P. O. Box 126, Richmond, Surrey tw9 2UD, uk



Yüklə 9,74 Kb.
Pdf görüntüsü
səhifə15/103
tarix20.10.2017
ölçüsü9,74 Kb.
#5707
1   ...   11   12   13   14   15   16   17   18   ...   103

50 
 
Dövrümüzdə  müharibələr  nəinki  quruda,  həm  də  dəniz  və 
havada  aparılır.  Bu  müharibələrdən  qalib  çıxmaq  istəyənlər             
gərək  hərtərəfli  imkan  və  bacarıqlara  sahib  olsunlar.  
“Biz  savadsız  ümmətik”  hədisindən
1
 savadsızlığın  müsəlman 
ümmətinin  ömürlük  səciyyəvi  xüsusiyyəti  olmağı  nəticəsini 
çıxaran  insanlara  ürəkağrısı  ilə  baxıram.  
Bu  insanlar  astronomik  hesablamaları,  Ayın  səthinə  enmiş 
kosmik  aparatların  hazırlanmasında  zəruri  sayılan  riyazi  qa-
nunauyğunluqları  inkar  edir,  sonra  da  sənə  baxıb  lovğa-lov-             
ğa  deyirlər:  “Sünnənimi  inkar  edəcəksən?” 
Bəli,  bu  hal  geridə  qalmış  ərəb  reallığını  əks  etdirir.  Hal-             
buki  Quran  geridə  qalmağa “yox” deyir: 
“Günəşi  işıqlı  (parlaq),  ayı  nurlu  edən,  illərin  sayını  və               
hesabı  biləsiniz  deyə,  ay  üçün  mənzillər  müəyyən  edən  məhz 
Odur.  Allah  bunları  ancaq  haqq  olaraq  yaratdı.  O,  ayələrini 
anlayıb  bilən
  bir  tayfa  üçün  belə  müfəssəl  izah  edər!”  (Yu-                
nus, 5).  
Bu  həqiqəti  yalnız  anlayıb  bilənlər  dərk  edərlər!  Fikir 
vermişəm  ki,  Quranda  kainat,  sirləri,  imkanları  və  ondakı 
hərəkətlilik  haqda  danışılarkən,  çox  vaxt  “anlayıb  bilmək”  feli 
işlədilir. 
Allahın  bu  kəlamına  fikir  verək: 
“(Gecənin  zülmətindən)  səhəri  yarıb  çıxaran,  gecəni  bir 
istirahət  vaxtı,  günəşi  və  ayı  (vaxt  üçün)  bir  ölçü  vasitəsi                   
                                                 
1
 Hədisi  İmam  Buxari,  İmam  Müslim,  Əbu  Davud,  Nəsai  və  Əhməd  ibn 
Hənbəl rəvayət etmişlər. 


51 
 
edən  də  Odur.  (Bütün)  bunlar  yenilməz  qüvvət  sahibi,  (hər             
şeyi)  bilən  Allahın  təqdiridir  (əzəli  hökmüdür). 
Suyun  və  qurunun  zülmətində  (yolunuzu)  düz  getmək               
üçün  ulduzları  sizin  üçün  yaradan  da  Odur.  Biz  bu  ayələri 
anlayıb  bilən
  bir  camaat  üçün  bu  cür  ətraflı  izah  etdik”                     
(əl-Ənam, 96-97). 
Dünyanın  böyüklüyünə,  insanın  isə  cılızlığına  işarə  olaraq 
Quranda  deyilir: 
“Doğrudan  da,  göylərin  və  yerin  yaradılışı  insanların  ya-
radılışından  daha  böyük  şeydir.  Lakin  insanların  çoxu  (bu-                
nu)  bilməz!”  (Ğafir, 57). 
Araşdıran  ağıl  və  dəqiq  mühakimə  əsasında  tövhid  inan-             
cının  formalaşdırılması  haqda  Allah  təala  buyurur: 
“O  Allah  ki,  sizin  üçün  yer  üzünü  döşədi,  göyü  isə  ta-               
van  yaratdı,  göydən  yağmur  endirdi  və  onun  vasitəsilə  sizin              
üçün  müxtəlif  meyvələrdən  ruzilər  yetişdirdi.  İndi  siz  də               
Allaha  (Onun  heç  bir  oxşarı  və  bənzəri  olmadığını)  bilə-            
bilə  şəriklər  qoşmayın!”  (əl-Bəqərə, 22). 
Sonrakı  iki  ayə  isə  Yerdə  və  göylərdə  Allahın  nişanələ-                  
rini  öyrənən  kainat  elmlərinə  dair  səmərəli  və  yəqin  bilikdən                
söz  açır.  Biz  kainat  elmlərindən  nəsibimizi  götürmədik,  bu 
meydandan  əliboş  döndük.  Şair  də  demişkən,  beynəlxalq             
aləmdə  başılovlu  qaldıq: 
 
 
 
 
 


52 
 
Qərarlar  verilir,  “Təym”  qövmü  isə  gözə  dəymir, 
Ortaya  çıxdığında  da  kimsə  onların  rəyini  soruşmur


 
Ağılsızlar  və  işi-gücü  olmayanların  nəzərində  kainat  və  tə-              
biət  elmlərinin  heç  bir  dəyəri  yoxdur.  
Həmin  iki  ayədə  Allah  təala  buyurur: 
“(Ya  Peyğəmbər!)  Məgər  Allahın  göydən  bir  yağmur  yağ-
dırdığını  görmürsənmi?!  Sonra  Biz  onunla  növbənöv  mey-              
vələr  yetişdirdik  və  dağlarda  müxtəlif  rəngli  –  ağ,  qırmızı,  tünd 
qara  yollar  (yaxud  tünd  qara  qayalar)  peyda  etdik. 
İnsanların,  (yer  üzündə  gəzən)  heyvanların  və  davarların                   
da  bu  cür  müxtəlif  rəngləri  vardır.  Allahdan  Öz  bəndələri 
içərisində  ancaq  alimlər  qorxar.  (Onlar  elm  sahibi  olduqları             
üçün  Allahın  vəhdaniyyətini,  heybət  və  əzəmətini  daha  yaxşı  
başa  düşür  və  Ondan  daha  çox  qorxurlar).  Həqiqətən,  Allah 
yenilməz  qüvvət  sahibidir,  (möminləri)  bağışlayandır!”  (Fatir, 
27-28). 
Təəccüblü  deyildir  ki,  Quranın  da  bildirdiyi  kimi,  məhz                 
ağıl  sahibləri  nəhəng  kainatın  dərinliklərindən  haqqı  arayıb  
tapar,  üzə  çıxararlar: 
                                                 

  Yuxarıdakı  beytdə  Müsəlman  dünyasının  vəziyyəti  təsvir  olunub.  Birinci 
misrada  adı  çəkilmiş  “Təym”  vaxtı  ilə  zəif  və  gücsüz,  nüfuzsuz  ərəb 
qəbilələrindən  biri  olmuşdur.  İndiki  dövrdə  isə  bütün  müsəlmanlar                 
həmin  qəbilənin  vəziyyətinə  düşüblər.  BMT-də  İslam  dünyası  haqda 
qərarları  başqaları  çıxarır,  müsəlmanlar  isə  gözə  dəymirlər.  Ortaya 
çıxdıqlarında  isə  heç  kəs  onların  sözünü  dinləmir,  rəyini  soruşmur  – 
tərcüməçinin qeydi
.  


53 
 
“Həqiqətən,  göylərin  və  yerin  yaradılmasında,  gecə  ilə  gün-
düzün  bir-birini  əvəz  etməsində  (bir-birinin  ardınca  gəlib-
getməsində)  ağıl  sahibləri  üçün  (Allahın  varlığını,  qüdrətini, 
kamalını  və  əzəmətini  sübut  edən  açıq)  dəlillər  vardır. 
O  kəslər  ki,  ayaq  üstə  olanda  da,  oturanda  da,  uzananda                     
da  Allahı  xatırlayar,  göylərin  və  yerin  yaradılması  haqqında 
düşünər  (və  deyərlər):  “Ey  Rəbbimiz!  Sən  bunları  boş  yerə 
yaratmamışsan!  Sən  pak  və  müqəddəssən!  Bizi  cəhənnəm 
odunun  əzabından (Özün)  qoru!”  (Ali-İmran, 190-191).  
Bütün  bunlara  baxmayaraq,  içki  sərxoşların  bütün  bə-                
dənini  əsir  etdiyi  kimi,  “Biz  savadsız  ümmətik”  deyimi  də 
müsəlmanların  canına  hopub.  Nəticəsi  göz  qabağındadır:  on-              
lar  özgə  ağızlardan,  yad  millətlərdən  elm  dilənirlər.  Ərəb 
mentaliteti  və  reallığında  elmin  mənbələri  “quraqlığ”a  tuş  gə-             
lib. 
Dini  elmlə  mədəni  elm  arasındakı  fərqlərə  toxunaq.  Bi-
rincisinin  konkret  “sərhəd”ləri  vardır.  Dini  elmlərin  əsasını   
onlara  sarılıb,  tabe  olub  arxasınca  getmək  təşkil  edir.  İkin-                      
cisi  isə  sərbəstdir,  ixtiralarla,  kəşflərlə  şərtləşir.  Məsələn,  na-              
mazı,  namaz  üçün  təmizlənməyi  bir  saata  öyrənmək  və  ya 
öyrətmək  mümkündür.  Bunu  öyrəndikdən  sonra  müsəlman 
yerdə  qalan  vaxtda  bildiklərini  təkrarlamalıdır  ki,  nəfsini  tər-              
biyə  etsin,  mənəvi  sakitlik  tapsın.  Və  yaxud  camaata  bağlı                 
qalıb  müəyyən  məqsəd  və  proqram  üzrə  ümmətin  formalaş-
masına  diqqət  yetirsin.  
Dünyəvi  elmlərə  gəlincə,  onlar  daima  yenilənir,  mütərəq-                 
qi  səciyyə  kəsb  edir.  Yaşadığımız  əsrin  50-ci  illərində  şahidi  
olduq  ki,  elmi  nailiyyətlər  özünün  pik  nöqtəsinə  çatıb  və                      


Yüklə 9,74 Kb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   103




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə