Orxan pamuk



Yüklə 4,51 Mb.
Pdf görüntüsü
səhifə13/190
tarix16.11.2017
ölçüsü4,51 Mb.
#10430
1   ...   9   10   11   12   13   14   15   16   ...   190

 

 

55 



 

         «Yolu  təkbaĢına  gəldin?»  –  babam  dedi. 

«Səni  böyük  qardaĢın  gətirməlidi».            Sonra 

Qaraya  dedi  ki:  «Həftədə  iki  kərə  Quran 

məktəbindən  sonra  getdikləri  cildçi  dostum  var, 

Ģəyirdlik eləyir, cildçilik öyrənirlər». 

         «Baban kimi naxıĢ çəkməyi də sevirsənmi?» – 

Qara dedi. 

         Susdum. 

«YaxĢı, – babam dedi, – di get indi». 

         Manqaldan  yayılan  istilik  o  qədər  ləzzətliydi 

ki,  yanlarından  heç  ayrılmaq  istəmədim.  Boya  və 

yapıĢqan  qoxusunu  iyləyə-iyləyə  bir  anlığa 

dayandım. Qəhvə də qoxuyurdu. 

         «BaĢqa 

cür  nəqĢ  eləmək  baĢqa  cür 

görməkdimi?»  –  babam  dedi.  «Yazıq  müzəhhibi 

buna görə öldürdülər. Üstəlik o, qədim üsul təzhibi 

eləyərdi. Öldürüldüyünü belə bilmirəm, eləcə yoxa 

çıxıb.  PadĢahımız  üçün ustad  baĢ nəqqaĢ Osmanın 

əmriylə  bunlar  bir  surnamə  rəsm  eləyirlər.  Hamısı 

evlərində  iĢləyir.  Ustad  Osman  nəqqaĢxanadadı. 

Ġstəyirəm əvvəlcə oraya gedib hər Ģeyi öz gözlərinlə 

görəsən. O birilərin öz aralarında çəkiĢib bir-birini 

öldürmələrindən  qorxuram.  Neçə  illər  qabaq 

ustaları  baĢ  nəqqaĢ  Osmanın  verdiyi  qondarma 

adlarla – Kəpənək, Zeytun, Leylək... – onları gedib 

evlərində görərsən...» 




 

 

56 



 

          Pillələrdən  enəndə  dalı-dalı  geri  qayıtdım. 

Xeyriyyənin  gecələr  yatdığı  divarın  içində  dolablı 

otaqdan  taqqıltı  gəlirdi,  ora  girdim.  Ġçəridə 

Xeyriyyə yox, anam varıydı. Məni görəndə utandı. 

Bədəninin yarısı dolabın içindəydi. 

          «Haradaydın sən?» – dedi. 

          Amma  harada  olduğumu  bilirdi.  Dolabın 

içində deĢik var, oradan babamın naxıĢ otağı, onun 

qapısı  açıqdırsa,  dəhliz,  sonra  dəhlizin  o  biri 

tərəfində  babamın  yatdığı  otağın  içi  görünür:  təbii 

ki, həmin otağın da qapısı bağlı deyilsə. 

          «Babamın yanındaydım», – dedim. «Ana, sən 

neyləyirsən burada?»  

          «Sənə demədimmi qonaq var, yanına girmək 

olmaz?»  –  qıĢqırırdı.  Amma  çox  uca  səslə 

qıĢqırmırdı,  istəyirdi  ki,  qonaq  eĢitməsin. 

«Neyləyirdilər?» – sonra Ģirin səsiylə soruĢdu.  

          «Oturublar.  Amma  boyalarla  yox.  Babam 

baĢa salır, o biri qulaq asır». 

          «Necə oturmuĢdu?» 

          Birdən  hop  yerə  oturdum,  qonağı  təqlid 

elədim:  mən  indi  çox  ciddi  bir  adamam,  bax,  ana; 

mən  indi  qaĢlarımı  çatıb,  babama  qulaq  asıram, 

mövlud dinləyən kimi – baĢımı o qonaq kimi avaza 

uyğun ciddi tərzdə tərpədirəm.  

          «Get  aĢağı,  –  anam  dedi,  –  Xeyriyyəni  bura 

çağır. Tez». 




 

 

57 



 

          Oturdu,  qucağına  aldığı  yazı  taxtasının 

üzərindəki kiçik bir kağızda yazmağa baĢladı. 

          «Ana, nə yazırsan sən?» 

          «Tez aĢağı get, Xeyriyyəni çağır, demədimmi 

sənə?» 


          Mətbəxə  getdim.  Böyük  qardaĢım  gəlmiĢdi. 

Xeyriyyə qabağına qonağa biĢirdiyi plovdan bir sini 

qoymuĢdu. 

          «Fırıldaqçı»,  –  böyük  qardaĢım  dedi.  «Məni 

ustayla  tək  qoyub  getdin.  Bütün  döyməni  mən 

elədim. Barmaqlarım döyənək oldu». 

          «Xeyriyyə, anam çağırır». 

          «Yeməyimi  qurtaran  kimi  səni  döyəcəyəm», 

–  böyük  qardaĢım  dedi.            «Tənbəlliyinin, 

bicliyinin cəzasını çəkəcəksən». 

          Xeyriyyə  çıxan  kimi  böyük  qardaĢım 

plovunu  belə  qurtarmadan  qalxıb  üstümə  gəldi. 

Qaçmadım.  Qolumdan  yapıĢdı,  biləyimi  burmağa 

baĢladı. 

          «Eləmə, ġövkət, eləmə, çox ağrıdır». 

          «Bir də iĢi atıb qaçacaqsanmı?» 

          «Qaçmayacağam». 

          «And iç». 

          «And içirəm». 

          «Qurana and iç». 

          «Qurana and içirəm». 



 

 

58 



 

          Amma buraxmadı. Məni sininin yanına çəkib 

çökdürdü.  Bir  yandan  plovunu  qaĢıqlayır,  bir 

yandan – məndən çox qüvvətlidi – qolumu daha da 

burur. 

          «Yenə  qardaĢına  iĢgəncə  vermə,  zalım»,  – 



Xeyriyyə  dedi.  Geyinib  küçəyə  çıxırdı.  «Burax 

onu». 


          «Sən  qarıĢma,  əsir  qızı»,  –  böyük  qardaĢım 

dilləndi.  Qolumu  hələ  də  bururdu.  «Hara  gedirsən 

sən?» 

          «Limon alacağam», – Xeyriyyə  dedi. 



          «Yalançı»,  –  böyük  qardaĢım  dedi.  «Dolab 

limonla doludu». 

          Qolumu  boĢaltdığından  birdən  özümü  onun 

əlindən  qurtardım.  Yumruq  atdım,  Ģamdanın 

sapından  tutdum,  amma  üstümə  atılıb  məni  altına 

aldı. ġamdanı aĢırdı, sini çevrildi. 

           «Allahın  bəlaları!»  –  anam  dilləndi.  Qonaq 

eĢitməsin  deyə  qıĢqırmırdı.  Qaranın  gözünə 

görünmədən  dəhlizi  keçib  pilləkəndən  necə 

enmiĢdi?  Bizi  ayırdı.  «Siz  adamı  rəzil  eləyərsiniz, 

yaramazlar». 

          «Bu  gün  Orxan  yalan  danıĢdı»,  –  ġövkət 

dedi.  «Məni  ustanın  yanında  bütün  iĢlə  qoyub 

qaçdı». 


          «Sus», – anam dedi, ona Ģillə vurdu. 


 

 

59 



 

          YavaĢca  vurmuĢdu,  böyük  qardaĢım  da 

ağlamadı.  «Mən  atamı  istəyirəm»,  –  dedi.  «Atam 

qayıdanda Həsən əminin qırmızı qılıncını çəkəcək, 

biz bu evdən Həsən əminin yanına qayıdacağıq».  

          «Sus»,  –  anam  dilləndi.  Birdən  elə  hirsləndi 

ki, ġövkətin qolundan tutub çəkdi, sürüyüb daĢlığın 

qurtaracağındakı  qaranlığa  apardı.  Mən  də 

arxalarınca  getdim.  Anam  qapını  açdı,  məni  də 

görəndə: 

          «Girin ikiniz də içəri», – dedi. 

          «Ana,  axı  mən  heç  bir  Ģey  eləməmiĢəm»,  – 

dedim,  ancaq  içəri  girdim.  Anam  qapını  üzümüzə 

örtdü.  Ġçəri  zil  qaranlıq  deyildi,  nar  ağacına  baxan 

nəfəsliklərin  aralarından  solğun  iĢıq  süzülürdü, 

amma qorxdum. 

          «Ana, qapını aç, – dedim, – üĢüyürəm». 

          «Ağlama,  qorxaq»,  –  ġövkət  dedi.  «Açar 

indi». 

          Anam  qapını  açdı.  «Qonaq  gedənə  qədər 



dinməz  duracaqsınızmı?»  –  dedi.  «YaxĢı,  onda 

Qara  gedənə  qədər  mətbəxdə  ocağın  yanında 

duracaqsınız, yuxarı çıxmayacaqsınız». 

          «Orada  darıxırıq»,  –  ġövkət  dedi.  «Xeyriyyə 

hara getdi?»  

          «Hər  Ģeyə  qarıĢırsan,  çox  nadincsən  sən»,  – 

anam dedi. 



Yüklə 4,51 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   190




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə