Orxan pamuk



Yüklə 4,51 Mb.
Pdf görüntüsü
səhifə48/190
tarix16.11.2017
ölçüsü4,51 Mb.
#10430
1   ...   44   45   46   47   48   49   50   51   ...   190

 

 

205 



 

Bu vaxt əbləh kəndçi də: «Mənim qızılım heç 

qəlp  olarmı?!  Mən  onu  iyirmi  il  qabaq  torpağa 

basdırmıĢdım,  o  vaxt  belə  əxlaqsızlıqmı  vardı»,  – 

deyib öyünürdü. 

         Mən  nə  baĢ  verəcəyiylə  maraqlananda  sərraf 

ağzından kəndçinin qızılını yox, məni çıxartdı. «Al, 

bu,  sənin  qızılın,  alçaq  venesiyalı  kafirin  qəlp 

pulunu 

istəmirəm», 



– 

dedi. 


«Sən 

heç 


utanmırsanmı?»  –  deyib  üstəlik  avam  kəndçini 

danladı.  O  da bir  az cavab verdi,  məni də  götürüb 

getdi.  O  biri  sərraflardan  da  buna  oxĢayan  sözlər 

eĢidəndə ürəyi qırıldı, məni ucuz qızıl kimi doxsan 

ağcaya  xırdalatdı.  Yeddi  ildi  əldən-ələ  davam 

eləyən  bitib-tükənməz  gəzintilərim  bax  belə 

baĢladı. 

Vaxtımın çoxunu ağıllı pulun eləməli olduğu 

kimi,  Ġstanbulda  kisədən  kisəyə,  qurĢaqdan  cibə 

köçdüyümü  iftixarla  söyləyim.  Qorxulu  yuxum, 

küpün  içinə  girib  həyətdə  daĢın  altında  illərlə 

basdırılmıĢ halda qalmaq qorxusu da baĢıma gəldi, 

amma  nədənsə  bu  sıxıntılı  vaxtlar  qısa  sürürdü. 

Məni əlinə alanların çoxu üstəlik qəlp olduğumdan 

xəbər  tutardısa,  tezliklə  məndən  qurtulmaq 

istəyirdi.  Qəlp  olduğumu  deyib  ağılsız  alıcını 

xəbərdar  eləyənə  hələ  rast  gəlməmiĢəm.  Amma 

qəlp  olduğumu  bilməyib  mənə  yüz  iyirmi  ağca 

sayanlar  hərifləndiklərini  baĢa  düĢər-düĢməz  bir 



 

 

206 



 

baĢqasını hərifləyib məndən qurtulana qədər qəzəb, 

ümidsizlik  və  səbirsizlik  böhranları  keçirə-keçirə 

vurnuxurdular.  Həmin  böhran  vaxtı  özləri  də 

baĢqalarını  hərifləməyə  dəfələrlə  cəhd  elədikləri 

halda  (tələsiklik  və  qəzəbdən  elə  hey  uğursuzluğa 

düçar  olurdular),  məni  verib  onları  hərifləyən 

adama «əxlaqsız» deyib söyürdülər. 

Bu  son  yeddi  il  ərzində  Ġstanbulda  beĢ  yüz 

altmıĢ əl dəyiĢdirdim, girmədiyim ev, dükan, çarĢı, 

bazar,  kilsə,  sinaqoq  qalmadı.  Gəzdikcə  haqqımda 

hesab 


elədiyimdən 

daha 


artıq 

dedi-qodu 

yarandığını, 

əfsanələr 

uydurulub, 

yalanlar 

söylənildiyini gördüm. Artıq məndən baĢqa heç bir 

qiymət  qalmadığı,  qəddarlığım,  gözümün  kor 

olduğu, mənim də pulu sevdiyim, dünyanın, təəssüf 

ki,  mənim  üzərimdə  qurulduğu,  hər  Ģeyi  satın  ala 

biləcəyim,  pisliyim,  adiliyim,  alçaqlığım  elə  hey 

üzümə  vuruldu.  Qəlp  olduğumdan  xəbər  tutanlar 

mənə  daha  da qəzəbli  münasibət  göstərib,  daha da 

yaramaz  Ģeylər  söylədilər.  Həqiqi  dəyərim 

düĢdükcə  məcazi  dəyərim  artırdı.  Amma  bütün  bu 

amansız 


məcazlara, 

düĢüncəsiz 

iftiralara 

baxmayaraq,  gördüm  ki,  əhalinin  böyük  çoxluğu 

məni  ürəkdən  sevir.  DüĢünürəm  ki,  bu  sevgisiz  bu 

da bu qədər  səmimi,  hətta  coşub-daşan  sevgimizin 

hamımızı sevindirməsi lazımlı bir şeydi. 



 

 

207 



 

Ġstanbulun hər guĢəsini küçə-küçə, səmt-səmt 

gördüm.  Yəhudilərdən  abazalara,  ərəblərdən 

minqreliyalılara  qədər  hamının  əlini  tanıdım.  Bir 

dəfə Manisaya gedən ədirnəli bir xocanın kisəsində 

Ġstanbuldan  qırağa  çıxdım.  Yolumuz  kəsilib, 

həramilər  də  «ya  canın,  ya  malın»  qıĢqıranda 

zavallı  xoca  bizi  təlaĢla  arxa  deĢiyinə  soxub 

gizlətdi.  Bura  sarımsaq  sevən  adamın  ağzından  da 

pis  qoxuyurdu,  çox  da  rahatsızıydı.  Amma  dərhal 

sonra hər Ģey daha da pis oldu, çünki həramilər «ya 

malın,  ya  canın!»  da  demədilər,  xocaya  «ya 

namusun,  ya  anın!»  deyib  növbəyə  durdular.  O 

kiçik  deĢikdə  nələr  çəkdiyimizi  sizə  heç 

danıĢmayım. Ġstanbuldan qırağa çıxmaqdan da buna 

görə heç xoĢum gəlmir!  

Ġstanbulda  yaman  sevildim!  Xəyallarındakı 

ərĢ  kimi  gənc  qızlar  məni  öpdülər,  məxmər 

kisələrdə,  yastıq  altlarında,  iri  döĢlərin  arasında, 

donlarının  altında  gizləyib,  yatanda  orada  olub-

olmadığımı  yoxladılar.  Bir  hamamda,  ocağın 

qırağında,  çəkmənin  içində,  çox  gözəl  iy  verən 

ətriyyatçı dükanında, kiçik ĢüĢənin dibində, aĢpazın 

mərcimək çuvalının gizli cibində gizlədildim. Dəvə 

dərisindən 

kəmərlərin, 

Misir 

alacasından



1

 

                                    



1

 Rəngli toxuma

 



 

 

208 



 

astarların,  içi  qumaĢla  örtülmüĢ  ayaqqabıların, 

rəngarəng  Ģalvarların  gizli  künclərində  bütün 

Ġstanbulu dolaĢdım.  Saat ustası Petro məni kəfgirli 

saatın  gizli  hissəsinə,  bir  rum  baqqalı  əsl  qoyun 

pendirinin içinə qoydu; möhürlər, zinət əĢyaları və 

açarlarla  birgə  qumaĢ  parçalarına  bükülüb 

bacaların,  ocaqların  içində,  pəncərə  eĢiklərinin 

altında,  qaba  samandan  döĢəklərin  arasında,  yer 

dolablarının  və  sandıqlarının  gizli  yerlərində 

gizlədildim.  Yemək  süfrəsindən  qalxıb  «hələ 

gizlətdiyim  yerdədimi»  deyə  ikidəbir  gəlib  baxan 

atalar,  heç  lazım  olmadığı  halda  məni  ağızlarına 

alıb  soran  qadınlar,  qoxulaya-qoxulaya  burun 

deĢiklərinə  soxan  uĢaqlar,  meĢin  kisədən  çıxarıb 

gündə  yeddi  dəfə  baxmamıĢ  rahatlıq  tapmayan  bir 

ayağı  gorda  olan  qocalar  gördüm.  ġıltaq,  çərkəz 

arvad vardı, bütün günü evi silib-süpürəndən sonra 

bizi kisədən çıxarıb taxta fırçayla silərdi. Təkgözlü 

sərraf  elə  hey  bizdən  qüllələr  düzəldər,  xanıməli 

qoxuyan  bir  hambal  və  müzəhhib  də  –  adı  lazım 

deyil  –  axĢamlar  bizi  elə  hey  cürbəcür  formalarda 

düzərdi.  Taxta  səndəllərlə  gəzdim,  saraya  girib-

çıxdım,  Herat  iĢi  olan  cildlərin  arasında,  gül 

qoxuyan  ayaqqabıların  dabanında  gizlədildim. 

Yüzlərlə  kirli,  qıllı,  gonbul,  yağlı,  yaĢlı,  titrək  əl 

gördüm. 

NəĢə 


çəkilən 

məclislərin, 

mum 

emalatxanalarının,  siyənək  basdırmalarının,  bütün 




Yüklə 4,51 Mb.

Dostları ilə paylaş:
1   ...   44   45   46   47   48   49   50   51   ...   190




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə