36
kəzi, cəmiyyəti...) yaxşı şəkildə idarə etmək üçün tələb olu-
nan əxlaqdan, ənənə və bacarıqlardan söz edirəm.
Mən elə günlərin şahidi olmuşam ki, həmin vaxt işçilər
(fəhlələr...) öhdələrinə düşəni dinməz-söyləməz yerinə ye-
tirir, hətta öz hüquqlarını belə tələb etmirdilər. Bəlkə də,
onlar bu məşhur hədisə riayət edirdilər:
“Öhdənizə düşəni edin, Allahdan sizə yazılmış olanı dilə-
yin”
1
.
Bəli, bu hədis zülmə “yox” deyir, həm də cəmiyyəti səh-
lənkarlıqdan, heç bir işin qulpundan yapışmayıb bivec gə-
zənlərin doğuracağı təhlükələrdən qoruyur.
Daha sonra vəziyyət dəyişdi: özlərinə aid olmayan hüquq-
ları tələb edən, az-az hallarda iş görən, görsələr də baş-
dansovdu görən fəhlə və əkinçilər peyda oldular.
Çox vaxt vəziyyətimizi nəzərdən keçirir, əksər idarələrdə
(qurumlarda) nizamsızlıq və xaos görürəm. İdarələr, orqan və
qurumların yerləşdiyi binalar iri, gördükləri iş isə cüzidir.
Görürəm ki, insanlar Allah təalanın bu kəlamını bilə-bilə
unudublar:
“Adamların mallarının dəyərini (və ya onların haqqını)
azaltmayın. Yer üzü (peyğəmbərlərin şəriətləri sayəsində) dü-
zələndən sonra orada fitnə-fəsad törətməyin. Əgər siz mö-
minsinizsə, bu (dediklərim) sizin üçün xeyirlidir!” (əl-Əraf,
85).
Sənaye sektorumuzda keyfiyyət gözə dəymir, məhsullarımı-
zın keyfiyyət nişanı da yoxdur. İkiüzlülük, saxtakarlıq, vicdan-
1
Hədisi Tirmizi və Əhməd ibn Hənbəl rəvayət etmişlər.
37
sızlıq cəmiyyətimizdə geniş yayılıb. Sosialist və ya Allahdan
uzaq dünyəvi cəmiyyətlərdə belə bizdəki vəziyyət müşahidə
edilmir.
Bəzən var-dövlət onun qədrini bilməyən əllərdə toplanır.
Uyuşdurucu maddələrə “tələbat” artır, zərərli vərdişlər axtarı-
şına start verilir. Cəmiyyətdəki qruplara nəzər salanda şər
adam barəsində deyilən məsəli xatırlayıram: “Acarsa, oğurla-
yar, qarnı doydumu, zina edər!”
Belə bir mənəvi aşınmanın səbəbi aydındır. Dini dəyərlə-
rimizin bərk zəiflədiyi bir vaxtda əxlaqdan uzaq modern
şəhər həyatı özünü cəmiyyətimizə səssizcə dürtməyi bacardı.
Biz də lazımi müqaviməti göstərə bilmədik...
Bu səbəbdən, “modern” avadanlıqlara sahib olmaq üçün
minlərlə fəhlə və kəndlinin xaricə işləməyə getdiyinin şahidi
olduq. Ən böyük arzu video-maqnitofona, rəngli televizora,
ipək geyimlərə, qızıl bərbəzək və zinət əşyalarına sahib ol-
maq idi. Cəmiyyətin bütün təbəqələri bu şeyləri əldə et-
mək üçün bir-biri ilə bəhsə girib yarışdılar...
Tale elə gətirdi ki, bütün bunlar Böyük İsrailin yaradılması
və islam ümmətinin gələcəyinin məhv edilməsi ideyalarının
vüsət kəsb etdiyi bir vaxtda baş verdi.
Dinə inananlar dinlərini qorumaq üçün hərəkətə keç-
dilər. Amma təkcə müsəlmanlardan tələb olundu ki, dinlə-
rini unudub, ayinlərini icra etməsinlər. Fikir vermişəm ki,
islama sadiq qalıb, bayrağını səmada dalğalatmaq istəyən ix-
laslı gənclərimiz var. Amma onları bunu necə edəcəklərini
bilmirlər.
38
Elə ağır (sağalmaz) xəstəliklər vardır ki, simptomları dəridə-
dir. Dərin biliyi olmayan həkim güman edir ki, bunlar adi
sızanaqlardır, dəri xəstəlikləridir. Odur ki, müalicəni bu əsas-
da aparır. Bu minvalla ömrünü başa vurur, ciddi bir nailiy-
yətə imza ata bilmir.
Dəvətlə məşğul olanların arasında da belə “səthilik”ləri
görməyənlər vardır. Məsələ onların düşündüklərindən daha
təhlükəli, daha ciddidir. Bu dəvətçilər ölüb gedirlər, amma
ümmətin problemləri yerində qalır; onlar bu problemlərdən
birini də həll etməyi bacarmırlar.
Bu səbəbdən mən “xəstəliy”ə diaqnoz qoyub “dərman”
yazmaq üçün ümmətin başbilənləri ilə əməkdaşlıq etdim, keç-
mişi və indini araşdırdım, aşkar və gizlini ətraflı şəkildə öy-
rəndim. Qələmə aldığım bu kitabın əsas məğzi fikir mirası-
mızdakı proseslərin təhlilindən ibarətdir.
Kitabımızda yaxın və uzaq keçmişimizə səyahət edilir, mü-
qayisələr aparılır, yekun nəticələr təqdim olunur.
Mənzilbaşına çatmaq üçün yolun yarısı qət olunub. Allah
müvəffəq edərsə, – buna ümid edirəm – humanitar elmlərə
dair tədqiqatlar aparıb, növbəti kitabımı yazacağam. Belə
olarsa, yolun qalan hissəsi də qət ediləcəkdir.
Məhəmməd əl-Qəzali
39
Birinci fəsil
BİLİYİN İSLAMLAŞDIRILMASI
VƏ YA İSLAMA ƏSASLANAN BİLİK SİSTEMİ
Adəmin Allahdan öyrəndiyi ilk biliklər nələr idi? Allah
məhz bu biliklərlə Adəmin məqamını ucaltmış, tərəzisinin gö-
zünü ağır basmış, mələkləri də razı salmışdı ki, o (Adəm
– mütərcim), yer üzündə xəlifə olacaq, oraya böyüklük edə-
cəkdir.
Pak və Uca Allah buyurur:
“(Allah Adəmi yaratdıqdan sonra) Adəmə bütün şeylərin
adlarını (isimlərini) öyrətdi. Sonra onları (həmin şeyləri) mə-
ləklərə göstərərək: “(İddianızda) doğrusunuzsa, bunların adla-
rını Mənə bildirin!” – dedi.
Onlar: “Sən paksan, müqəddəssən! (Bütün eyib və nöq-
sanlardan kənarsan!) Sənin bizə öyrətdiklərindən başqa biz
heç bir şey bilmirik. (Hər şeyi) bilən Sən, hikmət sahibi
Sənsən”, – dedilər.
(Sonra) O: “Ey Adəm, bunların (kainatda mövcud olan
əşyanın) adlarını onlara bildir!” – dedi. (Adəm) onlara (mə-
ləklərə) bunların adlarını xəbər verdikdə (Allah): “Mən sizə,
göylərin və yerin gözə görünməyən sirlərini və sizin giz-
lində – aşkarda nə etdiyinizi bilirəm, söyləmədimmi?” – bu-
yurdu” (əl-Bəqərə, 31-33).
Dostları ilə paylaş: |