Orxan pamuk



Yüklə 4,51 Mb.
Pdf görüntüsü
səhifə38/190
tarix16.11.2017
ölçüsü4,51 Mb.
#10430
1   ...   34   35   36   37   38   39   40   41   ...   190

 

 

162 



 

«Boğçaçı gəldi, boğçaçı», – dedim. «PadĢaha layiq, 

ən əlasından rəqsbəndim var, KəĢmirdən gətirilmiĢ 

möcüzə Ģallarım, Bursa məxmərindən qurĢaqlığım, 

ən  yaxĢısından,  qırağı  ipəkli  Misir  çitindən 

köynəkliyim,  naxıĢ-naxıĢ  tülbənddən  örtüklərim, 

döĢək və yataq mələfələrim, rəngarəng yaylıqlarım 

var, boğçaçı!» 

Qapı  açıldı,  içəri  girdim.  HəmiĢəki  kimi  ev 

yataq,  yuxu,  qızarmıĢ  yağ  və  nəm  qoxuyurdu. 

Qocalmağa  doğru  gedən  subay  kiĢilərin  o  dəhĢətli 

qoxusunu. 

«BoĢboğaz», – dedi. «Niyə bağırırsan?»  

Heç  bir  Ģey  demədən  çıxarıb  məktubu 

verdim.  Yarıqaranlıq  otaqda  kölgə  kimi  yaxınlaĢıb 

bir anda onu əlimdən qapdı. Yan otağa keçdi, orada 

yanan  bir  lampa  varıydı.  Qapının  ağzında 

dayandım. 

«Atan əfəndi yoxdumu?» – dedim. 

Cavab  vermədi,  özünü  unudub  məktubu 

oxuyurdu.  Ġmkan  verdim  ki,  oxusun.  Lampa 

arxasında  olduğu  üçün  üzünü  heç  görə  bilmirdim. 

Məktubu baĢa vuran kimi bir də oxumağa baĢladı.  

«Hə, – dedim, – nə yazıb?» 

Hasan oxudu: 

«Sevgilim  Şəkurə  xanım.  Mən  də  illər  boyu 

bircə  adamın  xəyalıyla  yaşadığıma  görə  ərini 

gözləməyini,  ondan  başqa  heç  kəsin  barəsində 



 

 

163 



 

düşünməməyini təqdir eləyir, anlayıram. Sənin kimi 

bir  qadından  dürüstlük  və  iffətdən  başqa  nə 

gözləmək  olar  ki  (Hasan  qəhqəhə  çəkdi).  Amma 

naxış  üçün  atanı  görməyə  gəlməyim  sənə  təcavüz 

eləmək  deyil.  Bu  heç  ağlımdan  da  keçmir.  Səndən 

işarə,  üstəlik  cəsarət  aldığımı  heç  qabardan  da 

deyiləm.  Üzün  pəncərədə  nur  kimi  görünəndə 

bunun Allahın mənə lütfü olduğundan başqa bir şey 

düşünmədim. Çünki sənin üzünü görmək xoşbəxtliyi 

mənə  bəs  elər  («Burasını  Nizamidən  çırpıĢdırıb», 

orada qəzəblə qeyd elədi). Amma bir halda ki, mənə 



yaxınlaşma  deyirsən,  de  görüm,  mələksənmi  ki, 

sənə yaxınlaşmaq qorxulu olsun? Dinlə məni, bunu 

dinlə: gecəyarıları ümidsiz xan nökəriylə edamdan 

qaçan  quldurlardan  başqa  kimsələrin  qonaq 

qalmadığı, 

lənətli 

karvansarayların 

pəncərələrindən  çılpaq  dağlara  düşən  Ay  işığına 

tamaşa  eləyə-eləyə,  məndən  də  bəxtsiz  olan 

yalquzaqların  ulartılarını  dinləyə-dinləyə  yatmağa 

çalışanda düşünürdüm ki, bir gün qəfildən mənə elə 

o pəncərədə göründüyün kimi görünəcəksən. Dinlə: 

indi  kitab  üçün  babanın  yanına  geri  qayıdanda 

uşaq  vaxtı  çəkdiyim  rəsmi  mənə  geri  qaytarırsan. 

Bilirəm, bu, məndən ötrü səni tapdığımın əlamətidi. 

Ölümün əlaməti deyil. Oğullarından birini, Orxanı 

gördüm. Yazıq yetim. Onun atası olacağam!»  


 

 

164 



 

«MaĢallah,  yaxĢı  yazıb,  –  dedim,  –  bu,  Ģair 

olub». 

«Mələksənmi  ki,  sənə  yaxınlaşmaq  qorxulu 



olsun»,  –  dedi.  «Həmin  sözü  Ġbn  Zərkanidən 

çırpıĢdırıb. Mən daha yaxĢı yazaram». Cibindən öz 

məktubunu da çıxartdı. «Al, bunu ġəkurəyə apar».  

Məktublarla  birgə  verdiyi  pul  ilk  dəfə  məni 

narahat  elədi.  Bu  adamın  cavab  ala  bilmədiyi 

eĢqinə çılğınlıqla bağlanmasında diksindirici bir Ģey 

hiss  elədim.  Hasan  sanki  sezdiklərimi  təsdiqləmək 

istəyirmiĢ  kimi,  uzun  müddətdən  bəri  ilk  dəfə 

əfəndiliyi bir yana qoyub kobudluqla belə dedi: 

«Ona  de,  istəsək,  onu  qazı  zoruna  evə 

gətirərik». 

          «Doğrudan deyimmi?»  

         Sükut  çökdü.  «Demə»,  –  dedi.  Otaqdakı 

lampanın  iĢığı  üzünə  düĢdü,  günahını  bilən  uĢaq 

təki  gözlərini  aĢağı  dikdiyini  gördüm.  Belə 

vəziyyətindən  xəbərdar  olduğuma  görə  eĢqinə 

hörmət  duyur,  məktublarını  aparıram.  Güman 

edildiyi kimi, pul üçün yox. 

          Evdən 

çıxırdım,  Hasan  məni  qapıda 

dayandırdı. 

«ġəkurəyə  onu  nə  qədər  çox  sevdiyimi 

deyərsənmi?» – həyəcanla, səfehliklə soruĢdu. 

«Sən bunu məktubunda yazmırsanmı?» 




 

 

165 



 

«De  mənə,  onu,  atasını  –  onları  necə 

yumĢalda bilərəm?» 

«YaxĢı insan olmaqla», – deyib qapıya doğru 

getdim.  

«Bu  yaĢdan  sonra  çox  gecdi...»  –  dərin 

əzabla dilləndi. 

«Çox  pul  qazanmağa  baĢlamısan,  Hasan 

çavuĢ. Bu, insanı yaxĢı eləyə...» – deyib çıxdım. 

Evin  içi  o  qədər  qaranlıq  və  rütubətliydi  ki, 

bayırda  mənə  elə  gəldi  ki,  hava    istiləĢib.  Üzümə 

gün  düĢdü.  FikirləĢdim  ki,  ġəkurənin  xoĢbəxt 

olmasını istəyirəm. Amma nəmli, soyuq və qaranlıq 

evdə  gördüyüm  o  bədbəxtə  də  müəyyən  qədər 

hörmət 

eləyirdim. 



Əvvəlcədən 

düĢünüb-


daĢınmadan,  qəlbimdən  gəldiyi  üçün  Laləlikdəki 

Ədviyyatçılar  çarĢısına  döndüm,  darçın,  zəfəran, 

bibər  qoxuları  içində  özümə  gələcəyimi  hesab 

eləyirdim, amma yanılmıĢdım. 

Evində  ġəkurə  məktubları  alandan  sonra 

əvvəlcə  Qaranı  soruĢdu.  EĢq  yanğısının  hər  yerini 

amansızcasına bürüdüyünü söylədim, xoĢuna gəldi. 

«Evlərində toxuma toxuyan arvadlar da daxil 

olmaqla,  hamı  yazıq  Zərif  əfəndinin  niyə 

öldürüldüyündən  söz  açır»,  –  sonra  sözü 

dəyiĢdirdim. 



Yüklə 4,51 Mb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   190




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə