Orxan pamuk



Yüklə 4,51 Mb.
Pdf görüntüsü
səhifə49/190
tarix16.11.2017
ölçüsü4,51 Mb.
#10430
1   ...   45   46   47   48   49   50   51   52   ...   190

 

 

209 



 

Ġstanbulun  tər  qoxusu  indi  üstümdədi.  Bütün  bu 

həyəcan və hərəkətin  içindən keçəndən  sonra gecə 

qaranlığında  qurbanını  boğazlayıb  məni  kisəsinə 

atan alçaq quldur xaraba evində «tfu, hamısı sənin 

üzündəndir» deyə üstümə tüpürəndə elə inciyirdim 

ki, az qala yox olmaq istəyirdim. 

Amma  mən  olmasam,  nəqqaĢın  yaxĢısıyla 

pisini kimsə bir-birindən ayıra bilməyəcəyinə, buna 

görə  də  nəqqaĢlar  bir-birinə  qəsd  eləməyə 

baĢlayacağına  görə  yox  da  olmadım,  ən  bacarıqlı, 

ən ağıllı nəqqaĢın kisəsinə girib bura gəldim. 



          Ondan  daha  yaxşı  nəqqaşsınızsa,  məni  əldə 

eləyin. 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 




 

 

210 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

20. MƏNİM ADIM QARADI 

 

Atası  ġəkurəylə  bir-birimizə  yolladığımız 



məktublardan  nə  qədər  xəbərdardı?  ġəkurənin 

məktubundakı  atasından  çox  qorxan  o  ürkək  qız 

ədasına  baxsaydım,  aralarında  mənimlə  bağlı  heç 

bir  sözün  belə  olmaması  barədə  nəticə  çıxarmalı 

olacaqdım,  amma  vəziyyətin  belə  olmadığını 

sezirdim.  Boğçaçı  Esterin  baxıĢlarındakı  biclik, 

ġəkurənin  pəncərədə  peyda  olmasındakı  sehr, 

əniĢtəmin 

məni 

nəqqaĢlarının 



yanına 


 

 

211 



 

yollamasındakı  qətiyyət,  bu  səhər  üçün  çağıranda 

onda hiss elədiyim çarəsizlik əhvalımı pozurdu. 

Səhər əniĢtəm məni üzbəüz oturdar-oturtmaz 

Venesiyada  gördüyü  portretlərdən  danıĢmağa 

baĢladı.  Cahanpənah  PadĢahımızın  elçisi  sifətiylə 

bir  çox  saraya,  varlı  evinə,  kilsəyə  girib-çıxıb. 

Minlərlə  portretin  qarĢısında  günlərlə  durub  gərili 

kətanın, taxtanın üzərinə, çərçivənin içinə, divarlara 

rəsm  edilmiĢ  saysız-hesabsız  üz  görüb.  «Hamısı 

bir-birindən fərqli, ayrı, bənzərsiz insan üzləridi!» –

dedi.  Bunların  müxtəlifliyindən,  rənglərindən, 

üzlərinə  çıxan  iĢığın  yumĢaqlığı,  xoĢluğu,  hətta 

sərtliyindən,  gözlərinin  içindəki  mənadan  sərxoĢ 

olub. 

«Sanki  xəstəliyə  yoluxmuĢ  kimi  hamısı  öz 



portretini  çəkdirirdi»,  –  dedi.  «Bütün  Venesiya 

çəkdirirdi. Pulu və gücü olanlar həm öz həyatından 

yadigar,  xatirə  olsun  deyə,  həm  də  sərvətlərinin, 

güclərinin, 

iqtidarlarının 

iĢarəsi 


kimi 

öz 


portretlərini  çəkdirirdilər.  Elə  orada,  qarĢımızda 

durmaq,  mövcud  olduqlarını  bir-birilərinə  hiss 

etdirmək,  hamıdan  fərqli,  baĢqa  cür  olduqlarını 

təlqin eləmək üçün». 

Sanki  qısqanclıqdan,  hikkədən,  acgözlükdən 

söz  açan  kimi,  sözləri  alçaldıcıydı,  amma 

Venesiyada  gördüyü  portretlərdən  söz  açanda  üzü 



 

 

212 



 

bəzən  bir  anlığa  uĢaq  sifəti  kimi  iĢıqlanıb  həyatla 

dolurdu. 

Rəsm  hamisi  olan  varlılar,  prinslər,  böyük 

ailələr  hər  fürsət  düĢəndə  üzlərini  rəsm  etdirməyi 

sanki  yoluxucu  xəstəliyə  çevirmiĢdilər.  Hətta 

kilsələrin  divarlarına  Ġncildən,  dini  rəvayətlərdən 

səhnələr  rəsm  etdirəndə  belə  həmin  gavurlar  Ģərt 

qoyurdular  ki,  öz  üzlərinin  rəsmi  də  o  səhnələrə 

salınsın.  Beləcə,  məsələn,  müqəddəs  Stefanın 

basdırılmasını  göstərən  rəsmə  baxanda  bir  də 

görürdün  aa,  qəbrin  qırağında  ağlaĢanlar  arasında 

sarayının  divarlarındakı  rəsmləri  nəĢə  dolu,  Ģən-

Ģaqraq,  öyünə-öyünə  sənə  göstərən  prins  də  var. 

Sonra  Müqəddəs  Pyotrun  xəstələri  kölgəsiylə 

sağaltdığını  göstərən  divar  rəsmində,  qıraqda  əzab 

içində  qıvrılan  bəxtsiz  xəstənin  nəzakətli  ev 

sahibinin  donuzdan  da  sağlam  qardaĢı  olduğunu 

bilib  dinib-danıĢmadan  xəyala  dalırdım.  Ertəsi  gün 

də bu dəfə ölülərin dirilməsini göstərən bir rəsmdə 

bir  az  əvvəlki  günorta  yeməyində,  əməlli-baĢlı 

tıxdığını gördüyüm süfrə qonĢumun ölüsünə tamaĢa 

eləyirdim. 

          «Bəziləri  iĢləri  elə  irəli  aparıblar  ki,  – 

əniĢtəm  sanki  Ģeytanın  çəkilməsindən  söz  açan 

kimi,  qorxuyla  dedi,  –  məhz  rəsmə  düĢmək  üçün 

rəsmin  qələbəliyi  içində  qədəhlərə  içki  dolduran 



 

 

213 



 

uĢaq, zinakar qadını daĢlayan qəddar, ya da əliqanlı 

qatil olmağa belə razılıq vermiĢdilər». 

«Bu,  eynilə,  –  özümü  baĢa  düĢməyən  kimi 

göstərib  dilləndim,  –  qədim  Əcəm  əfsanələrindən 

söhbət  açan  kitablarda  ġah  Ġsmayılın  taxta 

oturmasını  görməyimiz  kimi  bir  Ģeydi.  Ya  da 

Xosrovla  ġirinin  hekayəsində  onlardan  çox  sonra 

hökm 

sürən 


Teymurun 

rəsm 


edilməsiylə 

rastlaĢmağımıza oxĢayır». 

Bu məqamda evin içində taqqıltımı vardı? 

          «Amma  o  firəng  rəsmləri  elə  bil  bizi 

qorxutmaq  üçün  çəkilir»,  –  əniĢtəm  sonra  dedi. 

«Bizi  yalnız  çəkdirənlərin  gücü  və  var-dövlətiylə 

qorxutmurlar.  Həm  də  bu  dünyada  mövcudluğun 

çox gözəl və əsrarəngiz Ģey olduğuna inandırmağa 

çalıĢırlar. Bənzərsiz üzləri, gözləri, duruĢlarıyla, hər 

qatı  kölgə  içində  olan  əlbəsələriylə  əsrarəngiz  bir 

varlıq  nümunəsinə  çevrilib  bizi  qorxutmaq 

istəyirlər». 

           Bir  dəfə  Komo  gölü  qırağındakı  bir  varlı 

malikanəsində 

çılğın 

həvəskarın, 



krallardan 

kardinallara, əsgərlərdən Ģairlərəcən firəng tarixinin 

bütün  məĢhurlarının  üz  təsvirlərini  topladığı 

möhtəĢəm portretlər qalereyasının otaqlarında necə 

itdiyindən danıĢdı. «Qonaqsevər ev sahibinin məni 

iftixarla  gəzdirdiyi  evin  otaqlarında  bir  az  da  öz 

istəyimlə gəzməyim məqsədilə məni tək qoyanda, – 



Yüklə 4,51 Mb.

Dostları ilə paylaş:
1   ...   45   46   47   48   49   50   51   52   ...   190




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə