Основные термины информационной безопасности



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə21/42
tarix07.11.2017
ölçüsü2,8 Kb.
#8893
1   ...   17   18   19   20   21   22   23   24   ...   42

71 
hücumların  aşkarlanması  məsələsi eynidir.  Fərq  ondadır  ki,  IPS 
f
əaliyyəti real zamanda izləməli və hücumların qarşısının alınması 
h
ərəkətlərini tez həyata keçirməlidir. 
 
Intrusion deterrence  
Müdaxil
ədən çəkindirmə  –  bədniyyətlinin  qarşısında  mümkün 
mane
ələr  yaradılır,  bu  sistem  administratoruna  əlavə  müdafiə 
vasit
ələrini  qısa  zamanda  işə  salmaq üçün vaxt  qazandırır  və 
b
ədniyyətlini hücumu davam etdirməkdən çəkindirir. 
 
Intrusion deflection  
Müdaxil
ənin  sapdırılması  –  bədniyyətlini  hücumun  uğurlu 
olmasına və sistem resurslarına giriş əldə etdiyinə inanmağa məcbur 
edir. H
əqiqətdə  isə, bədniyyətli xüsusi yaradılmış  qapalı  mühitə 
(“qum saatı” və ya “akvarium”) düşür. 
 
Intrusion preemption  
Müdaxil
ənin  boğulması  –  aşkarlanan,  lakin  hələ  tam həyata 
keçirilm
əyən müdaxilələrlə  fəal mübarizə  edir və  onların  uğurla 
başa çatmasına imkan vermir. 
 
Intrusion prevention  
Müdaxil
ənin qarşısının alınması – müdaxilənin qarşısını alır və ya 
onun uğurlu olmasını əhəmiyyətli dərəcədə çətinləşdirir. Honeypot, 
ildırımötürmə sistemləri – lighting rod systems, karantin sistemləri 
– quarantined faux systems, aldatma sisteml
əri – deception toolkits, 
t
ənha hücrə – padded cell (ing. psixiatriya xəstəxanasında keçə ilə 
üzl
ənmiş palatanı bildirir) kimi vasitələrlə həyata keçirilə bilər. 
 
IP address 
IP-ünvan  (“ay-pi” kimi oxunur) –  IP  protokolu 
əsasında qurulmuş 
şəbəkədə  qovşağın  (kompüterin) unikal  şəbəkə  ünvanı.  IPv4 
versiyasında IP-ünvanın uzunluğu 4 bayt, IPv6 versiyasında isə 16 
baytdır. IPv4-də IP-ünvan 32-bitlik ədəddir, onu nöqtələrlə ayrılmış 
0-dan 255-
ə  dörd onluq ədəd  şəklində  göstərirlər, məsələn, 


72 
192.168.0.3.  IP-ünvan  iki hiss
ədən ibarətdir: şəbəkənin nömrəsi və 
qovşağın  nömrəsi.  Windows  əməliyyat sistemində  IP-ünvanı 
komanda s
ətrində ipconfig yazmaqla bilmək olar. 
 
IPSec (IP Security) 
IPSec (IP  t
əhlükəsizliyi)  –  IP protokolu ilə  ötürülən verilənlərin 
t
əhlükəsizliyini təmin etmək üçün protokollar toplusu. IP-paketlərin 
autentifikasiyasını,  tamlığının  yoxlanmasını  və/və  ya  şifrlənməsini 
h
əyata keçirməyə  imkan verir. IPSec-ə  İnternet  şəbəkəsində 
açarların təhlükəsiz mübadiləsi üçün protokollar da daxildir. Əsasən 
VPN-l
ərin yaradılması üçün istifadə edilir. 
 
ISAKMP (Internet Security Association and Key Management 
Protocol) 
İnternet təhlükəsizlik parametrlərini və açarı idarəetmə protokolu 
– 
IPSec 
daxilində  uc  qovşaqlar  arasında  təhlükəsizlik 
parametrlərinin  və  açarların  mübadiləsini  idarə  edən  açar 
mübadiləsi  arxitekturasıdır.  ISAKMP  protokolu daha çox  IKE 
(Internet key exchange  –  Internet 
açar  mübadiləsi)  və  ya 
ISAKMP/Oakley 
kimi də tanınır. 
 


73 

 
Jailbreaking   
Qaladan 
qaçış  –  Apple  iOS  əməliyyat  sistemi  işlədən  qurğularda 
mövcud m
əhdudiyyətlərin  proqram və  aparat  təminatı  eksploytları 
vasit
əsilə aradan qaldırılması prosesi. Belə qurğulara iPhone, iPod 
sensor, iPad v
ə ikinci nəsil Apple TV daxildir. 
 
Jamming   
Əngəlləmə  –  xüsusi  avadanlıq  istifadə  edərək  simsiz  şəbəkə 
tezliyind
ə elektromaqnit enerjisi şüalandırmaqla şəbəkəni istifadəyə 
yararsız edən hücum.  
 
Java   
Cava  –  paralel, obyekt-yönümlü,  sinifl
ərə  əsaslanan və  mümkün 
q
ədər az realizə  asılılığının  olması  xüsusi  olaraq  nəzərdə 
tutulmuş proqramlaşdırma dili. 
 
Jitter   
Titr
əmə  –  elektronika və  telekommunikasiyada  periodik  siqnalın 
n
əzərdə  tutulmuş  həqiqi  periodundan  yayınması;  çox  zaman 
sinxronlaşdırma mənbəyinə nəzərən müəyyən edilir. 
 
JSON (JavaScript Object Notation)  
Java  Skript  Obyekt  İşarələri  –  atribut-qiymət cütlərindən ibarət 
m
əlumat obyektlərinin ötürülməsi üçün insan tərəfindən  başa 
düşülən mətnlərdən istifadə edən açıq standart formatı. 
 
Jump bug   
Keçid x
ətası  –  hamar,  üfüqi və  şaquli  hərəkət etməni daxil etmək 
üçün ilk platforma oyunu. 
 
 


74 

 
Kerberos 
Kerberos – 
geniş istifadə edilən autentifikasiya protokolu. “Klassik” 
Kerberos-da istifad
əçilər Açar Paylaşma Mərkəzi (Key Distribution 
Center, KDC) il
ə məxfi parolu bölüşürlər. Massaçusest Texnologiya 
İnstitutunda yaradılmışdı.  
 
Kerckoffs principle 
Kerxof prinsipi – 
şifrin dözümü yalnız açarın məxfiliyi ilə müəyyən 
edilir. 
 
Key 
Açar – 
şifrləmə, deşifrləmə, imza yaratma və ya imza yoxlama kimi 
kriptoqrafik 
əməliyyatları  idarə  etmək üçün istifadə  edilən 
parametr
lər. 
 
Key crunching  
Açar xırdalama – hər hansı prosedurun, məsələn, heş funksiyaların 
köm
əyi ilə  asan yaddaqalan və  mənalı  sözlərdən (ifadələrdən) 
psevdot
əsadüfi açarların yaradılması metodu. 
 
Key escrow  
Açar depoziti  –  a
çarların  depozitə  qoyulması  prosesi:  kriptoqrafik 
açar iki hiss
əyə bölünür, hər iki hissə şifrlənir və depozit xidmətinə 
saxlamağa verilir. Depozit xidməti açar hissələrinin qüvvədə olma 
müdd
ətində etibarlı saxlanmasını təmin edən hökumət orqanıdır. 
A
çarlar  yalnız  müvafiq  sorğu  ABŞ  Federal  Məhkəməsi tərəfindən 
t
əsdiqləndikdə  milli təhlükəsizlik orqanlarına  verilir.  Əldə  edilmiş 
komponentl
ər unikal açarı bərpa etməyə və məlumatı deşifrləməyə 
imkan verir. 
 
Key establishment 
Açar 
paylanması  –  kriptoqrafik  açarların  kriptoqrafik  modullar 
arasında təhlükəsiz paylanması prosesi. 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   42




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə