Orxan pamuk



Yüklə 4,51 Mb.
Pdf görüntüsü
səhifə44/190
tarix16.11.2017
ölçüsü4,51 Mb.
#10430
1   ...   40   41   42   43   44   45   46   47   ...   190

 

 

188 



 

rəsmlərdən  sehrlənmiĢ,  bu  heyrət  içində  də 

göstərdikləri  qonaqpərvərliyə  güvənib,  təhdidlərlə 

dolu  məktubu  vermiĢ,  PadĢahımızın  təkəbbürlü 

ədayla  Kıbrısı  istədiyini  təbliğ  eləmiĢdim. 

Venesiyalılar  o  qədər  qəzəblənmiĢdilər  ki,  dərhal 

yığıĢan  Məclisdə  bu  cür  məktubun  müzakirəsinin 

belə  məqbul  olmadığı  haqda  qərar  çıxarılmıĢdı. 

Sonrasa  qəzəbli  kütlələr  məni  doçun  sarayında 

qısnamıĢdılar.  Mühafizəçiləri,  qapıçıları  basıb-

keçən  sərsərilər  canımı  boğazlamağa  giriĢmiĢdilər 

ki, doçun iki döyüĢçüsü məni sarayın dəhlizlərindən 

qaçırıb kanala açılan arxa qapıya çıxartdılar. Orada 

buna  oxĢayan  dumanın  içində  məni  qarĢılayıb 

qoluma  girən  ağ  geyimli,  uzun  boylu,  solğun 

bənizli  qayıqçını  bir  anlığa  ölümün  özü  hesab 

eləmiĢ,  gözlərinin  içinə  baxıb,  orada  özümü 

görmüĢdüm.  

Kitabımı gizlincə bitirib Venesiyaya bir dəfə 

də getmək imkanını intizarla gözlədim.  

Üstü  səliqəylə  örtülən  qəbrə  yaxınlaĢdım: 

indi  orada  mələklər  onu  sorğu-suala  çəkirlər, 

cinsini,  dinini,  peyğəmbərini  soruĢurlar.  Öz 

ölümüm barədə düĢündüm. 

Bir qarğa yanıma sıçradı. Qaranın gözlərinin 

içinə  Ģirin-Ģirin  baxdım  və  qoluma  girməsini, 

qayıdanda  mənə  yoldaĢlıq  eləməsini  istədim. 

Kitabım  üçün  iĢləmək  məqsədilə  ertəsi  gün  səhər 




 

 

189 



 

tezdən onu evdə gözləyəcəyimi söylədim. Çünki öz 

ölümüm  barədə  düĢünər-düĢünməz  kitabımı,  nəyin 

bahasına  olursa  olsun,  başa  çatdırmalı  olduğumu 

yenə də dərk eləmiĢdim. 

 

 



 

18. MƏNƏ QATİL DEYƏCƏKLƏR 

 

Yazıq  Zərif  əfəndinin  parça-parça  olmuĢ 



meyitinin  üstünə  palçıqlı  soyuq  torpaq  töküləndə 

hamıdan çox mən ağladım. «Ölənlə birlikdə mən də 

ölüm,  qoyun  mən  də  onunla  birgə  qəbrə 

basdırılım», – deyib qıĢqırırdım, qəbrə yıxılmamaq 

üçün  belimdən  tutdular.  Az  qala  boğulanda 

ovuclarını  alnıma  qoyub,  baĢımı  da  arxaya  doğru 

çəkdilər  ki,  nəfəs  ala  bilim.  Hıçqırıq  və  göz 

yaĢlarımı həddən artıq eləyə biləcəyimi mərhumun 

qohumlarının  baxıĢlarından  da  baĢa  düĢüb  özümü 

yığıĢdırdım.  NəqqaĢxanadakı  dedi-qoduçular  bu 

qədər ağladığıma görə Zərif əfəndiylə aramızda bir 

könül  bağı  olduğunu  güman  eləməyə  də  baĢlaya 

bilərdilər. 

          Daha  artıq  diqqət  çəkməmək  üçün  dəfnin 

axırına  qədər  bir  çinar  ağacının  arxasında 

gizləndim.  Cəhənnəmə  yolladığım  səfehin  daha  da 

sarsaq bir qohumu məni çinarın arxasında yaxaladı, 



 

 

190 



 

çox  mənalı  saydığı  baxıĢla  gözlərini  gözlərimin 

içinə  dikdi.  Məni  uzun-uzadı  qucaqladı.  Sonra 

axmaq  belə  dedi:  «Sən  Cümə  ertəsiydinmi, 

ÇərĢənbəydinmi?» 

«ÇərĢənbə

1

 

bir 



vaxtlar 

rəhmətliyin adıydı», – deyəndə heyrətləndi. 

Bizi  bir-birimizə  sirr  kimi  bağlayan  bu 

ləqəblərimizin hekayəsi adidi. ġəyirdlik illərimizdə, 

o  vaxt  kalfalıqdan  ustalığa  yeni  keçmiĢ  Ustad 

Osmana  hamımızın  hörməti,  heyranlığı,  eĢqi  çox 

böyük  idi.  Böyük  nəqqaĢdı,  Allahın  həm  sehrli 

bacarıq,  həm  də  cin  kimi  ağıl  verdiklərindən  hər 

Ģeyi  bizə  o  öyrətdi.  Hər  səhər  Ģəyirdlərin  yerinə 

yetirməli olduğu kimi, aramızdan bir nəfər ustadın 

evinə  getməli,  qələm  qutusunu,  çantasını,  içi 

kağızla  dolu  cildbəndini  götürüb,  arxasınca 

nəqqaĢxanaya qədər gəlib ona yoldaĢlıq eləməliydi. 

Ona  yaxın  olmaq  üçün  o  qədər  çarpıĢırdıq  ki,  «bu 

gün mən gedəcəyəm» deyib aramızda dalaĢırdıq.  

Ustad Osmanın bir sevimlisi vardı, amma hər 

səhər  də  onun  gəlməsi  nəqqaĢlar  dəstəsində  onsuz 

da  heç  bitib-tükənməyən  dedi-qoduları  və  ədəbsiz 

zarafatları əməlli-baĢlı alovlandırdığına görə böyük 

                                    

1

ÇərĢənbə  həftənin  ikinci,  Salı  üçüncü,  PərĢənbə  dördüncü, 



cüməertəsisə altıncı günləridir (tərc.). 

 



 

 

191 



 

ustad  bu  qərara  gəlmiĢdi  ki,  hərəmiz  həftənin  bir 

günü  gələk.  Böyük  ustad  cümə  günləri  iĢləyər, 

cümə  ertəsi  nəqqaĢxanaya  getməzdi.  Çox  sevdiyi, 

bizim kimi Ģəyirdlik eləyən, sonrakı illərdə ona və 

hamımıza xəyanət eləyib sənəti atan öz oğlu atasına 

sıravi  Ģəyird  kimi  bazar  ertəsi  günləri  yoldaĢ 

olurdu.  Bir  də  hamımızdan  qabiliyyətli,  arıq  və 

uzun bir PərĢənbə qardaĢımız vardı ki, gənc yaĢında 

naməlum  xəstəlikdən  qızdırma  içində  ölmüĢdü. 

Rəhmətlik  Zərif  əfəndi  çərĢənbələr  gəlirdi,  buna 

görə də ÇərĢənbəydi. Amma sonra böyük ustadımız 

adlarımızı  Salıdan  Zeytuna,  Cümədən  Leyləyə, 

Bazardan  Kəpənəyə  dəyiĢdirdiyi  eĢq  və  mənayla, 

təzhibinin  incəliyinə  iĢarəylə  ona  Zərif  demiĢdi. 

Böyük  ustad  hamımıza  dediyi  kimi,  ona  da  bir 

müddət  hər  səhər:  «XoĢ  gəldin,  ÇərĢənbə,  görək 

necəsən», – deməliydi. 

Məni  də  necə  çağırdığını  xatırlayanda 

gözlərimin  yaĢaracağını  hesab  elədim:  Ģəyird 

olanda bütün qapazlara baxmayaraq, Ustad Osman 

bizi  sevdiyinə,  nəqĢimizin  gözəlliyindən  gözləri 

sulanıb  əllərimizdən,  qollarımızdan  öpdüyünə,  o, 

bizi  öpdükcə  bacarığımız  da  eĢqlə  çiçəkləndiyinə 

görə  elə  bil  cənnətdəydik.  O  vaxtlar  bu  xoşbəxt 

illərə kölgə salan qısqanclığın rəngi belə başqaydı. 

BaĢını  və  əllərini  bir  ustadın,  bədəni  və 

qiyafələrini  baĢqa  bir  ustanın  çəkib  boyadığı  o 



Yüklə 4,51 Mb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   ...   190




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə