Orxan pamuk



Yüklə 4,51 Mb.
Pdf görüntüsü
səhifə59/190
tarix16.11.2017
ölçüsü4,51 Mb.
#10430
1   ...   55   56   57   58   59   60   61   62   ...   190

 

 

252 



 

peĢmanlıqla xatırladığı bir adam kimi hiss eləyirəm. 

Möcüzə  əlli  ustad  məni  çəkdiyinə  niyə  peĢman 

olmuĢdu: 



1.  Ölümün  rəsmi,  mən  yetərincə  ustalıqla 

çəkilmədiyimə  görə.  Gördüyünüz  kimi,  nə 

venesiyalı  böyük  ustadların,  nə  də  heratlı  qədim 

ustadların çəkdiyi şeylər qədər mükəmmələm. Məni 

çəkən  böyük  ustadın  ölümün  vüqarına  yaraşdıra 

bilmədiyi  bu  sınıq-salxaq  vəziyyətimdən  mən  də 

utanıram. 

2.  Qocanın  şeytani  yolla  aldatmasıyla  məni 

çəkən 

usta 

nəqqaş 

birdən-birə 

özünün 

düşüncəsizcəsinə  firəng  ustadlarının  üsul  və 

görüşlərini təqlid elədiyini görmüşdü, bu da qədim 

ustadlara bir cür hörmətsizlik, ilk dəfə hiss elədiyi 

qəribə şərəfsizlik olduğuna görə ruhunu gəmirirdi. 

3.Burada mənə alışıb gülümsəməyə başlayan 

bəzi  əbləhlərin  də  beynini  dəng  eləmək  lazım 

gəldiyi üçün: ölümlə zarafat eləmək olmaz. 

Ġndi  məni  çəkən  usta  nəqqaĢ  gecələr 

küçələrdə  peĢmanlıq  içində  dayanıb  durmadan 

gedir,  eynilə  bəzi  çinli  ustadlar  kimi  özünün  – 



çəkdiyi şey olduğunu güman eləyirmiĢ. 

 

 



 

25. MƏNİM ADIM ESTERDİ 


 

 

253 



 

 

Qızılminarəli və Qarakedili



1

 qadınlar Biləcik 

dolamasından yorğanlıq göyümtül və qırmızı parça 

ismarlamıĢdılar, səhər  erkəndən  boğçama  qoydum. 

Yeni  gəlmiĢ  Portəgiz  gəmisindən  çıxan  Çin 

ipəyindən  parçanın  yaĢılını  atıb  mavisini  boğçaya 

qoydum.  Bu  kəsməyən  qar,  sonu  görünməyən  qıĢ 

olduğuna görə bol-bol yun corab, qalın yun qurĢaq, 

rəngbərəng  qalın  qolsuz  koftaları  da  bərk-bərk 

qatlayıb  ora  yerləĢdirdim  ki,  boğçamı  açanda  ən 

laqeyd  arvadın  belə  ürəyini  haldan-hala  salsın. 

Sonra  alıĢ-veriĢ  üçün  yox,  dedi-qoduya  görə 

çağıran  qarılardan  ötrü  nazik,  amma  bahalı 

yaylıqlar,  pul  kisələri,  iĢləməli  hamam  kisələri 

qoyub  qaldırdım:  vay,  bu  boğça  çox  ağır  olub, 

belim  qırılacaq.  Yerə  qoydum.  Boğçanı  təzədən 

açdım ki, nəyi çıxarım, baxırdım ki, qapı döyüldü. 

Nəsim açıb çağırdı. 

          Qapıda  bərli-bəzəkli  cariyə  Xeyriyyəydi. 

Əlində məktub vardı. 

          «ġəkurə  xanım  yolladı»,  –  pıçıldadı.  Elə 

təlaĢa  düĢmüĢdü  ki,  elə  bilərdin,  aĢiq  olub  ərə 

getmək istəyən özüdü. 

                                    

1

Ġstanbulun qədim məhəllələri



 


 

 

254 



 

Məktubu  lap  ciddiyyətlə  aldım,  səfeh  qıza 

kimsənin  gözünə  görünmədən  evə  qayıtmağı 

tapĢırdım.  Nəsim  sualedici  nəzərlərlə  baxırdı. 

Məktub daĢıdığım vaxtlar götürdüyüm o iri yalançı 

boğçanı götürdüm. 

          «ƏniĢtə Çələbinin qızı ġəkurə eĢqdən korun-

korun  yanır»,  –  dedim.  «Biçarənin  ağlı  baĢından 

əməlli-baĢlı getdi». 

           Qəhqəhə  çəkib  eĢiyə  çıxdım,  amma  dərhal 

qəlbimi  utanc  hissi  bürüdü.  Mən  ġəkurənin  könül 

macərasıyla alver eləmək yox, əslində, onun kədərli 

həyatına  gözyaĢı  tökmək  istəyirdim.  Nə  qədər  də 

gözəldi, qara gözlü, kədərli qızım mənim! 

Səhərin  soyuğunda  daha  da  tənha  və  zavallı 

görünən  yəhudi  məhəlləmizin  uçuq-sökük  evləri 

qabağından  tələm-tələsik  getdim.  Çox  sonra, 

Hasanın  yaĢadığı  küçədəki  küncdə  məskən  salıb 

gəlib-keçənləri  gözləyən  o  kor  dilənçini  görəndə 

var gücümlə «Boğçaçı!» qıĢqırdım. 

«Gonbul  boĢboğaz»,  –  dedi.  «QıĢqırmasan 

da, səni ayaq səslərindən tanıyacaqdım». 

«Murdar  kor»,  –  dedim.  «Uğursuz  tatar! 

Korlar Allahın atdığı bəlalardı, Allah bəlanı versin 

sənin». 

Əvvəllər  belə  Ģeylərə  hirslənib,  fikir 

verməzdim.  Hasanın  qapısını  taybatay  açdılar. 

Abazadı, çələbidi, kübardı.  




 

 

255 



 

«Görək bizə bu dəfə nələr gətirdiniz?» 

«Sənin tənbəl oğlun yatırmı?» 

«Yatırmı?  Gözü  yoldadı,  sənin  xəbərini 

gözləyir!» 

Bu ev o qədər qaranlıqdı ki, hər dəfə gələndə 

elə  bil  məzara  girirəm.  ġəkurə  neylədiklərini  heç 

soruĢmur, amma bu evdən ona elə bu cür danıĢıram 

ki,  bu  məzara  qayıtmağı  heç  ağlına  gətirməsin. 

Gözəl  ġəkurəmin  bir  vaxtlar  bu  evin  xanımı 

olduğunu, yaramaz oğlanlarıyla bu evdə yaĢadığını 

təsəvvür  eləmək  belə  çətindi.  Ġçəri  yuxu  və  ölüm 

qoxuyurdu. O biri, daha da qaranlıq otağa girdim. 

          Göz 

gözü 

görmürdü. 



Məktubu 

heç 


çıxarmamıĢdım ki, Hasan qaranlığın içindən peyda 

olub,  onu  əlimdən  qapdı.  HəmiĢəki  kimi  imkan 

verdim  ki,  öz-özünə  oxuyub  marağını  doydursun. 

BaĢını kağızdan dərhal qaldırdı. 

«BaĢqa  bir  Ģey  yoxdumu?»  –  dedi,  amma 

baĢqa  bir  Ģey  olmadığını  bilirdi.  «Bu,  qısaca  bir 

məktubdu», – deyib oxudu: 

«Qara  əfəndi,  evimizə  gəlirsən,  bütün  günü 

oturursan. Amma eşitdim ki, atamın kitabı üçün bir 

sətir  də  yazmırsan.  Atamın  kitabını  başa 

çatdırmamış əbəs yerə heç ümid eləmə». 

Məktub  əlində,  sanki  baĢ  verənlər  mənim 

qəbahətim  olan  kimi,  məni  suçlaya-suçlaya 



Yüklə 4,51 Mb.

Dostları ilə paylaş:
1   ...   55   56   57   58   59   60   61   62   ...   190




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə