Orxan pamuk



Yüklə 4,51 Mb.
Pdf görüntüsü
səhifə71/190
tarix16.11.2017
ölçüsü4,51 Mb.
#10430
1   ...   67   68   69   70   71   72   73   74   ...   190

 

 

302 



 

daĢlıqda  kimsə  yox  idi.  Sağda  quyudan  su  içmək 

üçün  qab,  üstündə  soyuqdan  heç  də  Ģikayətçi 

görünməyən  sərçə,  irəlidə  axĢam  vaxtı  nədənsə 

yanmayan  ocaq,  solda  təkcə  qonaqların  atları 

bağlanan  axur,  hər  Ģey  yerli-yerindədi.  Axurun 

yanındakı  açıq qapıdan içəri girib  ayaqlarımı  taxta 

pilləkənlərə  taqqataqla  vura-vura,  öskürə-öskürə 

yuxarı çıxdım.  

Öskürəklərimə  cavab  gəlmədi.  Yuxarıda, 

dəhlizin  giriĢində  ayağımdan  çıxarıb  qapının 

böyrünə düzülmüĢ o biri cütlərin yanına qoyduğum 

palçıqlı  ayaqqabılarımın  gurultusuna  da  səs 

vermədilər.  Bura  hər  gələndə  elədiyim  kimi, 

qıraqdan  ayaqqabı  cütləri  içində  ġəkurənin 

olduğunu  güman  elədiyim  iki  dənəsini,  o  yaĢıl  və 

zərif Ģeyləri görməyəndə evdə kimsənin olmayacağı 

ağlıma gəldi. 

         ġəkurənin  uĢaqlarıyla  qucaqlaĢıb  yatdığını 

güman  elədiyim  sağdakı  otağa  bir  anda  girdim. 

DöĢəkləri,  yataqları  əlləĢdirdim,  qıraqdakı  sandığı 

və  qapağı  tük  kimi  yüngül  dolabı  açıb  baxdım. 

Otağın o yumyumĢaq badam qoxusunun, güman ki, 

ġəkurənin  bədəninin  qoxusu  olduğunu  ağlıma 

gətirəndə qapağını açdığım yuxarı dolaba qoyulmuĢ 

yaĢıl  yastıq  əvvəlcə  sərsəm  baĢıma,  sonra  da 

qıraqdakı  mis  qrafin  və  qədəhlərə  toxunub  düĢdü. 



 

 

303 



 

Gurultunu  eşidəndə  otağın  qapqaranlıq  olduğunu 

başa düşürük axı, mən soyuq olduğunu dərk elədim. 

«Xeyriyyə»,  –  içəridən  ƏniĢtə  əfəndi 

səsləndi.  «ġəkurə, hansınızdı o?» 

Göz  açıb-yumana  qədər  otaqdan  çıxdım, 

dəhlizi  çarpazlamasına  keçdim,  qıĢ  günlərində 

ƏniĢtə əfəndinin kitabı üçün iĢlədiyimiz mavi qapılı 

naxıĢ otağına girib dedim: 

«Mənəm ƏniĢtə əfəndi, mən». 

«Sən kimsən?» 

 Ustad  Osmanın  uĢaqlığımızda  bizə  verdiyi 

qondarma  adların  ƏniĢtə  əfəndinin  bizə  altdan-

altdan  lağ  eləməsinə  yaradığını  baĢa  düĢdüm. 

Görkəmli  bir  kitabın  son  səhifəsindəki  kətəbədə 

məğrur  xəttatın  eləyəcəyi  kimi,  «fağır,  günahkar 

qulunuz»un  ləqəbinin  haradan  gəldiyini,  ata  adımı 

da əhatə eləyən tam adımı ağır-ağır tələffüz eləyə-

eləyə hecaladım. 

«Hə?» – dilləndi. Sonra «Hə!» dedi. 

UĢaq  çağlarımdan  eĢitdiyim  bir  Süryani 

rəvayətindəki  ölümlə  qarĢılaĢan  qoca  adamın 

elədiyi  kimi,  sonsuzluq  qədər  çəkən  qısa  müddət 

sükuta qərq oldu.  

          Ġndi ölümdən söz açdığıma görə bura belə bir 

Ģey  eləmək  niyyətiylə  gəldiyimi  ağlına  gətirəniniz 

varsa,  oxuduğu  kitabı  səhv  baĢa  düĢür.  Belə  bir 



 

 

304 



 

niyyəti  olan  qapınımı  döyər,  ayaqqabılarınımı 

çıxarar, bıçaqsızmı gələr? 

«Deməli,  gəldin»,  –  yenə  rəvayətdəki  qoca 

kimi  dedi.  Amma  sonra  tamamilə  baĢqa  ovqata 

girdi:  «XoĢ  gəldin,  oğlum.  De  mənə,  nə 

istəyirsən?» 

Artıq  hava  əməlli-baĢlı  qaralmıĢdı.  Yazda 

açılanda  çinar  və  nar  ağacına  baxan  kiçik,  ensiz 

pəncərənin bal mumuyla örtülmüĢ ĢüĢəsindən otağa 

ancaq içərinin xətlərini seçməyə imkan verəcək və 

çinli  rəssamların  xoĢuna  gələcək  qədər  iĢıq 

düĢürdü,  həmiĢəki  guĢəsində  iĢığı  soldan  alıb 

rəhlənin  arxasında  oturan  ƏniĢtə  əfəndinin  üzünü 

tamam  görə  bilmir,  onunla  burada,  səhərə  qədər 

Ģam  iĢığında,  bu  fırçalar,  hoqqalar,  qələmlər, 

möhrələr arasında rəsm çəkib, naxıĢdan söz açanda 

duyduğum yaxınlığı təlaĢla hiss eləməyə çalıĢırdım. 

Bu  yadlıq  duyğusundanmı,  vəsvəsələrimi,  rəsm 

eləyəndə  günah  iĢlədiyim,  bunu  da  Ģəyirdlərin 

bildiyiylə 

bağlı 


eyhamlarını, 

həqiqətən, 

danıĢmaqdan  birdən  utanıb  çəkindiyim  üçünmü, 

biləmmirəm, həmin anda ona dərdimi bir hekayəylə 

danıĢmaq  qərararına  gəldim.  



 

 

305 



 

Ġsfahanlı  musavvir

1

  ġeyx  Məhəmmədin 



hekayətini bəlkə siz də eĢitmisiniz. Rəng seçməkdə, 

səhifə  tərtibində,  insan,  heyvan  və  üz  çəkməkdə, 

rəsmin  içinə  Ģeirdə  görəcəyimiz  coĢqunluqla, 

həndəsədə 

görəcəyimiz 

gizli 


məntiqi 

yerləĢdirməkdə  həmin  nəqqaĢdan  üstün  nəqqaĢ 

yoxdu.  Gənc  yaĢda  ustalığa  çatmasından  sonra  bu 

möcüzə  əlli  ustad  düz  otuz  il  həm  mövzu 

seçimində,  həm  yaradıcılıqda,  həm  də  üsulda 

zamanın  ən  əlçatmaz  və  cəsarətli  nəqqaĢı  olub. 

Qara  qələm  tərziylə  Çindən  monqollar  vasitəsilə 

gələn Ģeytanları, buynuzlu cinləri, iri daĢĢaqlı atları, 

yarıinsan-yarıcanavar  məxluqları,  divləri,  cinləri 

Ģeytani  zərif  və  həssas  Herat  rəsminə  bacarıq  və 

mətanətlə  o  qatıb,  Portəgiz  və  Flamanddan  gələn 

gəmilərdəki  portret  rəsmlərinə  hamıdan  əvvəl  o 

maraq  göstərib,  təsirlənib.  Lap  Çingiz  xan 

zamanına  qədər  gedib  çıxan  unudulmuĢ  üsulları 

cırılıb  dağılmaqda  olan  qədim  kitablardan  o  tapıb 

çıxarıb,  canlandırıb;  Ġsgəndərin  qadınlar  arasında 

üzən  çılpaq gözəllərə  tamaĢa  eləməsi,  ġirinin  gecə 

Ay  iĢığında  çimməsi  kimi  adamı  qızıĢdıran 

mövzuları  hamıdan  qabaq  cəsarətlə  o  rəsm  eləyib; 

Peyğəmbərimiz  Həzrətlərini  atı  Burakla  uçanda, 

                                    

1

Rəssam



 


Yüklə 4,51 Mb.

Dostları ilə paylaş:
1   ...   67   68   69   70   71   72   73   74   ...   190




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə