Orxan pamuk



Yüklə 4,51 Mb.
Pdf görüntüsü
səhifə52/190
tarix16.11.2017
ölçüsü4,51 Mb.
#10430
1   ...   48   49   50   51   52   53   54   55   ...   190

 

 

222 



 

Bir  müddət  dinib-danıĢmadan  rəsmə  baxdı. 

«Bunu kim çəkib, bunu?» – sonra soruĢdu. 

«Kəpənək.  Ən  bacarıqlısı  odu  –  Ustad 

Osman illərlə ona aĢiq və heyrandı». 

         «Bu  köpək  rəsminin  bir  oxĢarını,  amma  daha 

kobudunu məddahın hekayə danıĢdığı qəhvəxanada 

gördüm», – Qara dedi. 

«Çoxu 

ruhən 


Ustad 

Osmana 


və 

nəqqaĢxanaya  bağlı  olan  nəqqaĢların  mənim 

kitabım  üçün  rəsm  elədikləri  Ģeylərə  inanmaz. 

Gecəyarısı  buradan  çıxıb  pul  üçün  çəkdikləri 

rəsmlərlə  məni  qəhvəxanada  ədəbsizcəsinə  ələ 

salacaqlarını  təsəvvürümə  gətirə  bilərəm.  Bir  ara 

PadĢahımız  mənim  gücümə  elçilikdən  gətirdiyi 

gənc  bir  venesiyalı  rəssama  öz  rəsmini  çəkdirdi. 

Daha sonra Ustad Osmana o yağlı boyayla çəkilmiĢ 

rəsmin  eynisini  öz  üsullarıyla  çəkdirdilər. 

Venesiyalı  rəssamı  təqlid  eləməyə  çətinlik  çəkən 

Ustad Osman həmin iyrənc məcburiyyətdən çəkdiyi 

utandırıcı rəsmdə məni günahkar saydı. Haqlıydı». 

          Bütün  gün  ərzində  heç  cür  tamamlaya 

bilmədiyim  son  rəsmdən baĢqa  ona bütün  rəsmləri 

göstərdim, 

hekayələrini 

yazmasından 

ötrü 

həvəsləndirdim,  nəqqaĢların  xasiyyətlərindən  söz 



açdım, onlara nə qədər pul verdiyimi açıb tökdüm. 

Perspektivdən, 

arxadakı 

şeylərin 

Venesiya 

rəsmində 

getdikcə 

kiçilə-kiçilə 

çəkilməsinin 


 

 

223 



 

dinsizlik  olub-olmadığından  danıĢdığımız  qədər 

yazıq  Zərif  əfəndinin  pul  qısqanclığı  və  ehtirası 

üzündən öldürülə biləcəyindən də söz açdıq. 

Qara  gecə  evinə  qayıdanda  artıq  söz  verdiyi 

kimi,  ertəsi  səhər  yenə  gələcəyindən,  kitabın 

hekayələrini 

məndən 

yenə 


dinləyəcəyindən 

əmindim.  Açıq  qapının  qabağında  ayaq  səslərinin 

yoxa çıxmasını dinləyəndə soyuq gecədə elə bir Ģey 

vardı ki, həmin Ģey ayıq və narahat qatilimi məndən 

də, kitabımdan da daha güclü, daha Ģeytani eləyirdi.  

           Arxasınca 

qapını  səliqəylə,  bərk-bərk 

örtdüm, hər gecəki kimi arxasına su çiçəyi dibçəyi 

kimi  istifadə  elədiyim  köhnə  su  küpünü  qoydum, 

ocağı  külləyib  yatağıma  girməmiĢdən  qabaq 

ġəkurənin  əynində  onu  xəyal  kimi  göstərən 

köynəkdə qarĢımda durduğunu gördüm. 

«Bu  adama  ərə  getməkdə  axıra  qədər 

qərarlısanmı?» – ondan soruĢdum. 

«Yox,  atacan,  mən  ərə  getmək  fikrindən 

çoxdan daĢınmıĢam. Üstəlik mən evliyəm». 

«Hələ də ona ərə getmək istəyirsən, artıq izin 

verə bilərəm». 

«Ona ərə getmək istəmirəm». 

«Niyə?»  

«Çünki  siz  istəmirsiniz.  Sizin  istəmədiyiniz 

bir kəsi mən də heç istəmirəm». 




 

 

224 



 

Ocağın  közlərinin  qaranlıqda  bir  anlığa 

gözlərində  bərq  vurduğunu  gördüm.  Gözləri 

bədbəxtlikdən  yox,  hiddətdən  yaĢarmıĢdı,  amma 

səsində heç bir sınıqlıq yox idi. 

«Qara  səni  çox  sevir»,  –  sirr  verən  kimi 

dedim. 

«Bilirəm». 



«Bütün  günü  danıĢdıqlarımı  naxıĢ  eĢqindən 

yox, sənin eĢqindən dinlədi». 

«Kitabınızı  baĢa  çatdıracaqmı,  vacib  olan 

budu». 


«Ərin bir gün qayıdacaq», – dedim. 

«Bilmirəm  nədən,  bəlkə  də  sükutdan 

qətiyyən qayıtmayacağını artıq bu gecə əməlli-baĢlı 

baĢa  düĢdüm.  Röyamda  gördüklərim  doğru 

olmalıdı:  onu  öldürüblər.  Qurda-quĢa  yem  olub». 

Bu  axırıncını  yatan  uĢaqların  eĢitməmələri  üçün 

pıçıldayırdı, həm də qəribə hiddətlə demiĢdi. 

«Məni  öldürsələr,  –  dedim,  –  istəyirəm  ki, 

hər 

Ģeyimi 


verdiyim 

bu 


kitabı 

baĢa 


çatdırasan.Bunun üçün and iç». 

«And  içirəm.  Amma  kitabınızı  kim 

tamamlayacaq?» 

«Qara! Bunu ona sən elətdirə bilərsən». 

«Siz  onsuz  da  etdirirsiniz,  atacan»,  –  dedi. 

«Mənə ehtiyacınız yoxdu». 




 

 

225 



 

«Amma  sənin  üzündən  mənə baĢ  əyir.  Məni 

öldürsələr, qorxub kitabdan boyun qaçıra bilər». 

«Onda  mənimlə  evlənə  bilməz»,  –  ağıllı 

qızım gülümsəyə-gülümsəyə dedi. 

          Gülümsədiyini  haradan  çıxarıram?  Bütün  bu 

söhbət  ərzində  gözlərində  aradabir  görünən 

parıltıdan  baĢqa  heç  bir  Ģey  görməmiĢdim.  Otağın 

ortasında gərgin halda üzbəüz dururduq. 

«Onunla 


xəbərləĢir, 

bir-birinizə 

iĢarə 

verirsinizmi?»  –  özümü  saxlaya  bilməyib 



soruĢdum. 

«Belə bir Ģeyi necə düĢünə bilərsiniz?» 

Uzun,  sancılı  sükut  çökdü.  Çox  uzaqlarda 

köpək hürdü. Bir az üĢüdüm, titrədim. Artıq otaq o 

qədər qaranlıq idi ki, bir-birimizi heç görmür, təkcə 

üzbəüz  durduğumuzu  sezirdik.  Sonra  birdən  bir-

birimizi  qucaqladıq,  var  gücümüzlə  bir-birimizi 

bağrımıza  basdıq.  Ağlamağa  baĢladı,  anasının 

nisgilini  çəkdiyini  dedi.  Anasının  saçları  kimi 

qoxuyan  saçlarından  öpdüm,  onu  oxĢadım. 

Yatağına,  qucaqlaĢıb  yatan  uĢaqlarının  yanına 

aparıb  yatırtdım.  Geridə qoyduğum  iki  gün  barədə 

fikirləĢəndə  ġəkurənin  Qarayla  xəbərləĢdiyinə  heç 

Ģübhəm qalmadı. 

 

 

 




Yüklə 4,51 Mb.

Dostları ilə paylaş:
1   ...   48   49   50   51   52   53   54   55   ...   190




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə