Orxan pamuk



Yüklə 4,51 Mb.
Pdf görüntüsü
səhifə20/190
tarix16.11.2017
ölçüsü4,51 Mb.
#10430
1   ...   16   17   18   19   20   21   22   23   ...   190

 

 

86 



 

        Dörd  il  qabaq  Səfəvilərlə  savaĢdan  qayıdan 

orduyla  birgə  geri  dönməməsinə  fikir  vermədim. 

Çünki  savaĢdıqca  ustalaĢır,  özbaĢına  iĢlər  görür, 

daha  böyük  qənimətlər  gətirir,  daha  böyük 

basqınlara  gedir,  daha  çox  əsgər  yetiĢdirirdi. 

Ordunun  hərəkətdə  olan  qolundan  ayrılıb,  öz 

adamlarıyla birgə dağlara doğru getdiyini söyləyən 

Ģahidlər  də  vardı.  Əvvəllər  hey  ümid  elədim  ki, 

«indi  qayıdacaq»,  amma  iki  ildə  yavaĢ-yavaĢ 

yoxluğuna alıĢdım, Ġstanbulda mənim kimi əri yoxa 

çıxan  nə  qədər  çox  savaĢçı  arvadı  olduğunu  baĢa 

düĢəndə vəziyyətimlə barıĢdım. 

        Gecələr  yatağımızda  uĢaqlarla  bir-birimizi 

qucaqlayıb  ağlaĢırdıq.  AğlaĢmasınlar  deyə  onlara 

yalan  söyləyərdim:  məsələn,  filankəs  deyib  ki, 

sübutu var, atanız baharacan qayıdacaq. Daha sonra 

mənim  yalanım  onların  ağzından  baĢqalarının 

qulağına  da  çataraq  aləmi  dolaĢıb,  mənim  üstümə 

«müjdə  ver»lə  geri  gələndə  hamıdan  qabaq  özüm 

inanırdım. 

        Ərimin  gün  görməmiĢ,  amma  nəcib  ruhlu 

abaza  atası  və  onun  kimi  yaĢılgözlü  qardaĢıyla 

birgə ÇarĢıqapıdakı kirayə evində yaĢayırdıq. Evin 

dayağı olan ərim yoxa çıxan kimi sıxıntılar baĢladı. 

Qayınatam  o  yaĢdan  sonra  böyük  oğlunun  savaĢa-

savaĢa  varlanması  üzündən  atdığı  güzgü  düzəltmə 

iĢinə  geri  qayıtdı.  Ərimin  gömrükdə  iĢləyən  subay 




 

 

87 



 

qardaĢı  Hasan  gətirib  evə  qoyduğu  pul  çoxaldıqca 

kiĢilik göstərməyə baĢladı. Ev iĢlərini görən cariyə 

qızı kirayəni verə bilməməkdən qorxduqları bir qıĢ 

tələm-tələsik Əsir bazarına aparıb satdılar, məndən 

onun  gördüyü  mətbəx  iĢlərini  görməyi,  camaĢırı 

yumağı, hətta çarĢı-bazara çıxıb alıĢ-veriĢlə məĢğul 

olmağı  tələb  elədilər.  «Mən  bu  iĢləri  görəsi 

qadınammı?»  –demədim,  ürəyimə  daĢ  basıb 

hamısını  gördüm.  Amma  artıq  gecələr  otağına 

aparılmalı  cariyəsi  olmayan  qaynım  Hasan  mənim 

qapımı  itələməyə  baĢlayanda  neyləyəcəyimi 

bilmədim. 

         Əlbəttə,  dərhal  bura  –  atam  evinə  qayıda 

bilərdim.  Ancaq  qazıya  görə,  ərim  hüquqən 

yaĢadığından,  onları  acıqlandırsam,  məni  uĢaqlarla 

birgə zorla qaynımın yanına, yəni ərimin evinə geri 

aparmaqla kifayətlənməz, bu zaman məni də, mənə 

qahmar  çıxan  atamı  da  cəzalandırıb  təhqir  eləyə 

bilərdilər.  Əslinə qalsa,  ərimdən də insanpərvər və 

ağıllı  saydığım,  təbii  ki,  mənə  əməlli-baĢlı  aĢiq 

olduğunu sezdiyim Hasanla seviĢə bilərdim. Amma 

bunu  düĢüncəsizcəsinə  eləmək  axırda  məni  onun 

arvadı  yox,  Allah  eləməsin,  cariyəsi  olmağa 

aparardı.  Çünki  mirasdan  payımı  istəmək  fikrinə 

düĢəcəyimdən,  hətta  bəlkə  də  onları  atıb  atamın 

yanına  qayıdacağımdan  qorxduqlarından  ərimin 

qazının  nəzərində  öldüyünü  heç  onlar  da  qəbul 




 

 

88 



 

eləməyə  razı  deyildilər.  Ərim,  qazıya  görə, 

ölməyibsə,  təbii  ki,  Hasanla  evlənməzdim.  Amma 

baĢqa  adamla  da  evlənə  bilməyəcəyimə,  bu 

vəziyyətin  məni  o  evə  və  o  evliliyə  bağladığına 

görə  ərimin  «yox»  olmasıyla  baĢlayıb  davam 

eləyən  belə  qeyri-müəyyən  vəziyyət  onlardan  ötrü 

aradan  qaldırılası  məsələydi.  Çünki  unutmayın, 

onların ev iĢlərini, yeməklərindən camaĢırlarınacan 

hər  iĢlərini  görürdüm,  biri  də  mənə  dəli  kimi  aĢiq 

idi. 

         Qayınatam  və  Hasandan  ötrü  ən  yaxĢı  çıxıĢ 



yolum Hasanla evlənməyim idi, amma onda bunun 

üçün  əvvəlcə  Ģahidləri  tapmaq,  sonra  kəbini  ləğv 

eləmək  lazım  gəlirdi.  Onda  itkin  düĢən  ərimin  ən 

yaxınları  olan  atası  və  qardaĢı  da  razı  olduqlarına 

görə  onun  artıq  ölmüĢ  sayılmasına  qarĢı  bir  kəs 

qalmırdı. Qazı da «biz bu adamın savaĢda öldüyünü 

gördük»  deyən  yalançı  Ģahidlərə  üç-beĢ  ağca 

müqabilində  bu  iĢə  guya  inanacaqdı.  Ən  böyük 

müĢkül  onu  dul  qalandan  sonra  evdən  çıxıb 

getməyəcəyimə, miras haqqı, ya da evlənmək üçün 

pul  istəməyəcəyimə,  daha  vacibi,  öz  istəyimlə 

Hasana  ərə  gedəcəyimə  inandırmaq  idi.  Bu 

məsələdə əmin eləmək üçün onunla seviĢməli, həm 

də bunu boĢanmaq üçün yox (inandırıcı görünəcək 

tərzdə), ona aĢiq olduğuma görə eləməli olduğumu, 

əlbəttə, baĢa düĢmüĢdüm.  




 

 

89 



 

          Cəhd  eləsəm,  Hasana  aĢiq  ola  bilərdim. 

Hasan  yoxa  çıxan  ərimdən  səkkiz  yaĢ  kiçik  idi, 

ərim evdə olanda qardaĢım yerindəydi, bu duyğu da 

məni ona yaxınlaĢdırmıĢdı. Ġddiasız, amma utancaq 

olmasından,  uĢaqlarımla  oynamasından,  mənə 

bəzən  sanki  o  susuzluqdan  ölən  adam,  mən  də  bir 

parç  soyuq viĢnə Ģərbəti kimi  baxmasından xoĢum 

gəlirdi. Amma onu da duyurdum ki, mənə camaĢır 

yudurdan,  cariyələr  –  kölələrsayaq  çarĢı-bazar 

gəzib,  alıĢ-veriĢ  eləməyimdən  xəcalət  çəkməyən 

adama aĢiq olmaq üçün çox çalıĢmalıyam. Atamın 

evinə gedib qazanlara, qab-qacağa, fincanlara baxıb 

uzun-uzadı  ağladığım,  gecələri  bir-birimizə  ürək-

dirək vermək üçün uĢaqlarla qucaqlaĢıb yatdığımız 

həmin  günlərdə  Hasan  mənə  o  fürsəti  vermədi. 

Mənim də ona aĢiq olacağıma, evlənməyimiz üçün 

zəruri  olan  bu  yeganə  yolun  gerçəkləĢəcəyinə 

inanmadığına,  özünə  inamı  olmadığına  görə 

ədəbsizliklər  elədi.  Ərimin  daha  qayıtmayacağını, 

məni  öldürəcəyini  dedi,  təhdidlər  yağdırdı,  uĢaq 

kimi ağladı. Tələskənliyi təlaĢıyla əfsanələrdə təsvir 

edilən  həqiqi,  nəcib  eĢqə  yaraĢmadığından  baĢa 

düĢdüm ki, onunla evlənməyəcəyəm. 

         Bir  gecə  uĢaqlarla  birgə  yatdığım  otağın 

qapısını  itələyəndə  dərhal  qalxdım,  uĢaqların 

qorxmasına  fikir  vermədən  səsim  gəldiyi  qədər 

qıĢqırıb  evə  pis  cinlərin  girdiyini  dedim. 




Yüklə 4,51 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   190




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə