Orxan pamuk



Yüklə 4,51 Mb.
Pdf görüntüsü
səhifə18/190
tarix16.11.2017
ölçüsü4,51 Mb.
#10430
1   ...   14   15   16   17   18   19   20   21   ...   190

 

 

78 



 

onların  oturub  dincəldikləri  ağacların  birinin 

budağından  Xosrovun  rəsmini  asır.  ġirin  yaraĢıqlı 

Xosrovun  o  gözəl  bağın  bir  ağacından  asılan 

rəsmini  görən  kimi  ona  aĢiq  olur.  Bu  məqamı, 

nəqqaĢların  dediyi  kimi,  bu  məclisi,  Xosrovun 

budaqdan  asılı  rəsminə  ġirinin  heyranlıq  və 

çaĢqınlıqla  baxmasını  göstərən  çox  rəsm  çəkilib. 

Qara atamla iĢləyəndə dəfələrlə görüb, bir-iki kərə 

də  baxa-baxa  düz  eynisi  kimi  üzünü  köçürmüĢdü. 

Sonra  mənə  aĢiq  olanda  bir  dəfə  də  özü  üçün 

yenidən  çəkib.  Amma  rəsmdəki  Xosrovla  ġirinin 

yerinə özüylə məni – Qarayla ġəkurəni rəsm eləyib. 

Rəsmdəki  qızla  kiĢinin  biz  olduğumuzu  altındakı 

yazı  olmasaydı,  təkcə  mən  baĢa  düĢə  bilərdim, 

çünki  bəzən  zarafatlaĢanda  məni  və  özünü  eyni 

xətlərlə, rənglərlə rəsm eləyərdi: mən mavi rəngdə, 

özü  də  qırmızı  olurdu.  Bu  yetmirmiĢ  kimi,  bir  də 

Xosrov  və  ġirinin  rəsmlərinin  altına  adlarımızı 

yazmıĢdı.  Rəsmi  günah  iĢlədən  adam  təki  mənim 

görəcəyim  bir  yerə  atıb  qaçmıĢdı.  Rəsmə 

baxmağımı, ondan sonra neyləyəcəyimi gözlədiyini 

xatırlayıram. 

        ġirin  kimi  ona  aĢiq  ola  bilməyəcəyimi  çox 

yaxĢı dərk elədiyimdən əvvəlcə heç rəng vermədim. 

Deyilənə  görə,  düz  Uludağdan  gətirilən  buzla 

soyudulan  viĢnə  Ģirəsiylə  sərinləməyə  çalıĢdığımız 

o yay gününün  axĢamı Qara evinə gedəndən sonra 




 

 

79 



 

onun mənə eĢq elan elədiyini atama söylədim. Qara 

o  vaxtlar  mədrəsədən  yeni  çıxmıĢdı.  Kənar 

məhəllələrdə 

müdərrislik 

eləyir, 


özünün 

istədiyindən  artıq  atamın  təkidiylə  çox  güclü,  çox 

etibarlı  olan  Naim  paĢayla  münasibət  qurmağa 

çalıĢırdı. Atama görə, o, yelbeyin idi. Naim paĢanın 

yanına  girməsinin,  ən  azı,  katibliklə  iĢə 

baĢlamasının dərdini çəkən, Qaranın da bundan ötrü 

elə  bir  iĢ  görmədiyini,  yəni  ağılsızlıq  elədiyini 

söyləyən  atam  o  axĢam  bizi  nəzərdə  tutub: 

«Deyəsən, 

fağır 


gədənin 

gözü 


daha 

da 


yuxarılardaymıĢ»,  –  demiĢdi.  Anama  eĢitdirməyib, 

belə  də  demiĢdi:  «Deyəsən,  güman  elədiyimizdən 

də ağıllıymıĢ». 

         Ondan sonrakı günlərdə atam nələr elədi, mən 

Qaradan  necə  uzaq  durdum,  əvvəlcə  evimizdən, 

sonra  büsbütün  səmtimizdən  ayağı  necə  kəsildi, 

bütün  bunları  kədərlə  xatırlayıram,  amma  sizə 

danıĢmaq  istəmirəm:  çünki  atamı  və  məni 

sevməzsiniz.  Mənə  inanın,  baĢqa  çarəmiz  yox  idi. 

Ümidsiz eşq ümidsiz olduğumu dərk eləyər, qanun-

qayda  tanımayan  könül  dünyanın  neçə  bucaq 

olduğunu  qavrayar.  Belə  vaxtlarda  da  ağıllı 

adamlar 


alicənablıqla 

«bizi 


bir-birimizə 

yaraĢdırmadılar»  deyə  haqlı  olaraq  məsələni  heç 

uzatmazlar: elə beləydi. Anamın bir neçə kərə «barı 

uĢağın  qəlbini  qırmayın»  dediyini  xatırlayıram. 




 

 

80 



 

Anamın  «uĢaq»  dediyi  Qara  iyirmi  dörd,  mənsə 

onun  yarı  yaĢındaydım.  Atam  Qaranın  eĢq  elanını 

ədəbsizlik  saydığından,  anamın  xahiĢini  qəsdən 

yersiz də hesab eləyə bilər. 

        Ġstanbuldan  getməsindən  xəbər  tutanda  onu 

büsbütün  unutmasaq  belə,  könlümüzdən  tamamilə 

çıxarmıĢdıq.  Ġllərlə  heç  bir  Ģəhərdən  xəbərini  də 

almadığımızdan  çəkib  mənə  göstərdiyi  rəsmi 

uĢaqlıq  xatirələrimizin,  uĢaqsayaq  dostluğumuzun 

niĢanəsi  kimi  saxlamağımın  təbii  olduğunu 

fikirləĢmiĢdim.  Qabaqlar  atam,  sonralar  da  savaĢçı 

ərim rəsmi tapıb kefi pozulmasın, qısqanmasın deyə 

altındakı  ġəkurəylə  Qara  kəlmələrinin  üstünü 

babamın 

Hasan 


paĢa 

mürəkkəbiylə 

sanki 

damcılayan,  damcıdan  da  çiçəklər  yaranan  kimi 



ustalıqla örtmüĢdüm. Bu gün həmin rəsmi ona geri 

yolladığıma görə aranızda pəncərə qabağında onun 

qarĢısına  çıxmağımı  mənim  əleyhimə  yozmağa 

çalıĢanlar  varsa,  bəlkə  bir  az  utanar,  bəlkə  bir  az 

düĢünərlər. 

        Onun  qarĢısına  on  iki  il  sonra  birdən-birə 

çıxandan  sonra  pəncərənin  qabağında,  axĢam 

günəĢinin qızılı Ģəfəqləri içində bir müddət dayanıb 

qaranlıqda  həyətin  o  iĢıqda  xəfifcə  qırmızımtıl 

rəngə,  naringi  rənginə  bürünməsinə  əməlli-baĢlı 

üĢüyənə  qədər  baxdım.  Külək-filan  yox  idi. 

Küçədən  keçən  bir  adam,  ya  da  ki  lap  atam  məni 




 

 

81 



 

açıq  pəncərə  qabağında  görsəydi,  yaxud  Qara  at 

belində qayıdıb qarĢımdan keçsəydi, nə deyəcəkləri 

vecimə  deyildi.  Həftədə  bir  kərə  gülə-oynaya 

hamama  getdiyim  Zivər  paĢanın  qızlarından  –  o 

həm elə hey gülən, əylənən, həm də ən gözlənilməz 

vaxtda ən heyrətamiz söhbət eləyəni idi – Məsrurə 

bir dəfə  mənə  demiĢdi ki,  insanın özü  heç  vaxt  nə 



barədə  fikirləşdiyini  əməlli-başlı  bilmir.  Mən  belə 

düĢünürəm:  bəzən  bir  Ģey  deyirəm,  onu 

fikirləĢdiyimi  deyəndə  baĢa  düĢürəm,  amma  baĢa 

düĢdüyüm  vaxt  tamamilə  əksi  barədə  əminliklə 

düĢünürəm.  

        Atamın 

evə  çağırdığı,  hamısını  bir-bir 

sınadığımı  sizdən  gizlətməyəcəyim  nəqqaĢlardan 

yazıq  Zərif  əfəndinin  ərim  kimi  yoxa  çıxmasına 

kədərləndim.  NəqqaĢların  arasında  ən  yaramaz  və 

yoxsul  ruhlusu  da  o  idi.  Pərdəni  örtdüm,  otaqdan 

çıxıb aĢağı, mətbəxə endim. 

        «Ana,  ġövkət  sənə  qulaq  asmadı»,  –  Orxan 

dedi.  «Qara  axurdan  atını  çıxaranda  mətbəxdən 

çıxıb deĢikdən ona baxdı».  

        «Nə  olsun!»  –  ġövkət  əlini  havaya  qaldırıb 

dedi.  «Anam  da  ona  dolabın  içindəki  deĢikdən 

tamaĢa eləyirdi». 

        «Xeyriyyə»,  –  dedim.  «AxĢama  bunlara 

badam  əzərsən,  azacıq  yağda  Ģirin  çörək 

qızardarsan». 



Yüklə 4,51 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   190




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə