Orxan pamuk



Yüklə 4,51 Mb.
Pdf görüntüsü
səhifə74/190
tarix16.11.2017
ölçüsü4,51 Mb.
#10430
1   ...   70   71   72   73   74   75   76   77   ...   190

 

 

314 



 

«Mənə  isfahanlı  rəssam  ġeyx  Məhəmmədin 

içində  inkar  elədiyi  öz  rəsmləri  olduğuna  görə 

nəhəng  kitabxananı  və  vicdan  əzabıyla  özünü 

yandırması barədə danıĢdın», – dedi. «Mən də sənə 

o  əfsanənin  bilmədiyin  bir  baĢqa  hissəsini  nağıl 

eləyim.  Bəli,  nəqqaĢ  həyatının  son  otuz  ilində  öz 

rəsmlərini  axtarıb.  Amma  səhifələrini  çevirdiyi 

kitablarda  öz  rəsmlərindən  çox,  ondan  ilham 

almaqla  çəkilən  təqlidləri  görüb.  Daha  sonrakı 

illərdəsə  iki  nəsil  rəssamın  onun  inkar  elədiyi 

rəsmləri  qəlib  kimi  mənimsədiklərini,  o  rəsmləri 

hafizələrinə  çəkdiklərini,  əzbərləmək  bir  yana, 

ruhlarının  bir  parçasına  çevirdiklərini  görüb.  ġeyx 

Məhəmməd  öz  rəsmlərini  tapıb  məhv  eləməyə 

çalıĢdıqca  gənc  nəqqaĢların  bir  çox  kitabda  onları 

heyranlıqla  çoxaltdıqlarını,  baĢqa  hekayələri  rəsm 

eləyəndə  faydalandıqlarını,  hamının  hafizəsinə 

köçürdüklərini,  bütün  cahana  yaydıqlarını  baĢa 

düĢüb.  Kitabdan  kitaba,  rəsmdən  rəsmə  illər  boyu 

baxdıqca  baĢa  düĢürük:  gözəl  bir  rəssam 

möcüzələriylə  yalnız  bizim  yaddaĢımızda  yer 

tutmaqla  qalmır,  ən  axırda  yaddaĢlarımızın 

mənzərəsini də dəyiĢdirir. Bir nəqqaĢın bacarığı və 

rəsmləri  bir  dəfə  ruhumuza  bu  qədər  iĢləyəndən 

sonra  da  bütün  aləmin  gözəlliyi  üçün  ölçüyə 

çevrilir.  Ġsfahanlı  rəssam  həyatının  axırında  öz 

rəsmlərini özü tapıb yox elədikcə çoxaldığına əmin 




 

 

315 



 

olmaqla  qalmamıĢ,  hamının  dünyanı  bir  vaxtlar 

özünün  gördüyü  kimi  gördüyünü,  öz  gəncliyində 

çəkdiyi  rəsmlərə  oxĢamayan  Ģeylərin  artıq  çirkin 

olduğunu da baĢa düĢüb». 

Qəlbimdə  artan  heyranlığı,  ƏniĢtə  əfəndinin 

xoĢuna  gəlmək  istədiyimi  gizlədə  bilməyib  özümü 

onun  ayaqlarına  atdım.  Əllərini  öpəndə  gözümdən 

yaĢ axdı, ruhumda da ona Ustad Osmana ayırdığım 

yeri verdiyimi hiss elədim. 

«NəqqaĢ, – ƏniĢtə əfəndi özündən razı qalan 

adamın ədasıyla dedi,  – rəsmini vicdanını dinləyə-

dinləyə və inandığı qaydaların tələb elədiyi heç bir 

Ģeydən  qorxmaya-qorxmaya  çəkir.  DüĢmənlərinin, 

ağlıkəmlərin,  qısqancların  nə  deyəcəkləri  vecinə 

deyil». 


Amma  üstü  qırıĢlar  və  ləkələrlə  örtülü  əlini 

göz  yaĢları  içində  öpəndə  ƏniĢtə  əfəndinin  nəqqaĢ 

belə olmadığını fikirləĢdim. Bu fikirləĢdiyimdən də 

dərhal utandım. Sanki baĢqası bu Ģeytani, hörmətsiz 

fikri  beynimə  zorla  yerləĢdirmiĢdi.  Yenə  də 

fikirləĢdiyimin doğru olduğunu siz də bilirsiniz. 

«Onlardan qorxmuram, – ƏniĢtə əfəndi dedi, 

– çünki ölümdən qorxmuram». 

Onlar  kimdi?  BaĢımı  tərpətdim,  sanki 

dediyini  baĢa  düĢürdüm.  Amma  içimdə  qəzəb  də 

qımıldandı.  ƏniĢtənin  lap  yanındakı  qədim  cildin 

Əl-Cəzviyyənin 

«Kitab-ür 

Ruh»u 


olduğunu 


 

 

316 



 

gördüm.  Ölümdən  sonra  ruhun  baĢına  gələcək 

sərgüzəĢtlərdən nəql eləyən bu kitabı ölmək istəyən 

sarsaqlar  yaman  xoĢlayır.  Məcməyilərin  içində, 

yazı qutusunun və sandığın üstündə qələmdanların, 

qələmyonanların, 

qələm 

ucu 


düzəldənlərin, 

hoqqaların,  qələm  qutularının  arasında  bura 

gəlməyəndən  bəri  yeni  bircə  əĢya  gördüm.  Tunc 

hoqqa. 


«Onlardan  qorxmadığımızı  sübut  eləyək»,  – 

cəsarətlə dilləndim. «Axırıncı rəsmi çıxarın, onlara 

göstərək». 

«Bu,  onların  iftiralarına,  ən  azı,  ciddi  qəbul 

olunacaq  qədər  qiymət  verdiyimizi  göstərməzmi? 

Qorxmalı  bir  Ģey  eləmədik  ki,  qorxaq.  Sənin  bu 

qədər qorxuna haqq qazandıracaq baĢqa nə var?» 

Ata 


kimi 

saçımı 


oxĢadı. 

Yenidən 


gözlərimdən  yaĢ  fıĢqıracağından  qorxub  onu 

qucaqladım. 

«Bədbəxt  müzəhhib  Zərif  əfəndinin  niyə 

öldürüldüyünü  bilirəm»,  –həyəcanla  dedim.  «Zərif 

əfəndi sizə, kitabınıza, bizə böhtan atıb, ərzurumlu 

Nüsrət  Xocanın  adamlarını  üstümüzə  salacaqdı. 

Burada  Ģeytana  uyub,  dinsizlik  edildiyi  qərarına 

gəlib,  bunu  da  orada-burada  söyləməyə,  kitabınız 

üçün iĢləyən digər nəqqaĢları sizə qarĢı qaldırmağa 

baĢlamıĢdı.  Bunu  birdən-birə  niyə  elədi,  bilmirəm. 

Qısqanclıqdan  ola  bilər,  Ģeytana  uymuĢ  ola  bilər. 



 

 

317 



 

Zərif  əfəndinin  hamımızı  məhv  eləməkdən  ötrü 

necə  qətiyyətli  olduğunu  duydular.  Hamının 

qorxduğunu,  eynilə  mənim  kimi  Ģübhələrə 

düĢdüyünü  təxmin  eləyə  bilərsiniz.  Onlardan  biri 

bir gecəyarısı Zərif əfəndinin özünü sıxıĢdırıb, sizə 

qarĢı,  kitabımıza,  nəqĢə,  rəsmə,  inandığımız  hər 

Ģeyə  qarĢı  qaldırdığına  görə  təlaĢa  düĢdü,  o  alçağı 

öldürüb quyuya atdı». 

«Alçaq». 

«Zərif əfəndi tinətsizdi, mayası xarab bir xain 

idi», – dedim. «Südü xarab!» – qıĢqırdım, sanki o, 

otaqda qarĢımdaydı. 

Sükut  çökdü.  Məndən  qorxurdumu?  Mən 

özümdən  qorxurdum.  Elə  bil  bir  baĢqasının 

hiddətinin  və  ağlının  yeli  məni  bürümüĢdü,  amma 

bu, gözəl idi. 

«Sənin  kimi  və  isfahanlı  nəqqaĢ  kimi  təlaĢa 

düĢən həmin nəqqaĢ kimdi? Kim öldürüb onu?» 

«Bilmirəm», – dedim. 

Amma  istədim  ki,  yalan  dediyimi  də 

üzümdən  baĢa  düĢsün.  Bura  gəlməklə  çox  səhv 

elədiyimi baĢa düĢürdüm. Bununla belə, heç günah 

və  peĢmanlıq  duyğularına  da  qapılmayacaqdım. 

ƏniĢtə  əfəndinin  məndən  Ģübhələndiyini  görür, 

bundan zövq və güc alırdım. Tez-tələsik fikirləĢdim 

ki,  qatil  olduğumu  açıq-aydın  baĢa  düĢüb  məndən 

qorxsa,  dinsizlik  olub-olmadığına  görə  yox,  indi 




Yüklə 4,51 Mb.

Dostları ilə paylaş:
1   ...   70   71   72   73   74   75   76   77   ...   190




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə