P. O. Box 126, Richmond, Surrey tw9 2UD, uk



Yüklə 9,74 Kb.
Pdf görüntüsü
səhifə12/103
tarix20.10.2017
ölçüsü9,74 Kb.
#5707
1   ...   8   9   10   11   12   13   14   15   ...   103

40 
 
Nədir  bu  adlar?  Hansı  adlardan  söhbət  gedir?  Çox  uzağa 
getməyəcəyəm,  cavabı  elə  Quran  kontekstinin  (siyaq)  özün-            
dən  çıxaracağam.  Əvvəlki  ayələrdə  Allah  təala  insanlara  xi-             
tabən  buyurur: 
“Yer  üzündə  nə  varsa,  hamısını  sizin  üçün  yaradan...  Odur 
(Allahdır)! O,  hər  şeyi  biləndir!” (əl-Bəqərə, 29).  
Bu  ayənin  məzmunu  ümumidir.  Mövzunu  tam  təfsilatı  ilə 
açıqlayan  ayələr  isə  yuxarıdakı  ayədən  qabaq  nazil  edilib: 
“Sizi  yer  üzündə  yerləşdirdik  və  orada  sizin  üçün  dola-              
nacaq  vasitələri  yaratdıq.  Siz  isə  olduqca  az  şükür  edənlərsi-              
niz! 
Sizi  (babanız  Adəmi)  yaratdıq,  sonra  sizə  surət  verdik  və 
mələklərə:  “Adəmə  səcdə  edin!”  –  dedik.  İblisdən  başqa  ha-            
mısı  səcdə  etdi.  O,  səcdə  olanlardan  olmadı...”  (əl-Əraf,  10-                
11).  
Aydın  olur  ki,  Adəmə  öyrədilmiş  bilik  Yerlə,  abadlaşdırıl-            
ması  ilə,  orada  yaşamaqla,  sirləri  və  potensial  imkanlarını                     
üzə  çıxarmaqla  əlaqəli  idi.  Bəşəriyyətin  yaşayıb-yaratması                
üçün  təkcə  Yer  kürəsi  kifayət  etmir.  Yer  Günəşin  “bacı”la-              
rından  biridir.  Yer  üzündə  yaşamaq  kainatdakı  digər  göy  ci-
simləri  ilə  də  əlaqəlidir.  Odur  ki,  insan  oğlunun  bilik  dai-               
rəsi  genişlənməli,  kainata  və  həyata  dair  elmləri  də  ehtiva 
etməlidir.  
Biz  Adəmin  kimyanı,  fizikanı,  astronomiyanı  bildiyini  id-              
dia  etmirik.  Amma  düşünürük  ki,  o,  bu  elmlərin  əmələ  gəl-               
diyi  ibtidai  bilikləri  bilməklə  yanaşı,  həm  də  müəyyən  qa-              
biliyyət  və  təcrübəyə  sahib  idi.  Adəmə  kainatı  “dolaşacaq” 
dərrakə  bəxş  edilmişdi  və  o,  bu  dərrakə  ilə  ətraf  mühiti  (tə-              


41 
 
biəti)  özünə  tabe  edəcək  qədər  bacarıqlı  idi.  Həmçinin,  bu 
dərrakə  imkan  verirdi  ki,  Adəm  böyük  kainatda  Allahın  ni-
şanələrini  öyrənsin,  nəhəng  və  möhtəşəm  aləmlərin  Allahın 
qüdrətinə  dəlalət  etdiyini  özlüyündə  bir  daha  təsdiqləsin. 
Məgər  Allah  bütün  kainatı  məhz  bunun  üçün  yaratma-               
yıb?!  Quranda  deyilir: 
“Yeddi  (qat)  göyü  və  bir  o  qədər  də  yeri  yaradan  Al-                  
lahdır.  Allahın  hər  şeyə  qadir  olduğunu,  Allahın  hər  şeyi  elm             
(Öz  əzəli  elmi)  ilə  ehtiva  etdiyini  biləsiniz  deyə,  (Allahın)                 
əmri  onların  arasında  (mövcud  olan  bütün  məxluqata)  nazil    
olar” (ət-Təlaq, 12). 
Doğrudan  da,  Allah  təala  bu  dünyanı  ona  görə  yaradıb  ki,               
biz,  insanlar  Onun  qüdrətini,  hər  şeyi  əhatə  edən  elmini                     
həm  öyrənib  bilək,  həm  də  layiqincə  təqdir  edək,  şəninə  tərif 
söyləyib  böyüklüyünü  aləmə  car  çəkək! 
Cəhalətdən  biliyə  səyahət  həm  uzun,  həm  də  məşəqqət-              
lidir.  Bu  səyahəti  başa  vurmaq  bəzən  bir  nəslə  müyəssər                 
olmur:  sonrakılar  əvvəlkilərin  işini  davam  etdirməli  olurlar,                      
–  bu,  Adəm  və  övladlarının  yer  üzündəki  missiyasıdır.  Adəm 
məhz  bununla  mələklərdən  fərqlənmiş,  xəlifəliyə  layiq  görül-
müşdü.  
Yaşadığı  torpağın  altındakı  sərvətlərdən  xəbərsiz  xalqları

 
gördükdə  lap  məəttəl  qalıram.  Nə  üçün  belədir?  Çünki  onlar 
uşaq  ağlındadırlar:  himayəçi  və  süd  əmizdirən  dayəyə  möh-               
tacdırlar.  
                                                 

  Söhbət  müsəlman  ümmətini  əmələ  gətirən  ayrı-ayrı  xalqlardan,  xüsu-               
silə də ərəblərdən gedir – tərcüməçinin qeydi.  


42 
 
Əllərində  imkanları  ola-ola  yer  üzündə  möhkəmlənib  qərar 
tapa  bilməmiş  xalqlar!  Özlərini  normal  yaşayış  imkanların-               
dan  məhrum  edib,  aslanların  artıqlarını  yeyən  tülkülərtək  
hərəkət  edən  xalqlar! 
Halbuki  ataları  Adəmə  bütün  “ad”lar  öyrədilmişdi.  Onlar                 
isə  bu  adların  ya  hamısından,  ya  da  bəzisindən  bixəbər  qal-              
dılar.  Mən  günümüzün  müsəlmanlarına  baxır,  Zülqərneynin 
əhvalatını  xatırlayıram.  Əhvalatda  deyilir  ki,  Zülqərneyn  bas-
qınlar  və  zülm  qarşısında  səsini  çıxara  bilməyən  bir  xalqın               
yanına  gəlib  çatır: 
“Nəhayət,  iki  dağ  arasına  gəlib  çatdıqda  onların  ön  tərə-           
findən  az  qala  söz  anlamayan  bir  qövm  (xalq)  gördü”  (əl-               
Kəhf, 93).  
Bu  aciz  insanlar  nə  axtarırdılar?  Nə  olacaq  –  onları  düş-
məndən  qoruyan,  təhlükəsiz  həyat  vəd  edən  qalaları  tikə  bi-              
ləcək  birisini!  Çünki  özləri  bu  qalaları  tikməyi  bacarmırdılar.  
Onların  həyata  dair  bilikləri  dərin  deyildi,  möhkəmlənib               
qərar  tapmaq  şansları  da  az  idi;  Adəmlə  elmi  bağlılıqları  da                
zəif  olmuşdur.  Və  mən  uzun  müddətdir  ki,  müasir  islam  hə-                
yat  tərzində  ümumi  bəşəri  cizgilərin  iflic  olmağından  giley-
lənirəm.  
Ola  bilsin  ki,  bu  cür  biabırçı  zəiflik  yer  üzünü  abadlaşdı-                 
ran  bəzi  nəsillərdə  özünü  göstərsin.  Unutmayaq  ki,  pey-
ğəmbərlərin  bir  vəzifəsi  də  insanlara  özlərini,  inancları  və                     
dini  prinsiplərini  necə  qorumağın  yollarını  öyrətmək  olmuş-              
dur.  Allah  təala  Davud  peyğəmbər 
(Ona  salam  olsun!)
  haqqında  bu-
yurur: 


Yüklə 9,74 Kb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   103




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə