Orxan pamuk



Yüklə 4,51 Mb.
Pdf görüntüsü
səhifə61/190
tarix16.11.2017
ölçüsü4,51 Mb.
#10430
1   ...   57   58   59   60   61   62   63   64   ...   190

 

 

260 



 

gözləyirəm.  Sonra,  bütün  günü  ƏniĢtə  Çələbinin 

yanındayam». 

Bütün bu oyunlara heç ehtiyac yox idi. Qara 

kimi  cavan  igidin  iĢarələr  alıb,  yaylıq,  məktub 

yollayıb, özünə qız seçməsində gizlədiləcək bir Ģey 

yoxdu ki. Yoxsa, həqiqətən, ev sahibəsinin qızında 

gözümü var? Bəzən Qaraya qəti etibar eləyə bilmir, 

ġəkurəni pis halda aldatmasından qorxuram. Bütün 

günü ġəkurəylə eyni evdə keçirməsinə baxmayaraq

iĢarə yollamaqda acizdi. 

Küçədə kisəni açdım, içindən on iki ağca və 

bir  məktub  çıxdı.  Məktubla  elə  maraqlandım  ki, 

Hasanın  yanına  yüyürə-yüyürə  getdim.  Alverçilər 

dükanlarının 

qabağına 

kələmlər, 

Ģüyüdlər 

sərmiĢdilər. Amma mənim «gəl bizi əlləĢdir, Ester» 

deyən iri kəvərlərə toxunmağa halım belə yox idi.  

Küçəyə çatanda kor tatarın yenə söz atacağını 

sezdim. «Tfu!» Ona doğru tüpürdüm, vəssalam. Bu 

soyuqlar belə alçaqları niyə dondurub öldürmür?  

Hasan məktubu öz-özünə oxuyanda çətinliklə 

səbir elədim. Axırda özümü saxlaya bilməyib «hə?» 

demiĢdim ki, mənə də oxudu: 



«Canım  Şəkurə  xanım,  məndən  atanın 

kitabını  başa  çatdırmağımı  tələb  eləyirsən.  Bil  ki, 

bundan başqa bir məqsədim yoxdu. O evə, bundan 

əvvəl  dediyin  kimi,  səni  narahat  eləmək  üçün  yox, 

bu məqsədlə gəlirəm. Sənə olan eşqimin öz dərdim 


 

 

261 



 

olduğunu  çox  gözəl  başa  düşürəm.  Amma  bu  eşq 

üzündən  də  atanın,  əniştəmin  istədiyi  kimi,  kitabı 

üçün  lazım  olan  yazını  heç  cür  qələmə  ala 

bilmirəm.  Evin  içində  nə  vaxt  sənin  varlığını  hiss 

eləyirəmsə, 

donub-qalır, 

atana 

kömək 

eləyəmmirəm.  Çox  düşündüm,  bunun  bircə  səbəbi 

var: on iki il sonra üzünü yalnız bir dəfə, pəncərədə 

peyda  olanda  gördüm.  İndi  o  xəyalı  qeyb 

eləməkdən çox qorxuram. Səni bir dəfə də yaxından 

görsəydim,  üzünü  itirməkdən  qorxmaz,  atanın 

kitabını  asanlıqla  başa  çatdırardım.  Şövkət  dünən 

məni  asılmış  yəhudinin  boş  evinə  apardı.  Həmin 

boş evdə bizi heç kəs görməz. Bu gün istədiyin vaxt 

gedib  səni  orada  gözləyərəm.  Şövkət  dünən  dedi, 

sən yuxunda ərini ölmüş görmüsən». 

Hasan  məktubu  bəzi  yerlərdə  elə  cır  səsini 

qadın  kimi  əməlli-baĢlı  incəldə-incəldə,  bəzi 

yerlərdə  ağlı  baĢından  çıxmıĢ  aĢiqin  titrək 

yalvarıĢlarına 

bənzədib, 

qəhqəhə 

çəkə-çəkə 

oxumuĢdu.  «Səni  bircə  dəfə  görmək»  istəyinin 

farsca deyilməsinə lağ elədi. «ġəkurənin ona ümid 

verdiyini  görər-görməz  Qara  dərhal  bazarlığa 

baĢladı»,  –  dedi.  «Bu  haqq-hesab  əsl  aĢiqin  iĢi 

deyil». 

«O,  doğrudan,  ġəkurəyə 

aĢiqdi», 

– 

səmimiyyətlə dedim. 




 

 

262 



 

«Bu  sözün  də  sənin  Qaranın  tərəfini 

tutduğunu  mənə  sübut  eləyir»,  –  dedi.  «Böyük 

qardaĢımı  yuxusunda  ölmüĢ  gördüyü  barədə 

yazması  «ərimin  öldüyünü  qəbul  eləyirəm» 

deməkdi». 

«Bu, yuxudu», – sadəlövh kimi dedim. 

          «Mən ġövkətin necə ağıllı, hiyləgər olduğunu 

bilirəm.  Bu  evdə  neçə  il  bir  yerdə  yaĢadıq! 

Anasının  izni  və  məcburiyyəti  olmasaydı,  ġövkət 

Qaranı  asılmıĢ  yəhudinin  evinə  aparmazdı.  ġəkurə 

böyük  qardaĢımı,  bizi  aradan  çıxardığını  hesab 

eləyirsə,  yanılır!  Böyük  qardaĢım  hələ  sağdı, 

savaĢdan da qayıdacaq». 

Sözünün  sonunu  gətirmədən  içəri  otağa 

getdi,  ocağın  alovuyla  Ģam  yandıracaqdı  ki,  əlini 

yandırıb  fəryad  qopardı.  Əlini  yalaya-yalaya  Ģamı, 

axır  ki,  yandırıb  rəhlənin  qırağına  qoydu. 

Qələmdandan  hazır  qələm  çıxarıb  mürəkkəbə 

batırdı,  kiçik  kağızın  üzərində  tez-tez  yazdı.  Ona 

tamaĢa  eləməyimin  xoĢuna  gəldiyini  dərhal  baĢa 

düĢdüm,  amma  ondan  qorxmadığımı  göstərmək 

üçün olub-qalan səyimlə gülümsədim. 

«Kimdi bu asılmıĢ yəhudi, sən bilirsən?» 

«Evlərindən  bir  az  o  tərəfdə  sarı  ev  var. 

Deyirlər,  əvvəlki  padĢahın  sevgili  həkimi,  varlılar 

varlısı  MoĢe  Hamon,  amasiyalı  yəhudi  nikahsız 

arvadıyla qardaĢını illər boyu orada saxlayıb. Neçə 




 

 

263 



 

illər  qabaq  Amasiyada  hamursuz

1

 

bayramı 



ərəfəsində yəhudi məhəlləsində bir rum gənci guya 

yoxa çıxanda onun qanından hamursuz hazırlamaq 

üçün  boğazlandığı  iddia  edilir.  Yalançı  Ģahidlər 

peyda  olanda  yəhudilərin  edamı  da  baĢlanır, 

padĢahın sevgili həkimi bu gözəl qadını qardaĢıyla 

qaçırdıb  padĢahın  izniylə  saxlayır.  PadĢah  öləndə 

düĢmənləri  gözəl  qadını  ələ  keçirə  bilmədilər, 

amma tək-tənha yaĢayan adamı asdırdılar.  

Hasan: 

«Böyük 


qardaĢımın 

savaĢdan 

qayıtmasını 

gözləməsə, 

ġəkurəni 

də 


cəzalandıracaqlar», – deyib məktubları verdi. 

Amma  üzündən  qəzəb  və  hirs  yox,  həqiqi 

aĢiqlərə xas olan bəxtsizlik və bədbəxtlik oxunurdu. 

Qısa  müddətdə  eĢqin  bu  adamı  qocaltdığını 

gözlərində bir anlığa gördüm. Gömrükdə qazandığı 

pullar  da  onu  qətiyyən  cavanlaĢdıra  bilməmiĢdi. 

Sınqın  baxıĢlarından,  o  qədər  təhdiddən  sonra 

ağlıma  gəldi  ki,  məndən  ġəkurəni  necə  aldada 

biləcəyimi  soruĢacaq.  Amma,  deyəsən,  artıq  o 

qədər 


pis 

adama 


çevrilmiĢdi 

ki, 


bunu 

soruĢmayacaqdı. İnsan pis adam olduğunu bir dəfə 



qəbul elədimi – eşqdə rədd edilmə vacib səbəbdi – 

arxasınca  vəhşət  çox  asan  gəlir.  UĢaqların  söz 

                                    

1

Yəhudilərin biĢirib yedikləri mayasız çörək



 


Yüklə 4,51 Mb.

Dostları ilə paylaş:
1   ...   57   58   59   60   61   62   63   64   ...   190




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə