P. O. Box 126, Richmond, Surrey tw9 2UD, uk



Yüklə 9,74 Kb.
Pdf görüntüsü
səhifə17/103
tarix20.10.2017
ölçüsü9,74 Kb.
#5707
1   ...   13   14   15   16   17   18   19   20   ...   103

58 
 
Qeyri-müsəlmanların  hakimiyyət  sistemlərinə  nəzər  salır, 
yüksək  bacarığa,  dərin  təcrübəyə  sahib  liderlərin  şahidi  olu-             
ram.  
Bu  liderlər  tutarlı  və  dəqiq  şəkildə  fikir  bildirməyi  ba-               
carsalar  da,  ölkələrinin  baş  bilənləri  ilə  məsləhətləşməyi  əsla 
yaddan  çıxarmırlar;  fərqli  fikirlərə  səmimiyyətlə  qulaq  asır, 
nəsihətləri  heç  vaxt  qulaqardı  etmirlər.  Sanki  onlar  Həzrəti 
Əbubəkrin 
(Allah  ondan  razı  qalsın!)
  aşağıdakı  sözlərini  özlərinə  şüar 
götürmüşlər: 
“Ən  yaxşınız  olmasam  da,  sizə  hakim  təyin  edildim.  Gör-              
səniz  ki,  xeyir  işləyirəm,  köməyinizi  əsirgəməyin.  Səhv  et-            
diyimi  gördüyünüzdə  isə  məni  (həm  də  o  səhvi)  düzəl-                   
din”. 
Biz  isə  “liliput”ların  əlində  qalmışıq.  Özlərini  qanan  kimi 
göstərən,  barmaqlarının  ucunda  gəzən  “liliput”lar!  Heç  bil- 
mirəm,  bunlar  başımıza  haradan  bəla  olub  düşüblər?  Bəzən 
onlardan  birinin  dikbaş-dikbaş  belə  dediyini  eşidirik:  “Mən                 
sizə  ancaq  münasib  gördüyüm  rəyimi  bildirirəm,  mən  sizə             
ancaq  doğru  yolu  göstərirəm!”

 
Haqqa  başçılıq  edənin  dilindən  Fironun  nərəsi,  batil  li-           
derinin  dilindən  isə  Siddiqin  (Həzrəti  Əbubəkrin  – 
Allah  ondan  razı 
qalsın!
)  sözləri  eşidilir! 
Necə  də  qəribə  paradoksallıqdır!  Biz  bu  bəla  ilə  –  İslam 
torpaqlarındakı  acınacaqlı  siyasi-mədəni  vəziyyətlə  nə  vaxta 
qədər  barışacağıq,  taleyimiz  necə  olacaq?  
                                                 

  “əl-Mumin”  surəsinin  29-cu  ayəsinə  işarə  edilir.  Bu  sözlər  xalqını  al-
datmağa  çalışan  Firona  aiddir – tərcüməçinin  qeydi


59 
 
Təbiət  elmlərini  dərindən  öyrənmək  zənginlik  qapılarını 
avropalıların  üzünə  açdı... 
Kəşf  etdikləri  sirlər  və  imkanlar,  əslində  səma  və  yerdəki 
xəzinələrin  açarları  idi.  Odur  ki,  onlarda  yaşayış  səviyyəsi 
yaxşılaşdı,  rifah  artdı,  güzəranlıq  düzəldi,  –  burda  təəccüb-
lənəcək  heç  nə  yoxdur! 
Onlar  dünyanı  ayaqları  üstünə  dikəldib,  başqalarından                  
daha  çox  abadlaşdırdılar.  Hər  şeydən:  quru  və  yaşdan,                        
maye  və  bərkdən,  dəmir  və  qızıldan,  hava  və  torpaqdan 
faydalandılar.  Dünyaları,  demək  olar  ki,  zər-zibaya  bürünüb.               
Və  bu  dünya,  az  qalıb  ki,  insanların  tamahlarına  xidmət                      
edən  həqir  “bəndə”yə  çevrilsin!  Özü  də  hansı  insanların?  O 
insanların  ki,  məxluqatı  öyrənmiş,  Xaliqdən  bixəbər  qalmış-                   
lar!  O  insanların  ki,  həyatın  bu  dünyadan  ibarət  olduğunu 
düşünürlər;  Allahın  təlimləri  haqda  ciddi  məlumata  sahib 
deyillər,  axirət  üçün  heç  bir  tədarük  görmürlər! 
Şübhə  yox  ki,  müsəlmanlar  da  belə  bir  ziddiyyətin  ya-
ranmasında  günah  yiyəsidirlər.  Çünki  Allahın  onlara  bəxş  et-             
diyi  haqdan  nə  özləri  faydalanmış,  nə  də  onu  başqalarına 
çatdırmışlar... 
Bu  səbəbdən  müsəlman  kütlələr  yoxsuldurlar,  məyus  və 
kədərlidirlər.  Bəzilərindəki  var-dövlət  isə  yadellilərlə  qurduq-             
ları  əlaqələrin,  yaxud  da  onlara  və  ya  onlarla  işləməkləri-                     
nin  qazandırdığı  istiqrazdır! 
Bu  üzdəndir  ki,  aldıqları  borclar  və  borclara  gələn  faizlər  
əhalisi  çox  olan  ölkələri  zəlil  edib,  bellərini  qırıb.  Borca  ba-              
tanın  dini  də,  dünyası  da  əldən  çıxar  və  o,  ağaların  artıqları                    
ilə  dolanan  quyruqbulayana  çevrilər. 


60 
 
Uşaqlığımızda  öyrənsək  də,  yaşa  dolduğumuzda  faydalan-
madığımız  hədislər  yadıma  düşür.  
Əbu  Səid  əl-Xudri 
(Allah  ondan  razı  qalsın!)
  rəvayət  edir  ki,  Pey-
ğəmbərin 
(Ona  Allahın  xeyir-duası  və  salamı  olsun!)
  belə  dediyini  eşidib:  “Küfr                 
və  borcdan  Allaha  sığınıram!”  (Bu  zaman  bir  nəfər  təəc-                  
cüblə  soruşur:)  “Küfrlə  borcu  eynimi  tutursan,  ey  Allahın 
rəsulu?”  Peyğəmbər:  “Bəli!” – deyə  cavab  verir”
1

Başqa  bir  hədisdə  oxuyuruq  ki,  Peyğəmbər
  (Ona  Allahın  xeyir-                               
duası  və  salamı  olsun!)
  bir  dəfə  səhabələrinə  deyir:  “Əmin-amanlıqdan 
sonra  özünüzü  təhlükəyə  atmayın.”  Səhabələr  soruşurlar:  “Bu                
nə  deməkdir,  ey  Allahın  rəsulu?”  Peyğəmbər  deyir:  “Bu,  bor-               
ca  batmaqdır”
2

Əbu  Musa  əl-Əş`əri 
(Allah  ondan  razı  qalsın!)
  rəvayət  edir  ki,  Pey-
ğəmbər 
(Ona Allahın xeyir-duası və salamı olsun!)
 deyib:  
“Allahın  qadağan  etdiyi  böyük  günahlardan  savayı,  Onun 
dərgahında  ən  böyük  günah  –  bir  insanın  borclu  ikən  ölüb, 
borcunu  ödəyəcək  var-dövlət  miras  buraxmamağıdır”
3

Başqa  bir  hədisdə  isə  deyilir: 
“Möminin  nəfsi  borcundan  asılı  vəziyyətdədir.  Borc  ödən-
dikdə  nəfs  də  asılılıqdan  xilas  olar”
4

Bütün  bu  hədislər  borc  haqqındadır.  Və  insanlar  dəlisov 
istəklərin,  nəfsi  şıltaqlıqlarının  arxasınca  düşüb  borca  girirlər. 
Onu  qaytarmağa  gəlincə,  həngamə  bu  zaman  qopur:  bəzilə-                       
ri  ya  qaytarmır,  ya  da  bunu  ağıllarından  belə  keçirmirlər.  
                                                 
1
 Hədisi Əhməd ibn Hənbəl rəvayət etmişdir.  
2
 Hədisi Əhməd ibn Hənbəl rəvayət etmişdir.  
3
 Hədisi Əbu Davud və Əhməd ibn Hənbəl rəvayət etmişlər.  
4
 Hədisi Tirmizi, İbn Macə və Əhməd ibn Hənbəl rəvayət etmişlər.  


Yüklə 9,74 Kb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   103




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə