Orxan pamuk



Yüklə 4,51 Mb.
Pdf görüntüsü
səhifə47/190
tarix16.11.2017
ölçüsü4,51 Mb.
#10430
1   ...   43   44   45   46   47   48   49   50   ...   190

 

 

200 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



19. MƏN PULAM 


 

 

201 



 

 

Ġyirmi  iki  əyarlı  Osmanlı  Sultani  qızılıyam. 



Üzərimdə  Cahanpənah  padĢahımız  həzrətlərinin 

Ģanlı tuğrası var. Burada, yasdan sonrakı kədərli bu 

gözəl 

qəhvəxanada 



PadĢahımızın 

böyük 


ustadlarından  Leylək  indi,  gecəyarı  rəsmimi 

çəkdiyinə görə üzərimə qızıl suyu sürtmədi, amma 

onu  siz  artıq  beyninizdə  tamamlayarsınız.  Surətim 

burada,  özümsə  böyük  ustad,  nəqqaĢ  Leylək 

qardaĢımızın kisəsindəyəm. Ġndi ayağa qalxır, məni 

kisədən  çıxarıb  sizə  göstərir.  Salam,  salam,  salam 

olsun  usta  sənətçilərə  və  qonaqlara.  Mənim 

parıltımdan  gözləriniz  böyüyür,  qəndilin  alovunun 

üzərimdə  titrəməsiylə  alovlanır,  ən  son  sahibim 

olan  Leyləyi  qısqanırsınız.  Haqlısınız,  çünki 

nəqqaĢın bacarığının ölçüsü kimi məndən baĢqa heç 

bir Ģey yoxdu. 

Ustad  Leylək  mənim  tayım  olan  bu 

qızıllardan  son  üç  ayda  düz  qırx  yeddi  dənə 

qazanıb.  Hamımız  bu  kisədəyik,  Leylək  Çələbi 

baxın bizi heç kəsdən gizlətmir, Ġstanbul nəqqaĢları 

arasında  daha  artıq  qazanan  olmadığını  da  bilir. 

NəqqaĢlar  arasında  belə  bir  ölçü  kimi  qəbul 

olunmaqla, lüzumsuz çəkiĢmələrə də son qoymaqla 

çox  fəxr  eləyirəm.  Əvvəllər  hələ  qəhvəyə  alıĢıb, 

baĢımız  açılmamıĢdan  quĢbeyin  nəqqaĢlar  hər 

axĢamüstü:  «Yox,  sən  daha  bacarıqlısan,  yox,  əsl 




 

 

202 



 

rəngbaz  mənəm,  mən  ən  yaxĢı  ağacı  çəkərəm, 

bulud  çəkməkdə  məndən  yaxĢısı  yoxdu»,  –  deyib 

çəkiĢməklə  kifayətlənməzdilər,  həm  də  hər  gecə 

döyüĢər, bir-birilərinin diĢlərini tökərdilər. Ġndi hər 

Ģeyə 


mənim 

məntiqimin 

hakim 

olması, 


nəqqaĢxanasındakı iĢ nizamına da Ģirin ahəng, hətta 

heratlı qədim ustadlara layiq forma verir. 

Bu  məntiqin  ahəngi  və  ölçüsüylə  mənimlə 

dəyiĢdirdiyiniz  cürbəcür  Ģeyləri  sayaq:  gənc  və 

gözəl  cariyənin  əllidə  biri  olacaq  bir  ayağı;  qırağı 

sümüklü,  ceviz  ağacından  yaxĢı  bərbər  güzgüsü; 

doxsan  ağca  gümüĢ  təbəqəli,  Ģəmsə  naxıĢlı,  içi 

siyirməli,  yaxĢı  boyanmıĢ  sandıq;  yüz  iyirmi  təzə 

çörək;  üçadamlıq  qəbir  yeri  və  tabut;  gümüĢ 

bazubənd;  atın  onda  biri;  yaĢlı  və  kök  cariyənin 

baldırları;  bir  camıĢ  balası;  iki  yaxĢı  çin  tabağı, 

PadĢahımızın 

nəqqaĢxanasındakı 

Əcəm 


nəqqaĢlarından təbrizli DərviĢ Məhəmmədin və bir 

çox onun kimilərin bir aylıq muzdu; qəfəsiylə birgə 

yaxĢı  bir  ov  dovĢanı;  Panayotun  Ģərabından  on 

parç; dünyada məĢhur oğlanlardan olan Mahmudla 

bir  saat  və  saymaqla  qurtarmayacaq  baĢqa  bir  çox 

imkan. 


Bura  gəlməzdən  qabaq  bir  müddət  yoxsul 

pinəçi  Ģəyirdinin  kirli  corabının  içində  on  gün 

keçirmiĢdim.  Yazıq  hər  gecə  yatağında  mənimlə 

əldə  eləyə  biləcəyi  Ģeylərin  bitib-tükənməyən 




 

 

203 



 

siyahısını  tutub  yuxuya  gedirdi.  Ninni  kimi  Ģirin 

uzun  bir  Ģeirin  misraları  mənə  sübut  eləyib  ki, 

pulun girmədiyi deĢik qalmayıb. 

DeĢik 

deyəndə 


ağlıma 

gəldi. 


Bura 

gəlməmiĢdən  əvvəl  baĢıma  gələn  sərgüzəĢtləri 

danıĢsam,  cild-cild  kitab  olar.  Öz  aramızdı, 

özümüzük,  kimsəyə  deməyəcəksiniz,  Leylək 

əfəndim  də  xəbər  tutmayacaqsa,  sizə  bir  sirr 

verəcəyəm. And içirsinizmi?  

YaxĢı.  Etiraf  eləyirəm.  Mən  ÇəmbərlidaĢ 

zərbxanasından çıxma iyirmi iki əyarlı əsl Osmanlı 

Sultani  qızılı  deyiləm.  Mən  qəlp  pulam.  Məni 

Venesiyada  ucuz  qızıldan  düzəltdilər,  bura  gətirib 

Osmanlı  qızılı  kimi  dövrəyə  buraxdılar.  BaĢa 

düĢdüyünüzə görə təĢəkkür eləyirəm. 

Venesiyadakı  zərbxanadan  öyrəndiyim  kimi, 

bu  iĢ  neçə  illərdi  görülür.  Amma  yaxın  vaxtlara 

qədər  Venesiya  kafirlərinin  aĢağı  əyarla  Doğuya 

gətirib yaydığı qızıllar yenə eyni zərbxanada özləri 

buraxdıqları  Venesiya  dukatlarıydı.  Bir  Ģey 

üzərində  nə  yazılıbsa,  odu.  Məntiqinə  çox  hörmət 

göstərən  Osmanlı  da  üzərindəki  yazı  eyni  yazı 

olduqca  dukatın  içindəki  qızılın  miqdarına  fikir 

vermədiyinə  görə  saxta  Venesiya  qızılları  bütün 

Ġstanbulu  doldurdu.  Sonra  qızılı  az,  misi  çox  olan 

qəlp  pulu  diĢləriylə  daha  ciddi  yoxlaya-yoxlaya 

ayırmağa baĢladılar. Məsələn, eĢq atəĢiylə yanırsan, 




 

 

204 



 

bütün  cahanın  aĢiq  olduğu  gözəllər  gözəli 

Mahmudun  yanına  qaçıb  gedirsən,  əvvəl  ağzına  o 

birini  yox,  pulu  alıb  yoxlayır,  «qəlpdi»  deyib  səni 

cənnətə  bir  saatlığa  yox,  yarım  saatlığına  aparır. 

Venesiya  kafiri  gördü  ki,  öz  qəlp  pulunun  belə 

faciəli  nəticələri  var,  «Barı  Osmanlı  qızılının  da 

qəlpini  buraxaq,  bunlar  yenə  baĢa  düĢməzlər»,  – 

dedi. 

Ġndi  qəribə  olan  vəziyyətə  diqqət  çəkək. 



Artıq  bu  Venesiya  kafiri  rəsm  çəkəndə  rəsm  də 

çəkmir, sanki rəsm elədiyi Ģeyin həqiqisini yaradır. 

Amma  pul  buraxanda  həqiqi  pul  buraxmır,  onun 

saxtasını  buraxır.  Venesiyada  dəmir  sandıqlara 

dolduq,  gəmilərə  mindik,  yırğalana-çalxalana 

Ġstanbula  gəldik.  Özümü  bir  sərraf  dükanında,  bir 

ustanın  sarımsaq  qoxuyan  ağzında  gördüm.  Bir  az 

gözlədik-gözləmədik,  qızıl  xırdalatmaq  istəyən  bir 

səfeh kəndçi gəldi. Bic oğlu bic, usta sərraf: «Görək 

sənin  qızılın  qəlpdimi,  ver  diĢimlə  yoxlayım»,  – 

deyib kəndçinin qızılını alıb ağzına atdı. 

Ağzının  içində  qarĢılaĢanda  gördüm  ki, 

kəndçininki  həqiqi  Osmanlı  Sultanisidi.  Sarımsaq 

qoxusu içində məni görəndə: «Sən qəlpsən», – dedi. 

Haqlıydı,  amma  bunu  məğrur-məğrur  deməsi 

kefimi  pozduğuna  görə  mən  də  yalan  söylədim. 

«Əsl qəlp sənsən», – dedim. 



Yüklə 4,51 Mb.

Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   ...   190




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə