46
Bəşəri biliklərin mənbəyi
Adəmi mələklərdən üstün edən biliklərin (elmin) mənbəyi
kainatdır.
Kainatı tanımaq (öyrənmək) istəyi insanın təbiətində möv-
cuddur. Ondan bixəbərliyə heç bir vəchlə bəraət qazandır-
maq olmaz. Dünya və kainatdan bixəbər olmaq yolverilməz-
dir.
Quran bizə bu geniş kainatı üç səbəbə görə öyrənməyin
zərurətindən danışır:
Birinci.
Bu kainatı Allahın mövcudluğuna dəlalət etdiyi
üçün öyrənməliyik. Biz digər kitablarımızda bu mövzuya to-
xunmuşuq. İndi isə biz kainatda, kosmosun sistemli qurulu-
şunda təcəlli etmiş ilahi əzəmətə işıq salan bəzi nişanələrdən
söz açacağıq.
Biz daim hərəkət edən bir kainatda yaşayırıq. Ay Yerin
ətrafına dövrə vurur, Yer də – Günəşin. Günəş də öz orbiti
üzrə hərəkət edir. Günəşlə birlikdə ona tabe bütün digər
səma cisimləri (söhbət Bizim Günəş sisteminə aid göy
cisimlərindən gedir – mütərcim) hərəkətdədir. Günəş və “ailə”
si (Bizim Günəş sistemi – mütərcim) sonu kəşf edilmə-
miş kainatdakı qalaktikalardan biridir.
Bütün istiqamətlərdə baş verən bu sabit hərəkətlilik “möh-
kəm vəznli, xoş tələffüzlü qafiyə”yə oxşayır. Onu nə bir na-
qislik, nə də qarmaqarışıqlıq çulğayır:
47
“Möhkəm (bərk) yaradılmış göyə and olsun ki, (ey müş-
riklər!) Sizin (bu göy barəsində) sözləriniz müxtəlifdir” (əz-
Zariyat, 7-8).
Bəli, dairəvi hərəkət edən qalaktikalar sistemi və kos-
mosdakı tarazlıq insanı heyrətə salır. Quranda bu məsələ
belə ifadə olunub:
“Yeddi göyü (bir-birinin üstündə) qat-qat yaradan da Odur.
(Ey insan!) Sən Rəhmanın yaratdığında heç bir uyğun-
suzluq görməzsən. Bir gözünü qaldırıb (səmaya) bax, heç
orada bir yarıq (çatlaq, nöqsan) görə bilərsənmi?!
Sonra gözünü qaldırıb iki dəfə bax. Göz orada (axtar-
dığını tapmayıb) zəif, yorğun düşərək yenə də sənə tərəf
qayıdacaqdır!” (əl-Mülk, 3-4).
Elə olur ki, dan yerinin sökülməsinə, qaranlığın yavaş-ya-
vaş itməsinə heyrətlə tamaşa edir, gecənin qaranlığının gün-
düzlə əvəzlənməsi qarşısında həyəcan keçiririk. Və biz bu-
nun necə baş verdiyini, əngin kosmosda (fəzada) yeni günün
necə başlandığını da bilmirik.
Allahın aşağıdakı andı haqda düşünməli oluruq:
“And içirəm (gecə) yanıb (gündüz) sönən ulduzlara;
(Günəşlə, ayla) seyr edib (onlar batdığı zaman) gizlənən
səyyarələrə (Zühələ, Müştəriyə, Mərrixə, Zöhrəyə və Ütari-
də);
Qaralmaqda olan gecəyə (yaxud: qaralmaqda və çəkil-
məkdə olan gecəyə)
Və sökülməkdə olan dan yerinə ki ...” (ət-Təkvir, 15-18).
Bu səhnə hey təkrarlanır: ondakı hadisələr nə tələsir, nə
gecikir. Ta ki Allahın izni gələnədək. Allahdan “izn alan”
48
Günəş qərbdən doğur, dünya məhv olur, insan oğlunun se-
vincli-ağlamalı imtahan günləri başa çatır...
İkinci
. Kainatı ona görə öyrənməliyik ki, insan oğlunun
yaşaması, özü də rifah içərisində yaşaması üçün zəruri olan
hər şey bu kainatla əlaqəlidir. Quranda oxuyuruq:
“Bundan sonra da yeri döşəyib (yayıb) düzəltdi (üstündə
gəzmək və yaşamaq üçün onu yararlı hala saldı).
Ondan suyunu və otlağını çıxartdı.
(Orada) dağları yerləşdirdi.
(Bütün bunlar) sizin və heyvanlarınızın istifadəsi üçün-
dür” (ən-Naziat, 30-33).
Yeməyimiz də, dava-dərmanımız da, geyimimiz də yer
üzündədir. Bildiyimə görə, Yer böyük bir dünyanın kiçik
parçasıdır. Hətta atmosferdəki bəzi dəliklər (ozon dəliyin-
dən söhbət gedir – mütərcim) Yerdə həyatın məhvinə səbəb
ola bilər. Sanki bütün kainat bizim üçün yaradılıb:
“O, gecəni və gündüzü, Günəşi və Ayı sizə ram etdi (sizin
xidmətinizə verdi). Ulduzlar da Onun əmrinə boyun əymiş-
dir. Doğrudan da, bunda ağılla düşünənlər üçün ibrətlər
vardır!
(Allah) yer üzündə yaratdığı cürbəcür şeyləri (heyvanları,
bitkiləri, meyvələri və s.) də sizin ixtiyarınıza verdi. Öyüd-
nəsihət qəbul edənlər üçün, sözsüz ki, bunda da (Alla-
hın qüdrətini, əzəmətini bildirən) əlamətlər vardır!” (ən-Nəhl,
12-13).
Dövrümüzdə bu həqiqətlərdən ən axırda müsəlmanların
xəbər tutmaları məyusluq yaratmırmı?! Başqaları müxtəlif
ölkələrdə kəşfiyyat-qazma işləri aparır, təbii sərvətləri çıxa-
49
rır, fayda götürür, yerdə qalan artıqları isə satırlar. Biz isə
neftlə, dəmirlə, qızılla zəngin torpaqların üzərində gəzir,
amma bilmirik ki, yerin altında nələr var! Odur ki, yadlar
gəlir, torpaqlara sahib çıxır, istədikləri kimi istismar edir,
yığdıqlarını yığır, bizə isə çəp-çəp baxaraq, nifrətlə tur-tullan-
tıları atırlar.
Ağlı başında olan kəs bu halla razılaşarmı? Elə isə kai-
natı və ətraf aləmi (təbiəti) öyrənmək puç (saxtakar) zehniy-
yət sahiblərinin icad etdikləri “zəruri” vəzifələrdən daha va-
cibdir. Onlar icad etdikləri bu vəzifələri din adlandırırlar,
halbuki islam onların iddialarından çox uzaqdır.
Üçüncü.
Kainatı və təbiəti öyrənəcəyik ki, hüquqları-
mızı, dəyərlərimizi qoruya bilək. Vay o gündən ki, ev sahibi
daşla, oğrular da yaxın və uzaq mənzilli raketlərlə silahlanmış
olsunlar! Belə olan halda haqqımız da tapdanacaq, dəyərlə-
rimiz də təhqir ediləcək.
Allah Quranda dəmirin xüsusiyyətləri, mülki və hərbi sa-
hədəki faydaları haqda danışır:
“...Biz həddindən artıq möhkəm olan və insanlara fayda
verən dəmiri də icad (nazil) etdik (mədənlərdən çıxartdıq) ki,
Allah (Özünü) görmədən Ona (onun dininə) və peyğəm-
bərlərinə kömək göstərənləri (dəmirdən düzəlmiş silahlarla
kafirlərə qarşı vuruşan mücahidləri) bəlli etsin...” (əl-Hədid,
25).
Allah dəmir nədir, taxta nədir bilməyən bir xalqa kömək
göstərərmi?!
Dostları ilə paylaş: |