Orxan pamuk



Yüklə 4,51 Mb.
Pdf görüntüsü
səhifə24/190
tarix16.11.2017
ölçüsü4,51 Mb.
#10430
1   ...   20   21   22   23   24   25   26   27   ...   190

 

 

103 



 

ġəkurənin mənim üçün ustalıqla qurmağa baĢladığı 

eĢq  Ģətrəncinin  həmləsi  saydım.  Oturdum,  Ģamın 

iĢığında ġəkurəyə cavab məktubu yazdım. 

Bir  az  yatandan  sonra  səhər  məktubu 

ürəyimin baĢına qoyub küçələrə çıxdım, uzun-uzadı 

gəzdim. 

Qar 


Ġstanbulun 

dar 


küçələrini 

geniĢləndirmiĢ, 

Ģəhəri 

də 


tünlüyündən 

təmizləmiĢdi.  Hər  Ģey  uĢaqlıq  çağlarımda  olduğu 

kimi  daha  səssiz  və  hərəkətsiz  idi.  UĢaqlıq 

çağlarımın  qarlı  qıĢ  günlərində  zənn  elədiyim  təki 

mənə  elə  gəldi  ki,  Ġstanbulun  damlarını, 

qübbələrini,  bağçalarını  qarğalar  basıb.  Qarın 

üstündəki ayaq səslərimi dinləyə-dinləyə, ağzımdan 

çıxan buğa baxa-baxa cəld yeriyir, əniĢtəmin istəyi 

ilə getdiyim saray nəqqaĢxanasının da küçələr kimi 

sükut  içində  olduğunu  düĢünüb  həyəcanlanırdım. 

Yəhudi 

məhəlləsinə 



girmədən 

məktubumu 

ġəkurəyə  çatdıracaq  Esterə  bir  uĢaqla  xəbər 

göndərdim,  günorta  namazından  sonra  harada 

görüĢəcəyimizi dedim. 

Ayasofyanın 

arxasındakı 

nəqqaĢxana 

binasına  erkəndən  getdim.  UĢaqlıq  çağlarımda  bir 

ara  Ģəyirdlik  eləyirdim,  əniĢtəmin  vasitəçiliyilə 

girib-çıxdığım  nəqqaĢxana  binasının  görünüĢündə 

taxtapuĢlardan  sallanan  buzlardan  baĢqa,  heç  bir 

dəyiĢiklik yox idi. 



 

 

104 



 

Gənc  və  yaraĢıqlı  bir  Ģəyird  qabaqda,  mən 

arxada  yapıĢqan  və  ciriĢ  qoxusu  içində,  baĢları 

ağarmıĢ  ahıl  cild  ustalarının,  erkən  yaĢda  beli 

əyilmiĢ  usta  nəqqaĢların,  gözləri  ocağın  alovuna 

kədərlə  zilləndiyinə  görə  dizlərinin  üstündəki 

kasalara  baxmadan  boya  qarıĢdıran  gənclərin 

arasından  keçdik.  Bir  hücrədə  qucağındakı 

dəvəquĢu  yumurtasını  diqqətlə  boyayan  qoca, 

siyirməni nəĢəylə nəqĢ eləyən əmi, onlara hörmətlə 

göz  qoyan  gənc  Ģəyird  gördüm.  Açıq  qapıdan 

ustalarının  danladığı  gənc  Ģəyirdlərin  buraxdığı 

səhvi  baĢa  düĢmək  üçün  qıpqırmızı  sifətlərini 

qabaqlarındakı 

kağızlara 

dəydirənəcən 

yaxınlaĢdırdıqlarını  gördüm.  Bir  baĢqa  hücrədə 

kədərli  və  hüznlü  bir  Ģəyird  rəngləri,  kağızları, 

nəqĢi  unutmuĢdu,  mənim  bayaq  həyəcanla 

yeridiyim  küçəyə  baxırdı.  Açıq  hücrə  qapılarının 

qarĢısında  naxıĢ  üzü  köçürən,  qəlib  və  boya 

hazırlayan,  qələmlərini  itiləyən  nəqqaĢlar  mənə  – 

yad adama gözaltı, düĢməncəsinə baxdılar. 

Buzlu  pilləkənləri  çıxdıq.  NəqqaĢxana 

binasının  ikinci  mərtəbəsinin  dörd  yanına  dolanan 

eyvanın  altından  keçdik.  AĢağıda,  qarla  örtülü 

daxili  həyətdə  uĢaq  yaĢında  iki  Ģəyird  qalın  aba 

qumaĢdan cübbələrinə baxmayaraq, soyuqdan tir-tir 

titrəyə-titrəyə  nəyisə,  bəlkə  də  veriləcək  cəzanı 

gözləyirdilər. Yeniyetməlik illərimizdə tənbəl olan, 




 

 

105 



 

ya  da  bahalı  boyaları  xarab  eləyən  Ģəyirdlərə 

vurulan  Ģillələri,  ayaqlarının  altı  qanayanacan 

dabanlarına çırpılan çubuqları xatırladım. 

Ġsti  bir  otağa  girdik.  Dizlərinin  üstündə 

rahatca  oturmuĢ  nəqqaĢlar  gördüm,  amma  bunlar 

xəyallarımın  ustaları  yox,  Ģəyirdlikdən  yenicə 

çıxmıĢ  gənclər  idilər.  Bir  vaxtlar  məndə  həddən 

artıq  hörmət  və  həyəcan  doğuran  otaq  indi  Ustad 

Osmanın  qondarma  adlar  verdiyi  ustalar  artıq 

evlərində  çalıĢdıqlarına görə böyük, varlı padĢahın 

nəqqaĢxanası  deyildi,  Doğuda  tutqun  dağlar 

arasında  itib-batmıĢ  karvansarayın  böyük  bir 

otağına oxĢayırdı. 

Mənə  elə  gəldi  ki,  azca  uzaqda,  bir 

piĢtaxtanın arxasındakı, on beĢ ildən sonra ilk dəfə 

gördüyüm  baĢ  nəqqaĢ  Ustad  Osman  kölgədən  çox 

xortdandır. Səfərlərim zamanı nə vaxt nəqĢ eləmək, 

rəsm  çəkmək  fikrinə  düĢsəm,  Behzad  kimi 

xəyallarımın arasından heyranlıqla boy verən böyük 

usta  –  Ayasofya  tərəfə  baxan  pəncərədən  qar  kimi 

ağ iĢıq içində ağ paltarıyla sanki lap çoxdan o biri 

dünyanın  xəyallarına  qarıĢmıĢdı.  Üstü  qırıĢlarla 

örtülmüĢ  əlini  öpdüm,  özümü  xatırlatdım. 

ƏniĢtəmin 

məni 


bura 

uĢaqlıq 


çağlarımda 

gətirdiyini,  amma  qələmi  atıb  çıxdığımı,  illərimi 

yollarda,  Doğu  Ģəhərlərində  paĢalara  katiblik, 

dəftərdar  katibliyi  eləyə-eləyə  keçirdiyimi,  Sərhat 




 

 

106 



 

paĢa  və  o  biri  paĢalarla  birgə  Təbrizdə  xəttat  və 

nəqqaĢları  tanıyıb  kitablar  hazırlatdığımı,  Bağdad 

və  Hələbdə,  Van  və  Tiflisdə  olduğumu,  savaĢlar 

gördüyümü söylədim. 

«Ah,  Tiflis!»  –  böyük  ustad  pəncərədəki 

müĢəmbədən  süzülüb  qarlı  həyətdən  içəri  dolan 

iĢığa baxıb dedi. «Orada indi qarmı yağır?»  

          Sənətində ustalaĢa-ustalaĢa kor olan müəyyən 

yaĢdan  sonra  yarı  övliya,  yarı  sərsəri  həyatı  sürən 

Ustad  Osman  bitib-tükənməz  əfsanələri  söyləyən 

qədim  Əcəm  ustaları  təki  davranırdı,  amma  cin 

gözlərinə  oxĢayan  gözlərindən  əniĢtəmə  nifrət 

elədiyini,  məndən  Ģübhələndiyini  dərhal  sezə 

bildim.  Yenə  də  ona  ərəb  çöllərində  qarın  burada 

olduğu  kimi  yalnız  Ayasofya  camesinə  yox, 

xatirələrə də yağdığını danıĢdım. Tiflis qalasına qar 

yağanda  camaĢır  yuyan  qadınların  çiçək  rəngində 

nəğmələr  oxuduqlarını,  uĢaqların  da  yastıqlarının 

altında  yay  üçün  dondurma  saxladıqlarını  nağıl 

elədim. 

«Getdiyin  ölkələrdə  nəqqaĢların,  rəssamların 

nə nəqĢ elədiklərindən, nə çəkdiklərindən danıĢ», – 

dedi. 


Bir  hücrədə  səhifələrə  cədvəl  çəkə-çəkə 

xəyallara  dalıb  getmiĢ  xəyalpərəst  gənc  nəqqaĢ 

baĢını  rəhləsindən  qaldırıb  o  birilərlə  birgə  baxdı. 

Elə  bil  mənə  deyirdi,  ən  gerçək  nağılı  indi  danıĢ. 




Yüklə 4,51 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   190




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə