Orxan pamuk



Yüklə 4,51 Mb.
Pdf görüntüsü
səhifə73/190
tarix16.11.2017
ölçüsü4,51 Mb.
#10430
1   ...   69   70   71   72   73   74   75   76   ...   190

 

 

310 



 

«Adam  özü  bilmədən  də  imansızlıq  eləyən 

rəsm çəkə bilərmi?»  

Cavab əvəzinə sanki otaqda yatmıĢ uĢaq olan 

məni  də  agah  eləyən  kimi,  birdən  əlini  lap  astaca 

tərpətdi, susdum. Az qala pıçıltıyla dilləndi:  

«Çox qaranlıq oldu, bu Ģamı yandıraq». 

ġamdanın  mumunu  manqaldan  yandıranda 

üzündə  qəti  adət  eləmədiyim  qürur  görmək  heç 

xoĢuma  gəlmədi.  Ya  da  mərhəmət  ifadəsiydimi? 

Hər  Ģeyi  baĢa  düĢmüĢdü,  mənim  alçaq  qatilin  biri 

olduğumu  fikirləĢirdi,  yoxsa  məndən  qorxurdu? 

Birdən  düĢüncələrimin  sanki  mənim  nəzarətimdən 

çıxıb  getdiyini,  həmin  məqamda  fikirləĢdiyim 

Ģeylərə elə bil baĢqasının düĢüncələri kimi, çaĢqın-

çaĢqın  fikir  verdiyimi  xatırlayıram.  DöĢəmədəki 

xalı: bir küncündə qurda oxĢayan bir Ģey varmıĢ ki, 

mən indiyə qədər ona fikir verməmiĢdim. 



«Rəsmə,  naxışa,  gözəl  kitablara  sevgi 

duymuş  bütün  xanların,  şahların,  padşahların 

maraqlarının  üç  mövsümü  olur»,  –  ƏniĢtə  əfəndi 

dedi.  «BaĢlanğıcda  cəsurdular,  inadkar  və  həvəsli 

olurlar.  Rəsmi  baĢqalarında  gördüklərinə  görə 

özlərinə  etibarı  üçün  istəyirlər.  Bu  mövsümdə 

öyrənir,  ikinci  mövsümdə  istədikləri  kitabları  öz 

kefləri  üçün  hazırladırlar.  Rəsmlərə  baxmadan 

səmimiyyətlə  ləzzət  almağı  öyrəndiklərinə  görə 

etibarları  da  olur,  ölümlərindən  sonra  bu  dünyada 




 

 

311 



 

yadigar  qoyacaqları  kitabları  da.  Həyatlarının 

payızındasa  heç  bir  padĢah  artıq  bu  dünyada 

qalacaq  əbədiyyətlə  maraqlanmır.  Bu  dünyadakı 

əbədiyyətlə  bu  dünyada  yaĢayan  o  biri  nəsillər, 

nəvələrimiz  tərəfindən  xatırlanmağı  baĢa  düĢürəm. 

NaxıĢsevər hökmdarlar bizlərə hazırlatdıqları, içinə 

adlarını 

saldırdıqları, 

bəzən 


öz 

tarixlərini 

yazdırdıqları  kitablarla  onsuz  da  bu  dünyada 

əbədiyyət əldə eləmirlər. Qocalanda o biri dünyada 

yaxĢı  yer  qazanmaq  istəyirlər.  Hamısı  da  dərhal 

rəsmin  bundan  ötrü  maneə  olduğu  qərarına  gəlir. 

Məni ən çox kədərləndirən və haldan çıxaran budu. 

Özü  də  ustad  nəqqaĢ  olan,  gəncliyini  öz 

nəqqaĢxanasında  keçirən  ġah  Təhmasib  ölümə 

yaxınlaĢanda  o  möcüzə  nəqqaĢxanasını  bağladı, 

möcüzə  rəssamlarını  Təbrizdən  uzaqlaĢdırdı, 

hazırlatdığı  kitabları  dağıtdı,  peĢmanlıq  böhranları 

keçirdi.  Niyə  hamısı  rəsmin  cənnət  qapısını 

üzlərinə bağlayacağını fikirləşir?» 

«Bilirsinizmi,  niyə?  Çünki  Peyğəmbərimiz 



həzrətlərinin  qiyamət  günü  rəssamların  Allah 

tərəfindən  ən  sərt  şəkildə  cəzalandırılacaqları 

barədə söylədiyini xatırlayırlar». 

«Rəssamlar  yox»,  –  ƏniĢtə  əfəndi  dedi,  – 

«Musavvirlər». Bu, Buxaridən hədisdi». 

          Ehtiyatla dilləndim: 




 

 

312 



 

          «Qiyamət  günü  rəssamdan  yaratdığı  Ģəklə 

can  verməsi  tələb  olunacaq,  amma  heç  bir  Ģeyi 

canlandıra  bilmədiyinə  görə  cəhənnəm  əzabına 

düçar olacaq. Unutmayaq, rəssam Qurani-Kərimdə 

Allahın sifətidi.Yaradıcı olan, olmayanı var eləyən, 

cansızı  canlandıran  Allahdı.  Heç  kəs  onunla 

yarıĢmağa  cəhd  göstərməməlidi.  Rəsm  çəkənlərin 

onun  gördüyü  iĢi  görməyə  cəhd  eləmələri,  onun 

kimi  yaradıcı  olacaqlarını  iddia  eləmələri  çox 

böyük günahdı». 

Bunları elə sərt-sərt demiĢdim ki, sanki mən 

də onu günahlandırıram. Gözlərimin içinə baxdı: 

«Səncə, biz bunu eləyirdikmi?» 

«Əsla»,  –  deyib  gülümsədim.  «Amma 

mərhum Zərif əfəndi axırıncı rəsmi bütöv görəndə o 

cür  güman  eləməyə  baĢlayıb.  Perspektiv  elmiylə 

rəsm  çəkməyin,  firəng  ustadlarının  üsullarından 

yararlanmanın  Ģeytan  əməli  olduğunu  deyirmiĢ. 

Axırıncı  rəsmdə  firəng  üsullarından  istifadə  eləyib 

adi  adamın  üzünü  elə  rəsm  eləyirsizmiĢ  ki,  adam 

ona  baxanda  sanki  rəsmə  yox,  gerçək  üzə  baxıb, 

çəkdiyiniz  Ģeyi  görənlər  eynən  kilsələrdə  olduğu 

kimi  rəsmə  səcdə  eləmək  istəyəcəklərmiĢ. 



Perspektiv  rəsmi  Allahın  baxışlarından  küçədəki 

itin  baxışına  endirdiyinə  görə    yox,  öz 

bacarıqlarımızı  gavurların  bacarıq  və  üsuluyla 

qarışdırmağın da bizi saflığımızdan uzaqlaĢdıracaq, 


 

 

313 



 

onların  köləsi  vəziyyətinə  salacaq  Ģeytan  əməli 

olduğunu deyirlərmiĢ». 

         «Səmimi heç bir Ģey yoxdu», – ƏniĢtə əfəndi 

dedi.  «NaxıĢda,  rəsmdə  nə  qədər  möcüzələr 

yaradılsa,  nə  vaxt  nəqqaĢxanada  gözlərimi 

yaĢardacaq,  tüklərimi  ürpədəcək  gözəllik  ortaya 

çıxsa,  bilirəm  ki,  orada  əvvəlcədən  yan-yana 

durmamıĢ  iki  eyni  Ģey  birləĢər,  bir  yeni  möcüzəni 

ortaya  çıxarıb.  Behzadı  və  bütün  Əcəm  rəsminin 



gözəlliyini  ərəb  rəsminin  monqol-Çin  rəsmiylə 

qarışmasına  borcluyuq.  ġah  Təhmasibin  ən  gözəl 

rəsmləri  Əcəm  tərziylə  türkmən  həssaslığını 

birləĢdirdi.  Bu  gün  hər  kəs  Hindistandakı  Əkbər 

xan  nəqqaĢxanalarından  ağızdolusu  danıĢırsa,  bu, 

nəqqaĢlarını 

firəng 


ustadlarının 

üsullarını 

götürməyə  təĢviq  elədiyinin  nəticəsidi.  Doğu  da 

Allahındı,  Batı  da.  Allah bizi  saf  və bircins olanın 

istəklərindən qorusun». 

ġamın  iĢığında  üzü  nə  qədər  yumĢaq  və 

aydın görünürdüsə, divara düĢən kölgəsi də o qədər 

qaranlıq  və  dəhĢətliydi.  Dediklərini  o  qədər 

ağlabatan  və  doğru  saymağıma  baxmayaraq,  ona 

yenə  də  inanmadım.  Məndən  Ģübhələndiyini 

bildiyimə  görə  mən  də  ondan  Ģübhələnir,  arabir 

aĢağı,  həyət  qapısına  qulaq  verdiyini,  canını 

məndən  qurtaracaq  adamları  gözlədiyini  hiss 

elədim. 



Yüklə 4,51 Mb.

Dostları ilə paylaş:
1   ...   69   70   71   72   73   74   75   76   ...   190




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə