Orxan pamuk



Yüklə 4,51 Mb.
Pdf görüntüsü
səhifə69/190
tarix16.11.2017
ölçüsü4,51 Mb.
#10430
1   ...   65   66   67   68   69   70   71   72   ...   190

 

 

293 



 

«Cinlər,  əcinnələr,  xortdanlar...  Bunlar 

küləklə  gəlir,  əĢyaların  içinə  girir,  sükutdan  səs 

verirlər.  Hər  Ģey  danıĢır.  Bura  gəlməyə  ehtiyac 

yoxdu. EĢidirəm». 

«ġövkət  məni  bura  ölü  piĢik  göstərməyə 

gətirdi, amma yox idi». 

«Ona atasını öldürdüyünü demisən». 

«Heç  də  elə  demədim.  Söhbət  oramı  çatıb? 

Onun atasını öldürmək yox, atası olmaq istərdim». 

«Niyə atasını öldürdüyünü dedin?» 

«Əvvəlcə  soruĢdu  ki,  «sən  heç  adam 

öldürübsənmi». 

Ona 


düzünü, 

iki 


adam 

öldürdüyümü dedim». 

«Öyünmək üçünmü?» 

«Həm  öyünmək,  həm  də  anasını  sevdiyim 

uĢağın  gözünə  girmək  üçün.  Çünki  anasının  o 

quldurcuğazlara  evdəki  qənimətləri  göstərib 

atalarının  savaĢ  qəhrəmanlıqlarını  danıĢa-danıĢa 

ovutduğunu baĢa düĢdüm». 

«Onda öyün! Çünki səni sevmirlər». 

«ġövkət  sevmir,  amma  Orxan  sevir»,  – 

sevgilimin  bir  səhvini  tutmaqla  qürurlanıb  dedim. 

«Amma mən ikisinin də atası olacağam». 

Bir  anlığa  yarıqaranlıqda  sanki  aramızdan 

vücudsuz bir Ģeyin kölgəsi keçdi, təlaĢla, diksintiylə 

titrədik.  Özümü  ələ  alanda  ġəkurə  qırıq-qırıq 

hıçqırtılarla ağlayırdı.  




 

 

294 



 

«Bədbəxt  ərimin  bir  qardaĢı  var,  Hasan. 

Ərimin  qayıtmasını  gözləyəndə  iki  il  onunla  və 

qayınatamla  eyni  evdə  yaĢadıq.  Mənə  aĢiq  oldu. 

Ġndi bəzi Ģeylərdən Ģübhələnib, mənim baĢqasına – 

bəlkə  də  sənə  ərə  gedəcəyimi  güman  eləyərək 

qudurub.  Mənə  xəbər  göndərib,  zorla  geri  –  evə 

aparmaq 


istəyir. 

Qazının 


nəzərində 

dul 


olmadığımdan deyirlər, məni ərimə görə zorla o evə 

aparacaqlar. Hər an basqın eləyə bilərlər. Atam da 

qazı  qərarıyla  dul  qalmağımı  istəmir,  çünki 

boĢansam,  özümə  ər  tapıb,  onu  atıb  gedəcəyimi 

fikirləĢir.  Anam  öləndən  sonra  tək  qalanda  mənim 

uĢaqlarla  onun  yanına  qayıtmağım  atamı  çox 

xoĢbəxt elədi. Bizimlə qalarsanmı?» 

«Necə?» 


«Evlənsək, atamla, bizimlə qalarsanmı?» 

«Bilmirəm». 

«Bunu  tez  fikirləĢ.  Artıq  vaxtın  da 

olmayacaq, 

inan. 

Atam 


bədbəxtliklərin 

yaxınlaĢdığını  sezir,  ona  haqq  verirəm.  Hasanla 

adamları  yeniçərilərlə  evimizə  basqın  eləsələr, 

qazının  da  hüzuruna  atamı  çıxarsalar,  ərimin 

ölüsünü  gördüyünü  deyərsənmi?  Sən  Əcəm 

ölkəsindən gəlirsən, inanarlar». 

«Deyərəm. Amma onu mən öldürməmiĢəm». 



 

 

295 



 

«YaxĢı. Məni dul eləmək üçün baĢqa Ģahidlə 

birgə  Əcəm  ölkəsində,  savaĢ  meydanında  ərimin 

qanlı ölüsünü gördüyünü deyərsənmi?» 

«GörməmiĢəm,  canım,  amma  sənin  üçün 

deyərəm». 

«UĢaqlarımı sevirsənmi?» 

«Sevirəm». 

«De, onların nəyini sevirsən?» 

«ġövkətin gücünü, qətiyyətini, dürüstlüyünü, 

ağlını,  inadkarlığını  sevirəm»,  –  dedim.  «Orxanın 

sınqın,  cılız,  ağıllı  olmağını.  Onların  sənin 

uĢaqların olmasını sevirəm». 

Qaragözlüm bir az gülümsədi, bir az gözyaĢı 

tökdü.  Qısa  müddətdə  çox  iĢ  görmək  istəyən 

adamın hesablanmıĢ təlaĢıyla baĢqa mövzuya keçdi: 

«Atamın  hazırlatdığı  kitab  tamamlanmalı, 

PadĢahımıza təhvil verilməlidi. Ətrafımızda dolaĢan 

uğursuzluq yalnız həmin kitab üzündəndi». 

«Zərif  əfəndinin  öldürülməsindən  baĢqa  nə 

Ģeytanlıq var?» 

          Bu  sualdan  bir  anlığa  xoĢu  gəlmədi.  Səmimi 

görünməyə  çalıĢdığına  görə  qeyri-səmimi  cavab 

verdi: 


«Ərzurumlu  Nüsrət  Xoca  tərəfdarları  atamın 

kitabında  dinsizlik,  firənglik  olduğunu  yayırlar. 

Evimizə 

girib-çıxan 

nəqqaĢlar 

bir-birilərini 




 

 

296 



 

qısqanıb,  hiyləmi  iĢlədirlər?  Sən  onların  arasına 

girdin, daha yaxĢı bilərsən!» 

«Rəhmətlik  ərinin  qardaĢı,  –  dedim,  –  onun 

bu  nəqqaĢlarla,  atanın  kitabıyla,  Nüsrət  Xocanın 

tərəfdarlarıyla bir əlaqəsi varmı?» 

«Əlaqəsi  yoxdu,  amma  Hasan  heç  özbaĢına 

olan adam da deyil», – dedi. 

Sirli, qəribə sükut çökdü. 

«Hasanla eyni evdə qalanda aranızda qaç-köç 

yox idimi?» 

«Ġki göz otaqlıq evdə olacağı qədər». 

         Haradasa  yaxınlıqda  bir-iki  it  var  gücüylə, 

təlaĢla hürməyə də elə bu vaxt baĢladı. 

«O  qədər  savaĢmıĢ,  zəfərlər  qazanmıĢ, 

talanlar eləmiĢ rəhmətlik ərin səni niyə iki göz evdə 

qardaĢıyla  birgə  qoydu»,  –  deyə  də  bilmədim, 

qorxa-çəkinə  uĢaqlıq  sevgilimdən  bunu  soruĢdum. 

«Ərinlə niyə evləndin?» 

«Əlbəttə, bir kəsə ərə veriləcəkdim»,  – dedi. 

Bu, həqiqət idi, ərini öyüb, məni kədərləndirmədən 

niyə onunla evləndiyini də qısaca, ağıllı tərzdə izah 

eləyirdi.    «Sən  getdin,  gəlmədin.  Bəlkə  küsmək 

eşqin  əlamətidi,  amma  küskün  aşiq  də  həm 

darıxdırıcıdı,  həm  də  heç  bir  gələcəyi  yoxdu».  Bu 

da  həqiqət  idi.  Amma  əri  olacaq  quldurla 

evlənməsinin  səbəbi  deyildi.  Üzündəki  hiyləgər 

baxıĢdan  belə  ġəkurənin  mən  Ġstanbuldan  çıxıb 




 

 

297 



 

gedəndən  qısa  müddət  sonra  hamı  kimi,  məni  də 

unutduğunu  oxumaq  çətin  deyildi.  Bu  quyruqlu 

yalanı  ürəyimi  azacıq  da  olsa,  ələ  almaq  üçün 

uydurduğunu,  bunun  da  Ģükranlıqla  qəbul  eləməli 

olduğum  gözəl  niyyət  əlaməti  bildirdiyi  barədə 

fikirləĢdim, səfərlərim vaxtı onu necə yadımdan heç 

çıxara  bilmədiyimi,  gecələr  boyu  xəyalının  kabus 

kimi  necə  də  mənə  doğru  geri  gəldiyi  haqqında 

danıĢmağa  baĢladım.  Bunlar  başqa  adama  heç 



danışa  bilməyəcəyimi  güman  elədiyim  ən  gizli,  ən 

dərin  dərdlərim  idi;  tamamilə  həqiqət  idi,  amma 

həmin anda heyrətlə başa düşdüyüm kimi səmimi də 

deyildi. 

Həyatda  ilk  dəfə  dərk  elədiyim  bu  fərqin 

mənasına,  yəni  bəzi  vaxtlar  gerçəyi  olduğu  kimi 

dilə 

gətirməyin 

səmimiyyətsizliyə 

aparıb 

çıxarmasına burada girməliyəm ki, o ankı hisslərim 

və istəklərim səhvsiz baĢa düĢülsün. Ən yaxĢı misal 

bəlkə  aralarındakı  qatilin  bizi  narahat  elədiyi 

nəqqaĢlardan  çəkilə  bilər.  Ən  mükəmməl  rəsm  – 



tutaq  ki,  at  rəsmi  –  belə  əsl  atı,  Allahın  məxsusi 

nəzərdə  tutduğu  atı  və  böyük  naxış  ustadlarının 

atlarını nə qədər çox təmsil eləyir eləsin, onu nəqş 

eləyən bacarıqlı rəssamlarımızın həmin məqamdakı 

hissləriylə üst-üstə düşməyə bilər. Nəqqaşın, ya da 

bizim  kimi  Allahın  təvazökar  bəndələrinin 

səmimiyyəti  ortaya  bacarıq  və  mükəmməllik 


Yüklə 4,51 Mb.

Dostları ilə paylaş:
1   ...   65   66   67   68   69   70   71   72   ...   190




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə