Orxan pamuk



Yüklə 4,51 Mb.
Pdf görüntüsü
səhifə56/190
tarix16.11.2017
ölçüsü4,51 Mb.
#10430
1   ...   52   53   54   55   56   57   58   59   ...   190

 

 

239 



 

məhəllədən  çıxıb  getdikləri  barədə  deyilənləri 

eĢitmiĢəm,  amma  mən  belə  Ģeylərə  inanmıram. 

Əcəm  savaĢı  üzündən  bu  gözəl  məhəllənin  baĢına 

gələn  yeganə  fəlakət  qırx  il  qabaq  Qələndəri 

təkkəsinin «düĢmən yuvası» sayılıb qapısına zəncir 

vurulmasıdı. 

Böyürtkən  kollarının,  ən  soyuq  havada  belə 

xoĢ qoxu verən dəfnələrin arxasından keçdim, uçuq 

bacayla pərdəsi düĢmüĢ pəncərə arasındakı taxtaları 

həmiĢəki  vasvasılığımla  düzəldib  içəri  girdim: 

yüzillik tüstü və kif qoxusunu ciyərlərimə çəkdim. 

Burada  olmaq  məni  elə  xoĢbəxt  elədi  ki, 

gözlərimdən yaĢ axacağını güman elədim. 

Allahdan  baĢqa  kimsədən  qorxmadığımı,  bu 

dünyada  veriləcək  cəzanın  mənim  nəzərimdə 

ikiqəpiklik 

əhəmiyyəti 

olmadığını 

hələ 


deməmiĢəmsə,  indi  demək  istəyirəm.  Qorxum 

mənim  kimi  qatillərin  Qurani-Kərimdə,  məsələn, 

«Furkan»  surəsində  açıq-aydın  göstərildiyi  kimi, 

qiyamət günü  çəkəcəyimiz  və  qat-qat artıq olacağı 

söylənən əzabdı. Nadir hallarda əlimə keçən köhnə 

kitablarda  qədim  ərəb  nəqqaĢlarının  dəri  üzərində 

nəqĢ elədikləri uĢaqsayaq, amma dəhĢətli сəhənnəm 

görüntüləri,  nədənsə  çin  və  monqol  ustalarının 

çəkdikləri  Ģeytanların  iĢgəncələrini  xatırladan 

həmin  cəzanın  rəngləri  və  Ģiddəti  nə  vaxt 

gözlərimin  qabağında  canlansa,  baĢqa  məna  verib, 



 

 

240 



 

bu məntiqi iĢə salmaya bilmirəm. «Ġsra» surəsi otuz 

üçüncü  ayədə  nə  deyir?  Haqlı  səbəb  olmadan  qətl 

törədib  Allahın  qadağan  elədiyi  cana  qıymayın, 

demirmi? YaxĢı, onda сəhənnəmə yolladığım alçaq 

həm qətlini Allahın qadağan elədiyi mömin deyildi, 

həm  də  onun  beynini  dağıtmaq  üçün  mənim  çox 

haqlı səbəblərim varıydı. 

Bu adam PadĢahımızın gizlicə sifariĢ elədiyi 

o  kitab  üçün  iĢləyənlərə,  bizə  böhtan  atdı.  Əgər 

səsini  kəsməsəydim,  ƏniĢtə  əfəndini,  bütün 

nəqqaĢları,  hətta  Ustad  Osmanı  kafir  elan  eləyib, 

gözü  qızmıĢ  ərzurumlu  Xocanın  adamlarının 

qabağına  atacaqdı.  Bircə  dəfə  bir  adamın 

nəqqaĢların  dinsizlik  elədiyini  ucadan  deməsinə 

bənddilər  ki,  güclərini  göstərmək  üçün  onsuz  da 

bəhanə  axtaran  ərzurumilər  yalnız  biz  usta 

nəqqaĢları  yox,  bütün  nəqqaĢxananı  dümdüz 

eləyərlər, PadĢahımız belə səsini çıxarmadan baxa-

baxa qalar. 

Hər  dəfə  bura  gələndə  elədiyim  kimi  bir 

küncdə gizlətdiyim süpürgə və əsgilərlə ətrafı silib-

süpürdüm.  Bu  iĢi  görəndə  də  içim  isindi,  özümü 

Allahın yaxĢı bəndəsi kimi hiss elədim. Bu yaxĢılıq 

duyğusunu  məndən  əsirgəməsin  deyə  Allahıma 

uzun-uzadı  dua  elədim.  Tülkülərə  mis  sıçdıracaq 

soyuq iliklərimə iĢləyirdi; boğazımın ardında o gizli 

ağrı baĢlayırdı, eĢiyə çıxdım. 



 

 

241 



 

Dərhal  sonra  özümü  yenə  həmin  qəribə  ruhi 

vəziyyətdə, tamamilə baĢqa bir məhəllədə gördüm. 

Təkkənin boĢ məhəlləsiylə buranın arasında nə baĢ 

verdi, nə fikirləĢdim, bilmirəm, necə oldusa, hər iki 

tərəfində sərvlər düzülmüĢ bu küçələrə gəldim.  

Amma  nə  qədər  getsəm  də,  geridə  qoya 

bilmədiyim fikir var, içimi qurd kimi gəmirir, sizə 

söyləsəm, bəlkə yükü azaldı. Ġstər ona rəzil iftiraçı 

deyək,  istər  bədbəxt  Zərif  əfəndi  –  ikisi  də  elə  bir 

Ģeydi  –  rəhmətlik  müzəhhib  hələ  rəhmətlik 

olmamıĢdan  bir  azca  əvvəl  əniĢtəni  qızğın  halda 

günahlandıranda  bir  Ģey  demiĢdi.  Bütün  rəsmlərdə 

ƏniĢtə  əfəndinin  kafir  üsulu  olan  perspektivdən 

istifadə  eləməsi  barədə  dediklərindən  çox 

təsirləndiyimi  görəndə  rəzil:  «Bir  də  axırıncı  rəsm 

var»,  –  demiĢdi.  «O rəsmdə  əniĢtəmiz  inandığımız 

hər Ģeyə küfr eləyir. Artıq elədiyi kafirlik də deyil, 

əməlli-baĢlı  küfrdü».  Rəzilin  bu  iftirasından  üç 

həftə  sonra  ƏniĢtə  əfəndi,  həqiqətən  də,  məndən 

kağızın ayrı-ayrı guĢələrinə firəng rəsmində olacağı 

kimi,  bir-birilərindən  heyrətamiz  dərəcədə  fərqli 

Ģeyləri  –  at,  pul,  ölüm  kimi  –  iĢləməyimi  tələb 

elədiyi  səhifənin  cədvəllənmiĢ  və  yazıq  Zərif 

əfəndinin təzhiblədiyi hissəsinin böyük bir qisminin 

üzəri həmiĢə baĢqa kağızlarla örtülü olurdu, sanki o 

yeri  məndən  və  o  biri  nəqqaĢlardan  gizləmək 

istəyirdilər. 




 

 

242 



 

ƏniĢtədən  həmin  son  böyük  rəsmdə  nəyi 

çəkdiyini  soruĢmaq  istəyirəm,  amma  məni  bir  çox 

Ģey  saxlayır.  SoruĢsam,  təbii  ki,  Zərif  əfəndini 

mənim öldürdüyümdən Ģübhələnəcək, Ģübhəsini də 

hamıya yayacaq. Mənim əhvalımı pozan baĢqa Ģey, 

bunu  ondan  soruĢsam,  əniĢtəmin  Zərif  əfəndinin 

haqlı  olduğunu  söyləyəcəyidi.  Bəzən  öz-özümə 

deyirəm  ki,  Zərif  əfəndidən  əldə  elədiyim  Ģübhə 

kimi  yox,  öz  ağlıma  fərziyyəm  təki  soruĢaram, 

amma  bu,  qorxularımı  azaltmır.  İnsanın  başa 

düşmədən  dinsizlik  eləməsi  bəlkə  də  o  qədər 

dəhşətli bir şey deyil, amma indi artıq hər şeyi başa 

düşürəm. 

HəmiĢə  beynimdən  daha  ağıllı  olan 

ayaqlarım  məni  öz-özünə  ƏniĢtə  əfəndinin  evinin 

küçəsinə  qədər  gətirib.  Bir  küncə  qısılıb  evə 

qaranlıqda  görə  bildiyim  qədər  uzun-uzadı  tamaĢa 

elədim. Ağacların arasında böyük və sirli varlı evi! 

ġəkurənin evin hansı tərəfində olduğunu bilmirəm. 

ġah  Təhmasib  zamanında  Təbrizdə  çəkilmiĢ  bəzi 

rəsmlərdə olduğu  kimi  ev  sanki ortasından bıçaqla 

kəsilən  sayaq  görünsə,  ġəkurəni  hansı  pərdənin 

arxasında 

necə 


görəcəyimi 

xəyalımda 

canlandırmağa çalıĢdım. 

Qapı  açıldı.  Qaranlıqda  Qaranın  evdən 

çıxdığını gördüm. Həyət qapısının ağzından Qaraya 

bir anlığa Ģəfqətlə baxan ƏniĢtə də qapını örtdü.  




Yüklə 4,51 Mb.

Dostları ilə paylaş:
1   ...   52   53   54   55   56   57   58   59   ...   190




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə