Orxan pamuk



Yüklə 4,51 Mb.
Pdf görüntüsü
səhifə67/190
tarix16.11.2017
ölçüsü4,51 Mb.
#10430
1   ...   63   64   65   66   67   68   69   70   ...   190

 

 

285 



 

Təbii  ki,  hələ  Qara  əfəndi  çıxmamıĢdı, 

həyəcandan  yanılmıĢdım.  Ġndi  çıxsam,  atama 

uĢaqlarla  balıq  almağa  getdiyimi  deyərəm. 

Pilləkənləri piĢik kimi endim. 

Qapını ehmalca, ruh kimi örtdüm. Həyəti səs 

salmadan  keçdim,  küçəyə  çıxanda  bir  anlığa 

dayanıb geri baxdım, rübəndin arxasından da sanki 

ev bizim evimizə oxĢamırdı.  

Küçələrdə  ins-cins,  piĢiklər  belə  yox  idi. 

Tək-tük qar səpələnirdi. Günün qəti düĢmədiyi boĢ 

həyətə titrəyə-titrəyə girdim. ÇürümüĢ yarpaq nəm 

və  ölüm  qoxusu  verirdi,  amma  asılmıĢ  yəhudinin 

evinə  girər-girməz  özümü  öz  evimdə  hiss  elədim. 

Burada  cinlərin  gecələr  yığıĢıb,  ocaq  yandırıb, 

aralarında  əylənib-oynadıqlarını  söyləyirlər.  BoĢ 

evdə  ayaq  səslərimi  dinləmək  dəhĢətliydi: 

qımıldanıb-eləmədən  gözlədim.  Həyətdə  tərpəniĢ 

oldu,  amma  dərhal  hər  Ģey  sükuta  büründü.  Yaxın 

bir  yerdə  it  hürdü;  bizim  məhəllənin  bütün  itlərini 

hürüĢündən tanıyıram, amma bunu tanıyammadım. 

Sonrakı  sükutda  belə  bir  Ģey  hiss  elədim: 

sanki evin içində baĢqa bir adam da vardı, o adam 

ayaq səslərimi eĢitməsin deyə yerimdə qımıldanıb-

eləmədən  dururdum.  Küçədən  danıĢa-danıĢa  bir 

qaraltı  keçdi.  Xeyriyyəylə  uĢaqlar  barədə 

fikirləĢdim:  inĢallah,  üĢüməzlər.  Ondan  sonrakı 

sükutda  qəlbimi  yavaĢ-yavaĢ  peĢmançılıq  bürüdü. 




 

 

286 



 

Qara gəlməyəcəkdi, mən səhv eləmiĢdim, qürurum 

bundan  artıq  qırılmadan  evə  qayıtmalıydım. 

Hasanın  məni  izlədiyini  qorxuyla  təsəvvür 

eləyirdim ki, həyətdə xıĢıltı eĢitdim. Qapı açıldı. 

 Birdən  tez  yerimi  dəyiĢdim.  Niyə  belə 

elədiyimi  bilmirdim,  amma  həyətdən  iĢıq  gələn 

pəncərənin  sağ  tərəfinə  keçəndə  üstümə  düĢən 

iĢıqda Qaranın məni, atamın dediyi kimi, kölgələrin 

əsrarı  içində  görə  biləcəyini  baĢa  düĢdüm. 

Rübəndimi  örtüb  ayaq  səslərini  dinləyə-dinləyə 

gözlədim. 

Qapıdan  içəri  girib  məni  görəndə  Qara  bir 

neçə  addım  atıb  dayandı.  Beləcə,    beĢ-altı 

addımlıqdan 

bir-birimizə 

baxdıq. 

DeĢikdən 

gördüyümdən  daha  sağlam,  daha  güclüdü.  Sükut 

baĢladı. 

«Rübəndini aç», – az qala pıçıltıyla dilləndi. 

«Zəhmət olmasa». 

«Mən evliyəm, ərimi gözləyirəm».  

«Rübəndini aç», – eyni səslə dedi. «Heç vaxt 

qayıtmayacaq». 

«Məni bura bunu demək üçünmü çağırdın?» 

«Yox,  səni  görmək  üçün.  On  iki  ildi  səni 

düĢünürəm.  Rübəndini  aç,  canım,  bir  dəfə  görək 

səni». 



 

 

287 



 

Rübəndimi  açdım.  Heç  səsini  çıxarmadan 

üzümə,  gözlərimin  içinə  uzun-uzadı  baxması 

xoĢuma gəldi.  

«Ərə getmək, uĢaq sahibi olmaq səni daha da 

gözəlləĢdirib...  Üzün  də  xatırladığımdan  tamamilə 

baĢqa olub». 

«Necə xatırlayırdın məni?» 

«Əzabla. 

Çünki 


yadıma 

salanda 


xatırladığımın sən yox, sənin xəyalın olduğu barədə 

düĢünürdüm.  UĢaq  vaxtımızda  bir-birilərinin 

rəsmlərini  görüb  aĢiq  olan  Xosrov  və  ġirin 

haqqında  danıĢdığımızı  xatırlayırsan,  elə  deyil? 

ġirin yaraĢıqlı Xosrovun rəsmini ağacın budağında 

ilk  dəfə  görəndə  niyə  aĢiq  olmurdu,  aĢiq  olması 

üçün  niyə  o  rəsmi  üç  dəfə  görməliydi?  Sən 

nağıllarda  hər  şeyin  üç  dəfədə  baş  verdiyini 

deyərdin.  Mən  eşqin  ilk  rəsmdə  alovlanmalı 

olduğunu  deyərdim.  Amma  Xosrovun  rəsmini  ona 

aĢiq  olacaq  qədər  həqiqi  kim  çəkə  bilərdi?  Bu 

barədə  heç  danıĢmazdıq.  Bu  on  iki  il  ərzində 

yanımda  bənzərsiz  üzünün  o  cür  həqiqi  rəsmi 

olsaydı, bəlkə də o qədər əzab çəkməzdim». 

Bu mənada rəsmə baxıb aĢiq olma hissəsi və 

mənim  üçün  nə  qədər  çox  dərd  çəkdiyi  barədə  bir 

çox gözəl Ģeylər danıĢdı. O anlarda diqqətim mənə 

addım-addım  yaxınlaĢmasına  yönəldiyinə  görə 

dedikləri  sözbəsöz  yadımda  qalmadan  birbaĢa 




 

 

288 



 

xatirələrimə qarıĢırdı. Onları sonra bir-bir xatırlayıb 

düĢünəcəkdim.  Ġndi  dediklərinin  yalnız  vahiməsini 

qəlbimdə hiss eləyir, ona bağlanırdım. On iki il ona 

əzab verdiyimdən günah hissi duydum. Bu Qara nə 

gözəl  sözlər  söyləyən,  nə  yaxĢı  insandı!  Saf  uĢaq 

kimidi!  Bunları  gözlərinin  içindən  oxuyurdum.  Bu 

qədər sevməsi mənə inam verirdi.  

Bir-birimizi qucaqladıq. Bu elə xoĢuma gəldi 

ki, günah hissi belə duymadım. Baldan da Ģirin çox 

xoĢ  duyğuyla  özümü  unutdum.  Onu  daha  bərk 

qucaqladım.  Məni  öpməsinə  izin  verdim,  mən  də 

onu  öpdüm.  ÖpüĢəndə  sanki  bütün  aləm  Ģirin 

qaranlığa qərq oldu. Hamının bir-birini bizim kimi 

qucaqlamasını  arzuladım.  Sevməyin  belə  bir  Ģey 

olacağını sanki xatırlayırdım. Dilini ağzıma soxdu. 

Tutduğum  iĢdən  elə  xoĢum  gəlirdi  ki,  elə  bil 

bizimlə  birgə  aləm  bərq vuran  yaxĢılığa qərq olur, 

bir pislik belə ağlıma gəlmirdi. 

Bu, mənim bədbəxt hekayəmdi, indi bir gün 

kitabda  danıĢılsa,  heratlı  əfsanəvi  nəqqaĢların 

çəkdikləri  kimi  nəqĢ  edilsə,  Qarayla  bir-birimizi 

qucaqlamağımızın 

necə 


rəsm 

ediləcəyini 

söyləyəcəyəm.  Atamın  mənə  həyəcanla  göstərdiyi 

bəzi  möcüzəli  səhifələr  var.  Yazının  axıĢıyla 

vərəqlərin  dalğalanması  eyni  coĢqudan,  divar 

bəzəkləriylə  səhifənin  təzhibi  eyni  toxumadan 

yaranır;  çərçivəni  və  təzhibi  qanadlarıyla  deĢən 



Yüklə 4,51 Mb.

Dostları ilə paylaş:
1   ...   63   64   65   66   67   68   69   70   ...   190




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə