Orxan pamuk



Yüklə 4,51 Mb.
Pdf görüntüsü
səhifə65/190
tarix16.11.2017
ölçüsü4,51 Mb.
#10430
1   ...   61   62   63   64   65   66   67   68   ...   190

 

 

277 



 

Ģeytanla  tapıĢıb  seviĢməsinə  Ģərait  yaradırmıĢ. 

Onda Esterin sülaləsi yəhudiliyini inkar eləyib «biz 

də sizin kimi xristian katoliki olmuĢuq» deyirlərsə, 

Portəgiz  kilsəsinin  Ġnkvizisiya  məhkəməsi  buna 

inanmayıb,  hamısına  iĢgəncə  verib.  Yuxularındakı 

cinləri  və  Ģeytanları bir-bir  ortaya  tökdükləri  kimi, 

heç görmədikləri yuxuları da onlara iĢgəncə gücünə 

yükləyib  etiraf  etdiriblər  ki,  yəhudilərin  hamısını 

yandıra  bilsinlər.  Deməli,  yuxular  orada  insanların 

Ģeytanla  dil  tapmasına,  onları  günahlandırıb 

yandırmağa yarayırmıĢ.  



Yuxular üç şeyə yarayır: 

Əlif:  Bir  şey  istəyirsən.  Amma  istəməyinə 

belə  izin  vermirlər.  Onda  «yuxumda  gördüm» 

deyirsən.  Beləcə,  istədiyini  sanki  özün  istəmədən 

istəyirsən.  

Be:  Bir  nəfərə  pislik  eləmək  istəyirsən. 

Məsələn,  kiməsə  böhtan  atacaqsan.  Onda 

«yuxumda  gördüm,  filankəs  xanım  zina  eləyirmiş» 

deyirsən;  ya  da  «filankəs  paşaya  qədəh-qədəh 

şərab gedirdi, yuxumda gördüm» deyirsən. Beləcə, 

inanmasalar  belə,  yaramazlığın  bir  qismi 

deyildiyinə görə dərhal hesaba yazılır.  

Cim: 

Bir  şey  istəyirsən,  amma  nə 

istədiyindən  baş  aça  bilmirsən.  Bir  qarışıq  yuxu 

danışırsan.  Dərhal yozub nə istəməli  olduğunu,  nə 


 

 

278 



 

verə  biləcəklərini  sənə  deyirlər.  Məsələn,  deyirlər 

ki, sənə ər, uşaq, ev lazımdı… 

Bu  yuxular,  həqiqətən,  yuxularımızda 

gördüyümüz Ģeylər deyil. Hamı günün günortaçağı 

gördüyü  yuxunu  gecə  gördüyünü  danışır  ki,  işə 

yarasın.  Gecə  gördükləri  əsl  yuxuları  ancaq 

sadəlövhlər  danışır.  Onda  ya  səninlə  lağlağı 

eləyirlər,  ya  hər  dəfə  olduğu  kimi  yuxunu  pis  yerə 

yozurlar.  Əsl  yuxularısa,  görənlər  də  daxil 

olmaqla,  heç  kəs  ciddi  qəbul  eləmir.  Yoxsa  siz 

qəbul eləyirsiniz? 

Dilucu söylənmiĢ yuxuyla ərimin, çox güman 

ki, öldüyünü ehtimal eləyəndə atam əvvəlcə həmin 

yuxunun həqiqət əlaməti kimi qəbul edilməyəcəyini 

demiĢdi:  amma  yasdan  qayıdandan  sonra  atam  bu 

dəfə  yuxudan  belə  bir  nəticə  çıxardı  ki,  ərim, 

doğrudan  da,  ölüb.  Beləcə,  dörd  ildi  heç  cür 

ölməyən  ərimin  yuxuda  öldüyünə  hamı  inanmaqla 

qalmadı,  bu  ölümə  elə  inandılar  ki,  sanki  elan 

edilmiĢdi. UĢaqlar, həqiqətən, yetim qaldıqlarını bu 

vaxt dərk eləyib pəriĢan oldular.  

«Heç  yuxu  görürsənmi?»  –  ġövkətdən 

soruĢdum. 

«Hə»,  –  gülümsəyə-gülümsəyə  dedi.  «Atam 

gəlmir, amma mən axırda səninlə evlənirəm». 

Nazik  burnu,  qara  gözləri,  enli  çiyinləri 

atasına  yox,  mənə  oxĢayır.  Atalarının  geniĢ  və 




 

 

279 



 

hündür  alnını  gözəl  baĢlı  oğullarımın  ikisinə  də 

verə  bilmədiyimə  görə  bəzən  özümü  günahkar 

sayıram. 

«Di get, qardaĢınla qılınc-qılınc oynayın». 

«Atamın köhnə qılıncıylamı?» 

«Hə». 

UĢaqların  qılınc  və  taxta  taqqıltılarını 



dinləyə-dinləyə  uzun  müddət  tavana  baxdım, 

qəlbimdə  qalxan  qorxu  və  təlaĢa  üstün  gəlməyə 

çalıĢdım. Mətbəxə enib Xeyriyyəyə dedim:  

«Atam  nə  vaxtdı  balıq  Ģorbası  istəyir.  Bəlkə 

səni  Kadırğaya  yolladım.  O  ġövkətin  sevdiyi 

lavaĢadan  bir  neçə  yarpaq  gizlətdiyin  yerdən 

çıxarıb uĢaqlara ver». 

ġövkət  mətbəxdə  höləkə-höləkə  yeyəndə 

Orxanla  yuxarı  çıxdıq.  Onu  qucağıma  götürüb 

boynundan öpdüm. 

«Tər içindəsən, – dedim, – burana nə oldu?» 

«ġövkət əmimin qızıl qılıncıyla vurdu». 

«Göyərib»,  –  dedim,  əlimi  vurdum. 

«Ağrıyırmı? Bu ġövkət nə düĢüncəsizdi? Bax sənə 

nə  deyəcəyəm.  Sən  çox  ağıllısan,  zərifsən.  Səndən 

bir  Ģey  istəyəcəm.  Eləsən,  sənə  ġövkətə  də, 

kimsəyə də açmadığım bir sirr açacağam. 

«Nə?» 



 

 

280 



 

«Bu  kağızı  görürsənmi?  Babanın  yanına 

gedəcəksən.  Ona göstərmədən bunu  Qara əfəndiyə 

verəcəksən. BaĢa düĢdünmü?» 

«BaĢa düĢdüm». 

«Eləyərsənmi?» 

«Nə sirr açacaqsan mənə?» 

«Sən  götür  kağızı»,  –  dedim.  MüĢk  kimi 

qoxuyan boynundan bir də öpdüm. MüĢkü sözgəliĢi 

dedim.  Nə  vaxtdı  Xeyriyyə  bu  uĢaqları  hamama 

aparmır.  ġövkət  hamamdakı  qadınları  görəndə 

qabağı  qalxmağa  baĢlayandan  bəri  getməyiblər. 

«Sirri  sonra  deyərəm  sənə».  Öpdüm.  «Sən  çox 

ağıllısan,  çox  gözəlsən.  ġövkət  gicbəsərdi.  O, 

anasına belə əl qaldırır». 

«Aparmayacağam»,  – dedi. «Qara əfəndidən 

qorxuram. Atamı öldürüb o».  

«ġövkət  dedi,  elə  deyilmi?»  –  dedim.  «Tez 

get aĢağı, çağır onu».  

Hiddətimi  üzümdə  gördüyünə  görə  qorxuyla 

qucağımdan  düĢüb  qaçdı.  Çanağın  ġövkətin 

baĢında  çatlayacağını  sezdiyindən  bəlkə  bir  az 

məmnunuydu  da.  Bir  az  sonra  ikisi  də  qızarıb-

pörtmüĢ halda gəldilər. ġövkətin bir əlində lavaĢa, o 

biri əlində qılınc vardı. 

«QardaĢına 

Qara 

əfəndinin 



atanızı 

öldürdüyünü demisən. Bir daha bu evdə belə bir Ģey 

söylənməyəcək.  Qara  əfəndini  sevəcəksiniz, 



Yüklə 4,51 Mb.

Dostları ilə paylaş:
1   ...   61   62   63   64   65   66   67   68   ...   190




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə