Orxan pamuk



Yüklə 4,51 Mb.
Pdf görüntüsü
səhifə39/190
tarix16.11.2017
ölçüsü4,51 Mb.
#10430
1   ...   35   36   37   38   39   40   41   42   ...   190

 

 

166 



 

«Xeyriyyə,  halva  çalıb  bədbəxt  Zərif 

əfəndinin  arvadı  Qəlbiyyəyə  apar»,  –  ġəkurə 

dilləndi. 

«Yasına  bir  çox  ərzurumilər,  xeyli  adam 

gələcəkmiĢ»,  –  dedim.  «Qohumları  deyib  ki,  qanı 

yerdə qalmayacaq». 

Amma ġəkurə Qaranın məktubunu oxumağa 

baĢlamıĢdı.  Bütün  diqqətimlə  və  acıqla  üzünə 

baxdım. Bu qadının o qədər həyat təcrübəsi var ki, 

ehtiraslarının nə dərəcədə üzünə vurmasına nəzarət 

eləyə  bilir.  Məktubu  oxuyanda  hiss  elədim  ki,  

susmağım  xoĢuna  gəlir,  bunu  Qaranın  məktubuna 

verdiyi  xüsusi  əhəmiyyəti    bəyənməyim  kimi  baĢa 

düĢür.  Beləcə,  məktubu  baĢa  çıxıb  mənə 

gülümsəyəndə  ġəkurənin  xoĢuna  gəlsin  deyə  bu 

sualı ona verməyə məcbur oldum:  

«Nə deyir?» 

«UĢaqlığındakı kimi... Mənə aĢiqdi». 

«Nə düĢünürsən?» 

«Mən evliyəm. Ərimi gözləyirəm». 

Təxminlərimizin 

əksinə, 

mənim 


təsirlənməyimi  istəyəndən  sonra  bu  yalanı 

tullamasına heç  hirslənmədim,  hətta  onu da  deyim 

ki,  bu,  məni  rahatlandırdı.  Məktub  daĢıyıb  həyat 

barədə  öyüdlər  verdiyim  bir  çox  qız  və  qadın 

ġəkurənin  göstərdiyi  diqqəti  göstərsəydilər,  həm 



 

 

167 



 

mənim  iĢim,  həm  onların  iĢi  yarıbayarı  asanlaĢar, 

hətta bəziləri daha yaxĢı ərlərə gedə bilərdi. 

«O biri nə deyir?» – yenə də soruĢdum. 

         «Hasanın 

məktubunu 

indi 

oxumaq 


istəmirəm»,  –  cavab  verdi.  «Qaranın  Ġstanbula 

qayıtdığından Hasanın xəbəri varmı?» 

          «Varlığından belə xəbəri yoxdu». 

«Hasanla söhbət eləyirsinizmi?» – gözəl qara 

gözlərini açıb soruĢdu. 

«Sən istədiyinə görə». 

«Hə?» 

«Əzab  içindədi.  Səni  çox  sevir.  Könlün 



baĢqasına  meyil  eləsə  belə,  bundan  sonra  ondan 

qurtulmağın  çox  çətindi.  Məktublarını  qəbul 

eləməyin  onda  çox  ümid  doğurdu.  Ondan  qorx. 

Çünki  özünü  səni  evə  geri  gətirmək,  böyük 

qardaĢlarının  ölümünü  qəbul  etdirib  səninlə 

evlənməyə  hazırladı».  Son  sözümün  təhdidli 

tərəfini  tarazlasın,  məni  o  bədbəxtin  xəbərçisi 

vəziyyətinə salmasın deyə gülümsədim. 

«O  biri  nə  deyir  belə?»  –  soruĢdu,  amma 

kimi soruĢduğunu bilirdimi? 

«NəqqaĢmı?» 

«Ağlım  qarmaqarıĢıqdı»,  –  bəlkə  də  birdən 

düĢüncələrindən  qorxub  dilləndi.  «Həm  də  mənə 

elə  gəlir,  hər  Ģey  daha  da  qarıĢacaq.  Artıq  atam 

qocalır.  Hamımıza  bir  bədbəxtliyin  yaxınlaĢdığını, 



 

 

168 



 

Ģeytanın  bizim  üçün  iyrənc  Ģeylər  hazırladığını 

sezirəm.  Ester,  mənə  elə  bir  Ģey  de  ki,  xoĢbəxt 

olum».  


«Sən  narahat  olma,  ġəkurəcan,  –  qəlbim 

titrəyə-titrəyə  dedim,  –  sən,  həqiqətən,  çox 

ağıllısan, çox gözəlsən. Bir gün yaraĢıqlı ərinlə eyni 

yataqda  yatacaq,  onu  qucaqlayacaq,  bütün 

dərdlərini  unudub  xoĢbəxt  olacaqsan.  Bunu 

gözlərinin içindən oxuyuram». 

Qəlbimdə  elə  sevgi  peyda  oldu  ki,  gözlərim 

yaĢardı. 

«YaxĢı, de görüm, o ər hansı olacaq?» 

«Bunu sənə o ağıllı ürəyin demirmi?» 

«Mən  ürəyimin  nə  dediyini  baĢa  düĢə 

bilmədiyimə görə xoĢbəxtəm». 

Sükut çökdü. Bir anlığa beynimdən keçdi ki, 

ġəkurə mənə  qətiyyən etibar eləmir, ağzımdan söz 

almaq  üçün  inamsızlığını  ustalıqla  gizlədib  özünə 

əzab  verir.  Məktublara  indiki  məqamda  bir  cavab 

verməyəcəyini  baĢa  düĢəndə  bütün  qızlarıma, 

çaĢqınlara  belə  söylədiyim  bu  sözləri  dedim, 

boğçamı götürdüm, həyətə çıxdım, əkildim. 

«O gözəl gözlərini geniş açarsan, başına pis 

bir şey gəlməz, canım, narahat olma sən». 

 

 



 


 

 

169 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



16. MƏN ŞƏKURƏYƏM 

 

Əvvəldən boğçaçı Ester hər dəfə gələndə elə 



bilərdim,  mənim  kimi  ağıllı,  gözəl,  əməlli-baĢlı 


 

 

170 



 

yetiĢmiĢ,  dul,  amma  namuslu  qadının  ürəyini  küt-

küt ağrıdacaq aĢiq ən axırda hörmətə keçib, məktub 

yazıb  göndərir.  Gələn  məktubların  həmiĢəki 

istəklilərimdən  olduğunu  görəndə  də  heç  olmasa 

ərimi  gözləmək  üçün  güc  və  səbir  qazanırdım. 

Ġndisə hər dəfə boğçaçı Ester gedəndən sonra fikrim 

qarıĢır, özümü daha da miskin hiss eləyirəm.  

Dünyanın  səslərini  dinlədim.  Mətbəxdən 

qaynama poqqultusu, limon və soğan qoxusu gəlir: 

bilirəm,  Xeyriyyə  balqabaq  qaynadır.  ġövkətlə 

Orxan  həyətdə,  nar  ağacının  altında  itələĢə-itələĢə 

qılınc-qılınc oynayır – qıĢqırtılarını eĢidirəm. Atam 

yan  otaqda  dinməzcə  oturur.  Hasanın  məktubunu 

açıb  oxudum,  maraq  doğuracaq  heç  bir  Ģey 

olmadığını bir daha baĢa düĢdüm. Yalnız ondan bir 

az da qorxdum, onunla eyni evdə yaĢadığım vaxtlar 

qoynuma  girmək  üçün  elədiyi  cəhdlərə  müqavimət 

göstərdiyimə  görə  özümdən  razı  qaldım.  Sonra 

Qaranın  məktubunu  sanki  incinəcək  sınqın  bir  Ģey 

kimi,  incitməmək  üçün  ehtiyatla  tutub  oxudum, 

fikrim də qarıĢdı. Məktubları daha oxumadım; gün 

çıxdı,  belə  düĢündüm:  gecələrin  birində  Hasanın 

qoynuna  girsəydim,  onunla  seviĢsəydim,  bunu 

Allahdan baĢqa kimsə bilməzdi. Ġtkin düĢmüĢ ərimə 

oxĢayır, eyni Ģeydi. Bəzən belə qəfil və qəribə fikir 

beynimə  gəlir.  Gün  çıxıb,  qəfildən  isinəndə  sanki 

bədənim  olduğunu,  dərimi,  boynumu,  döĢlərimin 




Yüklə 4,51 Mb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   190




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə