Orxan pamuk



Yüklə 4,51 Mb.
Pdf görüntüsü
səhifə36/190
tarix16.11.2017
ölçüsü4,51 Mb.
#10430
1   ...   32   33   34   35   36   37   38   39   ...   190

 

 

154 



 

Dərhal  tapıb  gətiriblər.  Qoca  nəqqaĢ  uĢağın 

qabağına  bir  rəsm  qoyub,  «Gördüyünü  danıĢ»,  – 

deyir.  UĢaq  rəsmdə  gördüklərini  danıĢanda  qoca 

nəqqaĢ  da  görməyən  gözlərini  göy  üzünə  dikib 

diqqətlə  dinləyir,  sonra  belə  izah  eləyir: 

«Firdovsinin  «ġahnamə»sindən  Ġsgəndərin  ölən 

Daranı  qucaqlaması...  Sədinin  «Gülüstan»ından 

gözəl  Ģagirdinə  aĢiq  olan  xocanın  hekayəsi... 

Nizaminin 

«Məhzəni-Əsrar»ından 

həkimlərin 

yarıĢması...»  Ġxtiyar  və  kor  qocaya  qəzəblənən  o 

biri  nəqqaĢlar:  «Bunları  biz  də  deyərdik,  – 

söyləyiblər, – bunlar ən məĢhur hekayələrin ən bəlli 

məclisləridi».  Qoca  və  kor  nəqqaĢ  bu  dəfə  uĢağın 

qabağına  ən  çətin  rəsmləri  qoydurub  yenə  onu 

diqqətlə  dinləyir.  «Firdovsinin  «ġahnamə»sindən 

Hörmüzün  xəttatları  bir-bir  zəhərləyib  öldürməsi», 

–  yenə  göyə  baxa-baxa  deyir.  «Mövlananın 

«Məsnəvi»sindən  arvadını  və  arvadının  aĢiqini 

armud  ağacının  baĢında  yaxalayan  ərin  yaramaz 

hekayəsi  və  ucuz  rəsm»,  –  deyir,  belə-belə  görə 

bilmədiyi  bütün  rəsmləri  uĢağın  izahından  tanıyır, 

kitabların  cildlənməsini  yoluna  qoyur.  Uluqbəy 

ordusuyla  Herata  girəndə  ustad  nəqqaĢdan  usta 



nəqqaşların  görməklə  başa  düşə  bilmədikləri 

hekayələri  özünün  heç  görmədən  tanımasının 

sirrini soruĢur. «Bunun səbəbi, hesab edildiyi kimi, 

kor  olduğuma  görə  yaddaĢımın  qüvvətli  olması 




 

 

155 



 

deyil»,  –  qoca  nəqqaĢ  deyir.  «Mən  hekayələrin 



təkcə  xəyallarla  deyil,  sözlərlə  xatırlandığını  heç 

unutmuram».  Uluqbəy  o  sözləri  və  hekayələri  öz 

nəqqaĢlarının da bildiklərini, amma rəsmləri sıraya 

düzə  bilmədiklərini  söyləyir.  «Çünki,  –  qoca 

nəqqaĢ  deyir,  –  onlar  öz  hünər  və  sənətləri  olan 

nəqş  barədə  çox  yaxşı  düşünürlər,  amma  qədim 

ustadların  bu  rəsmləri  Allahın  xatirələrindən 

yaratdıqlarını  bilmirlər».  Uluqbəy  uĢağın  bunu 

necə bildiyini soruĢur. «UĢaq bilmir, – qoca nəqqaĢ 

deyir,  –  yalnız  kor  və  ixtiyar  nəqqaĢ  kimi  Allahın 

aləmi  yeddi  yaşındakı  ağıllı  uşağın  görmək 

istəyəcəyi  təki  yaratdığını  bilirəm.  Çünki  Allah 

aləmi əvvəlcə görülmək üçün yaratdı. Sonra da bizə 

sözləri verdi ki, gördüyümüzü bir-birimizlə bölüşüb 

danışaq,  amma  biz  sözlərdən  hekayələr  düzəltdik, 

naxışın da həmin hekayələr üçün çəkildiyini güman 

elədik.  Ona  görə  də  naxış,  əslində,  Allahın 

xatirələrini  çatdırmaq,  aləmi  onun  gördüyü  kimi 

görməkdi. 

 

 



CĠM 

 

NəqqaĢ  tayfasının  haqlı  və  əzəli  qorxusu 



korluq  əndişəsi  üzündən  bir  vaxtlar  ərəb 

nəqqaşların  gün  doğanda  günbatana,  üfüqə  uzun-


 

 

156 



 

uzadı  baxdıqları,  bir  əsr  sonra  Şirazda  çoxlu 

nəqqaşın  səhərlər  acqarına  ceviz  içiylə  döyülmüş 

gül  yarpağı  əzib  yedikləri  məlumdu.  Yenə  eyni 

dövrdə  isfahanlı  yaĢlı  nəqqaĢların  vəbaya  yoluxan 

sayaq  növbəylə  yoluxduqları  korluğun  səbəbi 

saydıqları  gün  iĢığı  düz  iĢ  taxtalarına  dəyməsin 

deyə  otağın  yarıqaranlıq  küncündə,  çox  vaxt  da 

Ģamların  iĢığında  iĢləyər,  Buxaradakı  özbək 

nəqqaĢxanalarında 

ustadlar 

gözlərini 

günün 


axırında ovsun oxunmuĢ suyla yuyardılar. Bütün bu 

üsullar  içində  korluğa  ən  saf  yaxınlaĢanı,  təbii  ki, 

böyük  Ustad  Behzadın  müəllimi  ustad  nəqqaĢ 

Seyid  Mirək  tərəfindən  tapılanıdı.  Ustad  nəqqaĢ 

Mirəyə görə, korluq bəla deyil, bütün həyatını onun 

gözəlliyinə  həsr  eləyən  nəqqaşa  Allahın  verəcəyi 

son  xoşbəxtlikdi.  Çünki  naxıĢ  nəqqaĢın  Allahın 

aləmi  necə  gördüyünü  axtarmasıdı,  bu  təkrarsız 

görüntü  də    ancaq  uzun  illər  çalıĢandan  sonra, 

gözlər  yorulub  nəqqaĢ  əməlli-baĢlı  əyiləndə 

qazanılan  korluqdan  sonra  xatırlana-xatırlana  olur. 

Deməli,  Allahın  aləmi  necə  gördüyü  təkcə  kor 



nəqqaşların  yaddaşından  dərk  edilir.  Bu  xəyala 

malik  olanda,  yəni  xatirələrin  və  korluğun  zülməti 

içində gözünün qabağında Allahın mənzərəsi peyda 

olanda  qoca  nəqqaş  əli  möcüzəvi  rəsmi  öz-özünə 



kağıza  köçürə  bilsin  deyə  bütün  həyatı  boyu  əlini 

alışdırmaqla məşğul olur. Dövrün heratlı nəqqaĢları 


 

 

157 



 

və  xəttatları  barədə  də  yazmıĢ  tarixçi  Mirzə 

Məhəmməd  Heydər  Duğlata  görə,  ustad  Seyid 

Mirək  bu  nəqĢ  anlayıĢına  at  rəsmi  çəkmək  istəyən 

nəqqaĢdan  misal  da  çəkib.  Buna  görə  də  ən 

qabiliyyətsiz  nəqqaĢ  belə  baĢının  içi  bomboĢ 

olduğu üçün eynilə bugünkü firəng rəssamları kimi 

ata  baxa-baxa  at  rəsmi  çəkəndə  də  rəsmi  öz 



yaddaşından  çəkir.  Çünki  heç  kəs  eyni  zamanda 

həm  ata,  həm  də  üzərində  atın  rəsmini  çəkdiyi 

kağıza  baxa  bilməz.  NəqqaĢ  əvvəlcə  ata  baxır, 

sonra  yaddaĢındakını  dərhal  kağıza  çəkir.  Aradan 

göz  qırpımı  qədər  zaman  belə  keçsə  də,  nəqqaĢın 

kağıza  köçürdüyü,  həmin  məqamda  gördüyü  at 

deyil. Bir az əvvəl gördüyü atın xatirəsidi ki, bu da 

ən  səfil  rəssam  üçün  belə  rəsmin  ancaq  yaddaĢ 

mümkün  ola  biləcəyinin  sübutudu.  NəqqaĢın  fəal 

peĢə həyatının, daha sonra gələcək xoĢbəxt korluğa 

və  korların  xatirələrinə  hazırlıq  təki  görünən  bu 

anlayıĢının  nəticəsi  kimi  dövrün  heratlı  ustadları 

kitabsevər  Ģahlar  və  Ģahzadələr  üçün  çəkdikləri 

rəsmi  əl  vərdiĢi  təmrini  təki  görür.  ĠĢləməyi, 

aravermədən  çəkməyi,  günlərlə  dayanıb-durmaq 

bilmədən  Ģamların  iĢığında  Ģamlara  baxmağı 



nəqqaşı  korluğa  aparan  xoşbəxt  bir  iş  kimi  qəbul 

eləyir.  Ustad  nəqqaĢ  Mirək  həyatı  boyu  korluğa 

qəsdən və inadla yaxınlaĢa-yaxınlaĢa, bəzən dırnaq, 

düyü, hətta saç üzərində bütün yarpaqlarıyla ağaclar 



Yüklə 4,51 Mb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   190




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə