Orxan pamuk



Yüklə 4,51 Mb.
Pdf görüntüsü
səhifə45/190
tarix16.11.2017
ölçüsü4,51 Mb.
#10430
1   ...   41   42   43   44   45   46   47   48   ...   190

 

 

192 



 

insanlar  sayaq  özümü  əməlli-baĢlı  ikiyə  bölünmüĢ 

təki  hiss  elədiyimi  görürsünüz.  Mənim  kimi 

Allahdan  qorxanın  biri  gözlənilmədən  qatil  olanda 

dərhal  alıĢammır.  Sanki  keçmiĢ  həyatımın  davam 

elədiyi kimi davranmaq üçün qatilliyə uyğun ikinci 

səs  qazandım.  Ġndi  keçmiĢ  həyatımla  heç 

qarıĢdırmadığım həmin istehzalı və xain ikinci səslə 

danıĢıram.  Qatil  olmasaydım,  danıĢacağım  o 

məlum, tanınan köhnə səsimi də, təbii ki, aradabir, 

amma «mən qatiləm» yox, ləqəbimlə eĢidəcəksiniz. 

Kimsə  bu  ikisini  birləĢdirməyə  cəhd  eləməsin, 

çünki məni ələ verəcək fərdi üslubum və nöqsanım 

yoxdu.  Üslubun,  nəqqaşın  birini  digərindən 



fərqləndirəcək  hər  hansı  bir  şeyin  bəzilərinin 

öyünə-öyünə  dediyi  kimi  şəxsiyyət  yox,  nöqsan 

olduğuna inanıram. 

         Amma  mənim  xüsusi  vəziyyətimdə  bunun 

problem  yaratdığını  da  qəbul  eləyirəm.  Çünki  heç 

istəmirəm  mənim,  ustad  Osmanın  bizə  eĢqlə 

verdiyi,  ƏniĢtə  əfəndimizin  də  sevə-sevə  çağırdığı 

qondarma 

adlarımızla 

desək, 


Kəpənəkmi, 

Zeytunmu,  Leyləkmi  olduğumu  baĢa  düĢəsiniz. 

BaĢa  düĢsəniz,  böyük  ehtimalla,  dərhal  qaça-qaça 

məni 


bostançıbaĢının 

iĢgəncələrinə 

təslim 

eləyərsiniz. 



Buna  görə  də  hər  Ģeyi  düĢünüb  deyə 

bilmərəm.  Öz-özümə  fikirləĢəndə  belə,  əslində, 




 

 

193 



 

sizin məni izlədiyinizi bilirəm. Həyatımın məni ələ 

verəcək  təfərrüatını,  qəzəblərimi  düĢüncəsizcəsinə 

beynindən  keçirəmmərəm.  Əlif,  Be,  Cin  deyib  üç 

dənə  rəvayət  danıĢanda  ağlımın  bir  küncüylə  sizin 

baxıĢınızı da izləyirdim. 

         On  minlərlə  kərə  rəsm  elədiyim  savaĢçılar, 

aĢiqlər,  Ģahzadələr  və  əfsanə  qəhrəmanları  bir 

yanlarını  rəsm  edilən  Ģeyə:  o  əfsanəvi  zamanda 

savaĢdıqları  düĢmənlərə,  boğuĢduqları  əjdahalara, 

göz  yaĢları  tökdükləri  gözəl  qızlara  çevirirlər. 

Amma bir yanlarını və bədənlərinin bir hissəsini də 

o  möcüzəvi  rəsmə  tamaĢa  eləyən  naxıĢsevərlərə 

çevirirlər.  Üslubum  və  fərdiliyim  varsa,  yalnız 



nəqşimdə yox, mənim cinayətimdə və sözlərimdə də 

gizlənib!  Mənim  kim  olduğumu  sözlərimin 

rəngindən tapın görək! 

Məni  yaxalamağınızın  yazıq  Zərif  əfəndinin 

bədbəxt 


ruhuna 

təskinlik 

verəcəyini 

də 


düĢünmürəm.  Mən  indi  ağaclar  altında,  quĢ 

civiltiləri  içində,  Xalicin  qızılı  sularına,  Ġstanbulun 

qübbələrinə tamaĢa eləyib, yaĢamağın yaman gözəl 

Ģey  olduğunu  bir  daha  dərk  eləyəndə  onun  üstünə 

kürək-kürək  torpaq  atırlar.  Yazıq  Zərif  əfəndi  son 

vaxtlarda o çatmaqaĢ ərzurumlu vaizin adamlarıyla 

oturub-durmağa  baĢlayandan  sonra  məni  heç 

sevməzdi,  amma  PadĢahımız  üçün  kitablar  nəqĢ 

elədiyimiz  bu  iyirmi  il  ərzində  özümüzü  bir-



 

 

194 



 

birimizə yaxın saydığımız vaxtlarımız da olmuĢdu. 

Ġyirmi  il  qabaq,  bir  ara  PadĢahımızın  rəhmətlik 

atasının  salnaməsi  üçün  çalıĢanda  yoldaĢ  olduq, 

amma ən çox Füzuli «Divan»ına daxil edilən səkkiz 

naxıĢlı  səhifə  üçün  iĢləyəndə  yaxınlaĢmıĢdıq.  O 

vaxt onun haqlı, amma məntiqli istəklərinə (nəqqaş 

rəsm  elədiyi  rəsmi  ruhunda  hiss  eləməliymiş

qoĢulmaq  üçün  bura  gəlmiĢ,  bir  yay  axĢamüstü 

qaranquĢ  sürüləri  üzərimizdə  çılğınlıqla  uçuĢanda 

nümayiĢkaranə  tərzdə  mənə  Füzuli  «Divan»ından 

oxuduğu  misraları  səbirlə  dinləmiĢdim.  O  gecədən 

yaddaĢımda  «mən  belə  deyiləm,  mənim  dediyim 

sənsən  elə»  misrası  qalıb.  Bir  də  həmin  misranın 

necə  rəsm  edilə  biləcəyini  öz-özümdən  soruĢub 

düĢündüyüm… 

Meyitinin tapıldığını öyrənər-öyrənməz qaça-

qaça getdiyim evində oturub Ģeir oxuduğumuz kiçik 

həyətin  qar  altında  qaldığını,  illər  keçəndən  sonra 

gördüyümüz  bütün  həyətlər  kimi  kiçildiyini  hiss 

elədim.  Yan  otaqdan  qadınların  bir-biriylə  yarıĢan 

kimi  artan  səs-küyləri,  həddini  aĢmıĢ  hayqırtıları 

eĢidilirdi.  Böyük  qardaĢı  danıĢanda  diqqətlə  qulaq 

asdım: yazıq Zərif qardaĢımızın sifəti az qala parça-

parça  olub,  baĢı  əzilib.  Dörd  gündən  bəri  dibində 

qaldığı  quyudan  çıxarılandan  sonra  qardaĢları  onu 

tanımağa  çətinlik  çəksələr  də,  evdən  gətirdikləri 

bədbəxt  arvadı  Qəlbiyyə  gecə  qaranlığında  bu 



 

 

195 



 

tanınmaz  meyiti  cırıq-cırıq  olmuĢ  paltarlarından 

tanıyıb.  Gözümün  qabağına  qısqanc  qardaĢları 

tərəfindən  quyuya  atılan  Yusifin  midiyalı  tacirlər 

tərəfindən  quyudan  çıxarılması  gəldi.  «Yusif  və 

Züleyxa»nın  həmin  məclisini  rəsm  eləməkdən  çox 

xoĢum  gəlir,  çünki  həyatda  ən  əsas  duyğunun 

qardaşların qısqanclığı olduğunu xatırladır. 

Bir  anlığa  sükut  olanda  mənə  baxdıqlarını 

hiss  elədim.  Ağlayımmı?  Amma  gözüm  Qaraya 

sataĢdı.  Alçaq  hərif  hamımızı  süzür,  özünə  ƏniĢtə 

əfəndi  tərəfindən  nəqqaĢlar  arasına  bu  iĢin  əslini 

araĢdırmaq  üçün  göndərilən  adam  görkəmini 

verməyə çalıĢır. 

«Kim  eləyə  bilər  bu  alçaqlığı?»  –  böyük 

qardaĢ  bağırdı.  «QarıĢqanı  incitməkdən  çəkinən 

qardaĢımıza hansı vicdansız qıya bilər?» 

Onun ağlaya-ağlaya verdiyi bu suala mən də 

ürəkdən  gələn  tərzdə  qoĢulub  öz-özümə  cavab 

axtardım.  Kimdi  Zərifin  düĢmənləri?  Mən 

öldürməsəydim,  kim  öldürərdi  onu?  Bir  vaxtlar  – 

güman  ki,  «Hünərnamə»nin  hazırlandığı  illərdə  – 

qədim  ustaların  üsullarına  fikir  vermir,  daha  ucuz, 

daha  cəld  təzhib  eləmək  üçün  biz  rəssamların  nə 

qədər əmək sərf elədiyimiz səhifələrin kənarını pis 

rənglərlə  korladığına  görə  bəziləriylə  dalaĢdığını 

xatırlayıram.  Kimdi  onlar?  Amma  daha  sonra 

düĢmənçiliyin  bu  səbəbdən  yox,  alt  mərtəbədəki 



Yüklə 4,51 Mb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   ...   190




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə