Orxan pamuk



Yüklə 4,51 Mb.
Pdf görüntüsü
səhifə60/190
tarix16.11.2017
ölçüsü4,51 Mb.
#10430
1   ...   56   57   58   59   60   61   62   63   ...   190

 

 

256 



 

gözümün içinə baxırdı. Evdəki bu sükutdan xoĢum 

gəlmir. 

«Evli  olduğundan,  ərinin  savaĢdan  geri 

qayıdacağından  artıq  heç  söz  yoxdu»,  –  dedi. 

«Niyə?» 


«Mən  nə  bilim,  niyə?»  –  dedim.  «Bu 

məktubları mən yazmıram».  

«Bəzən  ondan  belə  Ģübhələnirəm»,  –  deyib 

məktubu on beĢ ağcayla geri verdi. 

«Bəzi  kiĢilər  qazandıqca  pintiləĢir,  sən  elə 

deyilsən», – dedim.  

Bu  adamda  elə  Ģeytani,  ağıllı  cəhət  var  ki, 

düĢdüyü  bütün  o  tutqun  və  pis  hallarına 

baxmayaraq, 

adam 


ġəkurənin 

niyə 


hələ 

məktublarını qəbul elədiyini baĢa düĢür. 

«ġəkurənin atasının kitabı nədi?» 

«Bilmirəm  nədi.  Deyirlər,  bütün  pulu 

PadĢahımız verir». 

«O kitabdakı rəsmlər üzündən nəqqaĢlar bir-

birini  öldürür»,  –  dedi.  «Puluna  görəmi,  yoxsa  – 

Allah eləməsin! – dinimizə küfr elədiyinə görəmi? 

O rəsmlərə bir dəfə baxan dərhal kor olurmuĢ». 

Bunları elə təbəssümlə söylədi ki, ciddi qəbul 

eləməli  olduğumu  baĢa  düĢdüm.  Ciddi  qəbul 

ediləcək  söz  olsa  da,  ən  azı,  mənim  ciddi  qəbul 

eləməyimi  onun  ciddi  qəbul  eləməsi  üçün  bir  Ģey 

yox  idi.  DaĢıdığım  məktublara,  vasitəçiliyimə 




 

 

257 



 

möhtac  olan  bir  çox kiĢilər kimi,  Hasan  da  qüruru 

sındıqca  məni  alçaldır.  Mən  də  iĢimin  xətrinə 

özümü  buna  kədərlənən  təki  göstərirəm  ki, 

sevinsinlər.  Qızlarsa  qürurları  əməlli-baĢlı  sınanda 

məni qucaqlayıb ağlayırlar. 

«Sən  ağıllı  qadınsan»,  –  Hasan  sındırdığını 

hesab  elədiyi  qürurumu  oxĢamaq  üçün  dedi.  «Tez 

apar bunu. O səfehin cavabıyla maraqlanıram». 

Bir  anlığa  istədim:  «Qara  o  qədər  səfeh 

deyil», – deyəm. Bu vəziyyətlərdə rəqib kiĢiləri bir-

birinə  qısqandırmaq  aradüzəldən  Esterə  çox  pul 

qazandırır. Amma ani hiddət böhranından qorxdum. 

«Küçənin qurtaracağında bir tatar dilənçi var 

ha, – çıxanda dilləndim, – çox ədəbsizdi». 

         Səhər  erkəndən  korla  çəkiĢməmək  üçün 

küçənin  o  biri  baĢından  gedəndə  Toyuqbazarından 

keçdim.  Müsəlman  milləti  toyuğun  baĢ-ayağını 

niyə  yemir?  Qəribəliklərindən!  Torpağı  bol  olsun, 

nənəm  Portəgizdən  gələndə  ucuz  olduğundan  bol 

toyuq ayağı qaynatdıqlarını danıĢırdı. 

          Kəməraralığı  yanında  kölələri,  atın  belində 

kiĢi  kimi  dimdik,  məğrur-məğrur  oturmuĢ  paĢa 

arvadıydımı, varlı qızıydımı, bir qadın görüb içimi 

çəkdim.  Atası  ağlını  kitaba  vermiĢ  yüngülbeyinin 

biri  olmasaydı,  əri  Səfəvi  savaĢından  qənimətlə 

qayıtsaydı,  ġəkurə  də  bu  məğrur  qadın  kimi 

yaĢayardı. Buna hamıdan çox o layiqdi. 




 

 

258 



 

Qaranın  yaĢadığı  küçəyə  çatanda  bir  anlığa 

ürəyim  sürətlə  döyündü.  ġəkurənin  bu  hərifə  ərə 

getməsini  istəyirəmmi?  ġəkurəni  Hasanla  həm 

bağlı,  həm  də  uzaq  tutmağı  bacarıram,  amma  bəs 

bu  Qaranı?  ġəkurəyə  eĢqindən  baĢqa  hər  Ģeyi  çox 

düzgündü.  

«Boğçaçııı!» 

Tənhalıqdan,  arvadsızlıqdan,  ərsizlikdən 

səfehləĢmiĢ  aĢiqlərin  əlinə  məktub  verməyin 

xoĢbəxtliyini  heç  bir  Ģeylə  dəyiĢmərəm.  Ən  pis 

xəbəri  alacaqlarına  əmin  olsalar  belə,  məktubu 

oxumağa  baĢlayan  kimi  hamının  qəlbini  ümid 

çırpıntısı çulğayır. 

ġəkurə  ona  ərinin  qayıtmasından  qəti  söz 

açmadığına,  «heç  ümid  eləmə»  deyib  Ģərt 

qoyduğuna görə Qara, təbii ki, ümid eləməkdə çox-

çox  haqlıydı.  Məktubu  oxumasına  ləzzətlə  göz 

qoydum. XoĢbəxtlikdən təlaĢa düĢdü, hətta qorxdu. 

Cavab  yazmaq  üçün  içəri  girəndə  mən  də  ağıllı 

boğçaçı  qadının  eləyəcəyi  kimi  yalançı  boğçamı 

açdım,  içindən  qara  pul  kisəsi  çıxarıb  Qaranın  baĢ 

verənlərə maraqla baxan ev sahibəsinə göstərdim. 

«Ən yaxĢı Əcəm məxmərindəndi», – dedim. 

«Oğlum  Əcəm  savaĢında  öldü»,  –  dilləndi. 

«Sən Qaraya kimdən məktub gətirib-aparırsan?» 

Öz çirkin qızını, ya da, kim bilir, kimin qızını 

Ģir kimi Qaraya sırımaq üçün planlar qurduğunu elə 




 

 

259 



 

üzündəncə  oxuyurdum.  «Heç  kəsdən»,  –  dedim.  

«BayrampaĢa Odalarında ölüm ayağında olan kasıb 

bir qohumu pul istəyir». 

«Vah-vah», – inanıb-eləmədən dedi. «Kimdi 

o bəxtsiz?» 

«Sənin  oğlun  savaĢda  necə  ölüb?»  –  inadla 

soruĢdum. 

Bir-birimizə 

düĢməncəsinə 

baxmağa 

baĢladıq.  Dul,  tək-tənha  arvad  idi;  həyatı  nə  qədər 

çətindi!  Boğçaçı,  məktubdaĢıyan  Ester  olsanız, 

həyatda  görərsiniz  ki,  insanları  yalnız  var-dövlət, 



iqtidar  və  rəvayətlərdən  çıxma  ağlagəlməz  eşq 

hekayətləri  maraqlı  eləyər.  Sonra  da:  kədərlər, 

ayrılıqlar, 

qısqanclıqlar, 

tənhalıqlar, 

düşmənçiliklər,  göz  yaşları,  dedi-qodular,  bitib-

tükənməyən yoxsulluqlar eynilə evlərin içindəki bu 

əşyalar kimi bir-birinəcə oxşayır. Bir köhnə, solğun 

ala-bula  kilim,  boĢ  xingəl  məcməyisinin  üstündə 

çömçə  və  sapılca,  ocağın  yanında  maĢa  və  gül 

qutusu, biri böyük, biri kiçik iki köhnəlmiĢ sandıq, 

evdə  tənha  dul  arvadın  yaĢadığı  baĢa  düĢülməsin 

deyə  hələ  saxlanan  baĢlıq,  oğru  qorxutmaq  üçün 

qədim qılınc.   

Qara  ətəkləri  yellənə-yellənə  kisəylə  geri 

qayıtdı.  «Boğçaçı  qarı,  –  məndən  çox  maraqlanan 

ev  sahibəsinə  eĢitdirə-eĢitdirə  dedi,  –  al,  bunu 

bədbəxt  xəstəyə  apar.  Cavabı  varsa,  dərhal 



Yüklə 4,51 Mb.

Dostları ilə paylaş:
1   ...   56   57   58   59   60   61   62   63   ...   190




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə