Orxan pamuk



Yüklə 4,51 Mb.
Pdf görüntüsü
səhifə66/190
tarix16.11.2017
ölçüsü4,51 Mb.
#10430
1   ...   62   63   64   65   66   67   68   69   ...   190

 

 

281 



 

sayacaqsınız.  Aydın  oldumu?  Bütün  ömrünüzü 

atasız keçirməyəcəksiniz». 

«Mən onu istəmirəm. Mən bizim evə, Hasan 

əminin evinə qayıdar, atamı gözləyərəm», – ġövkət 

kobudcasına  dilləndi.  Bir  anlığa  elə  hirsləndim  ki, 

ona qapaz vurdum. Qılıncı hələ atmamıĢdı, əlindən 

düĢdü. 


«Atamı istəyirəm», – ağlaya-ağlaya dedi. 

Amma mən ondan daha çox ağlayırdım. 

«Atanız  yoxdu  artıq,  qayıtmayacaq»,  – 

ağlaya-ağlaya  dedim.  «Atasız  qaldınız,  baĢa 

düĢdünüzmü,  yaramazlar».  Elə  ağladım  ki,  içəridə 

eĢidəcəklərindən qorxdum.  

«Biz  bic  uĢaq  deyilik»,  –  ġövkət  ağlaya-

ağlaya  dedi.  Uzun-uzadı,  yana-yana  ağladıq.  Bir 

müddət  sonra  ağlamaq  ürəyimi  yumĢaldıb,  məni 

yaxĢı  insan  elədiyinə  görə  ağladığımı  hiss  elədim. 

Ağlaya-ağlaya  uĢaqlarla  bir-birimizi  qucaqlayıb 

döĢəyin  üstünə  uzandıq.  ġövkət  baĢını  bərk-bərk 

döĢlərimin  arasına  soxmuĢdu.  Bəzən  bu  cür,  mənə 

möhkəm  sıxılanda  yatmadığını  hiss  eləyirdim. 

Onlarla  birgə  mən  də  yatardım,  amma  fikrim 

aĢağıdaydı.  Dadlı  biĢmiĢ  narınc  iyi  gəlirdi.  Birdən 

sıçrayıb elə gurultu qopardım ki, uĢaqlar oyandılar.  

«Gedin,  aĢağıda  Xeyriyyə  sizin  qarnınızı 

doydursun».  



 

 

282 



 

Otaqda tənhaydım. Qar yağmağa baĢlamıĢdı. 

«Allah, mənə kömək ol!» – deyib  yalvardım, sonra 

Qurani-Kərimi  açdım,  «Ali-Ġmran»  surəsindən 

savaĢda  Allah  tərəfindən  öldürülənlərin  Allahın 

yanına  getdiyi  barədə  bir  daha  oxuyub  rəhmətlik 

ərimə  görə  qəlbimi  rahatlandırdım.  Atam  Qaraya 

PadĢahımızın  hələ  tamamlanmamıĢ  rəsminimi 

göstərmiĢdi?  Deyirdi,  həmin  rəsm  o  qədər 

inandırıcı  olacaq  ki,  ona  baxan  PadĢahımızın 

gözlərinin  içinə  dik  baxmağa  çalıĢanların  baĢına 

gələn kimi, qorxub gözlərini qaçıracaqdı.  

Orxanı  yanıma  çağırdım,  qucağıma  almadan 

baĢından,  yanaqlarından  uzun-uzadı  öpdüm.  «Ġndi 

qorxub-eləmədən,  babana  da  heç  göstərmədən 

həmin  bu  kağızı  Qaraya  verəcəksən.  Aydın 

oldumu?» 

«DiĢim laxlayır». 

«Qayıdanda  istəsən,  çəkərəm»,  –  dedim. 

«Ona  yaxınlaĢırsan,  o  da  təəccüblənib  səni 

qucaqlayır.  Onda  kağızı  yavaĢca  əlinə  verirsən. 

Aydın oldumu?» 

«Qorxuram». 

«Qorxmalı  bir  Ģey  yoxdu.  Qara  olmasa, 

bilirsənmi,  əvəzinə  sənə  kim  ata  olmaq  istəyir? 

Hasan  əmi!  Hasan  əminin  atan  olmasını 

istəyirsənmi?» 

«Ġstəmirəm». 




 

 

283 



 

«Onda get, mənim gözəl, ağıllı Orxanım»,  – 

dedim.  «Sonra  bax  mən  də  hirslənəcəyəm... 

Ağlasan, daha da hirslənərəm». 

Ümidsizliklə,  çəkinə-çəkinə  uzatdığı  balaca 

əlinə  məktubu  bir  neçə  qat  eləyib  dürtdüm.  Allah, 

hamısı  bu  yetimlərin  ortada  qalmamasına  görədi, 

kömək  ol.  Əlindən  tutub  qapının  ağzına  gətirdim. 

Kandarda yenə də mənə qorxuyla baxdı. 

Küncümə 


qayıdıb 

deĢikdən 

çəkingən 

addımlarla  dəhlizə  keçdiyini,  atamla  Qaraya 

yaxınlaĢdığını,  dayandığını,  bir  anlığa  çarəsizliklə 

eləcə qaldığını, arxasında məni axtara-axtara deĢiyə 

nəzər  saldığını  gördüm.  Ağlamağa  baĢladı.  Amma 

son  cəhdlə  özünü  Qaranın  qucağına  atmağı  da 

bacardı. BaĢı uĢaqlarıma ata olmağa haqqı çatacaq 

qədər  iĢlədiyinə  görə  Qara  qucağında  niyə 

ağladığını  bilmədiyi  Orxanı  görəndə  təlaĢa 

düĢmədi, uĢağın ovcunun içini yoxladı. 

Atamın  heyrətli  baxıĢları  altında  Orxan  geri 

qayıdar-qayıtmaz qaçıb onu qucağıma aldım, uzun-

uzadı  öpdüm,  aĢağı,  mətbəxə  endirdim,  ağzını  o 

sevdiyi quru üzümlərlə doldurub dedim: 

«Xeyriyyə,  sən  uĢaqları  da  götür,  Kadırğa 

limanına  gedin,  Kostanın  yerindən  atam  üçün 

Ģorbalıq  kefal  alın.  Al  bu  iyirmi  ağcanı,  balıqdan 

artan puldan Orxana sapsarı əncirlə qızılcıq qurusu 

alarsınız. ġövkətə də ləbləbiylə üzüm Ģirəsi sucuğu 



 

 

284 



 

al.  AxĢam  azanına  qədər  istədikləri  kimi  gəzdir, 

amma fikir ver, üĢüməsinlər». 

Hamısı  geyinib  çıxandan  sonra  evin  sükutu 

xoĢuma  gəldi.  Yuxarı  qalxdım,  qaynımın 

düzəltdiyi,  ərimin  mənə  hədiyyə  verdiyi  güzgünü 

gizlətdiyim  yerdən,  naftalin  qoxuyan  yastıq  üzləri 

arasından çıxarıb asdım. Aralıda durub baxanda lap 

astadan  qımıldansam,  bütün  bədənimi  hissə-hissə 

güzgüdə  görə  bilərdim.  Qırmızı  ipəkdən  koftam 

yaxĢı dururdu, ancaq anamın öz cehiz sandığından 

çıxardığı  göy  köynəyin  də  əynimdə  olmasını 

istəyirdim.  Sandıqdan  nənəmin  öz  əliylə  çiçək 

iĢlədiyi  açıq-yaĢıl  rəngli  xirqəni  də  çıxarıb 

geyindim,  amma  olmadı.  Göy  köynəyi  geyəndə 

üĢüdüm,  titrədim,  mənimlə  birgə  Ģamın  alovu  da 

ehmalca  titrədi.  Əlbəttə,  ən  üstdən  içi  tülkü 

xəzindən  qızılı  rəngli  fəracəmi  geyinəcəkdim, 

amma  son  anda  fikrimdən  döndüm,  dəhlizi  səssiz-

küysüz  keçib  anamın  verdiyi  səma  rəngli,  əməlli-

baĢlı  gen  və  uzun  fəracəni  sandıqdan  çıxarıb 

geyindim.  Amma  həmin  vaxt  qapıdan  səsləri 

eĢidəndə bir anlığa təlaĢa düĢdüm. Qara gedir! Tez 

anamın  köhnə  fəracəsini  soyunub  xəzli  qızılı 

fəracəni  geyindim:  döĢlərimi  sıxırdı,  amma  xoĢum 

gəldi.  Ən  yumĢaq,  ən  bəyaz  rübəndi  taxıb  lap 

üzümə endirdim.  



Yüklə 4,51 Mb.

Dostları ilə paylaş:
1   ...   62   63   64   65   66   67   68   69   ...   190




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə