Orxan pamuk



Yüklə 4,51 Mb.
Pdf görüntüsü
səhifə68/190
tarix16.11.2017
ölçüsü4,51 Mb.
#10430
1   ...   64   65   66   67   68   69   70   71   ...   190

 

 

289 



 

qaranquĢun  təlaĢıyla  aĢiqlərin  təlaĢı  bir-birinə 

oxĢayır.  Bir-birinə  uzaqdan  göz  süzən,  mənalı 

sözlərlə  bir-birilərinə  sitəm  eləyən  aĢiqlər  bu 

rəsmlərdə  elə  kiçik  çəkilir,  elə  uzaq  görünürlər  ki, 

bir anlığa adama elə gəlir, sanki hekayə onları yox, 

görüĢdükləri  Ģahanə  sarayı  və  sarayın  həyətini, 

yarpaqları  bir-bir  eĢqlə  çəkilmiĢ  möcüzəli  bağı, 

onları  iĢıqlandıran  ulduzlu  və  tutqun  ağacları  nəql 

eləyir.  Amma  həmin  rəsmlərdə  nəqqaĢın  yalnız 

səmimi  təvəkküllə  çəkəcəyi  rəng  sisteminə,  bütün 

rəsmin  hər  guĢəsindən  çıxan  o  sirli  iĢığa  əməlli-

baĢlı  fikir  verəndə  diqqətlə  baxan  seyrçi  həmin 

rəsmlərin  sirrinin  rəsm  elədikləri  eĢqlə  eyni 

materialdan düzəldildiyini dərhal baĢa düĢər. Sanki 

rəsm  edilən  eĢqlərdən  rəsmə  dərindən  dərin  iĢıq 

sızır.  Qarayla  mən  bir-birimizi  qucaqlayanda, 

inanın  mənə,  sanki  bütün  aləmə  eyni  cür  gözəllik 

yayılırdı. 

          ġükür,  belə  gözəlliyin  heç  vaxt  uzun 



çəkməyəcəyini  başa  düşəcək  qədər  həyat  təcrübəm 

var.  Qara  əvvəlcə  iri  döĢlərimi  ləzzətlə  ovuclarına 

aldı.  Bu  elə  xoĢuma  gəldi  ki,  istədim  hər  Ģeyi 

unudub  gilələrini  də  ağzına  alsın.  Onu  lazımınca 

eləyə  bilmədi,  çünki  tutduğu  iĢdən  özü  də  əmin 

deyildi.  Sanki  neylədiyini  bilmirdi,  amma 

elədiyindən daha çox istəyirdi. Beləcə, bir-birimizi 

daha  bərk  qucaqladıqca  aramıza  qorxu  və  utanc 



 

 

290 



 

hissi  girməyə  baĢladı.  Məni  budlarımdan  çəkib 

sərtləĢən  yoğun  Ģeyini  qarnıma  dayayanda  əvvəlcə 

xoĢum  gəldi;  maraqlandım,  utanmadım.  Özümə 

qürurla:  «Bu  qədər  qucaqlayırsan,  bu  da  bu  qədər 

olur», – dedim. Sonra onu ortaya çıxaranda baĢımı 

o  biri  yana  çevirdim,  amma  böyüyən  gözlərimi 

ondan ayırammadım. 

Çox  sonra  qıpçaq  arvadlarının,  hamamda 

lətifə  danıĢan  ədəbsiz  arvadların  belə  dərhal 

eləməyəcəyi  ədəbsizliklərlə  məni  zorlayanda 

təəccüb və qətiyyətsizliklə dartındım.  

«QaĢlarını çatma, canım», – mənə yalvardı. 

Ayağa  qalxdım,  onu  itələyib  kefinin 

pozulacağına heç fikir vermədən üstünə qıĢqırmağa 

baĢladım.                               

 

 

 




 

 

291 



 

27. MƏNİM ADIM QARADI 

 

AsılmıĢ  yəhudinin  evində,  qaranlığın  içində 



gözəl  qaĢlarını  çatıb  məni  yamanlayan  ġəkurəyə 

görə,  əlimdə  tutduğum  həcəməti  bəlkə  Tiflisdə 

rastlaĢdığım 

çərkəz 


qızlarının, 

qıpçaq 


iĢvəkarlarının,  karvansaraylarda  satılan  yoxsul 

gəlinlərin, türkmən və Əcəm dullarının, Ġstanbulda 

getdikcə  yayılan  sıravi  fahiĢələrin,  minqreliyalı 

namussuzların, cilvəli abazaların, erməni idbarların, 

genuyalı və süryanı çirkinlərin, ikitərəfli qadınların, 

gözüdoymaz  oğlanların  ağzına  asanlıqla  soxa 

bilərdim,  amma  ġəkurəninkinə  yox.  Ərəbistandakı 

kiçik  isti  Ģəhərlərin  küçələrindən  Xəzər  dənizi 

sahillərinə,  Əcəm  ölkəsindən  Bağdadacan  hər  cür 

ucuz,  səfil,  orta  malıyla  oturub  dura-dura  mən, 

ġəkurənin  hiddətlə  təsəvvüründə  canlandırıb 

dediklərinə  görə,  məlumdu  ki,  bütün  ölçüləri 

itirmiĢdim,  bəzi  qadınların  Ģərəf  olduğunu  da 

unutmuĢdum.  Deməli,  eşq  sözlərim  də  heç  səmimi 



deyildi. 

Sevgilimin  əlimdəki  günah  alətinin  rəngini 

qaçıran  cürbəcür  sözlərini  hörmətlə  dinləyir, 

vəziyyətimdən, 

düĢdüyüm 

pozğunluqdan 

utanmağına  utanırdım,  amma  iki  Ģey  də  vardı  ki, 

məni  məmnun  eləyirdi:  1.  Çox  vaxt  belə 



vəziyyətlərdə  başqa  qadınlara  heyvancasına 


 

 

292 



 

elədiyim kimi, Şəkurənin hiddətinə və sözlərinə eyni 

cür hiddətlə, ağlıma gələni deməklə cavab verməyə 

heç  cəhd  eləməmişdim.  2.  Şəkurənin  səfərlərimdən 

artıqlamasıyla  xəbərdar  olduğunu,  deməli,  mənim 

barəmdə    fikirləşdiyimdən artıq  düşündüyünü  dərk 

eləyirdim. 

Ġstədiyim 

baĢ 

tutmadığından 



kefimin 

pozulduğunu  görən  ġəkurə  indidən  mənim  üçün 

kədərlənməyə də baĢlamıĢdı. 

          «Məni, doğrudan da, qara sevdayla sevirsən», 

– özünü əfv etdirmək istəyirmiĢ kimi dedi. «Gərək 

Ģərəfli  bir  kiĢi  kimi  özünə  hakim  olub  ciddi 

niyyətlər 

bəslədiyin 

qadının 

heysiyyətini 

sındırmağa  çalıĢmayaydın.  Mənimlə  evlənmək 

üçün  hiylələr  iĢlədən  təkcə  sən  deyilsən.  Bura 

gəldiyini bir kəs gördümü?»  

«Yox». 


On iki ildi xatırlamadığım o Ģirin üzünü sanki 

qaranlıq  gecədə  bağda  gəzən  kimi  qapıya  çevirib 

mənə onu yandan görmək zövqünü də verdi. Bir an 

taqqıltı  olanda  ikimiz  də  susub  gözlədik,  amma 

içəri  heç  kəs  girmədi.  Hələ  on  iki  yaĢında  olanda 

belə məndən də artıq bildiyinə görə indi ġəkurənin 

uğursuzluq duyğusu oyandırdığını xatırlayırdım. 

«Burada  asılmıĢ  yəhudinin  kabusu  gəzir»,  – 

dedi. 

«Bura gəlirsənmi heç?»  




Yüklə 4,51 Mb.

Dostları ilə paylaş:
1   ...   64   65   66   67   68   69   70   71   ...   190




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə