin  yan 

aralığından  sızan  iĢığa,  səhifənin  enini-uzununu 

yoxlamaq  üçün  istifadə  elədiyim  güzgüyə, 

çəkələklərimə  və  orada  qapı  döyüləndən  sonra 

tələsik  otaqdan  çıxanda  arvadımın  saldığı  üçün 

qıraqda  günah  kimi  duran  qırmızı  qurĢağına 

diqqətlə baxır. 

Ondan 

düĢüncələrimi 



gizlətməyimə 

baxmayaraq,  çəkdiyim  rəsmləri  və  içində 

yaĢadığım  bu  otağı  həyasız  və  təcavüzkar 

baxıĢlarının ixtiyarına verirəm: bilirəm, məndəki bu 

qürur hamınızı heyrətləndirəcək, amma ən çox pul 

qazanan və deməli, ən yaxĢı nəqqaĢ mənəm! Çünki 



Allah nəqşin sevinc olmasını istəmişdi ki, aləmin də 

sevinc olduğunu baxmağı bacarana göstərsin. 

 

 



 

 



 

 

134 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 


 

 

135 



 

 

 



 

 

 



13. MƏNƏ LEYLƏK DEYİRLƏR 

 

 

Günorta  namazı  vaxtıydı.  Qapı  döyüldü. 



Baxdım ki, lap uĢaqlığımızdakı Qaradı. Bir-birimizi 

qucaqladıq. ÜĢümüĢdü, içəri çağırdım, evin yolunu 

necə  tapdığını  belə  soruĢmadım.  ƏniĢtəsi  onu 

mənim  yanıma  göndərmiĢdi  ki,  ağzımı  arayıb 

görsün  Zərif  əfəndinin  niyə  yoxa  çıxdığını,  harada 

olduğunu  bilirəmmi.  Amma  yalnız  ondan  yox, 

Ustad  Osmandan  da  xəbər  gətirmiĢdi,  «Bir  sualım 

var»,  –  dedi;  Ustad  Osman  deyib:  «Əsl  nəqqaşı  o 



birilərindən  fərqləndirən  şey  zamandı».  Nəqşin 

zamanıdı. Nə düĢünürəm? Qulaq asın. 

 

 



NAXIġ VƏ ZAMAN 

 

Hamının  bildiyi  kimi,  qədimdən  bizim 



ailənin nəqqaĢları, məsələn, qədim ərəb ustaları da 

dünyaya firəng kafirinin bu gün baxdığı kimi baxır, 

hər  Ģeyə  küçədəki  sərsəriylə  itin,  dükandakı 



 

 

136 



 

piĢtaxtalarla  kərəvizlərin  durduğu  yerdən  tamaĢa 

eləyib  çəkərdilər.  Bu  gün  firəng  ustadlarının 

məğrurcasına  öyündüyü  perspektiv  üsulundan  da 

xəbərsiz olduqlarına görə bu, onların aləmini itin və 

kərəvizin  görə  biləcəyi  qədər  məhdud  və  dar 

eləyirdi.  Sonra  bir  Ģey  baĢ  verdi,  bütün  nəqĢ 

aləmimiz  dəyiĢdi.  Sizə  oradan  baĢlayıb  məlumat 

verim. 

 

ÜÇ NAXIġ VƏ ZAMAN HEKAYƏSĠ 



 

ƏLĠF 


 

Bundan  üç  yüz  əlli  il  qabaq  Bağdad 

monqolların  əlinə  düĢüb  rəhmsizcəsinə  talandığı 

soyuq  fevral  günü  Ġbn  ġakir  yalnız  bütün  ərəb 

aləminin deyil, bütün Ġslamın ən adlı-sanlı, ən usta 

xəttatıydı.  Cavan  olmasına  baxmayaraq,  Bağdadın 

dünyada  məĢhur  kitabxanalarında  onun  yazdığı, 

əksəriyyəti  Qurani-Kərim  olan  çoxlu  kitab  vardı. 

Həmin  kitabların  qiyamətə  qədər  qalacağına 

inandığına  görə  Ġbn  ġakir  dərin  və  sonsuz  zaman 

fikriylə  yaĢayırdı.  Bir  neçə  gün  ərzində  monqol 

xaqanı  Hülakünün  əsgərləri  tərəfindən  hamısı 

vərəq-vərəq  cırılıb,  parçalanıb,  yandırılıb  Dəclənin 

sularına  atılan,  bu  gün  məlum  olmayan  həmin 

əfsanəvi  kitablardan  sonuncusu  üçün  bütün  gecəni 



Yüklə 4,51 Mb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   190




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə