Orxan pamuk



Yüklə 4,51 Mb.
Pdf görüntüsü
səhifə16/190
tarix16.11.2017
ölçüsü4,51 Mb.
#10430
1   ...   12   13   14   15   16   17   18   19   ...   190

 

 

68 



 

(aramızda, amma arxada bir ağac da vardı) nə qədər 

də  çox  oxĢadığını  xeyli  sonra,  mənə  verdiyi 

məktubu açanda, içindəki rəsmi görüb baĢa düĢəndə 

– sevdiyimiz, heyran olduğumuz o kitablarda rəsm 

edildiyi kimi eĢqdən korun-korun yanırdım. 

 

 

 




 

 

69 



 

8. MƏNİM ADIM ESTERDİR 

 

        Qaraya  verdiyim  məktubda  nələr  yazıldığının 



hamınızı maraqlandırdığını bilirəm. Bu, məndə adət 

olduğuna  görə  hamısını  öyrəndim.  Ġstəyirsiniz, 

özünüzü  elə  göstərin  ki,  guya  hekayənizin 

səhifələrini  geri  vərəqləyirsiniz,  görün  mən  o 

məktubu ona verməzdən daha əvvəl nələr oldu, onu 

danıĢaq. 

        Ġndi  axĢamüstündəyik,  Xalicin  çıxıĢındakı, 

bizim  yəhudi  məhəlləciyimizdəki  evimizdə  ərim 

Nəsimlə otururuq, biz iki ahıl adam ocağa of-püflə 

odun  atıb,  qızınmağa  çalıĢırıq.  Ġndi  özümə  ahıl 

deməyimə  baxmayın,  ipək  köynəklərin,  əlcəklərin, 

mələfələrin,  Portəgiz  gəmisindən  çıxma  rəngli 

köynəkliklərin  arasına  həm  bahalısından,  həm 

ucuzundan,  üzük,  sırğa,  gərdənlik  kimi,  arvadları 

həyəcanlandıracaq  mur-muncuq  da  qoydummu, 

boğçamı  qolumdan  asaram.  Ġstanbul  qazan,  Ester 

çömçə,  girmədiyim  küçə  qalmaz.  Qapıdan  qapıya 

aparmadığım  məktub,  dedi-qodu  yoxdu,  bu 

Ġstanbulun 

qızlarının 

yarısını 

da 


mən 

evləndirmiĢəm, amma indi bu sözü öyünmək üçün 

açmamıĢdım.  Deyirdim  ki,  axĢamüstü  otururduq, 

tıq-tıq,  qapı  döyüldü,  getdim,  açdım,  qarĢımdakı  o 

baĢıboĢ  cariyə  Xeyriyyədi.  Əlində  də  məktub  var. 



 

 

70 



 

Soyuqdanmı,  həyəcandanmı,  baĢa  düĢəmmədim, 

titrəyə-titrəyə mənə ġəkurəmin nə istədiyini danıĢır. 

         Əvvəlcə  həmin  məktubun  Hasana  çatacağını 

hesab  eləyib  çaĢdım.  Gözəl  ġəkurənin  savaĢdan 

gəlib çıxmayan əri – mənə qalsa, o bəxtsiz çoxdan 

qurd-quĢa  yem  olub  –  var  axı.  Hələ  evinə 

qayıtmayan savaĢçı ərin bir gözü qızmıĢ qardaĢı da 

var. Hasandı adı. Amma baĢa düĢdüm ki, ġəkurənin 

məktubu  Hasana  yox,  bir  baĢqasınaymıĢ.  Nə  yazır 

məktubda?  Ester  maraqdan  quduracaq.  Axırda 

məktubu oxumağı bacardım. 

         Sizlərlə də elə çox tanıĢ deyilik. Açığı, birdən 

utanıb  sıxıldım.  Məktubu  necə  oxuduğumu  sizə 

deməyəcəyəm.  Bəlkə  mənim  marağımı  –  siz  də 

sanki  hər  Ģeyə,  ən  azı,  bərbərlər  qədər  maraq 

göstərmirsiniz  –  ayıb  sayar,  mənə  xor  baxarsınız. 

Sizə  təkcə  məktubu  mənə  oxuduqları  vaxt 

eĢitdiyimi  söyləyəcəyəm.  Belə  yazmıĢdı  Ģirin 

ġəkurə: 


         «Qara əfəndi, atamla olan yaxınlığını bəhanə 

eləyib evimə gəlirsən. Amma zənn eləmə ki, məndən 

hər  hansı  bir  işarə  alacaqsan.  Sən  gedəndən  bəri 

çox  şey  baş  verdi.  Ərə  getdim,  iki  şir  kimi  uşağım 

var.  Biri  Orxandı,  bir  az  qabaq  içəri  girib, 

görübsən.  Mən  dörd  ildi,  ərimi  gözləyirəm,  başqa 

bir  şey  də  fikirləşmirəm.  Özümü  iki  uşaq  və  qoca 

atayla kimsəsiz, çarəsiz, gücsüz hiss eləyə bilərəm, 


 

 

71 



 

bir kişinin gücünə, himayəsinə ehtiyacım ola bilər, 

amma  kimsə  bu  vəziyyətdən  istifadə  eləyəcəyini 

ağlına  gətirməsin.  Buna  görə  də,  zəhmət  olmasa, 

bir  də  qapımızı  döymə.  Bir  kərə  elə  biabır 

eləyibsən,  onda  atamın  nəzərində  özümü  təmizə 

çıxarmaq  üçün  nə  qədər  sınaqdan  keçməli 

olmuşdum.  Sənə  bu  məktubla  birgə  yelbeyin  gənc 

olanda  nəqş  eləyib  mənə  yolladığın  rəsmi  də  geri 

göndərirəm.  Ona  görə  ki,  heç  bir  ümid 

bəsləməyəsən,  heç  bir  səhv  işarə  almayasan. 

İnsanların rəsmə baxıb, aşiq ola biləcəklərini zənn 

eləmək  yalanmış.  Ayağın  evimizdən  kəsilsin,  ən 

yaxşısı budu». 

         Yazıq  ġəkurəciyim,  kiĢi,  bəy,  paĢa  deyil  ki, 

altına  niĢanlı  möhürünü  vursun!  Kağızın  aĢağısına 

adının ilk hərfini ürkək quĢ kimi atıb, vəssalam. 

         Möhür  dedim.  Mənim  həmin  möhürlü 

məktubları necə açıb-bağladığımla maraqlanırsınız. 

Məktublar  möhürlü  deyil  ki.  Əziz  ġəkurəm 

fikirləĢir  ki,  «Bu  Ester  cahil  yəhudidi,  bizim 

yazımızı  açmaz».  Doğrudu,  mən  sizin  yazınızı 

oxuya  bilmirəm,  amma  baĢqasına  oxuduram. 

Məktubunuzusa  özüm  çox  gözəl  oxuyuram. 

Fikriniz qarıĢdımı? 

          Belə  izah  eləyək  ki,  ən  kütbeyininiz  də  baĢa 

düĢsün. 



 

 

72 



 

          Məktub  deyəcəyini  yalnız  yazıyla  demir. 

Məktub  eynilə  kitab  kimi,  qoxulana-qoxulana, 

toxuna-toxuna,  əllənə-əllənə  də  oxunur.  Buna  görə 

də  ağlı  olanlar    deyirlər,  «oxu,  görək  məktub  nə 

deyir». Səfehlər  deyirlər, «oxu, görək nə yazırlar». 

Ustalıq  təkcə  yazını  deyil,  bütöv  məktubu 

oxumaqdadı.  Dinləyin,  görək  ġəkurə  baĢqa  nə 

deyib: 

         1.  Deyir  ki,  məktubu  gizlicə  yollasam  da, 

məktub  daşımağı  iş  və  xasiyyət  eləmiş  Esterlə 

yollamaqla elə bir gizlilik məqsədim yoxdu. 

         2.  Kağızın  gözmuncuğu  kimi  dönə-dönə 

qatlanması da gizlilik və sirr mənasına gəlir. Onun 

məktubusa açıqdı. Üstəlik yanında iri bir rəsm var. 

Məqsəd  guya budu  ki,  «amandı,  sirrimizi hamıdan 

gizlədək».  Bu  da  eşqi  rədd  eləmək  məktubundan 

çox, eşqə dəvət məktubuna oxşayır. 

        3.  Elə  məktubun  qoxusu  da  bunu  təsdiqləyir. 

Əlinə  alanın  tərəddüd  eləyəcəyi  qədər  adi  (yoxsa 

bilərəkdənmi  qoxu  sürtülüb?),  amma  laqeyd 

qalmayacağı qədər cəlbedici (bu, ətir qoxusudumu, 

yoxsa  onun  əlinin  qoxusudumu?)  olan  bu  qoxu 

məktubu  mənə  oxuyan  yazığın  ağlını  başından 

almağa yetdi. Hesab eləyirəm, Qaranın da eyni cür 

ağlını başından alacaq. 

        4. Mən oxuyub-yazmağı bacarmayan Esterəm, 

amma  xəttin  axışından,  bu  qələmin  «amandı, 



Yüklə 4,51 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   190




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə