Orxan pamuk



Yüklə 4,51 Mb.
Pdf görüntüsü
səhifə34/190
tarix16.11.2017
ölçüsü4,51 Mb.
#10430
1   ...   30   31   32   33   34   35   36   37   ...   190

 

 

145 



 

rəsmin  ilk  anda  görünməyən,  amma  hiss  edilən 

daxili  ahəngindən  çıxmalıdı.  Mən  əsrlərdən  bəri 

heyrətin  rəsmini  çəkən  yüzlərlə  ustad  nəqqaĢ  kimi 

Ģəhadət  barmağını  ağzına  soxan  adamı  da 

çəkmədim,  bütün  rəsmi  heyrət  etdirdim.  Bu  da 

hünkarı ayağa qaldırmaqla olur». 

Bir  iz  axtara-axtara  əĢyalarıma,  naxıĢ 

alətimə,  əslində,  bütün  həyatıma  baxmağına  fikir 

verib öz evimi onun gözüylə gördüm.  

Müəyyən  bir  dövrdə  Təbrizdə,  ġirazda 

çəkilmiĢ  saray,  hamam,  qala  rəsmləri  var.  Rəsmdə 

hər  Ģeyi  görüb-anlayan  ulu  Allahın  diqqətinə  Ģərt 

olsun  deyə  nəqqaĢ  rəsm  elədiyi  sarayı  ortasından 

böyük  möcüzəvi  ülgüclə  kəsirmiĢ  kimi,  içindəki 

qab-qacağa,  piyalələrə,  bayırdan  heç  görünməyən 

divar 

bəzəklərinə, 



pərdələrinə, 

qəfəsdəki 

tutuquĢuya,  ən  məhrəm  guĢələrinə,  yastıqlarına, 

yastığın üstündə oturan gün üzü görməmiĢ gözəllər 

gözəlinə  qədər  nəqĢ  eləyir.  O,  rəsmə  heyranlıqla 

baxan 


həvəskar 

oxucu 


kimi 

boyalarıma, 

kağızlarıma,  kitablarıma,  gözəl  Ģəyirdimə,  firəng 

səyyahları  üçün  çəkdiyim  qiyafətnamə  və  döyüĢ 

səhifələrinə,  bir  paĢa  üçün  gizlicə  çırpıĢdırdığım 

ayıb  rəsmlərinə  və  ədəbsiz  səhifələrə,  misdən, 

tuncdan,  torpaqdan  rəngbərəng  hoqqalarıma,  fil 

diĢindən qələmyonanlarıma, qızıl saplı qələmlərimə 

və gözəl Ģəyirdimin baxıĢına tamaĢa eləyirdi. 



 

 

146 



 

         «Qədim  ustalardan  fərqli  olaraq,  çox  savaĢ 

gördüm  mən,  çox»,  –  sükutu  öz  varlığımla 

doldurmaq  üçün  dedim.  «SavaĢ  qurğuları,  toplar, 

ordular,  ölülər.  PadĢahımızın,  paĢalarımızın  savaĢ 

çadırlarını  da  mən  naxıĢladım.  SavaĢlardan  sonra 

Ġstanbula  qayıdanda  hamının  unudacağı  savaĢ 

mənzərələrini,  ikiyə  bölünmüĢ  cəsədləri,  bir-birinə 

qarıĢmıĢ  orduları,  mühasirə  olunmuĢ  qalaların 

bürclərindən  toplarımıza  və  ordularımıza  qorxuyla 

baxan  miskin  kafirin  əsgərini,  baĢları  kəsilən 

üsyançıları, dördnala çapan atların coĢqunluğunu da 

mən  rəsm  elədim.  Gördüyüm  hər  Ģey  yaddaĢımda 

qalır:  yeni  qəhvəüyüdən,  heç  görmədiyim  cins 

pəncərə  halqası,  top,  yeni  növ  firəng  tüfənginin 

tətiyi,  ziyafət  zamanı  kimin  nə  rəng  geydiyi,  nə 

yediyi, kimin əlini hara necə qoyduğu...» 

«DanıĢdığın o üç hekayənin hissəsi nədi?» – 

Qara  hər  Ģeyi  yekunlaĢdıran  və  bir  az  hesabat 

istəyən tərzdə soruĢdu.  

«Əlif»,  –  dedim.  «Minarəli  birinci  hekayə, 

nəqqaşın bacarığı nə olursa olsun, nöqsansız rəsmi 

yaradanın  zaman  olduğunu  göstərir.  Be:  hərəmli, 

kitablı  ikinci  hekayə  zaman  xaricinə  çıxmağın 



yeganə  yolunun  bacarıq  və  naxış  olduğunu 

göstərir. Üçüncüsünü də sən söylə onda». 

          «Cim»,  –  Qara  özünə  əminliklə  dedi.  «Yüz 

on  doqquz  yaĢındakı  nəqqaĢın üçüncü hekayəsi də 



 

 

147 



 

əliflə  beyi  birləĢdirir,  nöqsansız  həyatdan  və 



nəqşdən ayrılanın zamanı bitir və ölür  – bax bunu 

göstərir. 

 

 

 



 

 

 



 

 



 

 

148 



 

14. MƏNƏ ZEYTUN DEYİRLƏR 

 

          Günorta  namazından  sonraydı:  tələsə-tələsə, 



amma  keflə  ləzzətli  oğlan  üzləri  çəkirdim  ki,  qapı 

döyüldü.  Əlim  həyəcanla  titrədi,  qələmimi  atdım. 

Qucağımdakı  iĢ  taxtasını  birtəhər  ehtiyatla  qırağa 

qoydum,  az  qala  uça-uça  yüyürdüm,  qapını 

açmamıĢdan  qabaq  da  dua  elədim.  Allahım...  bu 

danıĢacaqlarımı kitabdan eĢidən sizlər Allaha bizim 

bu çirkli və səfil dünyamızdan, PadĢahımızın alçaq 

qullarından daha çox yaxın olduğunuza görə sizdən 

gizlətməyəcəyəm. Hind padĢahı, cahanın ən zəngin 

Ģahı  Əkbər  xan  dillərdə  dastan  olacaq  bir  kitab 

hazırladırmıĢ.  Ġslam  ölkəsinin  dörd  tərəfinə  xəbər 

göndərir  ki,  cahanın  ən  parlaq  nəqqaĢları  yanına 

gəlsinlər.  Ġstanbula  yolladığı  adamları  dünən 

mənim yanıma gəldilər, diyari-hində dəvət elədilər. 

Bu  dəfə  onlar  yox,  uĢaqlığımdan  unutduğum 

Qaraydı.  O  vaxtlar  sıramıza  girə  bilməz,  bizi 

qısqanardı. Bəli! 

Söhbət  eləməyə,  dostluq  eləməyə,  naxıĢımı 

görməyə gəlib. Ġçəri çağırdım ki, hər Ģeyimi görsün. 

Ustad  baĢ  nəqqaĢ  Osmanın  da  əlini  yeni  öpüb. 

Böyük  ustad  ona  bir  böyük  yalan  söyləyib:  deyib 

ki,  nəqqaşın  yaxşısı  korluqdan  və  hafizədən  söz 



açanda bilinər. Onda baĢa salaq: 

 



 

 

149 



 

KORLUQ VƏ HAFĠZƏ 

 

Nəqşdən  qabaq  qaranlıq  vardı,  nəqşdən 

sonra  da  qaranlıq  olacaq.  Boyalarımızla, 

bacarığımız  və  eĢqimizlə  Allahın  bizə  «görün» 

dediyini  xatırlayaq.  Xatırlamaq  –  gördüyünü 

bilməkdi.  Bilmək  –  gördüyünü  xatırlamaqdı. 

Görmək  –  xatırlamadan  bilməkdi.  Deməli,  nəqş 

eləmək  – qaranlığı  xatırlamaqdı.  Böyük ustadların 

rəsm  eĢqi  rənglərin  və  görmənin  qaranlıqdan 



yarandığını  bilib,  Allahın  qaranlığına  rənglərlə 

dönməyi  tələb  edir.  Hafizəsi  olmayan  nə  Allahı 

xatırlayar,  nə  də  onun  qaranlığını.  Bütünböyük 

ustadların  rəsmləri  rənglərin  içindəki,  zamanın 



xaricindəki o qatı qaranlığı axtarır. Heratın qədim 

böyük  ustalarının  tapdıqları  həmin  qaranlığı 

xatırlamağın  nə  demək  olduğunu  dərk  eləməyiniz 

üçün sizə də baĢa salaq.  

 

 

ÜÇ KORLUQ VƏ HAFĠZƏ HEKAYƏSĠ 



 

ƏLĠF 


 

ġair  Caminin  övliya  salnamələrini  qələmə 

aldığı  «Nəvhat-ül  Üns»ünün  Lami  Çələbi 

tərəfindən  çevrilmiĢ  türkcəsində  Qaraqoyunlu 




Yüklə 4,51 Mb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   190




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə