Orxan pamuk



Yüklə 4,51 Mb.
Pdf görüntüsü
səhifə51/190
tarix16.11.2017
ölçüsü4,51 Mb.
#10430
1   ...   47   48   49   50   51   52   53   54   ...   190

 

 

218 



 

 

21. MƏN ƏNİŞTƏNİZƏM 

 

Beləcə, cümə səhəri ona PadĢahımızın firəng 



ustadları  tərzində  rəsminin  salınacağı  kitabı  təsvir 

eləməyə baĢladım. BaĢlanğıc nöqtəm eyni hekayəni 

PadĢahımıza 

necə 


danıĢdığım, 

onu 


kitabı 

hazırlamağa  necə  inandırdığımdı.  Amma  gizli 

məqsədim  hekayələrin  qarĢısındakı,  hələ  qələmə 

almağa  baĢlaya  bilmədiyim  hekayələri  Qaraya 

yazdırmaqdı.  

Kitabın 


rəsmlərinin 

çoxunu 


baĢa 

çatdırdığımı,  son  rəsmin  tamamlanmaq  üzrə 

olduğunu dedim. «Kitabımda ölümün rəsmi var», – 

dedim.  «PadĢahımızın  aləmin  necə  rahat  yer 

olduğunu  göstərə  bilməsi  üçün  ağıllı  nəqqaĢ 

Leyləyə  çəkdirdiyim  ağacın  rəsmi  var,  Ģeytanın 

rəsmi  var,  bizi  lap  uzaqlara  aparan  atın  rəsmi  var; 

həmiĢə pusağan və bic köpək var, pul var... Bunları 

nəqqaĢxananın  usta  nəqqaĢlarına  elə  gözəl  rəsm 

etdirdim  ki,  –  Qaraya  dedim,  –  bircə  dəfə  görsən, 

yazısının  nə  olacağını  dərhal  deyəcəksən,  şeir  və 

rəsm,  rəng  və  söz  –  bunların  qardaş  olduqlarını 

bilirsən». 

Bir  ara  qızımı  ona  verə  biləcəyimi  demək 

barədə  düĢündüm.  Bu  evdə  bizimlə  birlikdə 

qalarmı?  Sonra  öz-özümə  dedim,  indi  səni  çox 




 

 

219 



 

diqqətlə 

dinləməyinə, 

üzündəki 

uĢaq 

sadəlövhlüyünə  inanma,  ġəkurəni  götürüb  aradan 



çıxmaq  istəyir.  Amma  Qaradan  baĢqa  kitabımı 

tamamlaya biləcək bir kimsəm də yox idi. 

          Cümə 

namazından 

qayıdanda 

italyan 


ustadlarının  rəsmdəki  ən  böyük  tapıntısı  olan 

kölgələrdən də söz açdım. «Əgər, – dedim, – sanki 

küçədə  gedən,  duran,  gəvəzəlik  eləyib  dünyaya 

baxan  kimi  rəsmimizi  oradan,  küçədən  çəkiriksə, 

firəng  ustadlarının  çəkdiyi  təki,  küçələrdə  ən  çox 

görülən  Ģeyi  –  kölgəni  də  rəsmə  daxil  eləməyi 

öyrənməliyik». 

«Kölgə  necə  rəsm  edilə  bilər  ki?»  –  Qara 

soruĢdu. 

Məni  dinləyəndə  bəzən  baldızım  oğlunda 

səbirsizlik  görürdüm.  Aradabir  özünün  gətirdiyi 

monqol  hoqqasıyla  oynayırdı.  Bəzən  də  ocağın 

dəmirini götürüb, ocağı qarıĢdırırdı. Bəzən də mənə 

elə  gəlirdi  ki,  o  dəmiri  kəlləmə  endirib  məni 

öldürmək  istəyir.  Naxışı  Allahın  baxışlarından 

uzaqlaşdıracağıma 

görə, 

heratlı 

ustaların 

röyalarından  çıxma  rəsmlərimə,  bütöv  bir  naxış 

ənənəsinə  xəyanət  eləyəcəyimə  görə.  Padşahımızı 

da  buna  inandırdığıma  görə.  Bəzən  qımıldanıb-

eləmədən  uzun-uzadı  oturur,  nəzərlərini  gözümün 

içindən çəkmirdi. Güman eləyirdim ki, «Qızını əldə 

eləyənə  qədər  sənin  kölən  də  olaram»,  –  deyə 




 

 

220 



 

fikirləĢir. Bir dəfə eynilə uĢaq vaxtlarında elədiyim 

kimi  onu  bağçaya  çıxartdım,  ağacları,  günün 

yarpaqlara  dəyməsini,  əriyən  qarı,  küçəmizdəki 

evlərin  uzaqlaĢdıqca  daha  kiçik  görünməyindəki 

məntiqi  ata  kimi  baĢa  salmaq  istədim.  Amma  bu 

elədiyim səhv idi: bu qədəri belə aramızda çoxdan 

qurulmuĢ,  bir  növ  ata-oğul  münasibətinin  çoxdan 

tükəndiyini  mənə  göstərməyə  bəs  elədi.  UĢaq 

vaxtındakı  marağın  və  öyrənmə  həvəsinin  yerini 

qızına  göz  qoyduğu  əldən  düĢmüĢ  adamın 

səfehləmələrinə qarĢı göstərilən səbir tutmuĢdu. On 

iki  il  ərzində  gəzdiyi  ölkələrin,  Ģəhərlərin  ağırlığı, 

tozu var gücüylə baldızım oğlunun ruhuna enmiĢdi. 

Məndən də yorğun idi, ona yazığım gəldi. Təkcə on 

iki  il  qabaq  ġəkurəni  ona  vermədiyimə  görə  yox 

(bu, 

mümkün 


deyildi), 

amma 


müsəlman 

nəqqaĢların, heratlı əfsanəvi ustadların üsullarından 

xaric  rəsmlər  xəyalıma  gətirdiyim,  həmin 

səfehləmələri  israrla  baĢa  saldığıma  görə  də 

hiddətləndiyini  düĢünürdüm,  ölümümün  onun 

əlindən gələcəyini də elə belə təsəvvür elədim. 

Amma ondan qorxmurdum: tamamilə əksinə, 

onu  qorxutmağı  sınaqdan  keçirdim.  Çünki 

qorxunun  yazmasını  istədiyim  yazıya  uyğun 

gələcəyini  hiss  eləyirdim.  «O  rəsmlərdəki  kimi, 



insan  özünü  dünyanın  mərkəzinə  qoymağı 

bacarmalıdı», 

– 

dedim, 



təklif 

elədim: 



 

 

221 



 

«NəqqaĢlarımdan  biri  mənə  ölümün  rəsmini  çox 

gözəl Ģəkildə çəkdi. Ona baxarsanmı?» 

Bir  il  ərzində  usta  nəqqaĢlara  gizli 

çəkdirdiyim  rəsmlərimi  ona göstərməyə  elə bu  cür 

baĢladım. Əvvəlcə bir az çəkinirdi, hətta qorxurdu. 

Ölümün  bir  çox  «ġahnamə»  əlyazmasında 

görünəcək  ölüm  məclislərindən,  Əfrasiyabın 

SiyavuĢun  baĢını  kəsməsi,  ya  da  Rüstəmin  oğlu 

olduğunu  bilmədən  Söhrabı  öldürməsindən  ilham 

almaqla  rəsm  edildiyini  görəndə  mövzuya  dərhal 

girə bildi. Rəhmətlik Sultan Süleymanın cənazəsini 

göstərən  rəsmlərin  kədərli  və  vüqarlı  rəngləriylə 

çəkdirdiyim rəsmdə firəng ustadları tərzində forma 



anlayışı  və  mənim  öz  qələmimlə  əlavə  olunmuş 

kölgələmə  cəhdi  vardı.  Üfüq  cizgisini  və  buludları 

bir-birinə  qarıĢdıran  Ģeytani  dərinliyi  qeyd  elədim. 

Ölümün 

Venesiya 



saraylarında 

portretlərini 

gördüyüm,  hamısı  da  özünə  oxĢar  olmaq  üçün 

çırpınan  gavur  Ģəxsiyyətləri  sayaq,  bənzərsiz  bir 

xüsusiyyət  təki  rəsm  edildiyini  xatırlatdım:  «O 

qədər  yeganə  və  bənzərsiz  olmağı  arzulayır,  bunu 

elə  bir  Ģiddətlə  istəyirlər  ki,  –    dedim,  –  bax,  bax 

ölümün  gözlərinin  içinə,  insan  ölümdən  yox,  bu 

yeganə,  bənzərsiz  və  müstəsna  olmaq  istəyinin 

Ģiddətindən qorxur. Bu rəsmə bax, onun hekayəsini 

yaz.  Ölümü  danıĢdır,  elə  kağızı,  mürəkkəbi  də. 

Yazdığını dərhal xəttata verəcəyəm». 




Yüklə 4,51 Mb.

Dostları ilə paylaş:
1   ...   47   48   49   50   51   52   53   54   ...   190




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə