Orxan pamuk



Yüklə 4,51 Mb.
Pdf görüntüsü
səhifə62/190
tarix16.11.2017
ölçüsü4,51 Mb.
#10430
1   ...   58   59   60   61   62   63   64   65   ...   190

 

 

264 



 

saldığı,  toxunduğu  Ģeyi  kəsən  o  dəhĢətli  qırmızı 

qılıncından  və  ağlıma  gələnlərdən  elə  qorxdum  ki, 

qaçmaq  istəyib  özümü  təlaĢla  küçəyə  çətinliklə 

atdım. 

Tatar 


dilənçinin 

söyüĢlərinə 

elə-belə, 

nahaqdan  tuĢ  gəldim.  Amma  dərhal  da  özümü 

yığıĢdırdım,  yerdən  götürdüyüm  daĢ  parçasını 

döĢəkcəsinin  üstünə  yavaĢca  atanda:  «Al  görək, 

miskin tatar», – dedim.  

Pul  hesab  elədiyi  daĢa  əlini  ümidlə 

uzatmasına 

gülüb-eləmədən 

göz 

qoydum. 


SöyüĢlərinə  qulaq  asmadan  yaxĢı  ər  tapıb 

evləndirdiyim qızlarımdan birinin yanına getdim. 

ġəkər  qızım  mənə  dünəndən  qalma,  amma 

hələ  yumĢaqlığını  saxlayan  ispanaqlı  düĢbərə 

gətirdi,  günorta  üçün  bol  yumurtalı,  xoĢladığım 

kimi,  əriklə  azca  turĢudulmuĢ  quzu  əti  xörəyi 

hazırlayırdı;  qəlbini  qırmamaq  üçün  gözləyib  təzə 

çörəklə  birgə  iki  dolu  qab  yedim.  Gözəl  üzüm 

doĢabı  da  biĢirib;  heç  çəkinmədən  gül  Ģərbəti 

istədim.  Sinirmək  üçün  Ģərbəti  bir  qaĢıq  doĢaba 

əməlli-baĢlı  qarıĢdırıb  içəndən  sonra  kədərli 

ġəkurəmin məktublarını apardım.  

 

 

 



 

 

 



 


 

 

265 



 

 

 



 

 

 



 

 

 



26. MƏN ŞƏKURƏYƏM 

 

Xeyriyyə  Esterin  gəldiyini  xəbər  verəndə 



dünən  yuyulub  qurudulmuĢ  camaĢırları  sandığa 

düzürdüm... deyəcəkdim. Niyə sizə yalan söyləyim 

ki? YaxĢı, Ester gələndə dolabdakı deĢikdən atamla 

Qaraya  tamaĢa  eləyirdim.  Qarayla  Hasandan 

gələcək  məktubları  səbirsizliklə  gözlədiyimə  görə 

fikrim  də  Esterin  yanındaydı.  Çünki  atamın  ölüm 

qorxusunun  haqlı  Ģübhəyə  söykəndiyini  sezdiyim 

kimi,  Qaranın  da  mənə  olan  bağlılığının  onun 

həyatının  axırına  qədər  davam  eləməyəcəyini  də 

bilirəm.  Qara  aşiq  olduğu  qədər  evlənmək  istəyir. 



Evlənmək  istədiyi  üçün  də  asanlıqla  aşiq  olur. 

Mənimlə  olmasa,  bir  baĢqasıyla  evlənəcək, 

evlənməzdən qabaq o arvada da dərhal aĢiq olacaq.  

 Mətbəxdə  Xeyriyyə  Esteri  bir  küncdə 

oturdub  əlinə  bir  parç  gül  suyu  Ģərbəti  vermiĢdi, 

mənə suçlu-suçlu baxırdı. Xeyriyyənin gördüyü hər 




 

 

266 



 

Ģeyi  bir-bir  atama  çatdırdığı  –  onun  qoynuna 

girəndən bəri – ağlıma gəlir, qorxuram.  

  «Qara  gözlüm,  qara  baxtlım,  gözəllər 

gözəlim, gecikdim, çünki ərim olacaq donuz Nəsim 

məni  heç  cür  buraxmırdı»,  –  Ester  dedi.  «BaĢının 

üstündə zəhləni tökən ərin yoxdu, bunun qiymətini 

bil».  


Məktubları  çıxaran  kimi  əlindən  qapdım. 

Xeyriyyə  əl-ayağa  dolaĢmayacağı,  ancaq  hər  Ģeyi 

eĢidə  biləcəyi  guĢəyə  çəkilmiĢdi.  Üzümü  görə 

bilməsin  deyə  arxamı  Esterə  çevirib  oxudum. 

AsılmıĢ  yəhudinin  evini  yadıma  salanda  bir  anlığa 

titrədim.  Özümə:  «Qorxma,  ġəkurə,  sən  hər  Ģeyin 

içindən  çıxarsan»,  –  deyib  Hasanın  məktubunu 

oxumağa baĢladım, o da qudurmaq üzrəydi. 



«Şəkurə xanım, korun-korun yanıram, amma 

bilirəm,  bu,  sənin  vecinə  deyil.  Gecələr 

yuxularımda  özümü  zülmət  təpələrdə  sənin 

xəyalının  arxasınca  yüyürən  görürəm.  Oxuduğunu 

bildiyim  məktublarımı  hər  dəfə  cavabsız  qoyanda 

ürəyimə  sapı  üç  tüklü  ox  saplanır.  Bəlkə  buna 

cavab  verəcəyinə  görə  yazıram.  Eşidiblər,  söhbət 

ağızdan-ağıza  yayılıb,  uşaqların  söyləyibmiş, 

deyirsənmiş:  «Yuxumda  gördüm,  ərim  ölüb,  artıq 

sərbəstəm».  Doğrudumu,  bilmirəm.  Bildiyim  hələ 

mənim  böyük  qardaşımla  evli  olduğun,  bu  evə 

bağlılığının  yəqinliyidi.  Artıq  atam  da  mənə  haqq 


 

 

267 



 

verdiyinə görə səni evə geri gətirmək üçün bu gün 

qazının  yanına  gedirik.  Yığacağımız  adamlarla 

gələcəyik, bunu atan da bilsin. Boğçanı hazırla, evə 

qayıdırsan. Cavabını dərhal Esterlə yollayarsan». 

Məktubu ikinci dəfə oxuyandan sonra özümü 

ələ alıb sual dolu nəzərlərlə Esterə baxdım. Amma 

mənə  nə  Hasan,  nə  Qara  haqqında  yeni  bir  Ģey 

söylədi.  

Qazan  dolabının  qırağında  gizlətdiyim 

qələmi  dərhal  çəkib  çıxartdım,  kağızı  çörək 

taxtasının  üstünə  qoyub  Qaraya  yeni  bir  məktub 

yazmağa baĢlayacaqdım ki, dayandım.  

Ağlıma bir Ģey gəldi. Dönüb Esterə baxdım: 

gül  suyu  Ģərbətinə  gonbul  uĢaq  xoĢbəxtliyi  ilə  elə 

giriĢmiĢdi  ki,  bir  anlığa  düĢündüyümün  Esterin 

ağlına  gəlməsi  mənə  çox  gülməli  göründü.  Kağız-

qələmi yerinə qoydum, dönüb Esterə gülümsədim.  

«Bax nə Ģirin gülürsən, gözəlim», – dilləndi. 

«Narahat  olma,  hər  Ģey  axırda  yaxĢı  olacaq. 

Ġstanbul sənin kimi gözəllər gözəli, on barmağında 

on mərifət olan qızla evlənmək üçün can atan varlı 

bəylər, paĢalarla qaynayır».  

Bilirsiniz,  bəzən  inandığımız  bir  şeyi  bir 



nəfərə  elə  deyirik  ki,  sonra  özümüzdən  soruşuruq, 

«bu sözə o qədər inanmamağıma baxmayaraq, niyə 

onu  inanmaya-inanmaya  söylədim?»  Mən  də  elə 

belə dedim: 




Yüklə 4,51 Mb.

Dostları ilə paylaş:
1   ...   58   59   60   61   62   63   64   65   ...   190




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə