Orxan pamuk



Yüklə 4,51 Mb.
Pdf görüntüsü
səhifə11/190
tarix16.11.2017
ölçüsü4,51 Mb.
#10430
1   ...   7   8   9   10   11   12   13   14   ...   190

 

 

46 



 

məlum  oldu  ki,  yalnız  Təbrizdə  deyil,  MəĢhəddə, 

Hələbdə pulsuzluq və etinasızlıqdan bir çox nəqqaĢ 

kitab  nəqĢ  eləməyin  baĢını  buraxmıĢ,  təkyarpaqlı 

rəsmlər  cızmağa,  firəng  səyyahlarını  əyləndirəcək 

qəribəlikləri  rəsm  eləməyə,  açıq-saçıq  rəsmlər 

cızmağa baĢlayıblar. ġah Abbasın Təbrizdə barıĢıq 

sözləĢməsi  bağlayan  vaxt  PadĢahımıza  hədiyyə 

verdiyi 

kitabın 


indidən 

hissələrə 

ayrılıb 

səhifələrinin 

baĢqa 

kitab 


üçün 

iĢlənməyə 

baĢlandığını  eĢidib.  Hind  padĢahı  Əkbər  yeni  bir 

böyük  kitab  üçün  elə  pullar  verməyə  baĢlayıb  ki, 

Təbriz və Qəzvinin ən parlaq nəqqaĢları əllərindəki 

iĢi buraxıb onun sarayına qaçıblar. 

Bütün bunları mənə söyləyəndə ləzzətlə araya 

baĢqa  hekayələr  qatır:  məsələn,  yalançı  Mehdinin 

əyləncəli  hekayəsini,  ya  da  Səfəvilərin  barıĢıq 

olmasına  görə  özbəklərə  girov  verdiyi  Ģahzadənin 

üç  gün  içində  qızdırıb  az  qala  ölməsi  üzündən  o 

tərəfdə  qalxan  təlaĢı  təsvir  eləyir  və  mənə 

gülümsəyir.  Amma  gözlərinə  düĢən  kölgədən  baĢa 

düĢürəm ki, hələ ikimizi də qorxudan o danıĢılması 

çətin məsələ qurtarmayıb. 

Evimizə  gedib-gələn,  bizim  haqqımızda 

danıĢılanları  eĢidən,  uzaqdan  da  olsa,  onun 

varlığından  xəbərdar  olan  hər  bir  cavan  kiĢi  kimi, 

Qara  da,  təbii  ki,  yeganə  və  gözəl  qızım  ġəkurəyə 

aĢiq  olmuĢdu.  Gözəllər  gözəli  qızıma  –  o  vaxtlar 




 

 

47 



 

çoxu  onu  heç  görmədən  aĢiq  olduğuna  görə  bu 

bəlkə  mənim  nəzərimdə  diqqət  veriləcək  təhlükəli 

bir  Ģey  deyildi.  Amma  Qaranın sevdası evə gedib-

gələn, qəbul və sevgiylə rastlaĢan, ġəkurəni görmək 

fürsəti qazanan bir cavanın qara sevdası idi. Belə də 

güman  eləyirdim,  sevdasını  içində  dəfn  eləməyi 

bacara  bilmədi,  qəlbindəki  Ģiddətli  yanğını 

gerçəkdə qızıma açmaq kimi səhv iĢ tutdu.  

Buna  görə  də  evimizdən  ayağını  kəsməyə 

məcbur oldu. 

Ġstanbuldan  çıxıb  getməsindən  üç  il  sonra 

qızımın  ən  gözəl  yaĢında  sipahiylə  evləndiyini, 

həmin  yelbeyin  savaĢçının  qızıma  iki  oğlan  uĢağı 

doğuzdurandan  sonra  səfərə  çıxıb  bir  daha 

qayıtmadığını, dörd ildir ondan kimsənin xəbər belə 

almadığını,  güman  eləyirəm  ki,  indi  Qara  da  bilir. 

Belə  dedi-qodu  və  Ģayiələr  Ġstanbulda  sürətlə 

yayıldığına  görə  yox,  aramızdakı  sükut  anlarında 

gözümün  içinə  necə  baxdığından  hər  Ģeyi  çoxdan 

öyrəndiyini  sezirəm.  Hətta  bu  anda,  rəhlənin 

üstündə açıq duran «Kitab-ur Ruh»a nəzər salanda 

baĢa  düĢürəm  ki,  evin  içində  gəzən  uĢaqların 

səslərinə diqqət kəsilir, bununla da iki ildir qızımın 

iki oğluyla birgə ata evinə geri qayıtdığını bilir. 

Qara  burаda  olmayanda  tikdirdiyim  bu  yeni 

evdən  əvvəlcə  heç  bir  söz  açmadıq.  Böyük 

ehtimalla,  sərvət  və  etibar  sahibi  olmağı  qərara 




 

 

48 



 

almıĢ  istəkli  gəncin  hiss  eləyəcəyi  kimi,  Qara  bu 

barədə  söz  açmağı  çox  ayıb  bir  Ģey  sayır.  Amma 

yenə  də  evə  girər-girməz  pilləkəndə  ikinci 

mərtəbənin 

həmiĢə 


daha 

quru 


olduğunu, 

sümüklərimdəki  ağrılara  görə  yuxarı  mərtəbəyə 

qalxmağın  yaxĢı  təsir  elədiyini  dedim.  Ġkinci 

mərtəbə  deyəndə  bir  az  həya  duyurdum.  Amma 

istəyirəm ki, bunu biləsiniz: məndən çox az sərvəti 

olanlar, azacıq mülkü-malı olan sadə sipahilər belə 

bu yaxınlarda ikimərtəbəli ev tikdirə biləcəklər. 

Biz qıĢ ayları nəqĢ otağı kimi istifadə elədiyim 

otaqda  idik.  Qaranın  bitiĢik  otaqdakı  ġəkurənin 

varlığını  hiss  elədiyini  sezdim.  Dərhal  onu 

Ġstanbula  çağırmaq  üçün  Təbrizə  yolladığım 

məktubda söz açdığım əsl mətləbə keçdim. 

«Eynilə  sənin  Təbrizdəki  xəttatlar  və 

nəqqaĢlara  hazırlatdığın  kimi,  mən  də  bir  kitab 

hazırladırdım», – dedim. «Mənim sifariĢçim aləmin 

təməli  PadĢahımız  həzrətləridir.  Kitab  gizli 

olduğundan 

PadĢahımız 

mənim 

üçün 


xəzinədarbaĢıdan  gizli  pul  qopartdı.  PadĢahımızın 

nəqqaĢxanasının  ən  usta  nəqqaĢlarıyla  bir-bir 

danıĢdım.  Onların  kimisinə  iti,  kimisinə  ağacı, 

kimisinə  kənar  naxıĢlarıyla  üfüqdəki  buludları, 

kimisinə  otları  rəsm  etdirirdim:  çəkdiyim  Ģeylərin 

eynilə  venesiyalı  ustadların  rəsmlərindəki  kimi 

PadĢahımızın  bütün  aləmini  əks  etdirməsini 



 

 

49 



 

istəyirdim.  Amma  bunlar  venesiyalıların  çəkdikləri 

kimi malın-mülkün deyil, təbii ki, iç zənginliyinin, 

PadĢahımızın 

aləmindəki 

sevinclərinin 

və 

qorxularının  rəsmi  olacaqdı.  Pulu  çəkdirməyim 



ehtiyat  üçündür,  Ģeytanı  və  ölümü  qorxuduruq»,  – 

deyib  izah  elədim.  «Bilmirəm  dedi-qodular  nə 

deyir.  Ġstədim  ki,  ağaclarının  ədəbiliyi,  atlarının 

yorğunluğu, 

itlərinin 

arsızlığı 

PadĢahımız 

həzrətlərini  və  onun  aləmini  əks  etdirsin.  Leylək, 

Zeytun,  Zərif  və  Kəpənək  kimi  qondarma  adlı 

nəqqaĢların  da  kefləri  istəyən  mövzu  seçmələrini 

istədim.  Ən  soyuq,  ən  uğursuz  qıĢ  gecələri  belə 

PadĢahımın  nəqqaĢlarından  biri  kitab  üçün  rəsm 

elədiyi  Ģeyi  göstərmək  məqsədilə  gizlincə  yanıma 

gəlirdi. 

Necə rəsmlər çəkirdik, niyə belə çəkirdik, onu 

indi  yerli-yataqlı  söyləyə  bilmərəm.  Səndən  ona 

görə 

gizlətmirəm 



ki, 

söyləyə 


bilmərəm, 

gizlətməyimin səbəbi rəsmlərin nədən söz açdığını 

sanki  mənim  də  doğru-dürüst  bilməməyimdi. 

Amma onların necə rəsmlər olacağını bilirəm».  

Qaranın  mənim  məktubumdan  dörd  ay  sonra 

Ġstanbula  qayıtdığını  köhnə  evimiz  yerləĢən 

küçədəki  bərbərdən  eĢitmiĢ,  onu  evə  mən 

çağırmıĢdım. 

Hekayəmdə 

bizi 


bir-birimizə 

bağlayacaq  dərd  və  xoĢbəxtlik  vədi  olduğunu 

bilirdim.  



Yüklə 4,51 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   190




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə