Orxan pamuk



Yüklə 4,51 Mb.
Pdf görüntüsü
səhifə55/190
tarix16.11.2017
ölçüsü4,51 Mb.
#10430
1   ...   51   52   53   54   55   56   57   58   ...   190

 

 

235 



 

tərəflərdə  Qəzvin  üsuluyla  çəkilmiĢ  kolluğun 

içindən  çıxacaqdı.  Bunu  da  istər-istəməz  atın 

belindəki  yəhərdən  və  üzərinə  iĢlənmiĢ  bəylik 

naxıĢlarından  baĢa  düĢürdüm.  Bəlkə  də  atın  lap 

yanında qılınclı adamlar peyda olmaq üzrəydi. 

Məlumdu  ki,  ƏniĢtə  nəqqaĢxanadan  gizlincə 

çağırdığı  usta  nəqqaĢdan  at  rəsmi  çəkməsini 

istəmiĢdi.  Gecə  gələn  nəqqaĢ  yaddaĢındakı  eynilə 

qəlib  kimi  qalan  at  rəsmini  ancaq  bir  hekayənin 

parçası  kimi  əzbərdən  çəkməyə  baĢlayıb,  kağıza 

köçürə  bildiyinə  görə  rəsmi  eləcə  də  iĢləyib. 

NəqqaĢın  bir  çox  oxĢarını  min  dəfələrlə  gördüyü, 

savaĢ vəziyyətlərindən, eĢq məclislərindən çıxma at 

rəsminin  bir  yerində  əniĢtəm  firəng  ustadlarının 

üsullarından  təsirlənib  nəqqaĢa  təlqin  eləyirdi: 

məsələn,  «Süvarini  çəkmə»,  –  deyirdi.  «Ora  da 

ağac çək. Amma arxada, həm də kiçik olsun». 

Gecə  gəlmiĢ  nəqqaĢ  kitabxananın  arxasında 

əniĢtəmlə  birgə  oturur,  alıĢdığı,  əzbərlədiyi 

məclislərin  heç  birinə  oxĢamayan  bu  qəribə 

qaydadankənar  rəsmi  əniĢtəm  hər  birinə  görə  ona 

yaxĢı pul verdiyi və açığı, bu qəribə naxıĢ cəlbedici 

olduğundan  Ģam  iĢığında  həvəslə  çəkirdi.  Amma 

eynilə əniĢtəm kimi, bu nəqqaĢ da at rəsminin hansı 

hekayəni  bəzəyib  rəsmlədiyini  müəyyən  nöqtədən 

sonra  dərk  eləyə  bilmirdi.  ƏniĢtəmin  məndən 

gözlədiyi Ģey bu yarı Venesiya, yarı Əcəm tərzində 




 

 

236 



 

rəsmlərə baxıb, onlara uyğun hekayəni qarĢısındakı 

səhifəyə  yazmaq  idi.  ġəkurəni  əldə  eləmək  üçün 

həmin  hekayələri  mütləq  yazmalıydım,  amma 

ağlıma  məddahın  qəhvəxanada  danıĢdıqlarından 

baĢqa heç bir Ģey gəlmirdi. 

 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

23. MƏNƏ QATİL DEYƏCƏKLƏR 

 

Çıq-çıq  çıqqıldayan  çarxlı  saatım  axĢam 



vaxtını  göstərirdi,  hələ  azan  verilməmiĢdi,  amma 

rəhləmin  böyründəki  Ģamı  çoxdan  söndürmüĢdüm. 

Qara  HasanpaĢa  mürəkkəbinə  batırıb  yaxĢı 

aharlanmıĢ, gözəl cilalanmıĢ kağız üzərində sürətlə 

gəzdirdiyim  qələmimlə  nəĢəxor  rəsmini  əzbərdən 



 

 

237 



 

tez-tələsik  çəkib  bitirmiĢdim  ki,  içimdə  hər  axĢam 

məni küçələrə çağıran o səsi eĢitdim. Amma özümü 

saxladım. AxĢam küçəyə çıxmayıb, evdə iĢləməkdə 

o  qədər  qərarlıydım  ki,  bir  ara  qapını  içəridən 

bağlamağı belə sınaqdan keçirmiĢdim.  

Tələm-tələsik  çəkdiyim  bu  kitabı  səhər  hələ 

heç  kəs  oyanmamıĢ  düz  Qalatadan  gəlib  qapını 

döyən bir erməni sifariĢ elədi. Pəltək olduğu halda 

tərcüməçilik, bələdçilik eləyən həmin adam firəng-

italyan  səyyahları  qiyafətnamə  istəyən  kimi  dərhal 

məni tapır, həm də əməlli-baĢlı alverə giriĢir. Səhər 

iyirmi rəsmlik ortabab qiyafətnamə üçün yüz iyirmi 

ağcaya  razılaĢdığımıza  görə  axĢam  azanı  vaxtı  bir 

oturumda Ġstanbuldakı bir düjün adamı qiyafələrinə 

etina 


və 

diqqət 


göstərə-göstərə 

çəkdim: 


ġeyxülislam,  qapıçıbaĢı,  imam,  yeniçəri,  dərviĢ, 

sipahi, qazı, ciyərçi, cəllad – cəlladın iĢgəncə verən 

vaxt  çəkilməsi  çox  məqbuldu  –  dilənçi,  hamama 

gedən  qarı,  nəĢəxor.  Üç-beĢ  ağca  artıq  qazanmaq 

üçün belə kitablardan o qədər çox çəkmiĢəm ki, bu 

rəsmləri  çəkəndə  darıxmamaq  üçün  öz-özümə 

«yox,  qazını  fırçamın  ucunu  kağızdan  heç 

qaldırmadan cızacağam, yox, dilənçini gözüyumulu 

çəkəcəyəm» kimi oyunlar oynayıram.  

          Bütün  quldurlar,  Ģairlər,  kədərli  adamlar 

axĢam  azanı  oxunanda  içlərindəki  cinlərin  və 

Ģeytanların hamısı birgə təpinib, qazan qaldırıb hey 




 

 

238 



 

bir  ağızdan  onları  yoldan  çıxardıqlarını  bilirlər: 

içimizdəki narahat səs «eĢiyə, eĢiyə» deyir, «o biri 

insanların,  qaranlığın,  səfilliyin,  rəzilliyin  içinə 

qaç».  Ġllərimi  həmin  cinləri  və  Ģeytanları 

sakitləĢdirməyə  həsr  eləmiĢəm.  Çoxlarının  əlimin 

möcüzəsi  saydığı  rəsmlərimi  o  cinlərin  və 

Ģeytanların  köməyi  ilə  nəqĢ  elədim.  Amma  yeddi 

gün  qabaq  o  alçağı  öldürəndən  bəri  sözümü 

içimdəki cinlərə və Ģeytanlara artıq axĢam vaxtı da 

yeridə  bilmirəm.  Elə  Ģiddətlə  təpinirlər  ki,  özümə 

belə  deyirəm:  bir  az  bayıra  çıxsam,  bəlkə 

sakitləĢdilər. 

Bu sözü deyəndən sonra həmiĢəki kimi, necə 

olduğunu baĢa düĢmədən özümü küçələrdə gördüm. 

Sürətlə yeridim. Dayanıb durmadan qarlı küçələrlə, 

palçıqlı  keçidlərlə,  buz  bağlamıĢ  yoxuĢlarla, 

kimsənin keçmədiyi səkilərlə dayanıb getdim. Mən 

yeridikcə,  gecə  qaranlığı  Ģəhərin  zülmət,  ən 

adamsız  guĢələrinə  endikcə  günahım  ağır-ağır 

geridə  qalır,  dar  küçələrdə,  daĢ  karvansarayların, 

mədrəsələrin,  camelərin  divarları  boyu  addımlarım 

əks-səda qopardıqca qorxularım azalırdı.  

Ayaqlarım məni öz-özünə hər gecə gəldiyim 

bu  ucqar  məhəlləyə,  kabusların  və  cinlərin  belə 

titrəmədən  girə  bilmədiyi  boĢ  küçələrə  gətirdi.  Bu 

məhəllə  kiĢilərinin  yarısının  Əcəm  savaĢında 

öldüyü, 


yarısının 

da 


uğursuzluq 

üzündən 



Yüklə 4,51 Mb.

Dostları ilə paylaş:
1   ...   51   52   53   54   55   56   57   58   ...   190




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə