Orxan pamuk



Yüklə 4,51 Mb.
Pdf görüntüsü
səhifə63/190
tarix16.11.2017
ölçüsü4,51 Mb.
#10430
1   ...   59   60   61   62   63   64   65   66   ...   190

 

 

268 



 

«Amma  Ester,  sən  Allah,  ikiuĢaqlı  dul 

qadınla kim evlənmək istəyər ki!» 

«Sənin  kimisiylə  çox-çox  adam  istəyər»,  – 

əliylə də çox iĢarəsi eləyib dedi. 

Gözlərinin içinə baxırdım. Onu sevmədiyimi 

fikirləĢirdim.  Elə  sükuta  daldım  ki,  məktub 

verməyəcəyimi, getmək lazım gəldiyini baĢa düĢdü. 

Ester gedəndən sonra götür-qoy etdim, eyni sükutu, 

necə  deyim  sizə,  ruhumda  da  hiss  eləyib  öz 

hücrəmə çəkildim.  

Divara  söykənib  uzun  müddət  heç  bir  Ģey 

eləmədən  ayaq  üstə  durdum.  Özüm  barədə 

düĢündüm,  neyləyəcəyimi,  içimdə  böyüyən  qorxu  

haqda  fikirləĢdim.  Bütün  bu  vaxtlar  ərzində 

ġövkətlə 

Orxanın 

yuxarıda 

öz 

aralarında 



danıĢdıqlarını eĢidə bilirdim.  

«Arvad  kimi  qorxaqsan»,  –  ġövkət  dilləndi. 

«Arxadan hücum eləyirsən!»      

«DiĢim laxlayır», – Orxan dedi. 

Amma  bir  yandan  da  ağlımın  bir  guĢəsiylə 

atamla Qara arasında olanları izləyirdim. 

NaxıĢ  otağının  mavi  qapısı  açıq  olduğundan 

danıĢdıqlarını  rahatca  eĢidə  bilirdim.  «Ġtalyan 

ustadlarının  portretlərindən  sonra  insan  qorxuyla 

baĢa düĢür ki, – atam dilləndi, – rəsmdə artıq gözlər 

hamısı  bir-birinə  oxĢayan  ayrı-ayrı  yuvarlaq  və 

sadə  dəlik  yox,  bizim  iĢığı  aynatək  əks  etdirən, 




 

 

269 



 

quyu  sayaq  çəkən  gözlərimizə  oxĢayır.  Dodaqlar 

kağız kimi dümdüz üzlərin ortasındakı xüsusi yarıq 

deyil,  gərilib  –  gövĢəyib  bizim  bütün  nəĢəmizi, 

kədərimizi  və  ruhumuzu  ifadə  eləyən,  hər  biri  bir 

fərqli 


olan 

qırmızı, 

məna 

düyümləridi. 



Burunlarımız üzlərimizi ortadan ikiyə bölən xüsusi 

xoĢagəlməz  divar  deyil,  hər  birimiz  üçün  ayrıca 

forması olan xüsusi canlı və maraqlı alətdi».  

Qara  da  mənim  kimi  rəsmlərini  çəkdirən 

gavur  bəyləri  barədə  atamın  «biz»  kimi  bəhs 

eləməsinə  heyrətlənmirdimi?  DeĢikdən  baxanda 

Qaranın  üzünü  elə  solğun  gördüm  ki,  bir  anlığa 

qorxdum.  Canım  Əsmərim,  kədərli  igidim,  məni 

düĢünə-düĢünə  bütün  gecəni  yatmadın,  bətin-

bənizin də ondanmı qaçdı? 

Bəlkə  bilmirsiniz:  Qara  uzunboylu,  arıq  və 

yaraĢıqlıdı.  GeniĢ  alnı,  badam  kimi  gözləri,  güclü, 

qüvvətli  və  zərif  burnu  var.  UĢaq  vaxtlarında 

olduğu  kimi  qolları  nazik,  uzun,  barmaqları  oynaq 

və  qıvraqdı.  Ayağa  qalxanda  Ģüvülə  oxĢayır, 

dimdik  çiyinləri  azca  geniĢdi,  amma  çiyinlik 

hambalı kimi çox geniĢ də deyil. UĢaq vaxtı bədəni 

də, üzü də yerli-yerinə oturmamıĢdı. On iki il sonra 

bu  qaranlıq  guĢədən  ona  ilk  dəfə  tamaĢa  eləyəndə 

kamala çatdığını dərhal baĢa düĢdüm. 

Ġndi,  qaranlıqda  gözümü  deĢiyə  lap 

yaxınlaĢdıranda  Qaranın  üzündə  on  iki  il  sonra 




 

 

270 



 

sezdiyim kədəri görürəm. Mənə görə bu qədər əzab 

çəkməsindən günah və qürur duyuram. Kitabı üçün 

çəkilmiĢ  rəsmə  baxanda  atamın  danıĢdıqlarını 

dinləyən  Qaranın  üzü  tamamilə  məsum  və 

uĢaqsayağıydı. Elə o vaxt Qaranın ağzını uĢaq kimi 

açdığını  görəndə  qəfildən  döĢümü  onun  ağzına 

soxmaq istədim. Barmaqlarım ənsəsində, saçlarının 

içində  gəzəndə  Qara  baĢını  döĢlərimin  arasındakı 

rahat yerə soxacaq, uĢaqlarım kimi döĢümün ucunu 

ağzına  alanda  xoĢbəxtliklə  gözlərini  yumacaq, 

bədbəxt, çarəsiz uĢaq təki ancaq mənim Ģəfqətimlə 

rahatlıq 

tapacağını 

baĢa 

düĢüb, 


ömürlük 

bağlanacaqdı.  

Bu xəyal o qədər xoĢuma gəldi ki, yüngülcə 

titrəyəndə  Qaranın  atam  göstərən  Ģeytan  rəsminə 

yox,  mənim  döĢlərimin iriliyinə  heyrət  və  diqqətlə 

baxdığını  təsəvvürümə  gətirdim.  Yalnız  döĢlərimə 

deyil, saçlarıma, boynuma, hər Ģeyimə sərxoĢ kimi 

baxırdı.  Məni  elə  çox  bəyənirdi  ki,  gəncliyimdə 

mənə  demədiyi  bütün  o  Ģirin  sözləri  söyləyir, 

üzündən,  baxıĢlarından  mənim  məğrur  halıma, 

görkəmimə,  tərbiyəmə,  ərimi  səbir  və  cəsarətlə 

gözləməyimə,  ona  yazdığım  məktubun  gözəlliyinə 

heyran olduğunu baĢa düĢürdüm.  

Yenidən  ərə  getməməyim  üçün  qurğular 

quran  atama  bir  anda  qəzəbləndim.  Firəng 



 

 

271 



 

ustadlarına  istinad  eləyib  nəqqaĢlara  çəkdirdiyi 

rəsmlərdən, Venesiya xatirələrindən bezdim.  

Gözümü  təzədən  yumanda  –  Allahım,  mən 

bunu  öz  istəyimlə  eləmədim  –  xəyalımda  Qara 

mənə elə bir ləzzətlə yaxınlaĢdı ki, sanki qaranlıqda 

onu  böyrümdə  hiss  elədim.  Birdən  arxamda  peyda 

olduğunu, 

boynumun 

ardını, 


boynumu, 

qulaqlarımın  arxasını  öpdüyünü,  çox  qüvvətli 

olduğunu  baĢa  düĢdüm.  Sağlam,  iri  və  sərt  olan 

Qaraya  tab  gətirə  bildiyimə  görə  özümü  inamlı 

sayırdım.  Boynumun  ardı  qıdıqlanır,  döĢlərimin 

ucu  titrəyirdi.  Sanki  qaranlıqda  gözlərim  yumulu 

olanda arxamda yoğun Ģeyinin mənə yaxınlaĢdığını 

elə hiss elədim ki, baĢım fırlandı. Görən Qaranınkı 

necədi?     

Bəzən  yuxularımda  ərim  mənə  onu  əzablar 

içində  göstərir.  Görürəm  ki,  ərim  bir  tərəfdən 

Səfəvi  əsgərlərinin  mizraq  sancdığı,  oxlar 

saplanmıĢ qanlı bədənini dikəldib yeriməyə çalıĢır, 

bir  tərəfdən  bizə  yaxınlaĢır,  amma,  təəssüf  ki, 

aramızda çay var. Çayın o biri tərəfindən mənə qan 

və əzab içində qıĢqıranda bir də baxıram ki, qabağı 

qalxıb.  Əgər  hamamda  gürcü  gəlinin  danıĢdığı, 

qoca  cadugər  qarıların  «hə,  o  boyda  olur»  dediyi 

doğrudusa,  ərimin  Ģeyi  çox  iri  deyildi.  Əgər 

Qaranınkı  ondan  daha  iridisə,  dünən  ġövkətlə 

yolladığım  kağızı  alandan  sonra  Ģalvarının  altında 



Yüklə 4,51 Mb.

Dostları ilə paylaş:
1   ...   59   60   61   62   63   64   65   66   ...   190




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə